Axtarış
The search found 105785 results in 0.018 seconds.
Search results
Azər Xəlilov: “ATV Səhər” və “Yoxlama” verilişləri bağlanıb"
“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov telekanalın əməkdaşının kütləvi şəkildə işdən çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.
A.Xəlilov APA-ya açıqlamasında bildirib ki, işçilərin kütləvi şəkildə işdən çıxarılması barədə rəhbərlik tərəfindən hər hansı qərar qəbul edilməyib.
Onun sözlərinə görə, kimsə işdən getmək istəyirsə, öz işidir: “Heç kimin iradəsinə qarşı çıxmaq olmaz. İşdən getmək istəyi ilə mənə cəmi 3 nəfər müraciət edib. Hələlik mən onların adlarını açıqlamaq istəmirəm”.Muxalifet2 - 26-09-2017
Qurban Qurbanov: ""Roma"nı çox da tərifləmək istəmirəm"
"Bu, Bakıda ilk oyunumzdur. Hamımız üçün önəmli olduğunu düşünrəm. Belə bir görüşün Bakıda keçirilməsi şəhərimiz, ölkəmiz, eləcə də futbolumuz üçün önəmlidir. "Roma"nı bəlkə də kimlərsə silirdi. Lakin bu komandanın oyununu gördüm. Çox peşəkar komandadır. Çalışacağıq ki, müsbət nəticə əldə edək".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliya təmsilçisi "Roma" ilə oyundan öncə təşkil edilən mətbuat konfransında deyib.Muxalifet2 - 26-09-2017
Rusiyada karantin elan olundu
Rusiyanın Saratov, Nijni Novqorod və Volqoqrad vilayətlərində donuzlarda Afrika taunu aşkar edilib.
Xəstəliyin qeydə alındığı ferma və təsərrüfatlarda karantin elan olunub.
Xəstəliyə yoluxan heyvanların sayı hələlik açıqlanmayıb.
Məlumatda qeyd olunur ki, xəstəliyin ferma ərazisinə düşməsi, heyvanların xəstələnməsi faktı epidomoloji cəhətdən araşdırılacaq.
Qeyd edək ki, bir müddət öncə eyni hal Estoniyada heyvan təsərrüfatlarından birində qeydə alınmışdı.(Trend)Muxalifet2 - 26-09-2017
56 yaşlı qadın özünü asdı - BİLƏSUVARDA
Biləsuvar rayonunda 56 yaşlı qadın özünü öldürüb.
Hadisə bu gün günorta saatlarına olub.
Biləsuvar şəhər sakini, 1961-ci il təvəllüdlü Əzizova Səfurə Əhmədxan qızı həyətyanı sahəsində olan çardağdan özünü iplə asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 26-09-2017
“Bu, həm də Azərbaycanın suverenliyini təhdid edir” - SİYASİLƏRDƏN KÜRD REFERNDUMUNA REAKSİYA
Sərdar Cəlaloğlu: “Türkiyə beynəlxalq hüquq çərçivəsində öz qoşunlarını İ
Muxalifet3 - 26-09-2017
ABŞ-da nüvə zərbəsi üzrə məxfi sənəd AÇIQLANDI
ABŞ-ın Kaliforniya ştatının hakimiyyəti Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən mümkün nüvə zərbəsi üzrə iş planını hazırlayıb.
Bu haqda anonim mənbəyə istinadən “The Daily Express” nəşri bildirib.
Nəşin məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Nazirliyi və ştat hakimiyyəti “Nüvə hücumlarına reaksiya göstərmə məsələləri” (“Nuclear Attack Response Considerations”) adlı 16 səhifəlik məxfi sənədini dərc edib.
“Cənubi Kaliforniyada nüvə hücumunun nəticələri faciəli olacaq”, - nəşr sənəddən sitat gətirib.Muxalifet2 - 26-09-2017
""Roma"ya fəlsəfəmizi göstərməyə çalışacağıq" -Qurban Qurbanov
"Roma" çox peşəkar komandadı. Bizim üçün çətin oyun olacaq”.
Apasport.az saytı xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu sabah "Roma”ya qarşı keçirəcək.
Matçdan öncə mətbuat konfransı keçirən Qurbanov bunları deyib: "Bizi ağır oyun gözləyir. Buna baxmayaraq, azarkeşlərimizi sevindirmək istəyirik. Çempionlar Liqası fərqli turnirdi. Amma bizim də avrokubok təcrübəmiz var”.
Muxalifet - 26-09-2017
İlham Əliyev 6 sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Salyan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Salyan şəhərində 34 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.Muxalifet2 - 26-09-2017
50 ölkə ombudsmanı Ərdoğana Nobel istədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Nobel Sülh Mükafatı verilməlidir.
Muxalifet.az xəbər verir ki, bu fikri İstanbulda İslam Əməkdaşlıq Təşkilatının və Aralıq Dənizi Ombudsmanlar Birliyinin təşkilatçılığı ilə keçirilən 50 ölkənin ombudsmanları və insan haqları təmsilçilərinin qatıldığı Beynəlxaq Ombudsmanlar Konfransının iştirakçıları dilə gətirib.Muxalifet3 - 26-09-2017
Rusiya alimləri süni torpaq yaratdı
İldən-ilə pisləşən ekoloji vəziyyət ona gətirib çıxara bilər ki, tezliklə planetimizi “yaşıl” adlandırmaqdan imtina edə bilərik. Torpağın çirkləndirilməsi bu sahədə vəziyyəti daha da çətinləşdirir.
Bunu nəzərə alan Rusiyanın Sibir Federal Universitetinin alimləri Krasnoyarskda torpağın rekultivasiyası (bərpası) üçün süni torpaq ixtira ediblər.Muxalifet2 - 26-09-2017
BÖYÜK İSLAHATÇININ UKRAYNA SAVAŞI – Saakaşvilinin mübarizəsi nə vəd edir?
Saakaşvili Gürcüstan prezidentliyindən 2013-cü ildə gedib. Bir vaxtlar onun populyar olan partiyası isə, seçkilərdə sarsıdıcı məğlubiyyətlə üzləşdi. Onun yerinə gələn rejim klassik postsovet stilində Saakaşviliyə qarşı ”vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət əmlakının talanması” ittihamını irəli sürüb, onu Gürcüstan vətəndaşlığından məhrum etdi.
Onun siyasi karyerası ikinci dəfə 2015-ci ildə şans qazandı. Bu dəfə Ukrayna prezidenti Poroşenko Saakaşvilini Odessa vilayətinin qubarnatoru təyin etdi.Muxalifet3 - 26-09-2017
Çavuşoğlundan Bərzaninin nümayəndəsinə çağırış: TÜRKİYƏYƏ GƏLMƏ
Xarici işlər Naziri Mövlud Çavuşoğlu: Kürdüstan (Bərzaninin lideri olduğu) Demokrat Partiyasının (KDP) nümayəndəsinə zəng edib "Türkiyəyə gəlmə" deyildi.
Müxalifət.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İraq Kürd Regional Rəhbərliyinin (IKBY) keçirdiyi referenduma dair, "Kürdüstan Demokrat Partiyasının (KDP) nümayəndəsi burada olsaydı ölkəni tərk et deyəcəkdik. Hazırda onsuz da Ərbildə olduğu üçün “gəlmə qardaşım deyildi", İfadəsini işlətdi.Muxalifet - 26-09-2017
Azərbaycanda təhlükəli viruslarla bağlı vəziyyət açıqlandı
Bu il ərzində Azərbaycana hər hansı bir təhlükəli virus daşıyan insanın gəlməsi qeydə alnmayıb.
Muxalifət.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın (RTƏS) Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova deyib.Muxalifet2 - 26-09-2017
“Bütün problemlər həll olundu...” – Tofiq Heydərov yenidən iş başında
“Bu gün artıq işdəyəm. Bütün problemlər demək olar ki, həll olundu”.
Muxalifet3 - 26-09-2017
2 nəfər bıçaqlandı - GƏNCƏDƏ
Gəncə şəhərində iki nəfər bıçaqlanıb.
Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, hazırda əməliyyat olunurlar.
Hadisənin şəxsi mübahisə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 26-09-2017
Rusiya qanadlı raketlərlə terrorçuları MƏHV ETDİ
Rusiyaya məxsus T-95 strateji bombardmançı təyyarələri Suriyadakı İŞİD və Fəth əl-Şam mövqelərini hədəf alıb.
Bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.
O bildirib ki, terrorçuların Deyr əz-Zor və İdlibdəki mövqeləri qanadlı raketlərlə vurulub.
Nazirlik rəsmisi həmçinin əlavə edilib ki, əməliyyat keçirilən ərazilər ABŞ və DSQ mövqelərindən uzaq olub.Muxalifet2 - 26-09-2017
ATV-nin vitse-prezidenti də işdən çıxarıldı
Xəbər verdiyimiz kimi, bu saatlarda ATV kanalında kadr dəyişikliyi edilir.
Telekanalın rəhbəri Vüqar Qaradağlı işdən uzaqlaşdırılıb.
Vəzifəsindən azad edilənlərdən biri də kanalın vitse-prezidenti Rauf Dadaşov olub.
Qeyd edək ki, Rauf Dadaşov V.Qaradağlının qaynıdır.Muxalifet - 26-09-2017
"ATV-nin efirinə çıxmaq üçün ya pul ödəməlisən, ya da...”
"ATV-nin vitse -prezidenti Rauf Dadaşovun qardaşı Fuadın şəxsi restoranı var. ATV-dən müğənniləri həmin restorana pulsuz şou-proqrama göndərirdilər. Müğənnilər ATV kanalının efirinə iki halda çıxa bilir. Ya pul ödəməlisən, ya da pulsuz onların göndərdiyi tədbirlərdə çıxış etməlisən”.
Bu sözləri baku.ws-ə açıqlamasında Azərbaycanın populyar estrada müğənnisi Nura Suri söyləyib. Onun sözlərinə görə, toy tədbirləri, restoranlara, şou-proqramlara və dövlət tədbirlərinə müğənnilərin 90%-nə pul ödənilmir.Muxalifet - 26-09-2017
Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib
Bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb
Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Viktor Bondaryov hərbi xidmətdən və vəzifədən kənarlaşdırılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Həmin sərəncamla həmçinin Qara Dəniz Donanması komandanının müavini, vitse-admiral Valeri Kulikov da tutduğu vəzifədən azad edilib.Muxalifet - 26-09-2017
“Mersedes” kanala aşdı, sürücü komaya düşdü - TOVUZDA
Tovuz rayonunda bu gün səhər saatlarında idarəetməni itirərək kanala aşan “Mercedes” markalı avtomobilin sürücüsü Namiq Bəşirov komaya düşüb.
Hadisə nəticəsində N.Bəşirov ağır kəllə-beyin travması alıb və ağciyəri deşilib.
Tovuz rayon Mərkəzi Xəstəxanasına komatoz vəziyyətində çatdırılan sürücüyə ilkin tibbi yardım göstərilsə də, müalicələr effekt verməyib. Xəstə koma vəziyyətindən ayılmadığı üçün təcili yardım avtomobili ilə Gəncə Beynəlxalq Xəstəxanasına köçürülüb.Muxalifet - 26-09-2017