Ağ Evin yüzlərlə əməkdaşı koronavirusa qarşı peyvənd olunub

Baxış sayı:
646

Ağ Evin bir neçə yüz əməkdaşı yeni növ koronavirusa qarşı peyvənd olunub.

Bu barədə CNN telekanalı ABŞ Prezidenti Cozef Baydenin administrasiyasındakı iki mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, peyvənd olunanların əksəriyyəti vəzifələrini birbaşa Ağ Evin ərazisində icra edənlərdir. Məhz onlara ilk növbədə koronavirus peyvəndi vurdurmaq hüququ verilib. Eyni zamanda, administrasiyanın məsafədən iş rejimində fəaliyyət göstərən əməkdaşlarının aşılanmasına da başlanılıb. CNN-in mənbələri qeyd edirlər ki, yaxın həftələrdə Ağ Evin bütün işçilərinin peyvənd olunacağı gözlənilir.

ABŞ prezidentinin özü ilk doza koronavirus peyvəndini keçən il dekabrın 21-də, ikincisini isə bu il yanvarın 11-də vurdurub. Vitse-prezident Kamala Harris də koronavirusa qarşı aşılanıb.