ASALA PAŞİNYANIN ÖLÜM FƏTVASINI VERDİ VƏ RUSİYAYA XƏBƏRDARLIQ ETDİ - "Türklərlə münasibət qurmağa eyham vuranlar xaindir!"

Baxış sayı:
1726

“Rusiya erməniləri” qəzeti 1977-ci ildə Moskva metorsunda törədilmiş partlayış da daxil olmaqla, siyahısında bir çox terror aktı olan erməni terror təşkilatı ASALA-nın Rusiyaya ünvanlanmış xəbərdarlığını yayıb.
Hurriyyet.org Gradator.ru-ya istinadən xəbər verir ki, yayılan məlumata görə, Ermənistanın gizli qurtuluş ordusu (ASALA) "taktiki pauza" davranışlarını yenidən gözdən keçirir.
Erməni terrorçularının xəbərdarlıq bəyanatının əsas tezisləri bunlardır:
- Onların fikrincə, Ermənistan Respublikası artıq ümumerməni maraqlarının müdafiəçisi ola bilməz və buna görə ASALA erməniləri “qorumaq” öhdəliklərin bir hissəsini öz üzərinə götürür;
- ASALA bildirir ki, Ermənistan Respublikasının ümumi erməni mənafelərindən və məqsədlərindən uzaqlaşaraq onlara qarşı çıxa biləcəyi ilə razı deyil;
- ASALA xəbər verir ki, ümumerməni mənafelərinin qorunması və irəli sürülməsi naminə milli azadlıq silahlı mübarizəsindəki fəaliyyətlərinə "taktiki fasilə" verməyə razı olmuşdu və indi bu fasiləni ləğv edir;
- ASALA mövcud geosiyasi reallıqlar və güc nisbəti baxımından yeni "ağlabatan" fəaliyyət strategiyasını  hazırlayaraq, "taktiki pauza" addımlarını yenidən gözdən keçirir. Bu stsrategiya ona tapşırılmış tarixi ümumerməni maraqlarının "müdafiəçisi" missiyasına uyğun olmalıdır.
Adıçəkilən erməni qəzeti sonda ASALA-nın mesajını yekunlaşdırır və Rusiyaya bu şəkildə xəbərdarlıq edir: "Bu mesaj, xüsusilə özünü bizim müttəfiqimiz adlananlara yönəlmişdir".
Beləliklə, ortada olan fakt ondan ibarətdir ki, "Rusiya erməniləri" qəzeti Rusiya ərazisində yerləşir və fəaliyyət göstərir, həm də Rusiyaya xəbərdarlıq mesajları göndərir.
İndi görək ASALA nələr haqda xəbərdarlıq edir:
- ASALA faktiki olaraq "ümumerməni maraqlarını" təmin etməyən dövlətlərə və siyasətçilərə qarşı terror fəaliyyətinin bərpa edildiyini bəyan etdi. Rusiya bu "qara siyahı"da "sözdə müttəfiq" kimi birinci yerdədir;
- "Ümumerməni maraqları" digər dövlətlərin ərazisində "böyük Ermənistan" qurulmasıdır. İlk öncə də Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya ərazisində. İndi Azərbaycan Qarabağdakı erməni terrorçularını qovandan sonra "ümumerməni planı" iflasa uğradığı üçün ASALA terror pauzasını ləğv edir. Ruslar öz ölkələrindəki siyasiləşmiş erməni diasporu üzvlərinin "xeyir-dua"sı ilə meydana çıxacaq erməni terrorçularının aksiyalarına hazır və ayıq olmalıdırlar;
- ASALA yeni "düşünülmüş" addımlar strategiyası hazırlayır və ermənilərin nəsildən-nəslə ötürülmüş ənənələr konsepsiyasında "düşünülmüş" sözü erməni maraqlarına qarşı çıxanların hamısına terrorla sərt cəza verməkdir. "Tarixi ümumerməni maraqlarını müdafiə edən missiya"nın mahiyyəti də elə bundan ibarətdir;
ASALA-nın fəaliyyətinin aktiv fazaya keçməsinə isə Rusiya media holdinqlərinin rəhbəri Aram Qabrelyanov çağırış edib. Hansı ki, onun Rusiyadakı fəaliyyəti terror və etnik nifrətə çağırışdır. O, telegram kanallarında təxribat məqsədilə bir sıra səhifələr yaratdı ki, "Erməni Vendettası" da onlardan biridir. Qabrelyanov Rusiya vətəndaşı olduğu üçün ASALA-nı Paşinyanı öldürməyə çağırır. Bundan əvvəl, o, "Nemesis" adlı erməni intiqam aksiyasının başladığını elan etmişdi. İki gün əvvəl Qabrelyanov  "türklərlə münasibət qurmağa eyham vuran hər bir erməni xaindir" dedi! Çünki Azərbaycan və Türkiyə Ermənistanı münasibətləri normallaşdırmağa və yoluna qoymağa çağırır ki, bu da Rusiyanın bölgədəki maraqlarına cavab verir.
Qabrelyanov Rusiya vətəndaşıdır, Rusiyada aparıcı media holdinqlərinin rəhbəridir və Rusiyanın Türkiyə ilə heç bir düşmənçiliyi yoxdur (ən azından indi-müəl.), hər iki dövlət siyasi dialoq və iqtisadi əməkdaşlıq edir. Bu o deməkdir ki, Qabrelyanov millətlərarası qarşıdurma və dövlətlərarası təxribat toxumu səpən təxribatçıdır. Ancaq Qabrelyanov heç kimdən və heç nədən qorxmur. Üstəlik, rus ictimai fikrinə tüpürmək istəyir. O, alovlu erməni millətçisidir və Panermənizm maraqları onun üçün hər şeydən üstündür. Rusiya isə - ermənilərin qidalanma çəni və ermənipərəst fəaliyyət sahəsidir. Bilir ki, Rusiya hüquq-mühafizə orqanları da daxil olmaqla ökənin bir çox nöqtəsi ermənilərin və şəxsən özünün nəzarətindədir.
"Ümumerməni maraqları" nın daha bir davamçısı Semyon Bağdasarov da praktik olaraq eyni tezislərlə çıxış edir, ancaq o, Qabrelyanovdan fərqli olaraq, hələ də "rus vətənpərvəri" obrazından ayrılmır, buna görə də onun əsas məqsədi ruslara təlqin etməkdir ki, ermənilər üçün yaxşı olan şeylər ruslar üçün də yaxşı olmalıdır. ASALA terror aktları Rusiyada təkrar törədiləndə Bağdasarov və Qabrelyanov nə deyəcəklər? Margarita Simonyan telegram kanalında hansı təxribat cəfəngiyyatını yayacaq? Rusiyadan "küsən" erməni terrorçularının əməllərinə haqq qazandıracaqlar, yoxsa hər şeyi türklərin üzərinə atacaqlar?
Ülviyyə Şükürova,
Hurriyyet.org