Axtarış
The search found 105785 results in 0.029 seconds.
Search results
Daha iki ABŞ strateji bombardmançısı İsrailin üstündən İrana tərəf uçdu - “NƏSƏ HAZIRLANIR...”
Bu gün yanvarın 17-də Amerikanın iki B-52 strateji bombardmançısı İsrailin üzərindən uçub və Fars körfəzinə istiqamət alıb.
Bu haqda İsrailin “Ynet” portalı bildirir.
Nəşrin məlumatına görə son bir həftə ərzində artıq beşinci dəfədir ki, Birləşmiş Ştatlar Fars körfəzi regionuna B-52 bombardmançılarını göndərir.
Bundan əvvəl Pentaqon açıqlamışdı ki, regiona strateji bombardmançıların göndərilməsi ABŞ-ın İranı Yaxın Şərq regionundakı Amerika hədəflərinə mümkün hücumlardan çəkindirmək məqsədi daşıyır.
Muxalifet2 - 17-01-2021
Paşinyana “xain” deyən müxalifət fəalı saxlanıldı - VİDEO
Bu gün Yerevanda keçirilən etiraz aksiyası zamanı müxalif "Vətən" partiyasının funksioneri David Bağdasaryan saxlanılaraq polis şöbəsinə aparılıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə partiyanın mətbuat katibi Sos Akopyan "Facebook" səhifəsində məlumat yayıb.
Akopyan Bağdasaryanın tutulmasını qanunsuz hesab edir. O, müxalifətin mitinqi zamanı Yerevanın mərkəzində baş vermiş hadisənin videosunu sosial şəbəkədə paylaşıb.
Muxalifet2 - 17-01-2021
Oqtay Şirəliyev və Ramin Bayramlıya koronavirus əleyhinə peyvənd vuruldu - YENİLƏNİB, FOTO
Azərbaycan səhiyyəsinə rəhbərlik edən şəxslərə koronavirus əleyhinə peyvənd vurulub.
"Report"un xəbərinə görə, bu gün səhiyyə naziri Oqtay Şirəliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev vaksinasiya olunublar.
Muxalifet2 - 18-01-2021
DMX Azərbaycandakı əcnəbilərə müraciət etdi
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
DMX-dən bildirilib ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli, 9 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb və yeni qərara uyğun olaraq, əcnəbilərin olduğu yeri və ya yaşayış yerini tərk etməsi üçün SMS icazə ləğv olunub.
Muxalifet2 - 18-01-2021
İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər dünyasını dəyişib - FOTO
Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
Məlumata görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Muxalifet2 - 18-01-2021
Azərbaycanda vaksinasiya strategiyasının detalları... - BAŞ NAZİR TƏSDİQ ETDİ
Nazirlər Kabineti “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nınTədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etsinlər və işlərin gedişatı barədə məlumatları mütəmadi olaraq Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Muxalifet2 - 18-01-2021
“Mən vaksinasiya olundum, qorxmaq lazım deyil..." - BAŞ HƏKİM ƏHALİYƏ ÇAĞIRIŞ ETDİ
Bu gündən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.
Virtualaz.org-un əməkdaşları paytaxtın Səbail rayonundakı A.H.Kazımov adına 1 saylı poliklinikada vaksinasiya prosesini izləyiblər.
Muxalifet2 - 18-01-2021
Ağdamın Xıdırlı kəndindən görüntülər - VİDEO
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Ağdam rayonunun Xıdırlı kəndindən videogörüntülər hazırlayıb.
Həmin görüntüləri təqdim edirik.
Muxalifet2 - 18-01-2021
Azərbaycanda vaksin vurulmuş şəxslərə pasport veriləcək
Vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan mütləq texniki şərtlər açıqlanıb.
Bu barədə məlumat Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamında öz əksini tapıb.
Vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan mütləq texniki şərtlər aşağıdakılardır:
“Soyuq zəncir” şəraiti - vaksinlərin ölkəyə gətirilməsi, saxlanılması və məntəqələrə çatdırılması üçün tələb olunan xüsusi infrastrukturun qurulması;
Muxalifet2 - 18-01-2021
VÜQAR SƏFƏRLİNİ KİM HİMAYƏ EDİB? - Ramiz Mehdiyev və Əli Həsənov istintaqa cəlb oluna bilər
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Muxalifet2 - 18-01-2021
"Aleksey Navalnı dərhal sərbəst buraxılmalıdır" - ALMANİYA VƏ ABŞ-dan BƏYANAT
"Aleksey Navalnı dərhal sərbəst buraxılmalıdır".
“Reuters”in verdiyi xəbərə görə, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas deyib.
“Rusiya qanunun aliliyi prinsipinə və vətəndaş hüquqlarının qorunmasına öz konstitusiyası və götürdüyü beynəlxalq öhdəliklərlə bağlıdır. Bu prinsiplər təbii ki, Aleksey Navalnı üçün də tətbiq olunmalıdır. O, dərhal sərbəst buraxılmalıdır”, -deyə Almaniyanın xarici işlər naziri qeyd edib.
Muxalifet2 - 18-01-2021
AZƏRBAYCANDA DAHA 13 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ – Yoluxma sayında ciddi azalma müşahidə olunub
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 503 nəfər müalicə olunaraq sağalıb, 118 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 227 min 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 215 min 771 nəfər müalicə olunaraq sağalıb, 3 022 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 598 nəfərdir.
Muxalifet2 - 18-01-2021
ŞƏHİDLƏRİN YENİ SİYAHISI AÇIQLANDI - 2 855 nəfər dəfn edilib, 50 nəfər itkindir
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2 855 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Muxalifet2 - 18-01-2021
Almaniya ölkə üzrə komendant saatı rejiminə hazırlaşır
Almaniya COVID-19-la mübarizədə indiyə kimi ən sərt karantin rejimini tətbiq etməyə hazırlaşır.
“Report”un Avropa bürosunun məlumatına görə, yanvarın 19-da Almaniya kansleri Angela Merkel və əyalət baş nazirləri arasında keçiriləcək görüşdə ölkə üzrə komendant saatının tətbiq olunması ilə bağlı qərarın veriləcəyi gözlənilir.
Muxalifet2 - 18-01-2021
Belçikada itkin azərbaycanlının meyiti su kanalında tapılıb
Belçikada bir müddət əvvəl axtarışda olan Azərbaycan vətəndaşı Vüqar Rzanın meyiti yaşadığı qaçqın kampının yaxınlığındakı su kanalında tapılıb.
Mexelen Şəhər Polis İdarəsinin verdiyi məlumata görə, mərhumun meyiti təxminən 3 metr dərinliyi olan kanalın beton plitələrinə ilişmiş formada aşkarlanıb.
Muxalifet2 - 18-01-2021
“TƏMİZLƏMƏ PROSESİ GEDİR VƏ GEDƏCƏK” - Prezident məmurlara xəbərdarlıq etdi
“Ölkəmizin inkişafı üçün yeni bir dövr başlayıb. Bütün bu amillər ola-ola bu gün biz azad edilmiş torpaqlara qayıdaraq, o torpaqların potensialından istifadə edəcəyik. Orada çox böyük potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Yəni, bu bölgələr bir çoxlarının fikrinə görə, növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək”.
Muxalifet2 - 18-01-2021
Navalnıya 30 sutkalıq həbs verildi
Rusiyada məhkəmə siyasətçi Aleksey Navalnı barəsində 30 sutkalıq həbs qərarı verib.
RBK agentliyi xəbər verir ki, məhkəmə iclası Ximki şəhər Daxili İşlər Nazirliyinin 2-ci polis bölməsində baş tutub.
Xatırladaq ki, A.Navalnı ötən gün Almaniyadan Rusiyaya qayıdarkən Moskvanın Şeremetyevo hava limanından saxlanılıb.
Muxalifet2 - 18-01-2021
"İnanırıq ki, qardaş ölkələr tezliklə bizi tanıyacaq" - Şimali Kiprin Bakı təmsilçisi
“Kıbrıs türkləri olaraq Qarabağın azadlığını göz yaşları ilə izləyirdik”.
Bu haqda Kuzey Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) Azərbaycan təmsilçiliyinin rəhbəri Novber Vechi Missiya TV-yə müsahibəsində deyib.
Xanım Vechi müsahibədə KKTC-nin türk dünyasından gözləntiləri, türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti, Azərbaycanla münasibətlərin hazırki vəziyyəti və inkişaf imkanlarına dair diqqətçəkən fikirlər səsləndirib:Muxalifet2 - 18-01-2021
Almaniyada sığınacaq istəyən azərbaycanlıların sayı məlum oldu
2020-ci ildə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının sayı məlum olub.
Muxalifet2 - 19-01-2021
İndi isə şaquli enib-qalxan “Bayraktar”lar gəlir...
Dünya Türkiyənin döyüş pilotsuz təyyarələrinin Liviya, Suriya və Qarabağda gedən hərbi əməliyyatlarda oynadığı rolu müzakirə etməkdə ikən əfsanəvi “Bayraktar TB2” PUA-larının memarı daha bir yeniliyi təqdim etməyə hazırlaşır.
Türkiyə KİV-ləri xəbər verir ki, bu dəfə “Baykar” şirkəti “Bayraktar” şaquli enib-qalxan “Bayraktar” kəşfiyyat dronları işləyib hazırlayıb və yaxın günlərdə sınaq uçuşlarına başlayacaq.
Muxalifet2 - 19-01-2021