​Vitali Kliçko yenidən Bakıya gəlir

Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçkonun oktyabrın 1-də Bakıya səfəri planlaşdırılır.
V.Kliçkonun səfəri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyində görüşlər nəzərdə tutulur.
Görüşlərdə Bakı ilə Kiyev arasında əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən iqtisadi, siyasi, elmi, mədəni əlaqələr müzakirə ediləcək.
Qeyd edək ki, Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko aprel ayında da Bakıya səfər etmişdi.(AzərTac)