İŞİD silahlıları 30 iraqlı polisi GIROV GÖTÜRDÜ

İŞİD terror qruplaşmasının yaraqlıları azı 30 iraqlı polisi girov götürüb. 
"Report" TASS-a istinadən xəbər verir ki, insident Ramadinin cənub-qərbində, Bağdaddan 100 km aralıda baş verib. 
Qeyd edək ki, Anbar vilayətinin inzibati mərkəzi olan Ramadi şəhərinin cənub-qərbində İŞİD yaraqlılarının bir sıra müqavimət ocaqları qalır. 
Xatırladaq ki, sentyabrın 16-da İraqın hökumət qüvvələri Anbarda terrorçuların mövqelərinə doğru genişmiqyaslı hücumlara başlayıb.