Kürdlər Bağdadın tələblərini rədd etdilər
27-09-2017 13:25

Şimali İraq kürd muxtariyyəti Bağdad hökumətinin tələblərini rədd edib.
Türkiyə KİV-ləri xəbər verir ki, Ərbil beynəlxalq hava limanının rəhbəri Telar Faik rəsmi Bağdadın tələbin heç bir əsasının olmadığını və yerinə yetirilməsinin mümkün olmadığını söyləyib.
Xatırladaq ki, rəsmi Bağdad sentyabrın 26-da Şimali İraq kürd muxtariyyətinə nota verib. Notada sərhəd keçid məntəqələri və muxtariyyət ərazisində yerləşən hava limanlarının 3 gün ərzində təslim edilməsi tələb olunub(publika.az).