Axtarış

The search found 105785 results in 0.031 seconds.

Search results

  1. Daha bir jurnalist ölkəni tərk etdi

    Azərbaycanda daha bir jurnalist ölkəni tərk etmək məcburiyyətində qalıb. Maraqlıdır ki, bu dəfə müxalif medianın nümayəndəsi deyil, vaxtilə dövlət televiziyasında – AzTV-də çalışan Cahangirli Murad Adil oğlu siyasi təqiblər səbəbilə ölkədən getməyə məcbur olub.

    Muxalifet2 - 24-01-2019

  2. Tramp son fərmanını imzaladı - KEÇMİŞ MƏMURLAR ƏFV OLUNDU

    ABŞ-ın hazırkı prezidenti Donald Tramp fəaliyyətinin sonu günündə əfv fərmanı imzalayıb.

    Xarici KİV-lər xəbər verir ki, siyahıda 73 nəfər yer alıb.

    Əfv olunanlar sırasında D.Trampın keçmiş müşaviri Stiv Bennon, rep musiqiçisi Lil Ueyn, Detroyt şəhərinin sabiq meri və digər şəxslər yer alıb.

    Qeyd edək ki, ABŞ prezidentləri ənənəvi olaraq prezidentlik müddətinin son günündə əfv fərmanları imzalayır.

    Bu gün Vaşinqtonda yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimi keçiriləcək.

    Muxalifet2 - 20-01-2021

  3. “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...” - ARUTYUNYANIN KÖÇƏRYANIN OĞLUNA SUALI

    Ermənistanda dünən keçmiş president Robert Köçəryanın işi üzrə növbəti məhkəmə iclası keçirilib və bu iclas azsaylı Köçəryan tərəfdarlarının etiraz aksiyası ilə müşaiyət olunub. Etirazçılar arasında Köçəryanın oğlu Levon da yer alırdı.

    Muxalifet2 - 20-01-2021

  4. BİZNES SEKTORUNUN ÇÖKMƏSİNİN QARŞISINI NECƏ ALMAQ OLAR? - İqtisadçıların şərhi

    Dövlət büdcəsinin formalaşmasında Neft Fondundan transfertlərdən sonra ikinci əsas yeri vergi və gömrük rüsumlarından daxilolmalar tutur. 2019-cu ildə hər iki istiqamətdən dövlət büdcəsi gəlirləri yüksək səviyyəyə çatsa da, 2020-ci ilin pandemiya səbəbindən durğunluqla keçməsi vergi və gömrükdən daxilolmaların azalacağını qaçılmaz edirdi.

    Muxalifet2 - 20-01-2021

  5. Amerikalıların 47 %-i Trampı ən pis prezidentlərdən biri hesab edir

    Amerikalıların təxminən yarısı hazırkı prezident Donald Trampın ABŞ tarixindəki ən pis prezidentlərdən biri kimi xatırlanacağını hesab edir.

    Bunu NPR radiostansiyası, “PBS NewsHour” proqramı və “Marist” sosioloji şirkətinin keçirdiyi sorğunun məlumatları göstərir.

    Sorğu nəticələri amerikalıların 47 %-nin belə düşündüyünü göstərib.

    Muxalifet2 - 20-01-2021

  6. ​“PUTİN TƏLƏYƏ DÜŞÜB” - Ukraynanın keçmiş baş naziri Rusiya prezidentinin çıxılmaz durumda olduğunu deyir

    “Aleksey Navalnının zərəhlənməsi məsələsi Vladimir Putin üçün tələ oldu. Rejim tezliklə çökəcək”. Ukraynanın sabiq baş naziri Arseniy Yatsenyuk bu fikri özünü Facebook bloqunda paylaşıb.
    “Müxalifətçi Aleksey Navalnı Moskvaya qayıdan kimi barmaqlıqlar arxasına salındı. Bu, göstərir ki, Vladimir Putin rejimi zəifləyib. Navalnının həbsi rejimin nə qədər narahat, təlaşlı vəziyyətə düşdüyünü göstərir”, - deyə Yatsenyuk fikrini ifadə edib.

    Muxalifet2 - 20-01-2021

  7. Mehdiyev rüşvət aldığına görə polis orqanlarından qovulan şəxsə vəzifə verdi - AMEA ƏMƏKDAŞLARINDAN MÜRACİƏT

    BŞBPİ-nin keçmiş rəisi Məhərrəm Əliyevin ciddi nöqsanlara görə işdən çıxardığı keçmiş polis əməkdaşı AMEA-da idarə rəisi vəzifəsinə təyin olunub

    Muxalifet2 - 20-01-2021

  8. “Naxçıvana dəhliz açılsa, İrana və Ermənistana qarşı embarqolar qaldırılsa...” - LİMAN MÜDİRİ MÜZƏFFƏR ERMİŞİN ÜMİDLƏRİ

    Türkiyənin Trabzon limanını idarə edən “Trabzon Liman İşletmeciliği A.Ş.” şirkətinin baş direktoru Müzəffər Ermiş limandan yükdaşımaların artması üçün ümidlərini ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları qaldırmasına, Naxçıvandan Azərbaycana dəhlizin açılmasına və Ermənistanla sərhədlərin açılmasına bağlayıb.

    Muxalifet2 - 20-01-2021

  9. Bayden Meksika ilə sərhəddə divar tikintisini dayandıracaq

    ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenin andiçmə mərasimindən sonra imzalayacağı ilk fərmanlarla bağlı  açıqlama verilib.

    Trend-in məlumatına görə, yeni Prezidentin imzalayacağı sənədlər arasında Meksika ilə sərhəddə ucaldılan divarın tikintisinin dayandırılması, eləcə də ABŞ-ın Paris iqlim sazişinə və Ümumdünya Səhiyyə Təşkilatına geri dönməsi barədə fərmanlar yer alacaq.

    Qeyd edək ki, Co Bayden bu gün prezident səlahiyyətlərinin icrasına başlayacaq.

    Muxalifet2 - 20-01-2021

  10. Global Fire Power: По своей военной мощи Азербайджан опередил Бельгию, Болгарию и Словению

    Muxalifet2 - 20-01-2021

  11. "ONLAR ÖLÜMÜN ÜZƏRİNƏ YERİDİLƏR VƏ..." - Hüseyn Altınalandan 20 Yanvar açıqlaması

    "20 yanvar 1990-cı ildə Qırmızı Ordu millətimizin müstəqillik əzmini qırmağa çalışdı. Lakin ölkəsinin azadlığını və şərəfini hər şeydən üstün tutan azərbaycanlı qardaşlarımız ölümdən qorxmadılar. Hətta ölümün üzərinə yeridilər, öləcəklərini bilə-bilə mübarizə aparıb şəhid oldular və bununla da tarix yazdılar".

    Muxalifet.az xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan deyib.

    Muxalifet2 - 20-01-2021

  12. Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu – 12 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda son sutkada koronavirusa 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Son sutkada 12 nəfər COVID-19-dan vəfat edib.

    Muxalifet2 - 20-01-2021

  13. BAYDENİN AZƏRBAYCANLA BAĞLI SİYASƏTİ NECƏ OLACAQ? - Politoloq önəmli məqamları açıqladı

    ABŞ-da Cozef Bayden prezident səlahiyyətlərinin icrasına başlayır. O, keçmiş prezident Donald Trampdan fərqli siyasət yürüdəcəyini bəyan edib. Baydenin xarici siyasəti necə olacaq?

    Politoloq Elxan Şahinoğlu bir neçə istiqamətdə mühüm dəyişiklik olacağını gözləyir.

    Muxalifet2 - 20-01-2021

  14. Bayden prezident kimi fəaliyyətə başladı - AND İÇDİ

    ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inuaqurasiya mərasimi keçirilib.

    ABŞ-ın 46-cı prezidenti and içərək vəzifəsinin icrasına başlayıb.

    Cozef Baydenlə yanaşı, Kamala Harris də vitse-prezident kimi and içib. Mərasimdə müğənni Ledi Qaqa Amerika Birləşmiş Ştatların himnini ifa edib.

    Hakimiyyəti yeni komandaya əvvəlki prezident Donald Tramp yox, vitse-prezident Mayk Pens ötürüb.

    İnuaqurasiyada həmçinin, ABŞ-ın keçmiş prezidentləri Bill Klinton, Corc Buş (kiçik - Red) və Barak Obama iştirak edib.

    Muxalifet2 - 20-01-2021

  15. ABŞ-ın ilk qadın vitse-prezidenti də and içdi

    ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris and içərək vəzifəsinin icrasına başlayıb.

    Harris Kapitolinin qərb pillələrində and içərək ABŞ tarixində vitse-prezident vəzifəsini icra edən ilk qadın oldu.

    55 yaşlı Harris 2017-ci ildən Kaliforniya senatoru olub.

    Muxalifet2 - 20-01-2021

  16. Bayden Trampın bir neçə qərarını ləğv etdi - MÜSƏLMAN ÖLKƏLƏRİNƏ QOYULAN QADAĞA DA ARADAN QALDIRILDI

    ABŞ-ın 46-cı Prezidenti seçilən Co Bayden hakimiyyətinin ilk günündən özündən əvvəlki dövlət başçısı Donald Trampın çox sayda qərarını ləğv edib.

    “RİA Novosti” xəbər verir ki, ABŞ lideri ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və Paris İqlim Sazişinə qayıtmasını təmin edib.

    Yeni Prezident eyni zamanda, Meksika ilə sərhəddə divarın inşasını dayandırıb və sərhəddəki fövqəladə vəziyyəti ləğv edib ki, bu da müxtəlif idarələrin büdcələrindən Ağ Evə vəsait yönəltməyə imkan verib.

    Muxalifet2 - 21-01-2021

  17. “LAVROVUN BƏYANATINDA TƏHLÜKƏLİ MƏQAMLAR VAR...” – “İndi əsas məsələ Ermənistan ordusunun ərazidən çıxarılmasıdır”

    “Azərbaycan ərazisindəki sülhməramlıların mandatının müzakirəsində Ermənistan iştirak etməməlidir”

    Muxalifet2 - 21-01-2021

  18. ERMƏNİLƏRİN ŞUŞA İDDİASINA PAŞİNYANDAN GÖZLƏNİLMƏZ CAVAB - "Əhalisinin 90% -dən çoxu..."

    Ermənistan tarixində ilk dəfə iki yüksək rütbəli məmur Şuşaya sahiblik üstündə mübahisə ediblər. Musavat.com-un məlumatına görə, bu barədə erməni mediası xəbər verib.

    Belə ki, "bu gün baş verənləri təsvir etmək üçün söz tapmaq çətindir", -deyə, erməni müəllif Bagramyan özünün telegram səhifəsində yazır.

    Muxalifet2 - 21-01-2021

  19. "Baydenin dövründə bizi çətin dörd il gözləyir" - Amerikalı analitik

    “Təəssüf ki, Baydenin dövründə bizi çətin dörd il gözləyir. Çünki o, baxışları ölkədə ciddi parçalanmalara səbəb olan qatı solçu siyasətçilərin yolunu tutub”.

    Bunu “Report”a müsahibəsində amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik və hüquqşünas İrina Tsukerman deyib.

    Muxalifet2 - 21-01-2021

  20. 30 İLLİK "KƏPƏZ" MÜNAQİŞƏSİ HƏLLİNİ TAPDI - Tarixi Anlaşma Memorandumu imzalanıb

    Azərbaycan Xəzərin karbihijdrogen ehtiyatlarının istismarı işində daha bir nailiyyət əldə edib. Uzun illərdər Türkmənistanla Azərbaycan arasında mübahisə predmeti olan “Kəpəz” (türkmən versiyasına görə “Sərdar” ) yatağının karbihiderogen ehtiyatlarının birgə istismarına dair iki ölkə hökumətləri arasında Anlaşma Memorandumu imzalanıb.

    Muxalifet2 - 21-01-2021

Pages