Axtarış
The search found 105785 results in 0.064 seconds.
Search results
PREZİDENT DAHA 3 MƏMURA XƏBƏRDARLIQ ETDİ - "Bu adamların beyninə belə ziyanlı fikirlər gəlir..."
"“Azəravtoyol", onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada Azərbaycan "Azəravtoyol" qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Özü öz hesabına heç kim yol çəkmir, dövlət büdcə ayırır. Şuşada Azəravtoyolun regional mərkəzinin nə işi var?”
AzərTac xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Muxalifet2 - 1-02-2021
İLHAM ƏLİYEVİN MƏMURLARA SƏRT İTTİHAMLARLA DOLU MÜSAHİBƏSİ - Tam mətn / VİDEO
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirakı çərçivəsində Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib.
Həmin müsahibəni təqdim edirik.
-Cənab Prezident, ilk növbədə, müsahibəyə vaxt ayırdığınıza görə Sizə minnətdarlığımızı ifadə edirik. İlk sualım açılışını etdiyiniz bu səhiyyə ocağı ilə bağlı təəssüratlarınız barədə olacaq. Necədir təəssüratlarınız?
Muxalifet2 - 1-02-2021
Azərbaycanda daha bir həkim koronovirusdan vəfat etdi – FOTO
Azərbaycanda daha bir həkim koronovirusdan vəfat edib.
Oxu.az xəbər verir ki, Sumqayıt şəhərində yerləşən özəl klinikaların birinin baş həkimi, ümumi cərrah Zahid Vəliyev COVİD-19-dan ölüb.
O, bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Muxalifet2 - 1-02-2021
Qocalar evinin bütün sakinləri “Pfizer” peyvəndindən sonra koronavirusa yoluxdular
İspaniyanın Laqartera şəhərinin qocalar evində koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.
Burada yaşayan 78 nəfərin hamısı xəstələnib. Maraqlısı isə odur ki, yaşlıların hamısı “Pfizer” peyvəndi vurulduqdan sonra virusa yoluxublar. Onlardan yeddisi artıq vəfat edib.
Bu barədə Rusiyanın NTV telekanalı məlumat yayıb. Məlumatda bildirilir ki, qocalar evinin sakinləri yanvarın 13-də vaksinasiya olunublar.
İlk günlərdə 9 nəfərdə koronavirus əlamətləri aşkar olunub. Sonradan xəstəlik tədricən müəssisənin bütün sakinlərinə keçib.
Muxalifet2 - 1-02-2021
AZARAQ ERMƏNİLƏRİN ƏLİNƏ DÜŞƏN HƏRBÇİLƏRİMİZ AZAD OLUNDU - Sülhməramlıların köməyi ilə
Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan iki azərbaycanlı hərbçi Rusiya sülhməramlılarının köməyi ilə sərbəst buraxılıb.
Virtualaz.org "İnterfax"a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Muxalifet2 - 2-02-2021
Paşinyan və Arutyuyan qondarma “dqr ordusu”nu ləğv edir
Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyan qondarma “dqr ordusunu” ləğv etməyə razılaşıblar.
Bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, keçmiş prezident Serj Sərkisyanın kürəkəni Mikael Minasyan özünün Facebook səhifəsində yazıb. Minasyan vaxtaşırı olaraq Paşinyanı və onun hakimiyyətini ifşa edən məlumatlarla çıxış edir.
Muxalifet2 - 2-02-2021
32 MİLYONLUQ TENDER 20 MANAT KAPİTALI OLAN ŞİRKƏTƏ VERİLİB - "Sevinc-96" MMC kimə məxsusdur?
Şirvan şəhərində qeydiyyatdan keçmiş və nizamnamə kapitalı 20 AZN olan "Sevinc-96" MMC 2021-ci ilin yanvarında 32,14 milyon manatlıq 10 tenderdə qalib gəlib.
Ən böyük tender müqaviləsi Füzuli Suvarma Sistemləri İdarəsi ilə bağlanıb. Məlumata görə yanvarın 29-u imzalanmış müqavilənin dəyəri 29,9 milyon manatdır. Qeyd edək ki, adıçəkilən şirkət 2020-ci ilin noyabrında MMC statusu alıb.
Muxalifet2 - 2-02-2021
Azad Rəhimovun səhhəti ilə bağlı son durum açıqlandı - VİDEO
Gənclər və idman nazirinin müavini İntiqam Babayev hazırda ABŞ-da müalicə olunan nazir Azad Rəhimovun səhhətindən danışıb.
İ.Babayev "Report"a açıqlamasında A.Rəhimovun vəziyyətinin yaxşı olduğunu bildirib.
O, hər gün nazirlə əlaqə saxladıqlarını vurğulayıb: "Hər bir addım, fəaliyyətimiz birbaşa Azad müəllimin tapşırıqları əsasında həyata keçirilir və özü ilə razılaşdırılır. İnanıram ki, qısa zamanda dönüb, yenidən canlı şəkildə gənclər və idman siyasətinin həyata keçirilməsində iştirak edəcək".
Muxalifet2 - 2-02-2021
“Peyvəndin təsir etmədiyi mutasiya ortaya çıxarsa hər şeyi sıfırdan başlayacağıq” - MERKEL DƏ NARAHATDIR
Almaniya Kansleri Angela Merkel COVID-19-a qarşı peyvəndlə təmin edilmək, peyvəndləmə zamanı yaşanan narahatlıqlar barədə qiymətləndirmələr edib.
“Anadolu” agentliyi xəbər verir ki, o bu haqda Avropa İttifaqı (Aİ) Komissiyasının videoformatda keçirilən iclasında danışıb.
Merkel bildirib ki, peyvənd istehsal edən şirkətlərin il ərzində nə qədər vaksin tədarük etmələri əvvəldən bəlli olur.
Muxalifet2 - 2-02-2021
Aleksey Navalnının cinayət işinə baxan hakim istefa verib
Muxalifet2 - 2-02-2021
Norveç Fondu neft sərmayələrindən imtina etdi
Dünyanın ən böyük milli rifah fondu olan Norveçin Dövlət Təqaüd (Neft) Fondu neft-qaz hasilatı ilə məşğul olan şirkətlərin əllərindəki səhmlərinin hamısını satıb. Belə ki, 2019-cu ildə 6 milyard ABŞ dollarına yaxın miqdarda olan həmin səhmlər ötən ilin sonunadək bütövlükdə xırıd edilib.
Muxalifet2 - 2-02-2021
“Bu, yeni müharibənin qızışdırılmasına yönəlmiş planlı aksiyadır” - RUS POLİTOLOQ
“Aydın məsələdir ki, Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması yeni müharibənin qızışdırılmasına yönəlmiş planlı aksiyadır və belə şeyə dərhal reaksiya verilməlidir”.
Yenisabah.az xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib.
“Fikrimcə, Qazax istiqamətində Azərbaycan postunun atəşə tutulması ilə bağlı hadisəni beynəlxalq sülhməramlı iştirakçılar, yəni Rusiya və Türkiyə qiymətləndirməlidir”, - o bildirib.
Muxalifet2 - 2-02-2021
“Xüsusi təyinatlılar” Əli Heydərovun (“Albert Rıjıy”) qarşısında diz çökdü
Kriminal aləmdə “Albert Rıjiy” kimi tanınan “qanuni oğru” Əli Heydərovun 40 illik yubiley gecəsində xüsusi təyinatlıların formasını (tanınma nişanları, şevronlar olmadan) geyinən artistlər onun qarşısında diz çökərək şou göstəriblər.
Virtualaz.org xəbər verir ki, bu barədə Rusiyanın “Prime Crime” İnformasiya Agentliyinin redaktoru Viktoriya Qefter məlumat yayıb.
Muxalifet2 - 2-02-2021
Azərbaycanda vaksinasiyanın ikinci mərhələsi başlayır, bu şəxslər peyvənd olunacaqlar - SİYAHI
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ikinci mərhələsinə başlanılır.
Muxalifet.az xəbər verir ki, ikinci mərhələdə peyvənd olunacaq şəxslərin siyahısı hazırlanıb.
Bunlar aşağıdakılardır:
- Yaşı 50 və daha çox olub ən azı bir xroniki xəstəliyi olanlar
- Tənəffüs xəstəlikləri, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar
- Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar
Muxalifet2 - 2-02-2021
Parlamenti boykot edən 51 deputat haqda qərar verildi - GÜRCÜSTANDA
Gürcüstan parlamenti 51 müxalif deputatın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması ilə bağlı məsələni dəstəkləməyib.
Belə ki, hər bir deputatla bağlı məsələyə ayrıca baxılıb və onların heç biri ilə bağlı müsbət qərar qəbul olunmayıb.
Beləliklə, müxalifət formal olaraq qanunverici orqanda qalır.
Qeyd edək ki, hazırda Gürcüstan parlamentində 150 deputatın əvəzinə 96 deputat təmsil olunur. Müxalifətə məxsus 60 kürsünün yalnız 6-sı tutulub./report
Muxalifet2 - 2-02-2021
İşğaldan azad olunan əraziyə daxil olan şəxslər minaya düşdü - FÜZULİDƏ
Füzuli rayonunda mülki şəxslər minaya düşüb.
Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Belə ki, rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb. Nəticədə 1-i yerindəcə həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Muxalifet2 - 2-02-2021
AZƏRBAYCANDA KORONAVİRUSDAN DAHA 5 NƏFƏR ÖLDÜ - 159 yeni yoluxma faktı aşkarlanıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 159 yeni yoluxma faktı qeydə alınıb, 332 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 230 455 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 223 807 nəfər müalicə olunaraq sağalıb, 3 141 nəfər vəfat edib, aktiv xəstə sayı 3 507 nəfərdir.
Ölkədə son sutka ərzində 7 713, hazırkı dövrədək isə 2 419 747 test aparılıb.
Muxalifet2 - 2-02-2021
Füzulidə minaya düşənlərin adları açıqlandı - RƏSMİ
Bu gün saat 17 radələrində vətəndaşlar 1981-ci il təvəllüdlü Bəhruz İmanov, 1992-ci təvəllüdlü Azad Muxtarov və 1984-cü il təvəllüdlü Rafis Məmişov “QAZ 53” markalı 11-BJ-263 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Yağlıvənd kəndi ərazisində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.
Füzuli rayon prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində B.İmanov həlak olub, A.Muxtarov və R.Məmişov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Muxalifet2 - 2-02-2021
Alman nəşrində Azərbaycan-İsrail münasibətlərindən bəhs edən məqalə dərc olundu
Almaniyanın nüfuzlu “Welt” nəşrində jurnalist Daniel-Dilan Bömerin “İsrailin ən yaxşı müsəlman dostları” adlı məqaləsi dərc olunub.
Məqalədə Azərbaycandakı yəhudi icmasının tarixi inkişafına və yerli ictimaiyyətə inteqrasiyasına, Azərbaycan-İsrail münasibətlərinə, eləcə də ölkəmizin müasir tarixində baş verən hadisələrə toxunulur. Müəllif qeyd edir ki, Azərbaycan ilə İsrail arasında xüsusi bir tarixi bağlantı var. Bu bağlantının kökləri İsrailin Yaxın Şərqdəki yeni alyanslarından daha qədimlərə gedir.
Muxalifet2 - 2-02-2021
“Britaniya ştammı” da mutasiyaya uğradı
Böyük Britaniyada koronavirusun “Britaniya ştammı” da mutasiyaya uğrayıb.
Zarici KİV-lər xəbər verir ki, bu barədə krallığın Xalq Sağlamlığı İdarəsinin məlumatında deyilir.
Bildirilir ki, E484K mutasiyası əvvəllər koronavirusun "Cənubi Afrika" və "Braziliya" variantlarında təsbit olunub.
Muxalifet2 - 2-02-2021