Axtarış

The search found 105785 results in 0.056 seconds.

Search results

  1. Şəhidlər Xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək - XƏBƏRDARLIQ

    Koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq edilən sərt karantin rejiminin tələblərinə uyğun olaraq bütün kütləvi tədbirlər və toplantılar qadağan edilib. Bunu nəzərə alaraq bu il 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Muxalifet2 - 19-01-2021

  2. "Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər" - Siyavuş Novruzov

    "Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər. Zamanında biz də təhsil ala-ala işləmişik".

    Bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov "Müsavat TV"-nin canlı yayımında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda çıxışı zamanı səsləndirib.

    Daha sonra Siyavuş Novruzov dünya təcrübəsindən nümunə gətirib: "ABŞ-da varlı adamların övladları tələbə olarkən gedib kafedə işləyib pul qazanır. Bəs niyə Azərbaycanda olmasın?".

    Muxalifet2 - 19-01-2021

  3. "XALÇA ALTINA SÜPÜRÜLƏN” MİLYONLAR... - Vidadi Muradov "Azərxalça" ASC-də 114 milyonun "başına necə daş salıb?"

    Tanınmış iqtisadçı Toğrul Maşallı "Azərxalça" ASC-nin 5 illik fəaliyyətini araşdırıb. Bu sahəyə yatırılan dövlət investisiyalarını, xərcləmləri, habelə nəzarəedici qurumların ASC barədə hesabatlarını təhlil edib.

    Muxalifet2 - 19-01-2021

  4. RUS SÜLHMƏRAMLILARININ YENİ “TAMAŞASI” – Ermənilər yolu bağladı, rus general “Artsax” dedi / VİDEO

    Ötən gün Ermənistan mətbuatında və sosial şəbəkələrdə Qarabağdakı Drmbon kəndi istiqamətində ermənilərin avtomobil yolunu bağlayaraq, ultimatum irəli sürdüyünə dair xəbər və video yayılıb.

    Muxalifet2 - 19-01-2021

  5. Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən hərbçilərə qarşı növbəti əməliyyat - 238 NƏFƏR HƏBS OLUNMALIDIR

    Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində daha bir genişmiqyaslı əməliyyat keçirilir.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, başda İzmir olmaqla ölkənin 60 vilayətində paralel keçirilən əməliyyatlar Silahlı Qüvvələrin terror təşkilatları ilə əlaqəsi olmaqda şübhəli bilinən 238 üzvünün saxlanılması məqsədilə aparılır. Onlardan 218-i hazırda fəaliyyətdə olan və əksəriyyəti yüksək rütbəli hərbiçilərdir.

    Muxalifet2 - 19-01-2021

  6. Bəzi şəxslərin evdə peyvəndlənməsi mümkündür - TƏBİB-dən AÇIQLAMA

    "Yaşayış yerini tərk edə bilməyən insanlar ərazi üzrə poliklinikalara müraciət edə bilərlər. Əgər orada məntəqə yaradılmayıbsa, yaxınlıqda olan məntəqədən əlaqə saxlayacaqlar və onların evdə peyvənd edilməsi təmin olunacaq".

    “Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

    Muxalifet2 - 19-01-2021

  7. Türkiyə hökuməti yerli şirkətlərə “Twitter”də reklam verməyi qadağan etdi - YENİ QANUN

    Türkiyə hökuməti yerli şirkətlərin “Twitter”də reklam vermələrini qadağan edib. Səbəbi şirkətin “sosial şəbəkələrin tənzimlənməsi haqqında” yeni qanuna görə ölkədə nümayəndəlik təyin etməməsidir.

    Bu barədə “Hürriyet” xəbər yayıb.

    Qeyd edək ki, ötən ilin iyul ayında Türkiyə Parlamenti “sosial şəbəkələrin tənzimlənməsi haqqında” qanun qəbul etdi. Buna əsasən, bir milyondan çox istifadəçisi olan böyük sosial şəbəkələr ölkədə nümayəndəlik açmalıdır və rəhbəri də Türkiyə vətəndaşı olmalıdır.

    Muxalifet2 - 19-01-2021

  8. Daha iki ölkə liderinin sosial şəbəkədəki hesabı bağlanıb

    ABŞ prezidenti Donald Trampdan sonra Braziliya prezidenti Jair Bolsonaro və Hindistanın baş naziri Narendra Modinin də sosial şəbəkələrdəki səhifələri bağlanıb.

    “Report” xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

    Muxalifet2 - 19-01-2021

  9. "Navalnı üç çarpayılıq kamerada təcrid olunub" - "Onun həyatı təhlükədədir"

    Rusiyanın müxalifət lideri Aleksey Navalnı Moskvada “Matrosskaya Tişina” təcridxanasına yerləşdirilib. O, Almaniyadan Moskvaya qayıdandan 30 sutkalığa həbs olunub. Kreml yanvarın 19-da bildirib ki, müxalifətçinin həbsiylə bağlı beynəlxalq təzyiq onu narahat eləmir.

    Muxalifet2 - 19-01-2021

  10. Tramp və Pompeoya qarşı sanksiya tətbiq edildi

    İran hökuməti ABŞ-ın səlahiyyət müddəti başa çatan prezidenti Donald Trampı və dövlət katibi Maykl Pompeonu sanksiya siyahısına salıb.

    Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə məlumat verib.

    Muxalifet2 - 19-01-2021

  11. Əli Həşimov borcunu “Lotu Quli”nin məzarı üstündə həyatı ilə ödədi

    2020-ci ilin 19 avqustunda Türkiyənin Antalya şəhərində silahlı hücum nəticəsində qətlə yetirilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun İstanbul şəhərində yerləşən məzarı üstündə silahlı insidentin baş verdiyi barədə xəbər yayılıb.

    “Demirören Haber Ajansı” (DHA) xəbər verib ki, yanvarın 17-də Nadir Səlifovun məzarı önünə gələn iki Azərbaycan vətəndaşı - Əli Həşimovla Kənan adlı şəxs arasındakı dava silahlı insidentlə yekunlaşıb.

    Nəticədə tərəflərdən biri - 27 yaşlı Əli Həşimov baş nahiyəsindən güllə xəsarəti alaraq həlak olub.

    Muxalifet2 - 19-01-2021

  12. Donald Tramp vida müraciəti ilə çıxış edib

    ABŞ Prezidenti Donald Tramp xalqa vida müraciəti ilə çıxış edib.

    Tramp müraciətində Amerikanın böyüklüyünə etibarı itirməyin təhlükəli olduğunu elan edib.

    ABŞ rəhbəri “Biz təhlükəsizliyin təmin olunmasında və Amerikanın çiçəklənməsində yeni administrasiya üçün dua edirik”, - deyə əlavə edib. Ağ Ev rəhbəri bildirib ki, onun komandası hakimiyyətə hansı məqsədlər uğrunda gəlmişdisə, onları və bundan daha çoxunu edib.

    Muxalifet2 - 20-01-2021

  13. QANLI 20 YANVAR HADİSƏLƏRİNDƏN 31 İL ÖTÜR

    Bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür.

    Qanlı Yanvar hadisələrindən 31 il ötür.

    Muxalifet2 - 20-01-2021

  14. TRAMP VƏTƏNPƏRVƏRLƏRİ ƏTRAFINA TOPLAYIR - Sabiq prezident yeni siyasi partiya yaradır

    ABŞ-ın hazırkı prezidenti, respublikaçı Donald Tramp son zamanlar öz tərəfdarları ilə yeni siyasi partiyanın yaradılması imkanlarını müzakirə edib.

    Bu barədə “The Wall Street Journal” qəzeti bildirib.

    Məlumata görə, dövlət başçısı siyasi təşkilatını Vətənpərvərlər Partiyası adlandırmaq istəyir.

    Muxalifet2 - 20-01-2021

  15. Ronaldunun "Real Madrid"in prezidenti ilə gizli danışığı üzə çıxdı

    "Yuventus" futbol komandasının və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldu "Real Madrid" klubunun prezidenti Florentino Pereslə görüş keçirib.

    Bu barədə “El Chiringuito TV” məlumat yayıb.

    Məlumata görə, görüş Turində, "Yuventus"un bazasında olub. Ancaq tərəflərin əsasən hansı məsələni müzakirə etmələri hələ məlum deyil.

    Kriştianu Ronaldu "Yuventus"a 2018-ci ilin yayında “Real Madrid"dən keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. Futbolçunun klubla müqaviləsi 2022-ci ilin yayına qədər qüvvədədir.

    Muxalifet2 - 20-01-2021

  16. Tramp Baydenin inauqurasiyasına qatılmayacaq - ÖNCƏDƏN VAŞİNQTONU TƏRK EDƏCƏK

    ABŞ-ın bu gün səlahiyyətləri başa çatan prezidenti Donald Tramp Vaşinqtonu yeni seçilmiş dövlət başçısı Co Baydenin inauqurasiyası mərasimindən 4 saat əvvəl tərk edəcək.

    “RİA Novosti” xəbər verir ki, Ağ Evdə bildirilib.

    Qeyd edilir ki, Donald Tramp və birinci xanım Melanya Tramp yerli vaxtla səhər saat 8-də Floridaya yola düşəcəklər, halbuki inauqurasiya günortaya nəzərdə tutulub.

    Tramp daha əvvəl bildirib ki, mərasimdə iştirak etməyə hazırlaşmır.

    Muxalifet2 - 20-01-2021

  17. “Mən də vaksin vurdurmuşam, özümü yaxşı hiss edirəm" - SƏHİYYƏ NAZİRİNİN MÜAVİNİ

    "Azərbaycanda başlayan vaksinasiya prosesi mərhələli şəkildə ölkə üzrə də davam etdiriləcək".

    Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

    O bildirib ki, ölkədə başlayan vaksinasiya prosesi ilkin mərhələdə tibb işçiləri üzərində aparılır:

    Muxalifet2 - 20-01-2021

  18. Qaxda qarın hündürlüyü 43 sm-ə çatıb - FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yanvarın 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.

    Muxalifet2 - 20-01-2021

  19. Azərbaycanda bir dəqiqəlik sükut olacaq - SAAT 12-DƏ

    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

    İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov bildirib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub:

    Muxalifet2 - 20-01-2021

  20. "İğtişaşlardan nəticə çıxarın!" - Qorbaçovdan ABŞ-a MƏSLƏHƏT

    SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov hesab edir ki, Vaşinqtondakı iğtişaşlar ABŞ-da sabitliyə təhlükə yaradır, ölkə rəhbərliyi başqalarına dərs vermək yerinə, onların səbəb və nəticələrini aradan qaldırmalıdır.

    Qorbaçov bu barədə TASS-a müsahibəsində bildirib.

    Onun sözlərinə görə, baş verənlər həqiqətən Amerikada demokratiya və sabitlik üçün təhlükədir: "Ancaq səbəbləri, nəticələri başa düşməli, nəticə çıxarmalı olan amerikalılardır. Başqalarını öyrətmək yox, bunu yoluna qoymaq lazımdır".

    Muxalifet2 - 20-01-2021

Pages