Axtarış
The search found 105785 results in 0.059 seconds.
Search results
Niderlandda etirazlar davam edir - POLİS 150 NƏFƏRİ SAXLAYIB
Niderlandın hüquq mühafizə orqanları koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində komendant saatının tətbiqindən sonra ölkəni bürümüş etiraz aksiyaları zamanı 150 nəfəri saxlayıb.
Bunu Niderland Teleradio Yayım Şirkətinə müsahibə verən ölkə polisinin rəhbəri Villem Vulerners bəyan edib.
“Tərəfimizdən 150 nəfər saxlanılıb. Hazırda Rotterdam və Hertogenbos şəhərlərinə xüsusi təyinatlı qüvvələr göndərilib”, - deyə polis rəisi bildirib.
Muxalifet4 - 26-01-2021
İsraildə peyvənd olunan 20 nəfər koronavirusa yoluxub
İsraildə koronavirus peyvəndinin ikinci dozası vurulan insanların virusa yoluxma nisbətlərinə dair araşdırmanın nəticələri açıqlanıb.
İsrailin Makkabi Səhiyyə Xidməti ölkədə kütləvi vaksinasiyada istifadə olunan “Pfizer/Biontech” peyvəndinin ikinci dozasını alan insanlar arasında infeksiyanın yayılma nisbəti ilə bağlı apardığı araşdırmanın nəticələrini ictimaiyyətlə bölüşüb.
Muxalifet4 - 26-01-2021
İlham Əliyev Ramin Quluzadəni vəzifəsindən azad etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəni vəzifəsindən azad edib. Prezidentin imzaladığı sərəncamı təqdim edirik:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 yanvar 2021-ci il.
Muxalifet4 - 26-01-2021
Rəşad Nəbiyev rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri təyin olundu - YENİ NAZİRİN DOSYESİ
Prezident İlham Əliyev bu gün “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevi də tutduğu vəzifədən azad edib.
Prezident digər sərəncamla Rəşad Nəbi oğlu Nəbiyevi rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri vəzifəsinə təyin edib.
Müvafiq sərəncamlar Prezidentin rəsmi saytında dərc olunub.
Xatırladaq ki, Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Azərkosmos”un sədri vəzifəsinə təyin edilmişdi.
Muxalifet4 - 26-01-2021
“Vətən müharibəsində kosmik peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi...” - PREZİDENT YENİ NAZİRİ QƏBUL ETDİ
Xəbər verildiyi kimi bu gün Prezident İlham Əliyev Rəşad Nəbiyevi rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri təyin edib. R.Nəbiyev bundan əvvəl “Azərkosmos” ASC-nin sədri idi. “AZƏRTAC” xəbər verir ki, İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Prezident qəbuldakı çıxışında Azərbaycanın malik olduğu kosmik peyklərin 44 günlük Vətən müharibəsindəki rolundan, qazandırdığı üstünlüklərdən danışıb.
Prezidentin nitqindən sitat:
Muxalifet4 - 26-01-2021
Prezident Ramin Quluzadənin fəaliyyətindən danışdı
"Mən sizdən əvvəl bu vəzifədə çalışmış nazirin fəaliyyətindən də razıyam".
Bunu Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Muxalifet4 - 26-01-2021
"HARADA DAYANMAQ LAZIM GƏLDİYİNİ BİLMƏK VACİB İDİ ..." - Hikmət Hacıyev Azərbaycanın müharibəni dayandırmaq səbəbini açıqladı / VİDEO
Muxalifet4 - 26-01-2021
Ukrayna ərazisinə xarici hərbi qüvvələrin daxil olmasına icazə verildi
Ukrayna Ali Radası ölkə ərazisinə xarici ordu hissələrinin daxil olmasına icazə verən 4499 saylı qanun layihəsini təsdiqləyib.
Layihənin lehinə parlamentin 325 deputatı səs verib. Bu qanun Ukrayna ərazisində NATO ölkələrinin hərbi qüvvələrinin iştirakı ilə birgə təlimlərin keçirilməsinə imkan verəcək.
Cari ildə səkkiz belə təlim nəzərdə tutulub.
Qeyd edək ki, Ukrayna 2021-ci ildə ABŞ, Britaniya, Rumıniya və Polşa ilə birgə hərbi təlimlər keçirməyi planlaşdırır.
Muxalifet2 - 26-01-2021
RAMİN QULUZADƏYƏ YENİ VƏZİFƏ VERİLDİ - Sərəncam
Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, R.Quluzadə bundan əvvəl Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsində çalışıb. O, bu gün dövlət başçısının sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.
Muxalifet2 - 26-01-2021
Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi
Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Muxalifet2 - 26-01-2021
Azərbaycanda daha 326 nəfər koronavirusa yoluxdu – 7 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 229 min 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 221 min 116 nəfər müalicə olunaraq sağalıb, 3 100 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 142 nəfərdir.
Muxalifet2 - 26-01-2021
Ermənistan Qarabağdan təkcə kənd təsərrüfatı hesabına ildə 100 milyon dollar talayırmış - AZƏRBAYCANIN MƏHKƏMƏ İDDİASINDA NƏZƏRƏ ALINACAQ...
Qarabağ torpaqlarının “əldən verilməsi” hesabına Ermənistan ildə təkcə kənd təsərrüfatından 100 milyon dollar itirəcək. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda “Ermənistan aqrar-kəndli ittifaqı” adlı QHT-nin rəhbəri Qraç Bərbəryan jurnalistlərə deyib.
Onun hesablamalarına görə Qarabağdakı müharibənin nəticəsi olaraq 3 min hektar nar, ərik, şaftalı və digər meyvə bağları, 50 min hektarlıq taxıl sahələri, azı 200 hektar soğan əkini sahəsi (ildə 2 min ton soğan yığılırdı) itirilib.
Muxalifet2 - 26-01-2021
VÜQAR SƏFƏRLİ EV DUSTAQLIĞINA BURAXILMADI
Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbəri Vüqar Səfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə V. Səfərlinin şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Muxalifet2 - 26-01-2021
ŞUŞA İSTİQAMƏTİNDƏ DÖYÜŞLƏRDƏ ŞƏHADƏTƏ YÜKSƏLƏN İGİDİMİZ - VİDEOREPORTAJ
Züvüc kəndi Lerik rayonunun ucqar kəndlərindəndir. Bu yerlərdə yaşamaq o qədər də asan deyil. Lakin Vətənin qara torpağı, boz daşı da əzizdir. Harada doğulmağımızdan asılı olmayaraq Vətənimiz olan Azərbaycanın uğrunda can verib, can alan oğullarımız var. Bu kəndin də Qarabağ müharibəsində şəhadətə yüksələn “Qartal” ları, Şahinləri olub.
“Report”un əməkdaşı Vətən müharibəsi şəhidi Şahin Afət oğlu Tahirlinin doğulduğu kənddə olub, məzarını ziyarət ediblər.
Muxalifet2 - 26-01-2021
Ramiz Mehdiyev Tarix İnstitutuna yeni direktor təyin etdi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna direktor təyinatı olub.
Bu vəzifəyə professor Kərim Şükürov təyin olunub.
1956-cı il təvəllüdlü K.Şükürov eyni zamanda institutun Azərbaycanın tarixi demoqrafiyası şöbəsinin müdiridir. Məlumata görə, K.Şükürov direktor vəzifəsi ilə yanaşı, şöbə müdiri kimi də fəaliyyətini davam etdirəcək.Muxalifet2 - 26-01-2021
Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətirildi - FOTO, VİDEO / YENİLƏNİB
Dəniz quldurları tərəfindən öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun nəşi Bakıya gətirilib.
Məlumata görə, F.İsmayılovun nəşinin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq Aeroprtuna eniş edib.
Onun doğulduğu Siyəzən rayonunda dəfn ediləcəyi gözlənilir./virtualaz.org
**09:37
Muxalifet2 - 27-01-2021
"RUSİYA QARABAĞDA MUZDLU DÖYÜŞÇÜLƏR YERLƏŞDİRİB" - Gürcü ekspertin sensasion iddiasına reaksiyalar
Məlumdur ki, Azərbaycan Baş Prokurorluğu Qarabağda Ermənistan tərəfində vuruşan muzdlular haqda yeni-yeni cinayət işləri açır. Son olaraq iki liviyalı haqda həbs qərarı verilib.
“Yeni Müsavat” bildirir ki, bəzi iddialara görə, Azərbaycanda həbsdə düşmən ordu tərəfdən vuruşmuş 100-dən artıq terrorçu var. Baş Prokurorluqda yanvarın 25-də keçirilən toplantıda bildirilib ki, 21 muzdlu döyüşçü barədə axtarış elan edilib.
Muxalifet2 - 27-01-2021
RUSİYA-TÜRKİYƏ MONİTORİNQ MƏRKƏZİ FƏALİYYƏTƏ BAŞLAYIR - Rusiya MN-dən açıqlama
Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Dağlıq Qarabağ zonasındakı atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin tərkibində fəaliyyət göstərəcək Rusiya hərbçiləri atəşkəs rejiminə nəzarəti birgə şəkildə yerinə yetirmək üçün təlim keçir və Azərbaycana getməyə hazırlaşırlar.
Muxalifet2 - 27-01-2021
Rusiya hərbçiləri Ağdama göndərilmək üçün hazırlıq keçir
Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, rusiyalı hərbçilər Dağlıq Qarabağ zonasında atəşkəsə və bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün ortaq Rusiya-Türkiyə mərkəzində işləməyə hazırlaşırlar.
Muxalifet2 - 27-01-2021
Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasını çağırdı - QARABAĞDAKI TÜRK HƏRBÇİLƏRİNİN MİSSİYASI MÜZAKİRƏ OLUNACAQ
Yanvarın 28-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, iclasda Şərqi Aralıq dənizi, Türkiyə hərbçilərinin Azərbaycan, Liviya və Suriyada fəaliyyəti müzakirə ediləcək.
Türkiyə və Yunanıstan arasında danışıqlar da iclasın əsas mövzularından biri olacaq.
Muxalifet2 - 27-01-2021