Axtarış
The search found 105839 results in 0.032 seconds.
Search results
"Kürdüstanı dəstəkləyən Laçınlı məmur mütləq cəzalanmalıdır" – QƏNİRƏ PAŞAYEVA
“Üzrü günahından betər” buna deyiblər.
Muxalifet.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyevin Feysbuk səhifəsində İraq Kürd Muxtariyyətinin müstəqilliyini dəstəkləyən foto və statuslar paylaşmasına münasibət bildirərkən deyib.Muxalifet - 27-09-2017
Sumqayıtda silahlı şəxs insanlara hücum etdi, iki polisi yaraladı – VİDEO
Sumqayıtda silahlı şəxsin insanlara hücum etdiyi bildirilir.
Muxalifet.az criminal.az-a istinadən xəbər verir ki, şahidlərin verdiyi məlumata görə hadisə bu gün ”Cavid” ticarət mərkəzinin yaxınlığında baş verib.
Əlində bıçaq tutmuş şəxs insanlara hucum edib. Onuı zərərsizləşdirmək üçün əraziyə polislər gəlib. Həmin şəxs bıçaqla iki polisi ayağından yaralayıb.
Polislər həmin şəxsləri zərərsizləşdiriblər.Muxalifet - 27-09-2017
"Qarabağ" - "Roma" oyunu 1:2 hesabı ilə başa çatdı -Video
“C” qrupunda yer alan Azərbaycanın “Qarabağ” klubu Bakı Olimpiya stadionunda İtaliyanın “Roma” komandasını qəbul edib.
Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İtalyanların heyətində Konstantinos Manolas və Edin Dzeko müvafiq olaraq 7 və 15-ci dəqiqələrdə fərqləniblər. “Qarabağ”ın yeganə qolunu 28-ci dəqiqədə Pedro Enrike vurub.
Bu qrupun digər oyununda İspaniyanın “Atletiko” klubu İngiltərənin “Çelsi” komandasını qəbul edəcək.Muxalifet3 - 27-09-2017
"Bu maddə siyasi məhbusların azadlığa buraxılması üçün nəzərdə tutulub" - İNTİQAM ƏLİYEV
"Belə çıxır ki, biz şərti azadlıqda olduğumuz müddətdə çimməməliyik?!"
Prezident İlham Əliyev Milli Məclisə cinayət qanunvericiliyinə çoxsaylı dəyişikliklərlə bağlı təkliflər paketi təqdim edib. Sənəddə Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur. Konkret olaraq, Cinayət Prosessual Məcəlləsinin 25-dən, Cinayət Məcəlləsinin ümumi hissəsinə 30-dan, xüsusi hissəsinə isə 70-dən çox dəyişiklik təklif edilib.Muxalifet - 27-09-2017
Ruslar məşhur çeçen mücahidini necə öldürdülər? – DETALLAR
Çeçen mücahidlərinin lideri Doku Umarovun ölüm səbəbi zəhərli maddə olub.
Bu haqda məlumatlı mənbəyə istinadən “İnterfaks” agentliyi bildirib.
Məlumata görə, 2013-cü ildə İnquşetiyada döyüşçülərin 49 yaşlı liderinin məhvi üzrə xüsusi əməliyyat keçirilmişdi.
“O çox təsirli maddə ilə zəhərlənmə nəticəsində ölüb”, - agentliyin həmsöhbəti deyib.
Mənbə bildirib ki, Umarovun qalıqları da çox zəhərli olduğu üçün onları Moskvaya xüsusi ehtiyat tədbirləri ilə aparıblar. O əlavə edib ki, ekspertiza qalıqların Umarova aid olduğunu təsdiqləyib.Muxalifet3 - 27-09-2017
"Qadınlar “yox” deyəndə, əslində “hə” demək istəyirlər" – HAKİMDƏN QALMAQALLI QƏRAR
Hindistanda təcavüz iddiası ilə bağlı hakimin qərarı ölkədə qalmaqala səbəb olub.
Belə ki, Mahmod Farooqi adlı rejissor ötən il Dehlidə bir tələbəyə təcavüz etməkdə ittiham edilib və ona 7 il həbs cəzası verilib.
Təcavüzə məruz qaldığını deyən qadın məhkəmədə çıxışında bildirib ki, içki içəndən sonra M.Farooqinin onun paltarlarını soyundurmasına mane olmağa çalışıb, rejissor isə onun əlini tutub, dəfələrlə etiraz edib, “yox” desə də, onu dinləməyib.Muxalifet3 - 27-09-2017
Заплатит ли Путин 90 миллиардов долларов за Крым?
Украина нашла хороший способ сохранить вопрос о российской аннексии Крыма в центре мирового внимания: потребовать от Москвы компенсацию через суд.
Muxalifet3 - 27-09-2017
İstanbulda yağış həyatı iflic etdi - FOTO
Türkiyənin İstanbul şəhərində leysan xarakterli yağış nəqliyyatın hərəkətini iflic edib.
Belə ki, bu gün axşam saatlarında daha da şiddətlənən yağış yollarda gölməçələr əmələ gətirib, avtomobillərin hərəkətini çətinləşdirib. Bu barədə Report məlumat yayıb.
Bir sıra küçələri və yaşayış evlərinin həyətlərini su basıb.Muxalifet3 - 27-09-2017
Грузия растет, она полна жизни и тверда в борьбе с вызовами
Qiyas İbrahimov və atası yeni cinayət işinə cəlb olunub
Azərbaycan Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Qiyas İbrahimova və atası Həsən İbrahimova Cinayət Məcəlləsinin 289.2-ci maddəsilə (Məhkəməyə hörmətsizlik) cinayət işi qaldırılıb. Bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsindəki videomüraciətində bildirib.
Xatırladaq ki, NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra həbs olunub. Ancaq onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham edilərək, hər biri 10 il azadlıqdan məhrum edilib.Muxalifet - 27-09-2017
"Jurnalist Ziya Əsədli saxta iş üzrə həbs edilib" – Vəkil
Jurnalist Ziya Əsədli saxta iş üzrə həbs edilib, vəkil Elçin Sadıqov belə hesab edir.
Müxalifət.az amerikanınsesi.org-a istinadən verdiyi xəbərə görə "Azadlıq" qəzetinin bölgə müxbiri Əsədliyə qarşı Biləsuvar rayon Polis Şöbəsində bu il mayın əvvəllərində cinayət işi açılıb.
Həmin vaxt jurnalist bildirib ki, ona qarşı təzyiq Neftçala rayonunun Xırmandalı kənd sakinlərinin etiraz aksiyasından hazırladığı videoreportajdan sonra başlayıb.Muxalifet - 27-09-2017
Ermənistan “Putin İttifaqı”ndan çıxmadı – YEKUN QƏRAR
Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyası Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması barədə məsələnin müzakirəsi üçün müvəqqəti komissiyanın yaradılmasının əleyhinə səs verib.
News.am-ın məlumatına görə, yalnız bir deputat komissiyanın yaradılmasının lehinə, 10 parlamentari isə əleyhinə səs verib.
“Bununla da, bu məsələnin müzakirəsi bağlandı”, - deyə Xarici əlaqələr üzrə komissiyanın rəhbəri Armen Aşotyan bəyan edib.
Xatırladaq ki, ötən həftə Bakıya gələn A.Aşotyan Ermənistanın "Putin İttifaqı"ndan çıxmayacağını bildirmişdi.Muxalifet3 - 27-09-2017
“Komandamın oyunundan razı qaldım” – QURBAN QURBANOV
“Bizim üçün ağır oyun oldu. Xüsusən də, matçın əvvəli”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Roma”nı qəbul edən Ağdam təmsilçisi 1:2 hesablı məğlubiyyətə düçar olub.Muxalifet3 - 27-09-2017
ABŞ kimyəvi silah ehtiyatlarını 2023-ci ildə məhv edəcək – DÖVLƏT DEPARTAMENTİ
ABŞ 2023-cü ildə kimyəvi silah ehtiyatlarını tam olaraq məhv edəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir.
“ABŞ hökuməti Kolorado ştatının Pueblo və Kentukki ştatının Riçmond şəhərindəki anbarlarda kimyəvi silahların qalan hissəsini 2023-cü ilin sonunadək məhv etməyi planlaşdırır”, məlumatda deyilir.
Qeyd edək ki, ötən gün Udmurtiya Respublikasında Rusiyaya məxsus sonuncu kimyəvi silah ehtiyatları məhv edilib.Muxalifet3 - 28-09-2017
Bu gün Avropa Liqasında II turun oyunları keçiriləcək
Bu gün Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, 12 qrupda yer alan 48 komanda növbəti matçına çıxacaq.
Tura Qazaxıstanda start veriləcək. “Astana” öz meydanında “Slaviya”nı sınağa çəkəcək. Günün ən maraqla gözlənilən matçı kimi “Zenit” və BATE-nin ev görüşlərini vurğulamaq olar. Sonuncular “Arsenal”la qarşılaşacaqsa, rusiyalılar “Real Sosyedad”ı qəbul edəcək.Muxalifet3 - 28-09-2017
Poroşenkodan Ukraynada hərbi anbarlarda baş verən yanğınla bağlı SƏRT REAKSİYA
Ukrayna prezidenti Petr Poroşenko Vinnitsa vilayətində hərbi anbarlarda baş verən yanğını milli təhlükəsizlik üçün təhdid adlandırıb.
Muxalifet.az bildirir ki, bu barədə "İnterfax" xəbər verib.
"Bu tendensiya milli təhlükəsiliyə təhdiddir, mən Milli Təhlükəsilik və Müdafiə Şurasının iclasını dəqiqliklə hazırlamağı xahiş etdim ki, bunların təkrar olmaması üçün mükəmməl tədbirlər qəbul edək", - deyə bildirib.
Qeyd edək ki, o, bu bəyanatı Kiyevdə keçirilən hərbi iclasda verib.Muxalifet3 - 28-09-2017
İspaniyada ikinci parçalanma: BASKLAR DA AKTİVLƏŞİR
İspaniya xalqlar üçün həbsxanadır.
Bu barədə bəyanatı baskların terror təşkilatı olan ETA yayıb. ETA hazırda İspaniya ilə Bask ölkəsi arasında ayrılığın əvvəlki illərdən daha böyük olduğunu bildirib:
“İspaniya dövləti xalqlar üçün həbsxanadır. Bu, Kataloniya dövlətinin mövcudluğunu rədd edilməsində özünü göstərir. Bu krallıq, həmçinin, demokratiya üçün də həbsxanadır”.Muxalifet2 - 28-09-2017
Trampın korteji qəzaya düşdü
ABŞ-ın İndianapolis şəhərində hava limanına yola düşən ABŞ prezidenti Donald Trampın korteji qəzaya düşüb.
“RİA Novosti” xəbər verir ki, bu haqda Ağ evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Trampı hava limanına gedən yolda müşayət edən motosikletlərədn biri idarə etməni itirərək qəzaya ugrayıb. Sürücü xəxtəxanaya yerləşdirilib. Onun həyatı üçün təhlükə yoxdur(publika.az).Muxalifet3 - 28-09-2017
İki avtomobil toqquşdu, biri binaya çırpıldı - BAKIDA
Bakıda iki qadının idarə etdiyi avtomobil toqquşub.
Muxalifət.az Trend-in hadisə yerində olan müxbirinə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu, Mətbuat prospekti, 529- cu məhəllədə baş verib.
"Azərbaycan" Nəşriyyatının qarşısında 99 LS 209 dövlət nömrə nişanlı avtomovil 90 VD 220 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində 99 LS 209 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq piyada səkisindən aşaraq 5 mərtəbəli binaya çırpılıb.Muxalifet2 - 28-09-2017
“İndi də nəvə-nəticələri cücərməyə başlayıb” – KXCP SƏDRİ
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ilə müsahibəni təqdim edirik.
- Mirmahmud bəy, sentyabrın 20-də bir qrup kommunistin “26 Bakı komissarı”nın məzarını ziyarət etməsini necə qiymətləndirirsiniz?Muxalifet3 - 28-09-2017