Axtarış
The search found 105785 results in 0.034 seconds.
Search results
AMEA-da YENİ TƏYİNATLAR - Əli Abbasov baş direktor oldu
Azərbaycan Milli Elmlər Akademiyasında kadr dəyişikliyi olub. Oxu.Az-ın məlumatına görə, akademik, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Arif Həşimov isə Fizika İnstitutunun baş direktoru təyin ediliblər.
Muxalifet2 - 22-01-2021
“RUSİYANIN AGENTİ OLMAQDANSA, TÜRKÜN İTİ OLMAQ DAHA YAXŞIDIR” - Erməni politoloq
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.
“Report” xəbər verir ki, bunu baş nazir Nikol Paşinyanın əqidədaşlarından sayılan politoloq Levon Şirinyan “Arm Daily”yə müsahibəsində söyləyib.
“Onlar bizim müvəqqəti müttəfiqimiz olsalar da, bundan təcili imtina etmək lazımdır”, - politoloq vurğulayıb.
Muxalifet2 - 22-01-2021
Vüqar Səfərli ev dustaqlığına buraxılmasını istəyir
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri olmuş Vüqar Səfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verib.
Məlumata görə, şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib və hakim Ramin Qaraqurbanlının icraatına verilib.
Məhkəmə iclası yanvarın 25-nə təyin edilib.
Muxalifet2 - 23-01-2021
SOCAR-ın idarə edilməsi təkmilləşdirilir: Müşahidə Şurası yaradıldı - FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb.
Muxalifet.az xəbər verir ki, fərman qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək məqsədilə imzalanıb.
Muxalifet2 - 23-01-2021
İlham Əliyev Mikayıl Cabbarovu SOCAR-ın Müşahidə Şurasının sədri təyin etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Müşahidə Şurasının üzvləri
Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Muxalifet2 - 23-01-2021
Azərbaycanda daha 162 nəfər koronavirusa yoluxdu – 8 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 705 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 228 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 724 nəfər müalicə olunaraq sağalıb, 3 072 nəfər vəfat edib, aktiv xəstə sayı 5 892 nəfərdir.
Muxalifet2 - 23-01-2021
NAZİRİN SƏHHƏTİNİN AĞIRLAŞDIĞI TƏSDİQLƏNDİ... - Müalicə nəticə verməyib və... (Yenilənib)
Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicə olunur. "Report"un ABŞ bürosu xəbər verir ki, nazir əvvəlcə Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib.
Muxalifet2 - 23-01-2021
Almaniya ordusu Qarabağda baş verənləri təhlil edib, hökuməti xəbərdar edir
Almaniya ordusunun yüksək rütbəli hərbçiləri Azərbaycan ordusunun Qarabağda 44 günlük müharibə ərzində pilotsuz uçan aparatları geniş çeşiddə tətbiq edərək ortaya qoyduğu təcrübəni təhlil edərək hökuməti silahlanma konsepsiyasına sürətlə yenidən baxmağa çağırır.
Virtualaz.org xəbər verir ki, bu haqda “Frankfurter Allgemeine” (FAZ) nəşrinin yanvarın 22-də dərc etdiyi məqalədə deyilir.
Muxalifet2 - 24-01-2021
RUSİYADA ETİRAZLARIN PƏRDƏARXASI - Navalnı faktoru və Qərbin təzyiqlərindən daha fundamental səbəblər var...
Yanvarın 23-də müxalifət lideri Aleksey Navalnının çağırışı ilə Rusiyanın 90 şəhərində hakimiyyətə qarşı etiraz aksiyaları keçirilib. Kəskin şaxtalı havaya baxmayaraq, on minlərlə insan küçə və meydanlara toplaşıb. Sosial mediada yayılan videolardan görünür ki, hökumət qüvvələri nümayişçilərə qarşı zor tətbiq edib aksiyaları dağıtmağa çalışıb.
Muxalifet2 - 24-01-2021
ABŞ sakini peyvənd olundu və...
ABŞ-da koronavirusdan peyvənd olunan şəxs bir neçə saat sonra dünyasını dəyişib.
“Fox News” telekanalı xəbər verir ki, bu barədə Kaliforniyanın Pleyser dairəsi şerifinin ofisi məlumat yayıb.
Hakimiyyət orqanları qeyd ediblər ki, dekabrın sonunda həmin şəxsdə COVID-19 aşkarlanıb. O, dairənin tibb müəssisəsində peyvənd olunmayıb.
Hadisədən dərhal sonra bir neçə agentlik həm yerli, həm də federal səviyyədə ölümün baş verməsi səbəbinin araşdırılması ilə məşğul olmağa başlayıb. Ölümün dəqiq səbəbi istintaqın tamamlanmasına qədər açıqlanmayacaq.
Muxalifet2 - 24-01-2021
“Onların həyat yoldaşları bir-biriləri ilə erməni dilində danışırlar” - İDDİA
“Əli Həsənov deyir ki, Şuşada qələbə əldə olunandan sonra Prezident İlham Əliyev Rusiya faktorunu nəzərə aldı: “İstəsəydi, bir gündə Xankəndiyə də, Laçına da, Kəlbəcərə də daxil olardı. Amma bunu etmədi. Görün, Prezidentimiz necə ağıllı insandır. Əgər o ərazilərə daxil olsaydı, Rusiya kənarda qalacaqdı. Prezident Rusiyanın, Putinin hörmətini artırdı. Sağ olsun, Vladimir Putin də borclu qalmadı”. Qardaş, ölkə bu sözlərlə çalxalanır. Əli Həsənov deyir ki, 51 ildir, dövlətə xidmətə edir, çox sağ ol. 51 il dövlətə xidmət edən şəxs bu sözləri deyirsə... Bu, sabotajdır”.
Muxalifet2 - 24-01-2021
Dastin Porye Konor Makqreqoru nokauta saldı - VİDEO
Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla Dastin Porye arasındakı görüş başa çatıb.
"Report" xəbər verir ki, Əbu-Dabidə keçirilən döyüşdə Dastin Porye qələbə qazanıb.
Muxalifet2 - 24-01-2021
DÜŞMƏNİN 5 TANKINI ƏLƏ KEÇİRƏN QƏHRƏMANIMIZ - Bu gün şəhidimizin doğum günüdür
İkinci Qarabağ müahribəsində qanı ilə tarix yazan şəhidlərimizdən biri də Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Hümbətov Azad Arif oğludur.
Şəhid Azad Hümbətov 1996-cı il yanvarın 24-də Bakı şəhərində dünyaya gəlib.
2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olan A.Hümbətov 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi alaraq başa vurub.
Təyinatı üzrə elə eyni ildə Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə xidmətini davam etdirib.
Muxalifet2 - 24-01-2021
"Bir millət, iki dövlət"in rəmzi olacaq memorial abidə təqdim olundu / VİDEO
Novator memar Muxtar Ərturanın “Vətən müharibəsi memorial kompleksi” və “Zəfər Muzeyi” layihələrinin konsepsiyasının təqdimatı keçirilib.
Muxalifet2 - 24-01-2021
Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında
Uzaq Şərq və Sibirin donmuş küçələrindən tutmuş Moskva və Sankt-Peterburqun əzəmətli meydanlarına qədər hər yerdə on minlərlə Rusiya vətəndaşı şənbə günü müxalifət lideri Aleksey Navalnının azad olunması tələbi ilə aksiyalar keçirdilər. Bu, Kreml və müxalifət arasında ən böyük ümummilli qarşıdurma görüntüsü idi.
Muxalifet2 - 24-01-2021
“Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
Bir neçə gün öncə Minsk şəhərinin mərkəzində belarus kriminalitetinin “xaç atası” sayılan “Saşa Kuşner” ləqəbli “qanuni oğru” Aleksandr Kuşner vəhşicəsinə döyülüb. Hadisə Belarusun 1 nömrəli avtoritetinin nüfuzunu itirməsinə gətirib çıxarıb. Avtoritetin döyülməsi kriminal aləmdə yeni müharibələrin başlanmasına səbəb olacaqmı?
Muxalifet2 - 24-01-2021
Azərbaycanlı dənizçinin öldürüldüyü gəmi Qabonun limanında lövbər salıb
Ötən gün Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalmış “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmi bu gün Qabonun “Gentil” limanında lövbər salıb.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu özünün tvitterdəki səhifəsində bildirib.
“Gəmimiz saat 11:00-da Qabonun “Gentil” limanında lövbər salıb”, - deyə nazir qeyd edib.
Muxalifet2 - 24-01-2021
“2021 PUTİN ÜÇÜN MÜRƏKKƏB İL OLACAQ…” –“Artıq onun rusiyalılara təklif edəcəyi bir şey yoxdur”
Hazırda Rusiya iqtisadi və siyasi cəhətdən olduqca mürəkkəb vəziyyətlə üzləşib. Sözsüz ki, koronavirusun təsirləri Rusiyadan da yan ötməyib və əhalinin sosial baxımdan zəif təbəqəsinə ağır zərbələr dəyib. Ancaq Rusiya iqtisadiyyatının staqnasiyaya uğraması hələ beş il bundan öncə başlayıb. İndi isə bu proses getdikcə dərinləşır.
Muxalifet2 - 24-01-2021
AZƏRBAYCANDA DAHA 10 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində 287 yoluxma qeydə alınıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 287 yeni yoluxma faktı qeydə alınıb, 568 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 228 975 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 292 nəfər müalicə olunaraq sağalıb, 3 082 nəfər vəfat edib, aktiv xəstə sayı 5 601 nəfərdir.
Ölkədə son sutka ərzində 7 079, ümumiyyətlə indiyədək isə 2 361 552 test aparılıb.
Muxalifet2 - 24-01-2021
Daha bir əsgərimizin şəhid olması xəbəri gəldi - FOTO
Azərbaycan ordusunun daha bir itkin düşmüş hərbi qulluqçusunun nəşi tapılaraq dəfn edilib.
Məlumata görə, Muradov İbrahim Valeh oğlu Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. O, sonuncu dəfə ailəsi ilə 2 oktyabr tarixində əlaqə saxlayıb, ondan sonra isə heç bir xəbər almaq mümkün olmayıb.
Bu gün isə 111 gün sonra ailəsinə İbrahimin şəhid olması bildirilib və nəşi tapılaraq ailəsinə təhvil verilib.
İbrahim Muradov Gəncə şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Muxalifet2 - 24-01-2021