Axtarış
The search found 105785 results in 0.028 seconds.
Search results
FƏLAKƏT YAXINLAŞIR: Şimali Koreya lideri dünyanı məhv edə bilər - VİDEO
Bir qrup alim Şimali Koreyanın Sakit okeanda keçirəcəyi hidrogen bombası sınağının törədə biləcəyi fəsadlara dair araşdırma aparıb. Bu barədə metbuat.az məlumat yayıb.
Muxalifet.az bildirir ki, elm adamları partlayış nəticəsində ilk növbədə hündürlüyü bir neçə metrə çatan dalğaların yaranacağını ehtimal edir. Test nəticəsində atmosfera böyük miqdarda buxar və zərərli qazın qarışacağı güman edilir.
Yaranacaq radiasiya yaxınlıqdakı bütün canlıları məhv edəcək.Muxalifet3 - 28-09-2017
Krım tatarlarının lideri HƏBS EDİLDİ
Rusiyanın Ukraynadan işğal etdiyi Krımda məhkəmə tanınmış tatar lider İlmi Umerovu separatçılıq ittihamı ilə məhkum edib.
Human Rights Watch beynəlxalq insan haqları təşkilatının Ukrayna üzrə əlaqələndiricisi Tanya Kuper AzadlıqRadiosuna müsahibəsində bu məhkəmə hökmünü yarımadanın ilhaqına etiraza görə “qəddar qisas” adlandırıb.Muxalifet2 - 28-09-2017
Kürdlər referendumun nəticələrini "ləğv etməyə" çağrılır
İraqın baş naziri, Kürdüstan Regional Hökumətindən bazar ertəsi günü təşkil etdiyi müstəqillik referendumunun nəticəsini "ləğv etməsini" tələb edib.
Parlamentdə çıxış edən Heydər əl-Abadi nəticəni "heç vaxt müzakirə etməyəcəyini" deyib və kürdləri "konstitusiya çərçivəsində dialoqa" çağırıb.
"Onlar danışıqlara başlamaq istəyirlərsə, referendumu və nəticəsini ləğv etməlidirlər", o əlavə edib.
O, həmçinin Kürdüstanın bütün bölgələrində "İraq hakimiyyətini tətbiq etmək" sözü verib.Muxalifet3 - 28-09-2017
Ölkədən qaçan sabiq baş nazir DUBAYDA GİZLƏNİB
Taylandda 5 il azadlıqdan məhrum edilmiş sabiq baş nazir Yinqlak Çinavatın Dubayda gizlənməsi məlum olub. Bu barədə baş nazir Prayut Çan-oça brifinqdə xəbər verib.
Baş nazir deyib: "Bundan sonrakı işlər üçün artıq polis işlərini Xarici İşlər Nazirliyi və İnterpolla bir yerdə quracaq".
Qeyd edək ki, keçmiş baş nazirin barəsində vəzifə səlahiyyətlərinin yerinə yetirilməsində yol verdiyi nöqsanlara görə cinayət işi açılıb. O, gizli yolla ölkəni tərk edib.Muxalifet2 - 28-09-2017
ABŞ-dan şok: Azərbaycanda terakt təşkil etmək üçün…
Hizbullah son bir neçə ildə Yaxın Şərqdə stabilliyin bərpa edilməsinə imkan verməyib.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Senatının Milli Təhlükəsizlik Komitəsində çıxışı zamanı Milli Antiterror Mərkəzinin rəhbəri Nikolas Rasmussen söyləyib.Muxalifet2 - 28-09-2017
Sərnişin avtobusu 44 yaşlı qadını vurub
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir
Bakıda sərnişin avtobusu piyadanı vuraraq ona ağır xəsarət yetirib.
Hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 8-ci kilometr qəsəbəsində, bazarın yaxınlığında yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Babayeva Təranə Mənsur qızını 64 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub. Qadın xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən avtobus sürücüsünü saxlayıb.Muxalifet - 28-09-2017
50 yaşlı kişi su quyusuna düşərək ölüb - BAKIDA
Boğulan şəxs xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib
Bakıda orta yaşlı kişi su quyusuna düşərək ölüb.
Bədbəxt hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Maştağa qəsəbəsində 50 yaşlı Əliyev Əbülfəz Mirəli oğlu evin yaxınlığındakı su quyusuna yıxılıb. Onu yaxınları quyudan xilas edib. M.Əliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.Muxalifet - 28-09-2017
Tramp İspaniya prezidentini tanımırmış - FOTO
ABŞ prezidenti Donald Tramp İspaniyanın baş nazırı Mariano Rahoyla görüşdən sonra tvitter hesabındakı paylaşımı ilə gündəm olub.
Donald Tramp mətbuat konfransı zamanı Mariano Rahoyu prezident kimi təqdim edib. İspaniyanın baş naziri prezident kimi təqdim edilməsinə təəccüblənib.
Danışıqlardan sonra Tramp həmişəki kimi sosial şəbəkədə paylaşım edərək təəssüratlarını bölüşüb. O, İspaniyanın baş nazirini prezident kimi təqdim edərək, “Mənim üçün İspaniya prezidenti Mariano Rahoyu qəbul etmək şərəfdir. Bizim yanımızda olduğunuz üçün təşəkkür edirəm”, - deyə tvit atıb.Muxalifet2 - 28-09-2017
Putinin kritik Türkiyə səfəri başlayır
Rusiya prezidenti Vladimir Putin sentyabrın 28-i Türkiyəyə səfər edəcək. Bu barədə Rusiya KİV-i xəbər verir.
Məlumata əsasən, Putin və Ərdoğanın görüşü zamanı Suriyada Rusiya, Türkiyə və İranın birgə qərarı ilə yaradılan münaqişəsiz bölgələrdəki vəziyyəti, Türkiyənin Rusiyadan aldığı “S-400” raket kompleksinin tədarükü, İraqın şimalında keçiriləcək “referendum”, ikitərəfli iqtisadi-ticarət əlaqələr müzakirə ediləcək.
Tərəflər görüş zamanı, həmçinin “Türk axını” və “Akkuyu” Atom elektrik Stansiyasının tikintisinə dair fikir mübadiləsi aparacaqlar.Muxalifet2 - 28-09-2017
Abşeron və Sumqayıtın bir hissəsində elektrik kəsilib
“Azərişıq”də problemin olduğunu etiraf edirlər
Abşeron rayonunun və Sumqayıt şəhərinin bir hissəsinə elektrik enerjisinin verilməsi dayandırılıb.
Yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Abşeron rayonunun Masazır və Saray qəsəbələrində, Sumqayıtın isə Corat qəsəbəsində, XVII və XVIII mikrorayonlarında gecə saatlarından işıq yoxdur.Muxalifet - 28-09-2017
İstanbul səhəri antiterror əməliyyatı ilə açdı
İstanbul polisi səhəri antiterror əməliyyatı ilə açıb. Muxalifət.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə şəhər Polis İdarəsi xəbər yasyıb.
Məlmata görə, əməliyyat çərçivəsində PKK ilə əlaqədə şübhəli bilinən 16 nəfər saxlanılıb.
Bütün saxlanılanların Türkiyə vətəndaşları olduğu bildirilir.Muxalifet2 - 28-09-2017
Azərbaycana ilk qar yağıb - FOTO
Gecə Qubada yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib
Azərbaycana ilk qar yağıb.
"Report" xəbər verir ki, gecə saatlarında Qubada yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib.
İlk qar əsasən Qubanın dağ kəndlərinə - dəniz səviyyəsindən 2000-metrdən yuxarı olan kəndlərə, həmçinin Buduq, Zeyid, Əlik, Cek, Haput, Qalaxidat, Xınalıq və Xaltan zonasına yağıb. Qarın hündürlüyü 5-7 sm müşahidə olunur.
Hazırda qarın yağması davam edir. Yollarda və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.Muxalifet - 28-09-2017
Trampın kürəkəni seçkilərdə qadın kimi qeydiyyata alınıb
Оnun cinsinin nə üçün qadın kimi qeyd edilməsi məlum deyil
ABŞ prezidenti Donald Trampın kürəkəni və onun baş məsləhətçisi Cared Kuşner prezident seçkilərində qadın seçici kimi qeydiyyata alınıb.
Bu barədə "Wired" xəbər verib.
Qeyd olunur ki, onun Nyu-Yorkdakı seçici anketinin cins qrafasında qadın yazılıb.
Kuşnerin şəxsi anketində onun cinsinin nə üçün qadın kimi qeyd edilməsi məlum deyil.Muxalifet - 28-09-2017
Azər Tağıyev vəzifəsindən azad olundu
Sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edəcək
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin sədri Azər Tağıyevin vəzifəsindən azad olunub.
Bu barədə "Report"a VK-nın Rəyasət Heyətindən məlumat verilib.Muxalifet2 - 28-09-2017
Göydən balıq yağdı - VİDEO
Meksikanın şimal-şərqində göydən balıq yağıb.
Axar.az xəbər verir ki, bu barədə Tamaulipas ştatının Mülki Müdafiə İdarəsindən məlumat verilib.
Qeyri-adi hava şəraiti Tampiko şəhərində qeydə alınıb.
“Yüngül yağış yağırdı. Bu zaman göydən xırda balıqlar düşməyə başladı”, - idarənin Feysbuk hesabında qeyd olunub.
Alimlər balıqların hansı səbəbdən və necə düşdüyünü izah edə bilməyiblər.Muxalifet2 - 28-09-2017
Yaponiya parlamenti Kim Çen Ina görə İSTEFAYA GÖNDƏRİLDİ
Yaponiya parlamenti vaxtından əvvəl istefaya göndərilib.
“RİA Novosti”i xəbər verir ki, parlamentin aşağı palatasının istefaya göndərilməsinə səbəb Şimali Koreyanın nüvə-raket təhdididir.
“Bu, Yaponiyanı, vətəndaşların dinc yaşayışını necə qorunmalı olduğunu cavablandıracaq seçkilər olacaq”, - deyə Yaponiyanın baş naziri Sindzo Abe bildirib.
Onun sözlərinə görə, palatanın yeni heyəti Yaponiya və yapon gənclərinin gələcəyinə gedən yolu təmizləməlidir.
Qeyd edək ki, deputatların səlahiyyətləri yalnız gələn ilin dekabrında bitməli idi.Muxalifet2 - 28-09-2017
Bakı-Sumqayıt yolunda mikroavtobus qəza törətdi: ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, Bakı-Quba yolunun 23-ci kilometrliyində "Ford" markalı mikroavtobus yolu keçməyə çalışan 30-32 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.Muxalifet2 - 28-09-2017
Yağış Binəqədini bu hala saldı - FOTOLAR
Dünən axşam saatlarından yağan yağış artıq Binəqədi yollarını iflic edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sakinlər sosial şəbəkədə fotolar paylaşıb. Elə ilk payız yağışının ənənəvi problemlər gətirdiyini vurğulayan sakinlər hazırda küçələrin keçilməz olduğunu bildirib.Muxalifet2 - 28-09-2017
Silah anbarında partlayış - ERMƏNİSTANDA
Ermənistanda silah anbarında partlayış baş verib.
"Report" “Jogovurd” qəzetinə istinadən xəbər verir ki, hadisə Nubaraşendə yerləşən hərbi hissədə qeydə alınıb.
Qəzetin yazdığına görə, partlayış bir neçə gün əvvəl baş verib. Həlak olan və zərər çəkənlər yoxdur.Muxalifet - 28-09-2017
Xınalığa 13 sm qar yağıb
Sentyabrın 27-si gündüzdən 28-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib
Sentyabrın 27-si gündüzdən 28-i səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.Muxalifet - 28-09-2017