​Daşkəsəndə bələdiyyə sədri BƏDBƏXT HADİSƏ NƏTİCƏSİNDƏ ÖLDÜ

 Daşkəsən rayonunda bələdiyyə sədri ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, Zinzahal kənd bələdiyyəsinin sədri Füzuli İsmayıl oğlu Quliyev kənd ərazisində bədbəxt hadisə nəticəsində ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.