Axtarış

The search found 105785 results in 0.031 seconds.

Search results

  1. Türkiyə aviasiyası daha 10 terrorçunu məhv etdi

    Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Kandil dağı rayonunda yerləşən PKK terror təşkilatının obyektlərinə zərbə endirib, 10 yaraqlı məhv edilib.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Əməliyyat Türkiyənin milli kəşfiyyat təşkilatının dəstəyi ilə həyata keçirilib.

    Muxalifet2 - 2-02-2021

  2. Sərfiyyatı düz hesablamayan sayğaclarla bağlı RƏSMİ AÇIQLAMA

    "Açıqlamada qeyd olunduğu kimi, söhbət istismar müddəti bitmiş qaz sayğaclarından deyil, dövrü dövlət yoxlanışı üçün açılıb götürülən sayğaclardan gedir".

    Bunu “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

    O bildirib ki, mövcud qaydalara görə beş ildən bir əhali-abonent qrupunda məişət qaz sayğacları dövlət yoxlanışı üçün açılaraq götürülür və yerinə yenisi quraşdırılır.

    Muxalifet2 - 2-02-2021

  3. Sosial şəbəkələrdə koronavirusla bağlı yalan xəbər yayan həkim saxlanıldı - VİDEO

    Muxalifet2 - 2-02-2021

  4. Navalnı 3,5 il müddətinə azadlıqdan məhrum edildi

    Moskvanın Simonovskiy məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin (FPX) müraciəti əsasında Aleksey Navalnı barəsində yeni qərar qəbul edib.

    Məlumata görə, Aleksey Navalnı barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilibvə o, 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

    Bundan əvvəl, Aleksey Navalnı şərti olaraq 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Aleksey Navalnının qardaşı Oleq Navalnı da 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet2 - 2-02-2021

  5. Ötən gün 4 şagird və 1 nəfər təhsil işçisində koronavirus aşkarlanıb

    Ötən sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19-a yoluxma ilə bağlı məlumat yayılıb.

    Təhsil Nazirliyi xəbər verir ki, 01 fevral 2021-ci il tarixinə olan statistikaya əsasən, hərarəti 37 dərəcədən yuxarı olmuş şagirdlərin sayı 5 nəfər olub, eyni hərarət göstəricisi işçi heyət arasında qeydə alınıb.

    Eyni zamanda, virusa yoluxmuş şagirdlərin sayı 4, işçi heyətin sayı isə 1 nəfər olub.

    Muxalifet2 - 2-02-2021

  6. Rasim Məmmədovun qanunsuz yollarla topladığı milyonlar əlindən alındı

    Ramiz Mehdiyev: “Mən onun işinəqarışmıram, nə edirsiniz edin, bizə toxunmayın”

    “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun həbs olunduğu haqda oxucularımıza məlumat vermişdik.

    “Hürriyyət”in əldə etdiyimi son informasiyaya görə,“Baku Steel Company” şirkətinin fəaliyyətinin araşdırılması zamanı R.Məmmədovun  yüz milyonlarla manat dövlət vəsaitini qanunsuz yollarla ələ keçirdiyi aydın olub. Bu səbəbdən də həmin vəsaitin ondan geri alınaraq, dövlət büdcəsinə qaytarıldığı iddia edilir.

    Muxalifet2 - 2-02-2021

  7. Rasim Məmmədovun 55 milyon manat mənimsədiyi məlum oldu - RƏSMİ

    “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırılıb.

    Muxalifet2 - 3-02-2021

  8. İVANİŞVİLİNİN SƏRVƏTİ AÇIQLANDI - Yanvarda 25 milyon itirib...

    Gürcüstanın ən zəngin adamı – Bidzina İvanişvilinin sərvəti 5,67 milyard ABŞ dolları təşkil edir.

    Bu barədə "Bloomberg Billionaires Index" (BBI) reytinqində bildirilib.

    B.İvanişvili siyahıda 458-ci yeri tutur. Reytinqə əsasən, milyarderin sərvəti ötən il dəyişməsə də, yanvar ayında 25 milyon dollar azalıb.

    Muxalifet2 - 3-02-2021

  9. “BU, İŞĞAL ORDUSUNUN GÖSTƏRDİYİ FƏALİYYƏTDİR...” – “Türkiyənin bölgədə hərbi iştirakı legitimləşdi”

    Yanvarın 30-da Ağdam şəhərində rus və türk hərbçilərindən ibarət Monitorinq Mərkəzinin rəsmi açılış mərasimi keçirildi. Mərasimdə Türkiyə və Rusiya Müdafiə nazirlərinin müavinlərinin iştirakı da göstərdi ki, tərəflər bu məsələyə ciddi yanaşırlar. Azərbaycan da öz növbəsində bu mərkəzin fəaliyyət göstərməsi üçün lazım olan bütün şəraiti yaradıb. Cəmiyyəti isə daha çox bu mərkəzin Azərbaycana hansı üstünlüklər gətirəcəyi, Azərbaycanın nəzarətindən kənarda qalan ərazilər üzərində suverenliyimizin bərpasına hansı şəkildə köməklik göstərəcəyi maraqlandırır.

    Muxalifet2 - 3-02-2021

  10. MEHDİYEV TAYFASININ ÖLKƏ METALLURGİYASINA VURDUĞU ÖLÜMCÜL ZƏRBƏLƏR - Qandallanan Rasim Məmmədovun ortaya çıxardığı həqiqətlər

    Səbayel Rayon Məhkəməsində “Baku Steel Company” MMC şirkətinin rəhbəri Rasim Məmmədovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. Rasim Məmmədov qarşıdakı 4 ayda həbsdə qalacaq. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

    Muxalifet2 - 3-02-2021

  11. Ermənistan parlamentinin binası qarşısında aksiya keçirilir - PAŞİNYANIN İSTEFASI TƏLƏB OLUNUR

    Ermənistan parlamentinin binası qarşısında “Qurtuluş hərəkatı”nın üzvləri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirir.

    Virtualaz.org bildirir ki, “Novosti Armeniya” hadisə yerindən canlı yayım edir.

    Bir müddət öncə hərəkat hakim “Mənim addımım” parlament fraksiyasının “antimilli və antidövlət” olduğuna dair bildiriş yayıb.

    Muxalifet2 - 3-02-2021

  12. Nazir müavininin istefasının şok səbəbi - HİCABA KEÇİB, NAMAZ QILDIĞI DEYİLİR, AMMA... / YENİLƏNİB

    Xəbər verdiyimiz kimi, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.

    Bununla bağlı rəsmi açıqlamada onun səhhətindəki problemlərə görə öz ərizəsi ilə postundan kənarlaşdığı deyilsə də, əsl həqiqət başqadır.

    Məlumata görə, Vəliyevanın nazir müavini vəzifəsindən getməsinə səbəb onun dinə bağlanması olub. Belə ki, hicab bağlayaraq, namaza keçən Məhəbbət Vəliyeva vəzifədə çalışmağı haram hesab edib.

    O, islam dininin sünni məzhəbinə itaət etdiyindən istefa ərizəsi yazıb.

    Muxalifet2 - 3-02-2021

  13. KEÇMİŞ NAZİR SƏLİM MÜSLÜMOV SAXLANILDI... - Milyonlarla manatlıq korrupsiya faktı...

    Dünən sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov saxlanılıb. 

    Muxalifet.az xəbər verir ki, bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarında olan mənbə məlumat verilib.

    Keçmiş nazirə qarşı irəli sürülən ittihamlar hələlik açıqlanmır.

    Muxalifet.az xəbər verir ki, Səlim Müslümov zaman-zaman mətbuatda vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və milyonlarla manatlıq korrupsiya faktına yol verməkdə ittiham olunub. Bu baxımdan, saxlanılmasında həmin iddiaların rolunun olduğu istisna olunmur.  

    Muxalifet2 - 3-02-2021

  14. ​“Nar” sosial izolyasiya dövründə təhsilə dəstək olmağa davam edir

    Ölkədə təhsilin inkişafına xüsusi önəm verən “Nar” pandemiya dövründə də alternativ kanallarla təhsilinə davam edən tələbə və şagirdlərə öz dəstəyini göstərir. Belə ki, mobil operator Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi layihəsi olan və sosial izolyasiya dövründə internetə çıxışı məhdud olan şagirdlər üçün TV üzərindən canlı dərslər yayımlayan “Dərs vaxtı” proqramını rabitə dəstəyi ilə təmin edir.

    Muxalifet2 - 3-02-2021

  15. Azərbaycanda 65 yaşdan yuxarı şəxslər SMS-lə vaksinasiya üçün çağırılacaq

    Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq. Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb.

    Bu barədə "Report"un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib

    Qeyd olunub ki, fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar qeydiyyatdan keçiriləcək.

    65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.

    Muxalifet2 - 3-02-2021

  16. Azərbaycanda daha 162 nəfər koronavirusa yoluxdu – 4 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda son sutkada koronavirusa 162 yeni yoluxma faktı qeydə alınıb, 361 nəfər müalicə olunaraq sağalıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Son sutkada 4 nəfər COVID-19-dan vəfat edib.

    Muxalifet2 - 3-02-2021

  17. Orta məktəblərin yuxarı sinifləri və universitetlər açılır

    Təhsil Nazirliyinin təklifinə əsasən, ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələli olaraq əyani formada sanitar-gigiyenik tələblər nəzərə alınaraq aşağıda qeyd edilmiş qaydada davam etdiriləcək.

    Belə ki, 8 fevral tarixindən:

    Muxalifet2 - 4-02-2021

  18. Uşaq bağçaları fevralın 15-dən açılır

    Məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) əyani təhsilin bərpası ilə bağlı detallar açıqlanıb.

    Təhsil Nazirliyindən bildirilib ki, uşaq bağçaları fevralın 15-dən fəaliyyətini qismən bərpa edəcək.

    Muxalifet2 - 4-02-2021

  19. Bakıda dələduzluq edən saxta polis tutuldu

    Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinə (PB) bir nəfər qadın ərizə ilə müraciət edərək özünü polis əməkdaşı kimi təqdim edən Vüsal adlı şəxsin guya onu dövlət qurumlarından birində işə düzəldəcəyi adı ilə aldadıb ayrı-ayrı vaxtlarda 17 min manat pulunu aldığını bildirib.

    Muxalifet2 - 4-02-2021

  20. Məktəbə göndərilməyən şagirdlərə onlayn dərs keçirilməyəcək - RƏSMİ

    “Valideynlərin övladlarını məktəbdə əyani təhsilə cəlb olunub-olunmaması ilə bağlı hüquqları V-IX sinifdə təhsil alanlara da şamil olunacaq. Bunun üçün xüsusi karantin rejimi qüvvədə olduğu müddətdə valideyn əyani dərsdən imtina ilə bağlı iltizam forması yazmalıdır. Ancaq əyani şəkildə keçirilən dərslər həmin şagirdlərə tədris olunmayacaq”.

    Bu fikirləri açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev deyib.

    Muxalifet2 - 4-02-2021

Pages