Axtarış
The search found 105785 results in 0.031 seconds.
Search results
Türkiyə ilə bu müqaviləmizi kimsə tənqid edə bilməz - PESKOV
Türkiyə və Rusiyanın hərbi-texniki əməkdaşlığı beynəlxalq hüquqa uyğundur və üçüncü tərəfə qarşı yönəlməyib.
Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Onun sözlərinə görə, heç kim tərəflər arasındakı bu əməkdaşlığı tənqid etmək haqqına sahib deyil.
Qeyd edək ki, bundan öncə Türkiyə Rusiyadan S-400 zenit raket kompleksləri alıb. Ankaranın bu addımı bəzi Qərb ölkələrinin tənqidinə səbəb olub.Muxalifet2 - 27-09-2017
Prokurorluq Heydər Həşimova xəbərdarlıq etdi
Baş Prokurorluqda aparılmış araşdırmalarla “Ovqat.com” internet saytının baş redaktoru Heydər Həşimov tərəfindən cinayət-prosessual qanunvericiliyin, habelə “Kütləvi informasiya vasitələri haqqında” qanunun müddəalarının tələbləri pozulmaqla Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Cahangir Hacıyev və qeyriləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi üzrə istintaq aparıldığı halda, ibtidai araşdırmanın maraqlarına zidd olaraq
Muxalifet2 - 27-09-2017
Rusiyanın nüvə raketi Azərbaycanın üstündən uçub
Ötən gün Rusiya özünün “Topol-M” qitələrarası ballistik raketini sınaqdan keçirib.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə “eksperimental başlıqla” təchiz edilmiş raket Həştərxan vilayətindəki Kapustin-Yar poliqonundan buraxılıb. Raket Qazaxıstanın Sarı-Şaqan poliqonundakı hədəfi müəyyən edilmiş dəqiqliklə vurub. Nazirliyin bildirdiyinə görə raket sınağı ballistik raketlərin perspektiv döyüş təchizatını yoxlamaq üçün keçirilib. Müdafiə Nazirliyi raket sınağının videogörüntüsünü də yayıb.Muxalifet2 - 27-09-2017
“Bizim düşmənçiliyimiz o vaxtdan başladı” - MTN POLKOVNİKİ
Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyib.Muxalifet2 - 27-09-2017
"Qarabağ"dan azakeşlərinə - MÜRACİƏT
"Qarabağ" klubu azarkeşlərinə yenidən müraciət edib.
Muxalifət.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müraciətdə Bakı Olimpiya Stadionunun qapılarının matçın başlamasına 3 saat qalmış açılacağı bildirilir. Xahiş olunur ki, tamaşaçılar yarana biləcək sıxlığın qarşısını almaq üçün qapıların açılma saatından etibarən gələrək tribunada yerlərini tutsunlar.
Qeyd edək ki, "Qarabağ" - "Roma" oyunu saat 20:00-da başlanacaq.Muxalifet2 - 27-09-2017
Sürücü sükan arxasında keçindi - VİDEO
Bakı-Şamaxı-Yevlax yolunun 104-cü kilometrliyində Ağcadərə adlanan ərazidə bədbəxt hadisə baş verib.
ARB TV xəbər verir ki, Şamaxıdan Qobustan istiqamətinə hərəkət edən avtomobilin sürücüsü Nizamağa Salmanovun halı sükan arxasında qəfildən pisləşib.
Şahidlərin sözlərinə görə, o, idarə etdiyi avtomobili yolun kənarında saxlayıb yerə enmək istəyən zaman dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 27-09-2017
Millət vəkilindən QORXUNC XƏBƏRDARLIQ
Məsul vəzifə tutan məmurun bu cür açıqlama verməsi bizi dərindən düşündürməlidir.
Muxalifət.az xəbər verir ki, bu sözləri millər vəkili Fazil Mustafa Laçın rayon İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev son günlər sosial şəbəkədə İraq Kürdüstanının müstəqilliyini dəstəkləməsi, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşması və bununla bağlı mətbuata verdiyi açıqlamaya münasibət bildirərkən deyib:Muxalifet2 - 27-09-2017
Bu ölkə ABŞ-la savaşa hazırlaşır – RƏSMİ BƏYANAT
Venesuela ordusu ölkə suverenliyinin müdafiəsinə hazır olmalıdır.
Bunu ABŞ-la Venesuelanın münasibətlərinin korlanmasından danışan Prezident Nikolas Maduro söyləyib.
“Artıq hər regionda, ştatda müdafiəni gücləndirmək vaxtı çatıb. Burada məqsəd antiimperialist xalqın müharibə zamanı müdafiəsini zəmanət altına almaqdır”, – deyə o bildirib.Muxalifet2 - 27-09-2017
Xoşqədəm Hidayətqızının da verilişi bağlandı - AÇIQLAMA
Yeni mövsümdən etibarən Xəzər TV-də Xoşqədəm Hidayətqızının təqdimatında efirə gedən “Bizə danış” verilişinin yayımı dayandırılıb.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, həftəiçi beş gün yayımlanan “Bizə danış” proqramını, ötən mövsüm həftədə yalnız bir gün efirə gedən “Səni axtarıram” verilişi əvəz edir.
Xəzər TV-nin Proqramlar Departamentinin rəhbəri Kənan Bayramov saytımıza açıqlama verərək, proqramın bağlanmasının səbəbini belə izah etdi:Muxalifet2 - 27-09-2017
Danimarkalı nazirdən Məhəmməd peyğəmbərlə bağlı ŞOK ADDIM
Danimarkanın immiqrasiya və inteqrasiya naziri İnger Stöberg Məhəmməd peyğəmbəri təhqir edən karikaturanı paylaşıb.
Türkiyə KİV-i xəbər verir ki, nazir karikaturanı sosial şəbəkəsindəki səhifəsində yerləşdirib.
O, Danimarka nəşri “Jyllands Posten” tərəfindən 2005-ci ildə dərc olunan 12 karikaturanın Viborg şəhərində keçirilən “Reformlardan bu yana sənətdə dini təhqir” adlı sərgidə yer almamasını tənqid edib.
“Biz Məhəmmədin karikaturalarından qürur duymalıyıq”, - nazir sosial şəbəkədə yazıb.Muxalifet2 - 27-09-2017
Ərdoğan xəbərdarlıq etdi: “Yük maşınları getməsə ac qalacaqsınız”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstan Regional Hökumətinin (İKRH) keçirdiyi müstəqillik referendumunun "Türkiyəyə xəyanət" olduğunu və sanksiyaların tətbiqinə başlanacağını söyləyib. Ankarada 2017-2018 Tədris İlinin Açılış Mərasimi ilə bağlı çıxış edən Ərdoğan "İndi biz sanksiyalarımızı tətbiq etməyə başladığımız andan etibarən siz onsuz da ortada qalacaqsınız. Bir qapağı bağladığımız anda hər şey sona çatacaq. Bütün gəlir-məlir hər şey ortadan qalxacaq. Yük maşınları Şimali İraqa işləmədiyi anda bunlar yemək, geyim tapa bilməyəcəklər. Belə bir vəziyyətə düşəcəklər. Niyə?
Muxalifet2 - 27-09-2017
Mənzurə Musayevadan ŞOK ETİRAF: “Hər iki ərim mənimlə...”
Müğənni Mənzurə Musayeva şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.
“Show time” verilişinin qonağı olan ifaçı bildirib ki, iki dəfə ailə qurub, boşanıb və hər iki keçmiş həyat yoldaşı onunla barışmaq istəyir:Muxalifet2 - 27-09-2017
Avtobus dayanacağında vurulan fotoqraf vəfat etdi - 4 AY KOMADAN SONRA
4 ay bundan öncə dayanacaqda avtobus gözləyərkən yüksək sürətlə hərəkət edən Nissan Qaşqay avtomobili tərəfindən vurulan Azər Qəmzəyev vəfat edib.
Mərkəzi Klinikanın reanimasiya şöbəsində uzun müddət süni koma vəziyyətində saxlanılsa da, müalicələrə reaksiya verməyib. 4 ay komada qaldıqdan sonra dünyasını dəyişib.
Xatırladaq ki, Azər Qəmzəyev fotoqrafdır. Onun müalicə xərcləri üçün xeyriyyə aksiyaları keçirilirdi.Muxalifet2 - 27-09-2017
ATV-yə yeni vitse-prezident TƏYİN OLUNDU
“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezident vəzifəsinə təyinat olub.
APA-nın xəbərinə görə, vitse-prezident vəzifəsi müvəqqəti olaraq ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğluna həvalə edilib.
ATV-nin İctimai-siyasi verilişlər departamentinə isə müvəqqəti olaraq Ceyhun Əli rəhbərlik edəcək.
Qeyd edək ki, telekanalın vitse-prezidenti vəzifəsini tutan Rauf Dadaşov dünən öz ərizəsi ilə işdən azad edilib.Muxalifet2 - 27-09-2017
Administrasiya: "Tramp hər kəsi təhqir edə bilər!"
Tvitter sosial şəbəkəsinin ən aktiv istifadəçilərindən sayılan ABŞ prezidenti Donald Tramp dəfələrlə sosial şəbəkə vasitəsi ilə ölkə başçılarını və vəzifəli şəxsləri, digər şəbəkə istifadəçilərini təhqir etdiyi üçün gündəmə gəlib. Şəbəkə rəhbərliyi isə Trampı bu hərkətlərinə görə mükafatlandırıb.
Muxalifet2 - 27-09-2017
Akif Çovdarov son söz üçün məhkəmədən vaxt istəyib - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.
Vəkil Şahin Rəfiyevin APA-ya verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Orxan Osmanov və Akif Əliyev son söz deyiblər. Onlar günahsız olduğunu və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.Muxalifet2 - 27-09-2017
İraq Kərkükə ordu yeritməyə izn verdi
İraq Parlamenti Kərkükə qoşun göndərmək üçün hökumətə səlahiyyət verib.
Bu barədə məlumatı Türkiyənin “Star” qəzeti yayıb.Muxalifet2 - 27-09-2017
Azərbaycanda insan şəxsiyyətini müəyyənləşdirəcək YENİ SİSTEM YARADILIR
“Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” yeni qanun layihəsi hazırlanıb.
Muxalifet2 - 27-09-2017
ATV-nin prezidenti: “Vaqif Aydınoğlu mənim köməkçim funksiyasını yerinə yetirir” -YENİLƏNİB
“Vaqif Aydınoğlu ATV-də cari məsələlərin yerinə yetirilməsi məqsədilə müvəqqəti olaraq mənim köməkçim funksiyasını yerinə yetirir”.
Bunu APA-ya açıqlamasında “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov deyib.
O qeyd edib ki, bu təyinat telekanalda keçid dövrünə hesablanıb.
***
“Vaqif Aydınoğlunun təyinatı ilə bağlı yayılan məlumat yanlışdır” - AZƏR XƏLİLOVMuxalifet2 - 27-09-2017
İŞİD-ə qoşulan azərbaycanlı: "PEŞMANAM"
Bu gün Bakı Ağır Cinayət Məhkəməsində İŞİD-ə qoşulmaqda ittiham olunan Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının məlumatına görə, prosesə hakim Rahib Salmanov sədrlik edib. Prosesdə A.Qəhrəmanov son söz söyləyib. O, əməlindən peşman olduğunu, məhkəmədən bağışlanmasını xahiş edib.
Digər təqsirləndirilən Rəşadət Qasımov isə sön söz söyləmək üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi oktyabrın 4-də davam edəcək.Muxalifet2 - 27-09-2017