Axtarış
The search found 105785 results in 0.096 seconds.
Search results
Azərbaycanda karantin rejimi yenə yumşaldıldı - OPERATİV QƏRARGAHIN QƏRARI QÜVVƏYƏ MİNDİ
Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin daha bir qisminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın yanvarın 16-da imzaladığı qərar bu gündən qüvvəyə minib.
Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:
ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);
Muxalifet2 - 25-01-2021
"QAPINI SINDIRMAQ ÜÇÜN 6-7 SAAT ÇALIŞDILAR, İÇƏRİ GİRƏN KİMİ...” - Dəniz quldurlarının azərbaycanlı dənizçini öldürməsinin təfərrüatları
Yanvarın 22-də Gvineya körfəzində Türkiyəyə aid konteyner gəmisinə dəniz quldurlarının hücumunun təfərrüatları məlum olub.
Virtualaz.org xəbər verir ki, hücumdan sağ xilas olan baş mühəndis Süha Tatlıgül həmin anlar baş verənləri danışıb. Bildirib ki, dəniz quldurlarının gəmiyə hücumu zamanı heyət üzvləri kapitanın otağına girərək qapıları bağlayıblar. Lakin quldurlar saatlarla davam edən çalışmadan sonra qapıları aça bilib.
Muxalifet2 - 25-01-2021
Vaksin vurduran həkimlər özlərini necə hiss edir? - “Hippokratın goruna and olsun ki, şprisdəki vaksin idi”
Yanvarın 18-dən Azərbaycanda koronavirus (COVİD-19) pandemiyasına qarşı peyvəndləmə aksiyasına başlandı. İlkin mərhələdə risk qrupuna daxil olan tibb işçilərinə vaksin vurulur. Fevralın 1-dən isə 65 yaşdan yuxarı əhalinin peyvəndlənməsinə start veriləcək.
Muxalifet2 - 25-01-2021
“ERMƏNİLƏRİN BAYDENLƏ BAĞLI ÜMİDLƏRİ MƏNASIZDIR” – “ABŞ Rusiyanın nəyi ilə rəqabət aparsın?...”
Son 4 ildə ABŞ-a rəhbərlik edən və ənənəvi siyasətdən fərqli xətt yürüdən Donald Trampı demokrat Con Bayden əvəz etdi. İndi bütün dünya ölkələrinin gözü Vaşinqtona dikilib. Yeni ABŞ hökumətinin Çin, Rusiya, İran və Türkiyə ilə münasibətlərdə hansı xətt tutacağını, xüsusilə Rusiyaya qarşı necə davranacağı ciddi maraq mövzusudur. Həmçinin, müharibədən yeni çıxan Azərbaycan üçün Bayden administrasiyasının regionda hansı siyasət aparacağı da xüsusi əhəmiyyət kəsb edir.
Muxalifet2 - 25-01-2021
YARANDIĞI GÜNDƏN ZƏRƏRLƏ İŞLƏDİ... - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 126 milyon manat zərərə düşüb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2019-cu ili 56,166 milyon manat xalis zərərlə başa vurub.
Agentliyin maliyyə hesabatında bildirilir xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 42% çoxdur.
Son nəticədə qurumun yığılmış zərəri 79,9%ə artaraq 126,486 milyon manata çatıb.
Muxalifet2 - 25-01-2021
Ali Məhkəmə aktrisa ilə teatr direktorunun çəkişməsi üzrə qərar verdi
Ali Məhkəmədə İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Muxalifet2 - 25-01-2021
Fərman İsmayılovun gəmidə öldürülmə anı - VİDEO
Yanvarın 23-də Nigeriya sahillərində Türkiyə şirkətinə məxsus “Motsart” gəmisi dəniz quldurları tərəfindən ələ keçirilib. Gəmiyə basqın zamanı 19 nəfərdən 15 nəfəri girov götürülüb, bir nəfər isə öldürülüb.
Dənizçi, Siyəzən şəhər sakini Fərman İsmayılovun öldürülmə anının görüntüləri yayılıb.Həmin görüntüləri təqdim edirik:
Muxalifet2 - 25-01-2021
GƏLƏCƏYİ PROQNOZLAŞDIRMAĞIN 4 AMİLİ – Təhlil
Bir filosof olaraq, hesab edirəm ki, istər lokal, istərsə də, qlobal olaraq ictimai-siyasi durumu çözmək üçün nəzərə alınması gərəkən 4 həlledici faktor var. Gələcəyi proqnozlaşdırmaq və hadisələri analiz etmək üçün bu təsirləndiricilərin hər birini hesaba qatmaq lazımdır.
Bu 4 kritik faktor aşağıdakılardır:
SOSİAL ŞƏBƏKƏNİN POTENSİALIMuxalifet2 - 25-01-2021
Məhkəmə Hüquq Şurasından vətəndaşların şikayətlərinə “texniki” qadağa
Şuranın sədri Konstitusiya Məhkəməsinin hakimlərindən təyin edilməlidir
Muxalifet2 - 25-01-2021
Azərbaycanda son sutkada koronavirusa 57 nəfər yoluxub - 11 NƏFƏR ÖLÜB
Azərbaycanda koronavirus infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Muxalifet2 - 25-01-2021
Putin milyardlarla dollar dəyəri olan sarayı haqda danışdı...
“Orada mənim mülküm olaraq göstərilən heç nə mənə və mənim yaxın qohumlarıma aid deyil və heç vaxt da olmayıb”.
Bunu Rusiya prezidenti Vladimir Putin müxalifət lideri Aleksey Navalnının araşdırmasını şərh edərkən söyləyib.
Muxalifet2 - 25-01-2021
Vüqar Səfərlinin məhkəməsi təxirə düşdü
Bakı Apelyasiya Məhkəməsində ləğv olunan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli apelyasiya şikayətiüzrə bu gün keçirilməli olan məhkəmə iclası baş tutmayıb.
Hakim Ramin Qaraqurbanlının sədrlik etdiyi proses yanvarın 26-na təxirə salınıb.
Muxalifet2 - 25-01-2021
Xırdalanda partlayış - DAĞINTILAR ALTINDAN 6 NƏFƏR ÇIXARILIB / YENİLƏNİB -2
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
Bunlar Ələzova Simayə Mövlud qızı (1968 ci il təvəllüdlü), Şükürzadə Xədicə Bəxtiyar qızı (2006), Musayev Vusal Firudin oğlu (1983), Musayev Firudin Vusal oğlu (2009), Əliyev Emil Arif oğlu (1989) və Hüseynov Arif Əbülfəz oğludur (1988).
Muxalifet2 - 25-01-2021
“RUSİYA ƏLİNDƏN GƏLƏNİ ETDİ...” – Müharibə günlərində Ermənistan ordusunu Şoyqu idarə edib
Ermənistanın keçmiş Müdafiə naziri David Tonoyan Rusiyanın "Mediamax" agentliyinə müsahibəsində maraqlı etiraflar edib. O bildirib ki, Qarabağdakı müharibə zamanı Rusiya müttəfiqlik borcunu yerinə yetirmək üçün əlindən gələni edib.
Muxalifet2 - 26-01-2021
Xırdalanda dağıntılar altından bir nəfərin meyiti çıxarıldı
Abşeron rayonu, Xırdalan şəhərində baş vermiş partlayış zamanı dağılmış evlərin altında qalan şəxslərin xilasetmə işləri davam etdirilir.
Muxalifet.az bildirir ki, həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.
Muxalifet2 - 26-01-2021
Qazaxın işğaldakı 7 kəndi - onların taleyi necə olacaq?
II Qarabağ savaşının bitməsindən, işğaldakı rayonlarımızın azadlığından iki ay yarım zaman keçir. Bu müddətdə Qazaxın Ermənistan tərəfdə qalan 7 kəndinin də taleyi ilə bağlı məsələsi gündəmdən düşmür. Bu istiqamətdə son məlumatlardan biri də həmin kəndləri ermənilərin boşaltdığı yönündədir. Doğrudur, bu məlumat hələ ki, öz təsdiqini tapmayıb, ancaq təkzib də edilməyib.
Hələlik isə bu yeddi kəndin taleyinin necə olacağı sual altındadır. Ərazi mübadiləsi yolu ilə bu kəndlərin qaytarıla biləcəyindən də söz açılır.
Muxalifet2 - 26-01-2021
RUSİYADA HAKİMİYYƏT DƏYİŞİKLİYİ SSENARİSİ – Qərbin Putini devirmək planı baş tutacaq?
Rusiyada Aleksey Navalnının azad olunması tələbilə keçirilən mitinqlər Baydenin inaqurasiyasının 3-cü gününə təsadüf etdi. Başqa sözlə, bu, Baydenin Rusiyaya xəbərdarlığı kimi də başa düşülə bilər. Moskva isə prezident Putinin mətbuat katibi Peskovun dili ilə start verilən mitinqlər dalğasının ABŞ tərəfindən yönləndirildiyinə açıq şəkildə işarə vurdu. Və ardınca Vaşinqtonun dialoqa hazır olduğu təqdirdə, Kremlin də bu variantı nəzərdən keçirə biləcəyini diqqətə çatdırdı.
Muxalifet4 - 26-01-2021
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru barəsində cinayət işi başlanıldı
Vətəndaşların hüquqlarını pozmaqla öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü və kəsərli tədbirlər davam etdirilir.
Muxalifet4 - 26-01-2021
TİKİNTİ ŞİRKƏTİNİN HEYRƏTAMİZ DƏLƏDUZLUĞU - "Real" MTK-nın əsir-yesir etdiyi vətəndaş aylardır prokurorluqdan cavab gözləyir
"2009-cu ilin may ayının 23-də müqavilə əsasında "Real" MTK-dan 3 mənzil və 2 qaraj alaraq dəyərlərini 2011-ci il yanvar ayının 4-dək hissə-hissə üç dəfəyə ödəmişəm. Yalnız oğlum Elvin Novruzovun adına olan 158 saylı mənzildən 18 540 manat borcumuz qalmışdı. "Real" MTK ilə əldə etdiyimiz razılığa əsasən, qalan məbləği mənzil və qarajların "Çıxarış"-ları verilən zaman ödəməli idik".
Muxalifet4 - 26-01-2021
Xırdalanda xilasetmə əməliyyatına xüsusi təlim keçmiş itlər də cəlb olundu - VİDEO
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı hələ də davam etdirilir.
Muxalifet.az xəbər verir ki, əməliyyata Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyət, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.
Muxalifet4 - 26-01-2021