Axtarış
The search found 105785 results in 0.021 seconds.
Search results
Respublika Xəstəxanasında INTIHAR: xəstə özünü pəncərədən atdı - YENİLƏNİB
Cavid Ağayev müalicə aldığı müddətdə onun yanında oğlu olub
Bu gün Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında intihar edən şəxsin kimliyi məlum olub. "Report"un xəbərinə görə, bu, İsmayıllı rayon sakini 1967-ci il təvəllüdlü Ağayev Cavid Səmi oğludur. O, özünü xəstəxananın dördüncü mərtəbəsindən atıb.
C.Ağayev bir həftədir ki, xəstəxanada nevroloji müalicə alırmış.
C.Ağayev müalicə aldığı müddətdə onun yanında oğlu olub. Lakin intihar zamanı oğlu yatıbmış.Muxalifet - 27-09-2017
Bakı dairəvi yolunda ağır qəza: ölən və yaralanan var
Jiquli öz yolu ilə gedən Okaya çırpılıb
Bakı dairəvi yolunda iki maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, biri yaralanıb.
Hadisə magistral yolun Yasamal rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.Muxalifet - 27-09-2017
Çempionlar Liqasında II turun son oyunları keçiriləcək
Futbol üzrə Çempionlar Liqasında II tura bu gün keçiriləcək daha 8 oyunla yekun vurulacaq.
Günün ilk matçı Bakıda "Qarabağ"la İtaliya "Roma"sı arasında olacaq.Muxalifet - 27-09-2017
Bakı-Qobustan-Şamaxı yolunda TƏHLÜKƏ
Hazırda Bakı-Şamaxı-Ağsu və Şamaxı-Muğanlı-İsmayıllı yollarında sürüşmə hadisələri baxımından vəziyyət gərgindir.
Bunu AMEA-nın ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri deyib.
Onun sözlərinə görə, Bakı-Qobustan-Şamaxı yolunun 106-107-ci kilometrliyində asfalt üzərində yeni çatlar yaranıb:Muxalifet2 - 27-09-2017
Azərbaycan məmurları haqqında SENSASİON QƏTNAMƏ – ABŞ Konqresində müzakirələr...
Azərbaycan rejimi tərəfindən insan hüquqlarının pozulması hallarının davam etdiyini nəzərə alaraq konqresmenlər Kris Smit (Respublikaçı, Nyu Cersi ştatı) və Cim MakQovern (Demokrat, Massaçusets ştatı) Azərbaycanda insan hüquqlarının hörmət edilməsini və qanunun aliliyini təşviqini nəzərdə tutan qətnamə layihəsi irəli sürüblər.
Muxalifet3 - 27-09-2017
Bu gün "Qarabağ" Bakıda "Roma"nı qəbul edəcək
Çempionlar Liqasında II tura 8 oyunla yekun vurulacaq
Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində növbəti oyununu keçirəcək. Ağdam təmsilçisi II tur çərçivəsində İtaliya təmsilçisi “Roma”nı qəbul edəcək.
Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolu adına ilkə imza atan “köhlən atlar” romalılarla görüşdə daha bir tarix yazacaq. Satışa çıxarılan bütün biletlərin satıldığı üçün Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmanı rekord sayda - 65 min azarkeş izləyəcək.Muxalifet - 27-09-2017
Silah anbarında partlayış oldu
Ukraynanın Vinnitsa vilayəti yaxınlığında yerləşən hərbi sursat anbarında partlayış baş verib.
"RİA Novosti"-nin verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, partlayışla əlaqədar Kalinovka şəhərinin və ətraf kəndlərin sakinləri evakuasiya edilib. Hadisənin baş verdiyi ərazinin üzərində hava məkanı 50 kilometr radiusunda tam bağlanıb.
Məlumata görə, hərbi sursat anbarında “Smerç”, “Uraqan” və “Qrad” tipli raketlər saxlanılır.
Muxalifet2 - 27-09-2017
Avtomobil 57 yaşlı kişini vurub: SÜRÜCÜ QAÇIB
Bakının Suraxanı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
57 yaşlı Aslanov Abbasqulu Yusif oğlu Ramana qəsəbəsində yüksək sürətli magistral yolu keçmək istəyərkən onu sürücüsü hələlik naməlum olan minik avtomobili vurub.
Qəzanı törədən sürücü piyadanın xəsarət aldığını görərək hadisə yerini tərk edib. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Zərərçəkmişin sözlərinə görə, o, qəza baş verəndən sonra sürücüdən xəstəxanaya çatdırılmasını istəsə də, kişi ona məhəl qoymayıb.Muxalifet - 27-09-2017
DƏHŞƏT: 2 yaşlı qızını qril aparatında bişirərək öldürdü
Qadın övladını Cənnətə düşmək üçün yandırdığını bildirib
Belçikada azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinən 27 yaşlı qadın saxlanılıb.
"Daily Mail" xəbər verir ki, qızın kömürə dönmüş qalıqları qril aparatının içindən tapılıb.
Polisə bu barədə qadının qonşuları xəbər verib. Onlar əvvəlcə uşağın ürəkparçalayan qışqırıq səsini eşidiblər, ardınca isə qarajdan tüstü çıxdığını görüblər.Muxalifet - 27-09-2017
Suriyada Rusiya helikopteri vurulub
Hadisənin Hama əyalətində qeydə alınıb
Suriya ərazisində Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus vertolyot vurulub.
Bu barədə qondarma Azad Suriya Ordusuna aid olan "Ceyş-əl-İzza" qruplaşmasının yaraqlıları məlumat yayıblar.
İddiaya görə, vertolyot Hama əyalətinin şimalında Amerika istehsalı olan "Tow" tank əleyhinə raket kompleksi ilə vurulub.
Məlumat hələ ki, öz rəsmi təsdiqini tapmayıb./reportMuxalifet - 27-09-2017
Deputat bir yumruğa həmkarını yerə sərdi - VİDEO
Kiyev regional şurasının deputatı Vitali Karlyuk həmkarı Vladislav Xaxulinə yumruq vurub.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, hadisə büdcənin bölüşdürülməsi ilə bağlı keçirilən iclasda baş verib. Xaxulin aldığı zərbədən huşunu itirib və onu xəstəxanaya yerləşdiriblər.Muxalifet2 - 27-09-2017
20 dollar rüşvət alan 4 futbol hakimi ömürlük cəzalanıb
Onlar rüşvət verən klubun qələbəsini təmin edə bilməyiblər
Malavidə 4 futbol hakimi üst-üstə 20 dollar rüşvət aldıqları üçün ömürlük cəzalandırılıb. Bu vəsait "Nçalo Yunayted" və "Çitipa Yunayted" komandaları arasındakı görüşündə nəticənin birincilərin xeyrinə olması məqsədilə verilib.Muxalifet - 27-09-2017
Ər arvadını küçədə bıçaqlayıb - GƏNCƏDƏ
Cinayət işi açılıb, araşdırma aparılır
Gəncədə ər arvadını bıçaqlayaraq öldürməyə çəhd edib.
Hadisə şəhərin Dədə Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində baş verib.
Belə ki, 1976-cı il təvəllüdlü Elyar Aydın oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı olan, 1990-cı il təvəllüdlü Elnarə Daşdəmir qızı Süleymanovanı küçədə bıçaqlayaraq hadisə yerindən qaçıb. Dörd bıçaq yarası alan qadın yaxınlıqdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən əməliyyat olunan yaralının vəziyyəti orta-ağır olduğu bildirilir.Muxalifet - 27-09-2017
Gözətçi iş yerində qəflətən vəfat etdi - LƏNKƏRANDA
Lənkəranda iş yerində ölüm hadisəsi baş verib.
Şəhərdəki 4 saylı ATS-də gözətçi işləyən Şağolaser kənd sakini, 1990-cı il təvəllüdlü Elmir Cəbi oğlu Şirəliyev bu gün səhər saatlarında qəfildən yıxılıb. Hadisə yerinə gələnlər onun öldüyünü görüblər.
E. Şirəliyevin ölüm səbəbi ekspertizadan sonra məlum olacaq. Fakt araşdırılır./apaMuxalifet - 27-09-2017
Məktəbli qız itkin düşdü - BAKIDA
Bakıda məktəbli qız itkin düşüb.
Binəqədi rayon sakini, 2003-cü il təvəllüdlü Ayşə Süleyman qızı Məmmədova oxuduğu 246 saylı orta məktəbdən çıxıb və bir daha evə qayıtmayıb.
Binəqədi rayon Polis İdarəsiMuxalifet2 - 27-09-2017
Rus deputat Bülbüloğludan Anar üçün YARDIM İSTƏDİ
Xabarovskın millət vəkili Anar Allahverənovu xilas etmək üçün Polad Bülbüloğluna müraciət edib.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda Xabarovsk Şəhər Dumasının deputatı Smolkin Yevgeninin seçicilər və Azərbaycan diasporunun üzvləri ilə birlikdə Anar Allahverənovun müdafiəsində yardım göstərməsi üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciət ünvanlandığı bildirilir.Muxalifet2 - 27-09-2017
Lənkəran-Lerik yolunda iki maşın toqquşub: ölən var
Lənkəran-Lerik yolunda avtomobil qəzası baş verib.
İki avtomobilin toqquşması nəticəsində bir qadın ölüb, digər qadın isə ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.Muxalifet - 27-09-2017
45 yaşlı kişi dəm qazından boğularaq ölüb - BAKIDA
Bakı sakini dəm qazından boğulub.
Paytaxtın Sabunçu rayonunda 1972-ci il təvəllüdlü Etibar Hüseyn oğlu Allahverdiyev yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 27-09-2017
Messencer İŞİD-lə əməkdaşlıq edir
Messencer İŞİD-lə əməkdaşlıq edir - İranda "Telegram"ın rəhbərinə cinayət işi açıldı
"Telegram" adlanan messencer üzərindən İŞİD üzvlərinin yazışması aşkarlanıb.
Tehran prokuroru Abbas Cəfərinin sözlərinə görə, İŞİD öz cinayətkar və terror planlarını sözügedən messencer vasitəsilə qərarlaşdırıb. Məhz bu səbəbdən proqramın tərtibçisi Pavel Durova qarşı cinayət işi açılıb.Muxalifet2 - 27-09-2017
Bakıdan gedən yük maşınında 200 qaçaq tutuldu
Türkiyədə qaçaq şəkildə Avropaya getmək istəyən azərbaycanlılar saxlanılıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çorum şəhərində şübhəli yük maşını aşkarlanıb. Bu zaman sürücü düşərək qaçıb. Maşının yük yerində isə azərbaycanlı və əfqan olmaqla 200 qaçqın olub.
Polis bildirib ki, yük yerindən düşənlər də qaçmağa başlayıb, lakin onların bir hissəsi saxlanılıb. Hazırda digər qaçan qaçqınlar və sürücü axtarılır.Muxalifet - 27-09-2017