Axtarış
The search found 105785 results in 0.029 seconds.
Search results
Yeni nazir Rəşad Nəbiyev kollektivə təqdim edildi
Bu gün yeni təyin edilən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim edilib.
Naziri kollektivə Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Quluzadənin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Bu vəzifəyə Rəşad Nəbiyev təyin edilib.
Muxalifet2 - 27-01-2021
"Muzdluların Azərbaycan tərəfdən iştirakına dair dəlil yoxdur" - ALMANİYA XİN RƏHBƏRİ
“Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur”.
Trend-in məlumatına görə, bunu Avropa Şurası Nazirlər Komitəsinin sədri, Almaniyanın xarici işlər naziri Hayko Maas AŞPA-nın qış sessiyasında erməni deputatın sualını cavablandırarkən deyib.
O bildirib: "Siz deyirsiniz ki, Azərbaycan Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda xarici muzdlulardan istifadə edib? Bununla bağlı heç bir dəlil tapılmayıb".
Muxalifet2 - 27-01-2021
Keçmiş bankir hakim qarşısına çıxarılır - 5 MİLYONLUQ DƏLƏDUZLUQ İTTİHAMI...
Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş Nadir İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.
Hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Muxalifet2 - 27-01-2021
Ağ Evin yüzlərlə əməkdaşı koronavirusa qarşı peyvənd olunub
Ağ Evin bir neçə yüz əməkdaşı yeni növ koronavirusa qarşı peyvənd olunub.
Bu barədə CNN telekanalı ABŞ Prezidenti Cozef Baydenin administrasiyasındakı iki mənbəyə istinadən məlumat yayıb.
Muxalifet2 - 27-01-2021
2 MİLYONLUQ TENDERİN QALİBİ BƏLLİ OLDU - Səhiyyə Nazirliyini tibbi avadanlıqlarla UNDP təchiz edəcək
Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi ölkənin səhiyyə sisteminin təchizatının gücləndirilməsi məqsədilə elan etdiyi açıq tenderə yekun vurub.
Vahid dövlət satınalmaları portalında qeyd olunur ki, tenderin qalibi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramıdır (UNDP).
Qalib təşkilata 2 milyon manat ödəniləcək.
Muxalifet2 - 27-01-2021
Koronavirusu bir dəqiqəyə məhv etmək mümkün olacaq - TÜRKİYƏ ALİMLƏRİ YENİ PREPARAT HAZIRLADI
Türkiyənin Bursa bölgəsi Uludağ Universitetinin Mikrobiologiya kafedrasını əməkdaşları koronavirusu bir dəqiqəyə məhv edən burun aerozolu hazırlayıblar.
Bu haqda məlumatı “Daily Sabah” qəzeti yayıb.
Muxalifet2 - 27-01-2021
“Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib
“Nar” pandemiya dövründə onlayn formatda təhsil alan şagird və tələbələrin, eləcə də müəllimlərin dərslərə istənilən məkandan rahatlıqla qoşula bilməsi üçün “TƏHSİL+” internet paketini təqdim edib. Yeni internet paketi ilə “Microsoft Teams”, həmçinin də “Zoom” tətbiqlərindən heç bir sürət limiti olmadan, istər tətbiq, istərsə də veb-brauzer üzərindən istifadə etmək mümkündür.
Muxalifet2 - 27-01-2021
İSRAİL İRANA ZƏRBƏ ENDİRMƏYƏ HAZIRLAŞIR –Bayden ABŞ-ı nüvə sazişinə qaytararsa…
Ari Eqozi
“Breaking Defense”, 25.01.2021
İsrail açıq şəkildə bildirib ki, ABŞ şiə rejiminə qarşı tətbiq olunan sanksiyaları yumşaltsa və yəhudi dövlətinin “müasir tarixin ən böyük aldatması” adlandırdığı nüvə sazişinə qayıtmağa razı olarsa, İrana hücum edəcək.
Bir mənbə deyib: “İsrail mümkün qədər tez Vaşinqtonun bomba yarışını dayandıracağını və ya bunun üçün hansısa bir addım atmağı planlaşdırdığını bilməlidir”.
Muxalifet2 - 27-01-2021
Ukraynada Leninin sonuncu heykəli söküldü
Ukraynada Vladimir Leninin açıq ərazidə yerləşən sonuncu heykəli sökülüb.
Bunu “Svitanok” ictimai təşkilatının rəhbəri Vadim Pozdnyakov feysbuk səhifəsində yazıb.
“Leninin Ukraynadakı sonuncu heykəli söküldü! (İşğal altındakı torpaqlar və zavod, sanatoriya kimi qapalı ərazilər istisna olmaqla). Leninin Odessa vilayətinin İzmail rayonunun Starıye Troyanı kəndində yerləşən heykəli sökülüb”, - V.Pozdnyakov bildirib.
Muxalifet2 - 27-01-2021
AZƏRBAYCANDA DAHA 19 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində 226 yeni yoluxma aşkarlandı
Azərbaycanda son sutkada koronavirusa 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 229 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 717 nəfər müalicə olunaraq sağalıb, 3 105 nəfər vəfat edib. Hazırda 4 762 aktiv xəstə var.
Muxalifet2 - 27-01-2021
“QAZİ İNTİQAM QAYIBOVU ƏFV EDİN...” - Qarabağ Əlilləri Təşkilatı Prezidentə müraciət etdi
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi qazi İntiqam Qayıbovun əfv olunması üçün Prezident İlham Əliyevə müraciət edib.
Muxalifet.az müraciəti təqdim edir:
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan!Muxalifet2 - 27-01-2021
Mikayıl Cabbarov SOCAR tarixində yeni mərhələnin anonsunu verdi
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurası qurumun idarə heyəti ilə əməkdaşlıq müstəvisində fəaliyyət göstərəcək”.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, Azərbaycanın neftlə bağlı tarixi ənənələri və Dövlət Neft Şirkətinin ölkə iqtisadiyyatında rolu yeni inkişaf dövrünə qədəm qoyacaq.
Muxalifet2 - 27-01-2021
Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupu Moskvada toplanır
Dağlıq Qarabağda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması üzrə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində işçi qrupunun iclası yaxın zamanlarda keçirilə bilər.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Muxalifet2 - 27-01-2021
Azərbaycanda universitet tələbəsi dəm qazından boğulub
Azərbaycan Texnologiya Universitetinin tələbəsi dəm qazından zəhərlənərək vəfat edib.
APA-nın xəbərinə görə, Qazax rayonunun Daşsalahlı kəndindən olan Səbirə Əhmədova universitetin birinci kurs tələbəsi olub.
Muxalifet2 - 27-01-2021
Vəkillər Kollegiyasına üzv olan hakimlərın adları açıqlandı - SİYAHI
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında keçmiş hakimlərin üzvlüyə qəbul məsələsinə baxılıb.
Məlumata görə, toplantıda müsbət qərar verilib və həmin şəxslər vəkil andı içiblər.
Allahverdiyev Qəhrəman Əli oğlu (Ali Məhkəməni hakimi olub)
Nəbiyev Ehtibar Qəzənfər oğlu (Bakı Apellyasiya Məhkəməsinin hakimi olub)
Muxalifet2 - 27-01-2021
“Növbəti pandemiya on dəfə daha ağır ola bilər - BİLL QEYTS
“Microsoft” şirkətinin təsisçisi, xeyriyyəçi, dünyanın ən varlı insanlarından biri olan Bill Qeyts COVID-19 pandemiyasının hələ başlanğıc olduğunu bildirib.
O, bu fikirləri Almaniyanın “Süddeutsche Zeitung” nəşrinə müsahibəsi zamanı səsləndirib. Milyonçu hesab edir ki, dünya hələ növbəti pandemiyaya hazır deyil.
Muxalifet2 - 27-01-2021
Tehran Mənsimov ilk dəfə müharibə və Şuşa əməliyyatı haqda danışdı
İkinci Qarabağ müharibəsinin xalq arasında ən çox məşhurlaşan qəhrəmanlarından biri də heç şübhəsiz ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı qüvvələrinin polkovniki Tehran Mənsimovdur. Onun Hadrut və Şuşa istiqamətində apardığı döyüşlərin bir çox epizodları həmin dövrlər sosial şəbəkələrdə sürətlə yayılırdı. Tehran Mənsimov bu döyüşlərdə əsgərləri ilə birlikdə düşməni çətin keçilən meşələrdən, dağlardan qova-qova Şuşaya qədər irəlilədi.
Muxalifet2 - 28-01-2021
NƏCMƏDDİN SADIKOVLA BAĞLI RƏSMİ AÇIQLAMA - "Hazırda hərbi xidmətdə deyil və..."
Nəcməddin Sadıqovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb.
Müdafiə Nazirliyindən bununla bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nəcməddin Sadıqov hazırda hərbi xidmətdə deyil.
Qeyd edək ki, general-polkovnik N. Sadıqov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsində çalışıb.
Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb.
Muxalifet4 - 28-01-2021
NƏCMƏDDİN SADIKOVUN İZİ İLƏ... - Sabiq Baş qərargah rəisi Moskvada "tapıldı"
Müdafiə Nazirliyinin Baş qərargah rəisi Nəcməddin Sadıkovun həbsdə olduğu haqda aylardır ölkə mətbuatında və sosial şəbəkələrdə yayılan xəbərlər öz təsdiqini tapmadı.
“Hürriyyət”in etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, Nəcməddin Sadıkov hazırda Rusiyadadır.
Mənbə iddia edir ki, vəzifədən çıxarıldıqdan sonra sabiq Baş qərargah rəisinin səhhətində ciddi problem yaranıb. Belə ki, onun bu günlərdə Moskvada açıq ürək əməliyyatı keçirdiyi bildirilir.
Muxalifet4 - 28-01-2021
“NİYƏ ARUTUNYANIN İQAMƏTGAHI VURULMADI?...” – Koçaryan separatçı rejimin başçısından şübhələnir
Ermənistanda 44 günlük müharibədəki biabırçı məğlubiyyətə görə satqın və xəyanətkar axtarışı davam edir. Hələ 90-cı illərin əvvəlindən separatçı hərəkatın əsasını qoyanlardan və qondarma rejimin ilk başçılarından biri olan Xocalı qatili, Ermənistanın sabiq prezidenti Robert Koçaryan erməni mətbuatına son müsahibəsində Dağlıq Qarabağdakı qondarma qurumun indiki rəhbəri Araik Arutunyanın bostanına daş atıb.
Muxalifet4 - 28-01-2021