Axtarış

The search found 105785 results in 0.058 seconds.

Search results

  1. “Bayraktar” hədəfi 8 yox, 15 kilometrdən vuracaq - FOTO

    Türkiyənin ROKETSAN şirkəti Qarabağ müharibəsinin də təcrübəsini nəzərə alaraq MAM-L “ağıllı” raketinin mənzilini iki dəfə artırıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Bayraktar TB2” , habelə bu ildən seriya istehsalı başlayan, daha üstün göstəricilərə və döyüş imkanlarına malik olan “Akıncı” və “Aksungur” pilotsuz döyüş təyyarələrinin əsas silahı olan bu raketlər indi hədəfi 8 kilometr məsafədən deyil, 15 kilometrdən vura biləcək.

     

    Muxalifet2 - 28-01-2021

  2. AZƏRBAYCANDA DAHA 8 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində 206 yoluxma faktı qeydə alınıb

    Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 209 yeni yoluxma faktı qeydə alınıb, 437 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 229 793 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 154 nəfər müalicə olunaraq sağalıb, 3 113 nəfər vəfat edib, aktiv xəstə sayı 4 526 nəfərdir.

    Muxalifet2 - 28-01-2021

  3. ÜST daha bir pandemiya barədə xəbərdarlıq etdi

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1999-cu ildə Malayziyada aşkarlanmış “Nipah”, yaxud “NiV” adlı virusun pandemiyası ilə bağlı xəbərdarlıq edib.

    “Nipah” Nipah çayı sahilində yaşayan donuzçuluqla məşğul olan fermerlərdə aşkarlanıb.

    Onun vəhşi təbiətdəki daşıyıcıları Cənubi Çin, Cənub-Şərqi Asiya, Yeni Qvineya və Avstraliyada geniş yayılmış yarasalar və yarasalar dəstəsinə aid uçan tülkülərdir. Bu virusa Afrikada uçan tülkülərdə də rast gəlinib.

    Muxalifet2 - 28-01-2021

  4. Sabah Bakıda güclü külək əsəcək - PROQNOZ

    Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Muxalifet2 - 28-01-2021

  5. RASİM MƏMMƏDOV HƏBS OLUNDU! - “Baku Steel Company”də qanunsuzluqlar aşkarlanıb

    “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov həbs edilib.

    Unikal.org-un əldə etdiyi məlumata görə, bir müddət əvvəl Rasim Məmmədovun rəhbəri olduğu “Baku Steel Company”də yoxlamalara başlanıb.

    Aparılan yoxlama nəticəsində qanunsuzluqlar aşkar edilib və R. Məmmədov həbs olunub.

    Muxalifet2 - 28-01-2021

  6. “QƏBİRYEYƏNLƏR”...

    Muxalifet2 - 28-01-2021

  7. RASİM MƏMMƏDOVUN HƏBSİNİN PƏRDƏARXASI - “Baku Steel Company”də qanunsuzluqlar aşkarlanıb / Yenilənib

    “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov həbs edilib. Musavat.coma daxil olan məlumata görə Rasim Məmmədovun nəzarətindəki bütün zavodlarda vegi və güc strukturlarının nümayəndələri araşdırmalar aparıb. İllərlə inhisarda olan metallurgiya sahəsinin, nəhayət ki, məmur-oliqarx inhisarından çıxarılacağı gözlənilir.

    Muxalifet2 - 29-01-2021

  8. ELMAN RÜSTƏMOV MİLLİ BANKA TİKİLƏCƏK BİNA HAQDA DANIŞDI - “Öz vəsaitimiz hesabına tikəcəyik”

    Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov rəhbərlik etdiyi qurum üçün 218 milyon avroya yeni inzibati bina tikilməsinə münasibət bildirib.

    Bu barədə o, onlayn keçirdiyi mətbuat konfrasında danışıb.

    “Biz yeni inzibati binamızı öz vəsaitimiz hesabına tikəcəyik. Mənim bu bina ətrafında gedən müzakirələrdən xəbərim var. Onu qeyd edim ki, son 3 ildə dövlət büdcəsində 7,8 milyard manat vəsait köçürmüşük. Bu isə 250 milyon manat köçürməyi düşünürük”, - deyə o, qeyd edib.

    Muxalifet2 - 29-01-2021

  9. "QARABAĞDA MONİTORİNQ MƏRKƏZİ SABAH FƏALİYYƏTƏ BAŞLAYIR...” - "Qardaşlarımızın hüquqlarını müdafiə etmək vəzifəmizi yerinə yetirəcəyik"

    Türkiyənin müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla telefon vasitəsilə əlaqə saxlayıb. 

    Telefon danışığından sonra açıqlama verən Akar bildirib ki, Zakir Həsənovla müdafiə və təhlükəsizlik məsələlərində görülən və görüləcək işlərdən danışıb.

    Muxalifet2 - 29-01-2021

  10. RAMİZ MEHDİYEVİN AİLƏ BİZNESİNDƏN MİLYONLARIN OĞURLANDIĞI ORTAYA ÇIXDI - Oğlu və kürəkəni məhkəməyə müraciət edib...

    AMEA prezidentinin general oğlu 4 milyon dolları, deputat olmuş kürəkəni 3,5 milyonu haradan ədə edib?

    "Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun həbs edilməsinin səbəbi bəlli olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R.Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb.

    Muxalifet2 - 29-01-2021

  11. MEHDİYEVƏ ƏMRİNİ GERİ OXUTDURDULAR? - Elton Məmmədovun təyinatı bir sutka sonra təkzib edildi

    “Dünən bir sıra kütləvi informasiya vasitələrində yayılıb ki, AMEA İşlər idarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov guya AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilib. İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu məlumatın heç bir əsası yoxdur”.

    AMEA-nın Mətbuat və informasiya şöbəsinin yaydığı məlumatda belə deyilir.

    Bildirilir ki, professor Elton Məmmədov hazırda da AMEA İşlər idarəsinin müdiri vəzifəsində öz fəaliyyətini davam etdirir.

    Muxalifet2 - 30-01-2021

  12. PUTİN ÜÇÜN NAVALNI TƏHLÜKƏSİ... - “Navalnını Moskvaya yollayanlar onu bilavasitə həbsxanaya “hazırlayıblar” və...”

    “Navalnı nə zaman hərəkətə keçməyin lazım olduğunu yaxşı hiss edir”

    Vladimir Putin hakimiyyətinə əsas müxalif şəxs sayılan Aleksey Navalnının Almaniyadan Moskvaya qayıtması və aeroportda həbs olunması nəinki Rusiyada, beynəlxalq arenada da böyük əks-səda doğurdu. Məlum olduğu kimi, artıq neçə ildir Navalnı iri çaplı məmurların və prezidentin yaxın dostlarının korrupsiya əməlləri barədə ifşaedici filmlər hazırlayır.

    Muxalifet2 - 30-01-2021

  13. “KOMANDAN HAMIMIZI BİR-BİR QUCAQLADI, GÖZLƏRİMİZ YAŞLA DOLDU...” – Polkovnik Tehran Mənsimov Naxçıvan igidlərinin döyüş yolundan danışır / VİDEO

    “Hikmət Mirzəyevə dedim, icazə verin, əsgərlərimin yanında, ön cəbhədə olum...”

    44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu qəhrəmanlıq salnaməsi yazaraq, torpaqlarımızı işğaldan azad etdi. Bu işdə bütün Şəhid və Qazilərimizin misilsiz zəhməti, şücaəti həlledici rol oynadı. 

    Muxalifet2 - 30-01-2021

  14. TÜRKİYƏ HƏRBÇİLƏRİ AZƏRBAYCANDA - VİDEO

    “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində yer alacaq türkiyəli heyət artıq Azərbaycandadır”.

    Bunu "Report"a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

    Muxalifet2 - 30-01-2021

  15. ƏMƏK KİTABÇASI OLMADAN YAŞADI… - Ənvər Börüsöyun yoxluğu millətimiz və dövlətimiz üçün böyük itkidir

    Onun haqqında keçmiş zamanda yazmaq, cismani yoxluğunu qəbul etmək çox çətindir. Əminik ki, Tanrı dərgahına qovuşması ilə içimizdə yaratdığı boşluq uzun illər də dolmayacaq. Həftələr, aylar keçəcək, hər dəfə qəzet çapa hazırlananda Ənvər Börüsoyun zəng vurub, “gözəl insan, yazıları göndərdim” (bir-birimizə belə müraciət edərdik – müəl.), – deməsini gözləyəcəyik. Necə ki, həmin telefon zəngləri 17 ildir aramsız şəkildə daxil olurdu.

    Muxalifet2 - 30-01-2021

  16. GÜRCÜSTANDAN RUSİYAYA "BÖYÜK ERMƏNİ KÖÇÜ" - Yeni “qədim erməni torpaqları” artıq hazırdır

    Erməni separatçılarının Azərbaycan torpaqlarına iddialarını “əsaslandıran” tarixi uydurmalarından biri kimi, əsas rolu “Böyük sürgün” mifi oynayır. Guya, ermənilər tarixən İrəvanın, Naxçıvanın və Qarabağın ərazilərində əhalinin əksəriyyətini təşkil ediblər və onları sonradan Şah Abbas İranın dərinliklərinə sürgün edib. “Kavkazplus” yazır ki, amma adıçəkilən ərazilərdə ermənilərin ümumiyyətlə mövcud olmadığı və Səfəvilər dövlətinin erməniləri hər şeydən əvvəl türk əhalinin yaşadığı ölkənin iç ərazilərinə köçürmələri barədə saxtakar “tarixçilər” danışmır.
     

    Muxalifet2 - 30-01-2021

  17. Arkadi Rotenberq özünü "Putinin sarayı"nın sahibi elan etdi

    “Artıq sirr olmayacaq ki, mən benefisiaram. Orada yetərincə mürəkkəb obyekt olub, xeyli kreditorlar var idi. Mən benefisiar ola bildim. Bu, tapıntıdır. Yeri əladır”.

    Xarici media xəbər verir ki, bunu rusiyalı biznesmen Arkadi Rotenberq Mash” teleqram kanalına müsahibəsində Rusiyanın Gelencik şəhəri yaxınlığındakı “Putinin sarayı”ndan bəhs edərkən söyləyib.

    Muxalifet2 - 30-01-2021

  18. AZƏRBAYCANDA KORONAVİRUSDAN 7 NƏFƏR ÖLDÜ - Son sutkada 131 yoluxma faktı aşkarlanıb

    Azərbaycanda son sutkada koronavirusa 131 yeni yoluxma faktı qeydə alınıb, 407 nəfər müalicə olunaraq sağalıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 230 066 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 960 nəfər müalicə olunaraq sağalıb, 3 126 nəfər vəfat edib. Hazırda 3 980 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 244, bu günə qədər isə ümumilikdə 2 394 476 test icra olunub.

    Muxalifet2 - 30-01-2021

  19. Prezidentin tapşırıqlarının icrasına nəzarət sistemi yaradılır

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin edən “Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradılır.

    Muxalifet2 - 30-01-2021

  20. Laçından çıxarılan ermənilərin ev davası - VİDEO

    Qarabağ müharibəsindəki məğlubiyyət ermənilər arasında güclü çaxnaşma yaradıb.

    2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən işğalda olan Laçının Azərbaycana qaytarılması ilə burada qanunsuz məskunlaşmış ermənilərin Yerevana qayıtması ölkədə narazılıqlara səbəb olub.

    Onlar hələ də özlərinə sığınacaq tapa bilməyiblər. Evsiz qalan ermənilər dövlətdən ev və kompensasiya tələbi ilə parlament binası qarşısında aksiya keçiriblər.

    Ətraflı videoda:

    Muxalifet2 - 30-01-2021

Pages