Axtarış

The search found 105785 results in 0.093 seconds.

Search results

  1. Ticarət obyektləri açılır, “Mall”lar isə... - OPERATİV QƏRARGAHIN QƏRARI

    Yanvarın 25-dən ticarət obyektlərinin fəaliyyətinə (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla) icazə veriləcək.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarında bildirilib.

    Muxalifet2 - 16-01-2021

  2. Metro işləməyəcək, şənbə və bazar günləri ictimai nəqliyyat... -

    Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarında bildirilib.

    Qeyd olunub ki, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaq.

    Muxalifet2 - 16-01-2021

  3. Bu tarixdən bərbərxana və gözəllik salonlarının fəaliyyətinə icazə verilir...

    Yanvarın 25-i saat 00:00-dan etibarən bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlərə (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət) icazə verilib.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı qərarırda bildirilir.

    Muxalifet2 - 16-01-2021

  4. Azərbaycanda yanvarın 18-də vaksinasiya başlayacaq - MƏRHƏLƏLİ ŞƏKİLDƏ

    Yanvarın 18-dən Azərbaycanda vaksinasiya prosesinə başlanılacaq.

    “Report” xəbər verir ki, peyvənd ilk növbədə risk qrupuna aid şəxslərə vurulacaq.

    COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:

    1-ci mərhələ - Səhiyyə işçiləri;

    65 yaşdan yuxarı şəxslər;

    Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;

    2-ci mərhələ - Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

    Muxalifet2 - 16-01-2021

  5. “Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşma imzalamağı nəzərdə tuturuq...” - MÖVLUT ÇAVUŞOĞLU PAKİSTANDAN DÖNƏRKƏN

    Xəbər verildiyi kimi iki gün əvvəl İslamabadda üç müttəfiq və qardaş ölkə-Azərbaycan, Pakistan və Türkiyənin xarici işlər nazirləri arasında üçtərəfli görüş olub. Bu səfərdən Ankaraya geri dönərkən Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu təyyarədə onu müşaiyət edən jurnalistlərin suallarına cavab verib. O cümlədən Qarabağda Rusiya ilə birgə sülhməramlı fəaliyyət və atəşkəsə nəzarət barədə danışıb.

    Muxalifet2 - 16-01-2021

  6. 450 MİLYONLUQ İSRAF... – Mərkəzi Bankın 32 mərtəbəli binaya nə ehtiyacı var?

    Azərbaycan Mərkəzi Bankının yeni binasının tikintisi ilə bağlı qərar cəmiyyətdə böyük narazılığa səbəb olub. Qeyd edək ki, hündürlüyü 150 metrdən az olmayacaq (32 mərtəbəli) qüllənin tikintisinə nə az, nə çox, yarım milyard manata yaxın vəsait xərclənəcək.
    44 günlük Qarabağ savaşından sonra bu qədər vəsaitin heç bir iqtisadi əhəmiyyəti olmayan binanın tikintisinə xərclənməsi haqlı etirazlar yaradıb. Xüsusən də Qarabağın, işğaldan azad olunan rayonlarımızın yenidən qurulmasına ehtiyac olduğu indiki ərəfədə 450 milyon manatın “göyə sovrulması”na nə ehtiyac var?!

    Muxalifet2 - 16-01-2021

  7. Yeni agentlikdən gözləntilərim... – JALƏ MÜTƏLLİMOVA YAZIR

    Jurnaliatika iyirmi ildən çox bir zaman kəsiyində, bilərəkdən, elə viran hala salınıb ki, onunla müharibə aparmaq olmadı, bu dəqiqdir. Indi də baxıram ki, ancaq pul və rəqəmlər hesablanır, araşdırılır, yenə də yaradıcılıq gələcək arxa plandadır. Əslində bu, doğru olmayan məsələdir.
    Niyə?

    Muxalifet2 - 16-01-2021

  8. UKRAYNADA RUS DİLİ QADAĞAN EDİLDİ - Rusca danışan 224 dollar cərimə ödəyəcək

    Ukraynada bu gündən etibarən başqa dildə, o cümlədən rusca danışmaq qadağan olunub.
     
    Ovqat.com xəbər verir ki, Ukraynada artıq mağazalarda, kafelərdə və digər xidmət müəssisələrində danışmaq mümkün olmayacaq.
     

    Muxalifet2 - 16-01-2021

  9. “Azərbaycana “Pfizer” yox, Çin peyvəndi gətirilməsi mənim üçün şübhəlidir” - QALİB ƏSƏDOV

    “Necə olur ki, Gürcüstanda, İsraildə bu vaksini saxlamaq üçün soyuducular təşkil edilir, bizdə yox?”

    “Bu qərarlar insanları koronavirusdan daha dəhşətli zərər verir. O cümlədən təhsili iflic etmək, məktəbləri bağlamaq bu nəslin fəlakətidir. Bu gün anatomiya, fiziologiya fənnini keçməyən həkimlər yetişdirilir. Bu gün əlifbanı öyrənə bilməyən uşaqlar yetişir. Gələcəkdə oxumaq-yazmağı bilən adamları barmaqla göstərəcəklər”

    Muxalifet2 - 16-01-2021

  10. Azərbaycanda daha 402 nəfər koronavirusa yoluxdu – 15 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycan Respublikasında koronavirus infeksiyasından 650 nəfər müalicə olunaraq sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

    Muxalifet2 - 16-01-2021

  11. 3 ƏSRDƏ YAŞAYAN TAMAM NƏNƏ DANIŞDI - Lənkəranın 130 yaşlı ağbirçəyi uzunömürlülüyün sirlərini açıqladı / VİDEO

    Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondu Azərbaycanda ən yaşlı pensiyaçının 130 yaşında olduğu barədə məlumat yayıb.

    “Report”un Cənub Mərkəzinin əməkdaşları Lənkəran rayonun Şilavar kəndində yaşayan 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızını ziyarət edib.

    Muxalifet2 - 16-01-2021

  12. "AZƏRLOTEREYA"nın İDARƏETMƏSİ TÜRKİYƏ ŞİRKƏTİNƏ VERİLDİ - Sərəncam

    Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” sərəncam imzalayıb.

    Sərəncama əsasən, “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.

    Muxalifet2 - 16-01-2021

  13. "ÜLKÜ OCAQLARI ŞUŞADA MƏKTƏB TİKƏCƏK..." - "Şuşa türk mədəniyyəti və tarixinin simvoludur"

    Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərində ibtidai məktəb inşa etməyi planlaşdırır.

    Bunu partiya sədri tvitter səhifəsində yazıb.

    “Ötən ilə öz damğasını vuran, milli könülləri sevincə boğan Qarabağ zəfəri türk millətinin son illərdə əldə etdiyi ən görkəmli, dastanvari uğurlarından biridir. Bu çərçivədə Qarabağın əbədi Azərbaycan yurdu olduğu təsdiqlənib, əsarət zəncirləri sökülüb atılıb.

    Muxalifet2 - 16-01-2021

  14. VÜQAR SƏFƏRLİDƏN 26 MİLYON MANAT TƏLƏB OLUNUR! – O, həbsindən az əvvəl “mənlik nə var ki” deyirmiş...

    Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) təsis olunduğu gündən mediada yeni ziddiyətlərin əsası qoyuldu. Media qurumları ilə Fond rəhərliyi arasında daim müxtəlif məsələlərə görə narazılıqlar yaranırdı. 

    Muxalifet2 - 16-01-2021

  15. Bayden mühüm vəzifələrə namizədlərini açıqladı

    ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsinə Viktoriya Nulandın namizədliyini irəli sürüb.

    REN TV xəbər verir ki, bu barədə ABŞ-ın Demokrat Partiyasının yaydığı açıqlamada məlumat verilib.

    Xatırladaq ki, Viktoriya Nuland 2013-cü ilin sentyabrından 2017-ci ilin yanvarına kimi ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb.

    Bundan əlavə Co Bayden ABŞ dövlət katibinin müavini vəzifəsinə Vendi Şermanın namizədliyini irəli sürüb.

    Muxalifet2 - 16-01-2021

  16. Baş nazir koronavirus əleyhinə vaksinasiya strategiyasını təsdiq etdi - SƏRƏNCAM

    Nazirlər Kabineti “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nı təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.

    Muxalifet2 - 16-01-2021

  17. “AZƏRBAYCAN TÜRKİYƏ İLƏ BİRLİKDƏ HƏRƏKƏT ETMƏLİDİR” – Çavuşoğlunun dediklərinə Bakıdan reaksiyalar

    Türkiyə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətindən narazıdır. Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında Ankarada sual doğuran məqamları açıqlayıb. Nazir bildirib ki, ilk növbədə Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşmanın imzalanması vacibdir.

    Muxalifet2 - 17-01-2021

  18. Düşmənin dağın altında yerləşən bunkeri, labirintə bənzər tunelləri... - VİDEO

    Düşmənin Qarabağda mövcud olmuş müdafiə istehkamlarından daha birinin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

    Muxalifet2 - 17-01-2021

  19. Sumqayıtda ər arvadını oteldə boğaraq öldürüb

    Sumqayıtda ər arvadını boğaraq öldürüb.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin dənizkənarında yerləşən otellərin birində baş verib. Belə ki, oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı 1992-ci il təvəllüdlü Orxan Həsənov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törədən 29 yaşlı O.Həsənov saxlanılıb. Zəruri istintaq tədbirləri görülür.

    Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

    Muxalifet2 - 17-01-2021

  20. Azərbaycanda daha 322 nəfər koronavirusa yoluxdu – 11 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda koronavirusa 322 yeni yoluxma qeydə alınıb, 11 nəfər vəfat edib.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Son sutka ərzində ölkəmizdə koronavirus infeksiyasından 845 nəfər müalicə olunaraq sağalıb.

     

    Muxalifet2 - 17-01-2021

Pages