​Heydər Əliyev Mədət Quliyevi belə təbrik etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevi doğum günü münasibətilə təbrik edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, prezidentin oğlu şəxsi İnstaqram səhifəsində Mədət Quliyevin fotosunu paylaşıb və "Ad Gününüz Mübarək sadə və mehriban, Hörmətli Mədət bəy", deyə təbrik edib.