Axtarış
The search found 105785 results in 0.061 seconds.
Search results
Azərbaycan Ordusunun əsgəri vəfat etdi - FOTO
Azərbaycan Ordusunun Kəlbəcərdə xidmətdə olan əsgəri Sıracov Fətulla Qasım oğlu səhhətində yaranan problemə görə vəfat edib.
“Report” xəbər verir ki, vəfat edən hərbi qulluqçumuz bu gün Şabran rayonunun Gəndov kəndində torpağa tapşırılıb.
Fətulla Sıracov daha əvvəl Ali Baş Komandanın sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olnub.
Allah rəhmət eləsin!
Muxalifet2 - 30-01-2021
Qarabağda şəhid olan 18 döyüşçünün məzarı köçürüldü - RƏSMİ AÇIQLAMA
Vətən müharibəsində həlak olmuş və Bakının ümumşəhər qəbiristanlığında dəfn edilmiş 18 şəhidinin məzarı Yasamal rayonunda yerləşən Şəhidlər Xiyabanına köçürülüb.
Muxalifet.az xəbər verir ki, şəhidlərin məzarların yerlərinin dəyişdirilməsi ilə bağlı onların ailə üzvlərinin müraciətləri araşdırılıb və problem həllini tapıb.
Muxalifet2 - 30-01-2021
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 137 il ötür
Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 137 il ötür.
Muxalifet2 - 31-01-2021
Şəhid zabit Kürdəmirdə dəfn olundu - KAPİTAN BABAYEV ÖVLADININ DÜNYAYA GƏLİŞİNİ GÖRƏ BİLMƏDİ... / FOTO
Kürdəmir rayonunda Vətən müharibəsində şəhid olan kapitan Ramil Taqət oğlu Babayev dəfn olunub. Yaxınlarının bildirdiyinə görə, Quru Qoşunlarının zabiti müharibənin ilk günündən kəşfiyyatçı kimi döyüşə qatılıb. O, sentyabrın 29-da Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Müharibənin ilk günlərindən barəsində heç bir məlumat olmayan Ramil Babayevin şəhid olması məlum olub, axtarışlardan sonra meyiti Murovdağda döyüş meydanından tapılıb.
Muxalifet2 - 31-01-2021
NAVALNININ HƏBSDƏN MƏKTUBU MOSKVANI QARIŞDIRACAQ - “Bu, “Matrosskaya Tişina”da olan Navalnıdır...”
Bu gün Moskva vaxtilə saat 12:00-da həbsdə olan müxalifət fəalı Aleksey Navalnının çağırışı ilə paytaxt Moskva da daxil olmaqla, Rusiyanın bütün şəhərlərində mitinq keçirilməlidir. Yanvarın 23-də keçirilən aksiyadakı kimi, bu dəfə də mitinq icazəsidir.
Rusiya DİN xəbərdarlıq edib ki, aksiyanın qarşısı alınacaq. Moskvada daha ciddi təhlükəsizlik tədbirləri görülüb. Bu gün səhər saat 8-dən saat 19:00-dək Kremlə gedən bütün yollar bağlanacaq, mərkəzi meydanlara adam buraxılmayacaq.
Muxalifet2 - 31-01-2021
"Sayğac əvəzlənərkən seçim abonentin ixtiyarına buraxılacaq" - “AZƏRİQAZ”DAN AÇIQLAMA
“Azəriqaz” İstehsalat Birliyi fevral ayının 1-dən etibarən yeni növ əvvəlcədən ödənişli Almaniya istehsalı olan “Zenner” markalı sayğacların quraşdırılmasına başlayır.
“Azəriqaz” bildirir ki, artıq bu sayğaclardan 30 min ədədi ölkəyə gətirilib.
Birliyin Sayğacların tətbiqi və idarəedilməsi, nəzarət olunması şöbəsindən verilən məlumata görə, “Zenner” markalı qaz ölçü qurğularının 2020-ci ildə həm iş prinsipləri, həm də yerli proqram təminatına inteqrasiyası ilə bağlı aparılan sınaq işləri uğurla tamamlanıb.
Muxalifet2 - 31-01-2021
Köçürülən şəhidlərin yaxınları danışdı / VİDEO
Xəbər verdiyimiz kimi, son günlərdə bəzi sosial şəbəkələrdə ümumşəhər qəbiristanlığı ilə bağlı yayılan söz-söhbətlərə nəhayət, son qoyuldu. Sözügedən qəbiristanlıqda vaxtı ilə dəfn edilən 18 vətən müharibəsi şəhidinin məzarı Yasamalda yerləşən Şəhidlər Xiyabanına köçürüldü.
Şəhid yaxınları öz hisslərini Baku Tv ilə bölüşüb.
Şəhid qardaşı Elnur Həsənov bildirib ki, qardaşının şəhidlərə qismən layiq olmayan yerdə dəfn olunması onu çox narahat edirdi:
Muxalifet2 - 31-01-2021
AZƏRBAYCANDA SUYUN QİYMƏTİ DƏ QALDIRILDI - Tarif Şurası bu gün qərar verdi
Yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Muxalifet.az bildirir ki, iclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Belə ki, iclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.
Muxalifet2 - 31-01-2021
Pandemiyada Bill Qeytsin əli var? - İŞ ADAMI İTTİHAMLARA CAVAB VERDİ
"Vaksinləmə haqqında şayiələrin yayılması koronavirus epidemiyasınının müddətini uzada bilər".
Bunu “Microsoft” şirkətinin banilərindən biri, iş adamı və xeyriyyəçi Bill Qeyts Almaniyanın “Suddeutsche Zeitung” nəşrinə müsahibəsində deyib.
O, həmçinin növbəti dəfə pandemiyada əli olması barədə şayiələri təkzib edib.
"Bu, insanların sadə qərarlar axtardıqları böyük çağırışdır. Onlar pandemiyanın arxasında kiminsə dayanıb-dayanmaması barədə suallar verirlər", - iş adamı deyib.
Muxalifet2 - 31-01-2021
Ağdamdakı monitorinq mərkəzindən ilk reportaj
Dünən Azərbaycanın Ağdam rayonunda Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunmasına nəzarət üzrə Rusiya-Türkiyə birgə mərkəzi işə başlayıb. Rusiyanın "Moskovskiy komsomolets" nəşri bununla bağlı öz müxbirinin reportajını dərc edib. Muxalifet.az Virtualaz.org-istinadən həmin reportajdan bəzi çıxarışları oxucularına təqdim edir.
* * *
Moskvadan gələn hərbi təyyarə Azərbaycanın şimal-qərbindəki Gəncə hava limanına endi. Yağış yağırdı.
Muxalifet2 - 1-02-2021
Azərbaycanda yaşı 65-dən çox olanların vaksinasiyasına başlanılır
Bu gündən Azərbaycanda yaşı 65-dən çox olan şəxslərin koronavirusa qarşı peyvənd olunmasına başlanılır.
Peyvənd olunacaq 65 yaşdan yuxarı şəxslər risk qrupuna aid hesab edilir.
Qeyd edək ki, Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanılıb. İlk növbədə tibb işçiləri vaksinasiyaya cəlb olunub. Səhiyyə işçiləri ilə yanaşı, yaşı 65-dən çox olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət yüksək riskli əhali qrupuna aid olunduğu üçün 1-ci mərhələdə onların peyvəndlənməsinə qərar verilib.
Muxalifet2 - 1-02-2021
Məktəblərdə tədrisin əyani formada təşkili bərpa olundu
Bu gündən Azərbaycanda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili bərpa olunub/
1 fevral tarixindən etibarən məktəbəhazırlıq qrupları, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi formada təşkili nəzərdə tutulub.
Əyani tədris Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər rayon və şəhərlərdə isə 4-5 dəfə keçiriləcək, qalan günlər şagirdlər distant formada tədrisi davam etdirəcəklər.
Muxalifet2 - 1-02-2021
Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib
Səbail Rayon Məhkəməsində “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Təqdimat təmin edilib və Rasim Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R.Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Muxalifet2 - 1-02-2021
“Tarif Şurası hesabat verməlidir” - DEPUTAT
Deputat Sabir Rüstəmxanlı suyun qiymətinin artırılmasına etiraz edib.
Oxu.Az-ın müxbiri xəbər verir ki, S.Rüstəmxanlı əhalini narazı salan məsələləri aradan qaldırmağın vacib olduğunu bildirib. “Dünən suyun qiyməti qalxdı. Tarif Şurası benzinin də qiymətini qaldırıb”, - deyə S.Rüstəmxanlı əlavə edib.
O təklif edib ki, Tarif Şurası parlametə dəvət olunmalıdır və hesabat verməlidir. “Biz deputatlar bilməliyik ki, qiymət artımını hansı meyarlarla edirlər?! Ölkənin stabil saxlanmasına cavabdeh olan qurumların dinləmələrini keçirməliyik”.Muxalifet2 - 1-02-2021
“Rəisim mənə tapşırıb ki, vəziyyət pisdir, haqlı-haqsız pul yığ, mən də yığıram” - "AZƏRİŞİQ" ASC-NİN NƏRİMANOV ŞÖBƏSİNİN RƏİSİ SAHİBKARI ƏSASSIZ CƏRİMƏLƏYİB
Sərt karantin dövründə işləməyən sahibkar, "Neşve Azərbaycan" markasının sahibi Eldar Rəfiyevə “Azərişıq”dan əsassız olaraq borc çeki gəlib.
E.Rəfiyevin Muxalifet.az-a verdiyi məlumata görə, borcla bağlı rəsmi müaricətlər olunsa da, məsələ hələ də həllini tapmayıb. 199 çağrı mərkəzi isə yalnız müraciəti qeydə almaqla kifayətlənib.Muxalifet2 - 1-02-2021
“Azərbaycan üçüncü Qarabağ müharibəsinə hazırlaşmalıdır” - SƏRDAR CƏLALOĞLU
Sərdar Cəlaloğlu: “Görünür, hökumət Nəcməddin Sadıqovu bağışlayıb və onun əməllərinə görə heç bir cinayət işi qaldırılmayacaq”
“Əgər Azərbaycan Dağlıq Qarabağa sahib çıxmırsa, onda Rusiya və Ermənistanın sahib çıxması qaçılmazdır”
Muxalifet2 - 1-02-2021
“Azərsu”dan istehlakçı hüquqlarının növbəti kobud pozuntusu - Məğrur BƏDƏLSOY YAZIR
Qiyməti ikiqat qaldırmağı bir yana, 10 manatdan artıq ödənişə də qadağa qoydu
Muxalifet2 - 1-02-2021
ADP-DƏN NAVALNIYA DƏSTƏK – Partiya Putin hakimyyətini zorakılıqlara son qoymağa çağırdı
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti ilk növbədə Taarif Şurasının suyun qiymətinin iki dəfə bahalaşması ilə bağlı çıxardığı qərara münasibət bildirilib.
Muxalifet2 - 1-02-2021
İLHAM ƏLİYEVDƏN SENSASİON ÇIXIŞ - "Hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin!" / YENİLƏNİB
“Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm, yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi, Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur.
Muxalifet2 - 1-02-2021
"Mərkəzi Bank insanlara xidmət göstərib ki, Şuşada filial açsın?" - İLHAM ƏLİYEV ELMAN RÜSTƏMOVU ÖZBAŞINALIQDA İTTİHAM ETDİ
Ölkə başçısı açılış mərasimində Azərbaycan Televiziysına müsahibə verib.
AzərTac xəbər verir ki, İlham Əliyev müsahibəsində Mərkəzi Bankın sədri Elman Rüstəmovun Şuşada təmsil etdiyi qurumun nümayəndəliyinin açılacağını bildirməsi ilə bağlı məsələyə də münasibətini bildirib.
Dövlət başçısı Elman Rüstəmovun fikrini tənqid edib:
Muxalifet2 - 1-02-2021