Maşından oğurluq edənlər TUTULDU

Bakıda avtomobillərdən oğurluq edənlər tutulub.
Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə,hadisə sentyabrın 18-də Nərimanov rayonunda baş verib.
Bakı şəhər sakini Mansur Mustafazadəyə məxsus “Mercedes” markalı avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Namiq Sasani və əvvəllər məhkum olunmuş Turqut Sadıqlı 16-cı PB-nin əməkdaşları tərəfindən tutulublar.
Ətraflarında aparılan tədbirlərlə onların sentyabrın 17-də 3 avtomobildən pul və mobil telefon oğurlamaları, daha bir avtomobildən isə oğurluğa cəhd göstərmələri müəyyən edilib