Ukraynada Qocalar evində yanğın - AZI 15 NƏFƏR HƏLAK OLUB

Baxış sayı:
830

Yanvarın 21-i yerli vaxtla 15:03-də Ukraynanın Xarkov şəhərində Qocalar evinin ikimərtəbəli binasında yanğın baş verib, nəticədə azı 15 nəfər həlak olub.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

İlkin məlumatlara əsasən, yanğın zamanı 5 nəfər də ağır dərəcəli bədən xəsarətləri alıb.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.