Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - EMİN ƏMRULLAYEV BRİFİNQ KEÇİRİR / CANLI YAYIM

Baxış sayı:
1588

Azərbaycanda fevralın 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunur. Hazırda təhsil naziri Emin Əmrullayev, ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlər üçün brifinq keçirirlər.

Muxalifet.az xəbər verir ki, tədbirdə təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı son qərarlar açıqlanır.

 

Təhsil müəssisələri mərhələli şəkildə bərpa olunacaq

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

"Təhsil müəssisələrində əyani tədrisin bərpası nazirliyin təkbaşına verəcəyi qərar deyil. Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeron ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək. İri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq-, nazir əlavə edib.

Əmrullayev bildirib ki, fevralın 1-dən sonrakı iki həftə ərzində V-IX siniflərin, o cümlədən peşə təhsili müəssisələrinin və ali təhsili müəssisələrinin qismən təhsilin bərpa edilməsi ilə bağlı qərarın verilməsi gözlənilir: "Bakı şəhərində Metropolitenin fəaliyyəti bərpa edilməyib. Növbəti mərhələdə bu qərar verilərsə V-IX siniflərin açılması daha məqsəduyğun olar. Xeyli sayda məktəb müəllimi və texniki heyət metrodan istifadə edir”./Virtualaz.org