Axtarış

The search found 105785 results in 0.048 seconds.

Search results

  1. Azərbaycan yeni dronlar istehsal edəcək

    Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının rezidentinin istehsal etdiyi dronlar işğaldan azad olunmuş ərazilərin radiasiya fonunun ölçülməsində istifadə olunacaq.

    Bu barədə AMEA Yüksək Texnologiyalar Parkı məlumat yayıb.

    Muxalifet2 - 21-01-2021

  2. Məktəblərin fevralın 1-də açılmasına hazırlıq işləri görülür

    Azərbaycanın ümumtəhsil müəssisələrində fevralın 1-dən etibarən tədris prosesinin bərpa olunacağı gözlənilir.

    Məlumata görə, artıq məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən məktəblərə tapşırıq verilib.

    Belə ki, təhsil müəssisələrində tədrisin başlamasına hazırlıq işləri görülür.

    Məlumata görə, fevralın 1-dən ibtidai siniflər növbəli şəkildə, həftədə iki-üç dəfə, fevralın 15-dən sonra isə V və IX siniflərin şagirdləri məktəbə gedəcək.

    Muxalifet2 - 21-01-2021

  3. Qadına qarşı hərəkət Monqolustanı qarışdırdı: İstefalar başladı - FOTO/VİDEO

    Monqolustanda qalmaqallı hadisə baş verib. Belə ki, uşaq dünyaya gətirən qadın COVID-19-a yoluxduğu üçün doğum evindən bir başa stasionara aparılıb. Bu zaman onun əynində isti geyim, hətta ayaqqabı olmayıb.

    Bu barədə “RİA Novosti” xəbər yayıb.

    Muxalifet2 - 21-01-2021

  4. ASALA PAŞİNYANIN ÖLÜM FƏTVASINI VERDİ VƏ RUSİYAYA XƏBƏRDARLIQ ETDİ - "Türklərlə münasibət qurmağa eyham vuranlar xaindir!"

    “Rusiya erməniləri” qəzeti 1977-ci ildə Moskva metorsunda törədilmiş partlayış da daxil olmaqla, siyahısında bir çox terror aktı olan erməni terror təşkilatı ASALA-nın Rusiyaya ünvanlanmış xəbərdarlığını yayıb.
    Hurriyyet.org Gradator.ru-ya istinadən xəbər verir ki, yayılan məlumata görə, Ermənistanın gizli qurtuluş ordusu (ASALA) "taktiki pauza" davranışlarını yenidən gözdən keçirir.
    Erməni terrorçularının xəbərdarlıq bəyanatının əsas tezisləri bunlardır:

    Muxalifet2 - 21-01-2021

  5. “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir

    “Nar” Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəmanlarımız üçün xüsusi güzəştlər təqdim edir. Xüsusi güzəştlərdən faydalanmaq üçün 21 yanvar tarixindən etibarən, “Nar” mərkəzlərindən birinə yaxınlaşaraq müvafiq sənədi təqdim etmək kifayətdir. Əlavə məlumatı mobil opertorun nar.az veb səhifəsindən əldə etmək mümkündür.
     

    Muxalifet2 - 21-01-2021

  6. Ukraynada Qocalar evində yanğın - AZI 15 NƏFƏR HƏLAK OLUB

    Yanvarın 21-i yerli vaxtla 15:03-də Ukraynanın Xarkov şəhərində Qocalar evinin ikimərtəbəli binasında yanğın baş verib, nəticədə azı 15 nəfər həlak olub.

    Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

    İlkin məlumatlara əsasən, yanğın zamanı 5 nəfər də ağır dərəcəli bədən xəsarətləri alıb.

    Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

    Faktla bağlı cinayət işi başlanıb.

    Muxalifet2 - 21-01-2021

  7. Makqreqorla Puaryenin baxış dueli oldu - VİDEO

    İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqorla amerikalı döyüşçü Dastin Puarye arasında ənənəvi baxış dueli baş tutub.

    Video UFC prezidenti Deyna Uaytın “Twitter” səhifəsində dərc edilib.

    “Bunun nə demək olduğunu başa düşürsən?” - K.Makqreqor rəqibinə xitabən söyləyib.

    Baxışların duelindən sonra döyüşçülər əl sıxıb görüşüblər.

    Qeyd edək ki, K.Makqreqorla D.Puarye arasında döyüş yanvarın 23-də Əbu-Dabidə baş tutacaq.

    Muxalifet2 - 21-01-2021

  8. Şəmkirdə jurnalist şantaja görə öldürüldü - FOTO

    Bu gün Şəmkir rayonunda qətl hadisəsi baş verib.

    “Qafqazinfo”nun məlumatına görə, rayon sakini Bəxtiyar Əliyev ov tüfəngindən atəş açılaraq öldürülüb. Onu rayon sakini Aslanov Vasif Elman oğlu güllələyib. Məlumata görə, B.Əliyev Vasif Aslanovu şantaj edirmiş.

    Qətlə yetirilən şəxs özünü jurnalist kimi təqdim edib. Onun “Qərb bölgəsi press” adlı qəzetin təsisçisi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 21-01-2021

  9. Daha bir hərbçimiz minaya düşərək şəhid olub - FOTO

    Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb.

    "Report"un xəbərinə görə, hərbi qulluqçu Cavadov Rəşad Fərzəli oğlu mina partlayışı nəticəsində şəhid olub.

    Müdafiə Nazirliyi "Report"a faktı təsdiqləyib.

    Hadisə ilə əlaqədar araşdırma aparılır.

    Allah rəhmət eləsin!

    Muxalifet2 - 21-01-2021

  10. Azərbaycanda daha 218 nəfər koronavirusa yoluxdu – 9 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 218 yeni yoluxma faktı qeydə alınıb, 770 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

    Muxalifet2 - 21-01-2021

  11. “Caliber”: Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” - VİDEO

    Yanvarın 6-da Xocalı soyqırımını törədənlərdən biri, erməni general Manvel Qriqoryanın yaxınları onun məzarını ziyarət etmək istəyib, lakin məlum olub ki, onun ailə qəbristanlığında olan məzarı qazılıb və qəbir yeri boşdur.

    Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında yerləşdirilən videoda məlumat verilir.

    Belə ki, M.Qriqoryanın qəbir daşı dağıdılıb, cəsədi tabutun içərisindən çıxarılaraq dəfn olunan ərazinin yaxınlığına atılıb.

    Baş vermiş hadisədən şoka düşən M.Qriqoryanın qohumları hadisəni mətbuatdan gizlədib.

    Muxalifet2 - 21-01-2021

  12. AZƏRBAYCAN-TÜRKMƏNİSTAN DANIŞIQLARI MƏXFİ APARILIB - Üçüncü qüvvə razılaşmaya mane ola bilərdi...

    Azərbaycan və Türkmənistan müstəqilliklərini qazandıqdan sonra iki ölkə arasında münasibətlər gərgin idi. Azərbaycan neftçiləri 1989-cu ildə Xəzər dənizində neft yatağı aşkar etdilər.

    Azərbaycan neftçiləri bu yatağın adını “Kəpəz” qoydular. Ancaq SSRİ 1991-ci ildə dağıldıqdan sonra Türkmənistan bu yatağın Xəzərin ona aid olan hissəsində olduğunu bildirdi. Türkmənistan həmin yatağa “Sərdar” adını verdi. Bu iki dövlət arasında mübahisəyə səbəb oldu.

    Muxalifet2 - 21-01-2021

  13. Bakıda yollar buz bağladı, zəncirvari qəza oldu

    Bu gün səhər saatlarında paytaxtın Zığ-Hava limanı yolunda yolun hər iki istiqamətində zəncirvari qəza baş verib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq sürət həddi 60 km/saata qədər endirilib.

    Muxalifet2 - 22-01-2021

  14. Şəmkirdə jurnalisti şantaja görə öldürən şəxs tutuldu

    Şəmkir rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb.

    Xatırladaq ki, hadisə yanvarın 21-də rayonun Qədim Qala kəndində baş verib.

    Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Bəxtiyar Əliyev dayısı oğlu Vasif Aslanov tərəfindən odlu silahla qətlə yetirilib.

    Məlumata görə, bir neçə gün əvvəl B.Əliyev V.Aslanovu şantaj edib. Qohumunun bu əməlindən bezən V.Aslanov B.Əliyevi odlu silahla öldürüb.

    Muxalifet2 - 22-01-2021

  15. “NƏ ŞURNUX-ŞURNUX SALMISINIZ?...” – Paşinyanı gün keçdikcə cəsarətləndirən nədir və Ermənistanı nə gözləyir?

    Müharibənin bitdiyi tarixdən daha çox vaxt ötdükcə, Ermənistanın Baş naziri Nikol Paşinyan da “özünə gəlməyə”, daxili siyasi arenada qətiyyətli açıqlamalar verməyə başlayır. Hazırda Ermənistanın siyasi gündəmində Baş nazirin parlamentin son iclasındakı çıxışı əsas müzakirə mövzusudur. 

    Həmin çıxış bir daha göstərir ki, müharibənin bitdiyi ilk günlərdə 10 noyabr sazişini imzaladığı üçün çox böyük təzyiqlə üzləşən Paşinyanla bugünkü Paşinyan arasında artıq kifayət qədər böyük fərq var.

    Muxalifet2 - 22-01-2021

  16. Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - EMİN ƏMRULLAYEV BRİFİNQ KEÇİRİR / CANLI YAYIM

    Azərbaycanda fevralın 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunur. Hazırda təhsil naziri Emin Əmrullayev, ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlər üçün brifinq keçirirlər.

    Muxalifet.az xəbər verir ki, tədbirdə təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı son qərarlar açıqlanır.

     

    Muxalifet2 - 22-01-2021

  17. MEHDİYEV YAQUB MAHMUDOVU YANINA APARDI - Direktor vəzifəsindən azad etdi

    Akademik Yaqub Mahmudov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib.

    Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

    Bildirilib ki, Y.Mahmudov AMEA prezidentinin müşaviri təyin edilib.

    Qeyd edək ki, Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. O, 2004-cü ildən Tarix İnstitutunun direktoru vəzifəsində çalışırdı.

    Muxalifet2 - 22-01-2021

  18. "XƏRCƏNGDƏN DÜNYASINI DƏYİŞƏN JURNALİSTİN MƏNZİLİNİ DƏ MƏNİMSƏYİBLƏR" - "İkinci binada mənzillərin yarısı kirayə verilir"

    Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı barədə məlumatlar yayılır. Bir neçə saytın yazdığına görə, söhbət 20-dək mənzildən gedir. KİVDF rəhbərliyi mövcud şərtləri pozaraq hətta jurnalist peşəsi ilə məşğul olmayan şəxslərin adlarını siyahıya salıb. Bu da öz növbəsində ciddi narazılıq yaradıb.

    Muxalifet2 - 22-01-2021

  19. Masallıda baş həkim və baş mühasib saxlanıldı

    Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

    Hüquq-mühafizə orqanlarından bildirilir ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.

    Muxalifet2 - 23-01-2021

  20. “BANK VTB”-də NƏ BAŞ VERİR? - Bankın sədri məhkəməyə verilib

    Tanınmış hüquqşünas Əkrəm Həsənov özünün “feysbuk” səhifəsində “Bank VTB” ilə bağlı maraqlı məlumat paylaşıb.

    “AzPolitika.info” xəbər verir ki, hüquqşünas bankın idarə rəisi ilə “Bank VTB” (Azərbaycan) ASC-nin rəhbəri arasında məhkəmə çəkişməsi yarandığını bildirib. Hüquqşünas qeyd edib ki, Azərbaycanda ən çox problemli kreditləri olan bankın idarəçiliyində baş verənlər ciddi araşdırma tələb edən mövzudur.

    Muxalifet2 - 23-01-2021

Pages