Axtarış
The search found 105785 results in 0.022 seconds.
Search results
İdlibdə "Təhrir Şam"ın 5 komandiri zərərsizləşdirilib
Suriyanın İdlib vilayətində sentyabrın 18-də Rusiya hərbi polisinə hücuma rəhbərlik etmiş "Heyət Təhrir Şam" (keçmiş "Cəbhat ən-Nüsra") terror təşkilatının 5 səhra komandiri zərərsizləşdirilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Onların yerinin müəyyənləşdirilməsi üçün çoxsəviyyəli kəşfiyyat sistemindən istifadə dilib. Terrorçuların olduğu əraziyə raket-aviasiya zərbəsi endirilib. Nəticədə səhra komandirləri Əbu Salman Əs-Saudi, Əbu əl-Abbas Anadin, Əbu Həsən, Valid əl-Mustafa, Əbu Mücaid öldürülüb. Əməliyyat zamanı daha 32 döyüşçü və 6 avtomobil məhv edilib.Muxalifet2 - 27-09-2017
AzTV rəhbərinin avtomobili cərimə meydançasına aparılıb
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun avtomobili cərimə meydançasına aparılıb.
“Report” xəbər verir ki, buna səbəb avtomobilin ödənilməmiş cərimələrinin olmasıdır.
Belə ki, A.Alışanova məxsus 99-AA-100 dövlət qeydiyyat nişanlı Toyota Land Cruiser markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.Muxalifet - 27-09-2017
"İnstagram” rekorda imza atır
Hazırda sosial şəbəkələrə liderlik edən "Facebook"a rəqib gəlir.
Statistikaya görə, “İnstagram” sosial şəbəkəsinə ayda 800 milyondan çox istifadəci giriş edir. Gündəlik auditoriya isə 500 milyondan aşağı düşmür.
Maraqlısı budur ki, bu barədə “Advertising Week” tədbirində iştirak edən “Facebook”un marketinq işləri üzrə vitse-prezidenti Kerolin Everson məlumat verib. Mətbuat xidməti isə verilən informasiyanı təsdiqləyib.
5 ay ərzində auditoriyasını 100 milyon nəfər artıran şəbəkədə təkcə reklam yerləşdirənlərin sayı 2 milyonu keçir.Muxalifet2 - 27-09-2017
Daha bir şirkət Azərbaycan bazarını tərk etdi
“Euro Architects and Engineers European Economics Interest Grouping” şirkətinin Azərbaycandakı filialı ləğv olunub.
APA xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.
Kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 4/189 ünvanına bildirə bilərlər.Muxalifet - 27-09-2017
Tramp dediyini elədi: Divarı hörməyə başladılar - FOTO
ABŞ-Meksika sərhəddi boyu divarın inşasına start verilib.
Prezident Donald Trampın hələ seçki kampaniyası dövründə vəd etdiyi sərhəd divarının ilk mərhələdə 8 ayrı prototipi inşa ediləcək.
Gömrük və Sərhədi Mühafizə Birliyindən verilən açıqlamada divarların 4-nün beton, 4-nün isə digər materiallardan olacağı bildirilib.
D.Tramp divarın inşası üçün ABŞ konqresindən 1,5 milyard dollarlıq büdcə ayrılmasını da tələb edib. Lakin bu büdcənin təsdiqlənməsi haqqında hələ ki, addım atılmayıb.Muxalifet2 - 27-09-2017
Şeyxlə savaş və Abutalıbovun diski - ATV rəhbərliyi niyə bitirildi...
ATV kanalında efirə gedən "ATV Səhər” proqramı sentyabrın 26-da yayımlanmayıb. Turan İbrahimovun müəllifi olduğu "ATV Səhər” verilişində bu ilin may ayında sabiq vitse-spiker, hazırda deputat olan Arif Rəhimzadənin məlum "türk deyiləm” sözlərindən sonra T.İbrahimov onun barəsində tənqidi ifadələr işlətmişdi ki, bu səbəbdən də onu efirdən uzaqlaşdırmışdılar.
Muxalifet - 27-09-2017
Ev alanlar üçün çoxdan gözlənilən YENİLİK
Azərbaycanda bütün mənzil sahiblərinin, eləcə də mənzil almaq istəyənlərin çoxdan gözlədiyi mühüm yenilik baş verib. Bundan sonra yeni tikilən binalardan mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə biləcəklər. Eyni zamanda vətəndaşlar alacağı mənzillərin qiymətini əvvəlcədən bazar dəyərlərinə uyğun öyrənəcəklər.
Muxalifet2 - 27-09-2017
Məscid üstündə mübahisə - GÜRCÜSTANDA
Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (GMADİ) və Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) arasında azərbaycanlıların yaşadığı Marneuli rayonundakı İmam Əli məscidinin üstündə mübahisə yaranıb.
APA-nın məlumatına görə, məscidin hüquqi statusu ilə bağlı Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi üç dövlət qurumu - İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Dövlət Əmlakı üzrə Milli Agentlik və Dini məsələlər üzrə Dövlət Agentliyinə qarşı məhkəməyə müraciət edib.Muxalifet - 27-09-2017
Rusiya generalın qisasını belə aldı - VİDEO
Suriyada rus hərbi polisinə təşkil olunan hücumlara rəhbərlik etdiyi bildirilən 5 nüfuzlu səhra komandiri Rusiya ordusunun hazırladığı xüsusi əməliyyat nəticəsində məhv edilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov danışıb.Muxalifet2 - 27-09-2017
Azərbaycan BORCLANIR: Daha 900 milyon dollar kredit götürəcək
Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) Azərbaycan üçün 2017-2020-ci illəri əhatə edən Ölkə Əməliyyatları üzrə Biznes Planını təsdiq edib.
APA xəbər verir ki, biznes plan bankın 2018-2020-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının prioritetləri ilə uyğunlaşdırılıb.
ADB nəqliyyat, enerji, su və şəhər infrastrukturu, xidmət sektorunun inkişafı sahələrini prioritet sahələr kimi seçib. Bank məsləhətləşmələr və texniki yardımlar vasitəsilə digər sektorlarda da hökumətlə əməkdaşlığı davam etdirmək niyyətindədir.Muxalifet - 27-09-2017
Avtomobilin çənindən 59 telefon çıxdı
Gürcüstandan Azərbaycana gələn avtomobilin yanacaq çənindən 59 ədəd mobil telefon aşkar edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VOLKSVAGEN PASSAT" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.Muxalifet2 - 27-09-2017
"Beşiktaş" və "Real"dan növbəti qələbə - Nəticələr
Ötən gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turuna start verilib.
İlk oyun günündə E, F, G və H qrupunda növbəti görüşlər keçirilib. Ölkəmizdə də xeyli azarkeşi olan “Beşiktaş” “Leypsiq” üzərində qələbə qazanıb - 2:0.
Günün maraqlı görüşlərindən biri Almaniyada oynanılıb. “Borussiya-Dortmund” “Real-Madrid”lə üz-üzə gəlib. Görüş "Real"ın 3:1 heablı qələbəsi ilə başa çatıb.
UEFA Çempionlar Liqasında II turun tam nəticələri:
E qrupu
22:45. “Spartak” (Moskva, Rusiya) - “Liverpul” - 1:1Muxalifet - 27-09-2017
Azərbaycanlı məmur bu addımla erməniyə dəstək verir – MİLLƏT VƏKİLİ
Füzuli Tanirverdiyev anlamır ki, bu mövqeləri ilə Ermənistanın Azərbaycan torpaqlarına olan ərazi iddiası məsələsində erməniyə siyasi dəstək vermiş olur.
Bu sözləri Axar.az-a millət vəkili Aydın Mirzəzadə Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyevin Feysbuk səhifəsində İraq Kürd Muxtariyyətinin müstəqilliyini dəstəkləyən foto və statuslar paylaşmasına münasibət bildirərkən deyib. Millət vəkili ümid etdiyini bildirib ki, məsələyə hüquqi tərəfdən müvafiq orqanlar münasibət bildirəcək:Muxalifet2 - 27-09-2017
“Qarabağ” – “Roma” oyununa 3 min polis cəlb edilib
Bu gün Çempionlar Liqasının qrup mərhələsində İtaliyanın “Roma” klubu ilə qarşılacaq “Qarabağ”ın oyunu üçün Bakı şəhərində təhlükəsizlik tədbirləri yüksək həddə çatdırılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu məqsədlə oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda qərargah yaradılıb. Oyunun təhlükəsizliyinə polis və daxili qoşun qüvvələri də daxil olmaqla 3000-dən artıq heyət cəlb olunub.
Qərargaha Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov rəhbərlik edir.Muxalifet2 - 27-09-2017
Lütfi Zadə ilə vida mərasiminin keçiriləcəyi tarixi AÇIQLANDI
Lütfi Zadə ilə vida mərasimi sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək.
Bu barədə Publika.az-a AMEA Rəyasət Heyətinin aparatıİctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, görkəmli alim Lütfi Zadənin nəşi sentyabrın 29-da günorta saatlarında Azərbaycana gətiriləcək.Muxalifet2 - 27-09-2017
Bərzanini küncə sıxışdıracaq 5-li MƏNGƏNƏ - Türkiyə hazırladı
Ankara bütün xəbərdarlıqlara baxmayaraq qeyri-qanuni referendum keçirən İraq Regional Kürd RəhbərliyiNİ (IKBY) küncə sıxışdıracaq 5 mərhələli "izolyasiya stratejisini" müəyyənləşdirdi.
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki,Türkiyənin izləyəcəyi strategiyada ən çox diqqət çəkən məqam sanksiyaların xalqa deyil, sadəcə, Ərbil rəhbərliyinə aid olması olacaq. Bu məqamda həssas olan Türkiyə əsas ərzaq və ehtiyac maddələrinin ticarətini məhdudlaşdırmayacaq.Muxalifet - 27-09-2017
Akif Çovdarovun məhkəməsində təqsirləndirilənlər SON SÖZ deyir
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Vəkil Şahin Rəfiyev APA-ya deyib ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə MTN polkovniki Səlim Məmmədov son sözlə çıxışa başlayıb. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hazırda proses davam edir.Muxalifet2 - 27-09-2017
Gürcüstanda azərbaycandilli məktəbdə hicab problemi yaranıb
Gürcüstanın Telavi rayonunun azərbaycanlıların sıx yaşadığı Qaracala kəndində məktəb direktoru hicablı 7-ci sinif şagirdini məktəbə buraxmayıb.
APA-nın yerli bürosunun məlumatına görə, şagirdin atası Tahir Astanov məktəb rəhbərliyini dini azadlığın məhdudlaşdırılmasında ittiham edərək Gürcüstanın Təhsil və Elm Nazirliyini məsələyə münasibət bildirməyə çağırıb. O, artıq məsələ ilə bağlı Telavi Resurs Mərkəzinə müraciət edib.Muxalifet2 - 27-09-2017
Leysan yağışlar, sulu qar və QAR YAĞACAQ
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-20° isti, Bakıda gecə 14-16°, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 85-95 % olacaq.Muxalifet2 - 27-09-2017
"Putin Poroşenkoya ad günü hədiyyəsi etdi" - SAAKAŞVİLİ
Kalinovka şəhərində yerləşən hərbi hissə anbarındakı partlayış Putinin Poroşenkonun ad gününə göndərdiyi hədiyyədir.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın keşmiş prezidenti Mixail Saakaşvilli deyib. Onun sözlərinə görə, Putin bu hərəkətiylə həm də ABŞ-a bir mesaj göndərib:
“Çünki ABŞ Ukraynaya silah verib. Əsas sual ondan ibarətdir ki, görəsən, niyə biz Putinə belə hədiyyələr etməyə icazə veririk”.Muxalifet2 - 27-09-2017