Axtarış

The search found 105785 results in 0.041 seconds.

Search results

  1. Qarabağdakı Rusiya sülhməramlılarının peyvənd edilməsinə başlanıldı - FOTO

    Hərbi həkimlər Dağlıq Qarabağda Rusiya sülhməramlılarını koronavirusa qarşı peyvənd etməyə başlayıblar.

    TASS bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat veriblər.

    “Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri Dağlıq Qarabağda sülhməramlıları peyvənd etməyə başlayıblar. Bu günlərdə “Sputnik-V” peyvəndinin 2 minə yaxın dozası xüsusi termokonteynerlərdə gələcəkdə istifadə edilməsi üçün xüsusi təyinatlı tibb dəstəsinə gətirilib”, - qurumdan deyiblər.

    Muxalifet2 - 15-01-2021

  2. “Türkiyə PUA-ları Qarabağdakı qələbədə kritik rol oynadı” - AVİASIYA MARŞALI MÜCAHİD ƏNVƏR XAN

    Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı (ordu generalı) Mücahid Ənər Xan Azərbaycanın  Qarabağda qazandığı qələbədə Türkiyənin istehsal etiyi pilotsuz döyüş sistemlərinin kritik rol oynadığını bildirib. Marşal Ənvər Xan bu haqda Türkiyədə səfərdə olarkən “Anadolu” agentliyinə müsahibəsində danışıb.

    Mücahid Ənvər Xan bundan əvvəl Azərbaycanda səfərdə olub və iki ölkə hərbi hava qüvvələri arasında əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və pilotların hazırlanması kimi mühüm mövzulara danışıqlar aparıb.

     

    Muxalifet2 - 15-01-2021

  3. Paşinyanın ailəsi Moskvada qalmaqalla üzləşərək təhqir edildi

    Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan və qızları Moskva aeroportunda qalmaqalla üzləşiblər.

    Bu barədə “Mediaport” teleqram kanalı bildirib.

    Qeyd edilir ki, hadisə ilə əlaqədar aeroportun gəlmə zalında təxliyə elan olunub.

    Məlumata görə, bundan əvvəl Rusiyanın erməni icmasının nümayəndələri, rəsmiləri zorla aeroportun görüş zalına soxulublar və Anna Akopyanı, qızları Şuşan və Marianı təhqiredici "satqınlar" ifadəsi ilə qarşılayıblar.

    Muxalifet2 - 15-01-2021

  4. Azərbaycanda 130 yaşı olan pensiyaçı var - RƏSMİ AÇIQLAMA

    Bu gün Azərbaycanda yaşı 100-dən çox olan pensiyaçıların sayı 400 nəfərdir.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Qeyd olunub ki, onlardan 27 nəfəri kişi, 373 nəfəri isə qadındır.

    Muxalifet2 - 15-01-2021

  5. Almaniyada 234 Azərbaycan vətəndaşı tibb bacısı və xəstə baxıcısı kimi işləyəcək

    Almaniyada tibb bacısı və xəstə baxıcısı kimi işləmək istəyən 15 mindən çox əcnəbinin diplomu tanınıb.

    “Report”un Avropa bürosunun məlumatına görə, onlardan 234-ü Azərbaycan vətəndaşıdır.

    Muxalifet2 - 15-01-2021

  6. Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı - FOTO/VİDEO

    Hərbi polis bölmələri qarnizonlarda reydlərə başlayıb.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

    Məlumatlara görə, Vətən müharibəsi dövründə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və səfərbərlikdən tərxis edilmiş şəxslər, eləcə də bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə etməsi hallarının qarşısını almaq məqsədilə Müdafiə Nazirliyinin Hərbi polis bölmələri Bakı Qarnizonu və digər qarnizonlarda reydlər keçirir:

    Muxalifet2 - 15-01-2021

  7. TRAMP GƏLƏCƏK PLANLARINI AÇIQLADI - Ağ Ev-in bəzi əməkdaşlarını da özü ilə aparacaq...

    ABŞ-ın hazırkı prezidenti Donald Tramp səlahiyyətlərinin müddəti başa çatdıqdan sonra özünün Floridadakı Mara Laqo iqamətgahında yaşamağı planlaşdırır.

    “Bloomberq”in məlumatına görə, Tramp yeni seçilmiş prezident Baydenin andiçmə mərasimindən bir neçə gün əvvəl Palm Biçdəki evinə köçməyi düşünür.

    Prezidentliyinin son günlərində Tramp hazırkı Ağ Ev əməkdaşlarının bəzilərini də özüylə birgə Floridaya aparacaq.

    Muxalifet2 - 15-01-2021

  8. Dəfələrlə döyüş yoldaşlarını mühasirədən xilas edən 22 yaşlı şəhid gizirimiz - VİDEO

    İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri də 22 yaşlı Şəkərov Xəyal İman oğludur. O, Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. 

    2016-cı ildə həqiqi hərbi xidmətə çağırılan X.Şəkərov 2018-ci ildə silahlı qüvvələrin təlim tədris mərkəzində təlimlərə qatılıb. Təlimlərin sonunda gizir hərbi rütbəsi alan X.Şəkərov sonradan Ağdam rayonundakı N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmətini davam etdirib. 

    Muxalifet2 - 15-01-2021

  9. ​Cavanşir Qurbanov: "Qazilər üçün yeni idman klubları yaradılsa..."

    "Qazilər üçün yeni idman klubları yaradılmalıdır". 
     
    Bu fikirləri Əməkdar bədən tərbiyəsi və idman xadimi, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi, Yasamal rayon Ağsaqqalar şurasının sədri Cavanşir Qurbanov bildirib.
     
    Uzun illər Azərbaycan güləşinin inkişafında böyük xidmətləri olan qocaman mütəxəssis öz fikir və təkliflərini bölüşüb:

    Muxalifet2 - 14-01-2021

  10. ƏLİ HƏSƏNOV “40 PİLLƏ” KAFESİNİ KİMƏ SATIB? - Prezidentin sabiq köməkçisi hələ də istintaqa təzyiq edir

    Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Mili Televiziya və Radio Şurasının beş üzvündən biri təyin etdirdiyi dayısı oğlu, keçmiş “Jek” müdiri Cəfərov Məmməd Hüseyn oğlunun adına ələ keçirdiyi “İçərişəhər” metrostansiyasının yaxınlığından Nərimanov heykəlinə qalxan “40 pilləkən kompleksi”ndə tikdirdiyi və vergi uçotuna dayanmadan işlətdiyi “40 pilləkən” kafesini də bu vurvahurda satıb.

    Muxalifet2 - 15-01-2021

  11. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi" - PREZİDENT ŞUŞADA ÇIXIŞINDA BELƏ DEDİ

    “İşğal dövründə ermənilər qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar. Ancaq şanlı Azərbaycan Ordusu düşmənin bu niyyətini puç etdi. Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin “parlamenti” binasının inşası yarımçıq qaldı”.

    Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşadakı Qazançı kilsəsində çıxışı zamanı deyib.

    Muxalifet2 - 15-01-2021

  12. Çavuşoğlu: "Qarabağa səfərlərə Rusiya sülhməramlıları deyil, Azərbaycan icazə verməlidir"

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirib.

    "Report" xəbər verir ki, o, Pakistandan qayıdarkən jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırıb.

    M.Çavuşoğlu qeyd edib ki, məsələni Rusiya rəhbərliyi ilə müzakirə ediblər: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik”.

    Muxalifet2 - 15-01-2021

  13. “Pfizer” Avropaya peyvənd tədarükünü azaldır

    ABŞ-ın “Pfizer” əczaçılıq şirkəti koronavirusa qarş peyvəndin Avropaya tədarükünü gələn həftədən müvəqqəti olaraq azaldacaq.

    DW xəbər verir ki, bu barədə Norveç İctimai Səhiyyə İnstitutu bildirib.

    Qurumun açıqlamasında “Pfizer”in illik istehsal gücünü 1,3 milyard dozdan 2 milyard dozayadək artırmağı qarşıya məqsəd qoyaraq texnoloji dəyişikliklər apardığı göstərilir.

    “Biz gələn həftəyə “Pfizer”dən 43 875 dərman dozunu gözləyirdik. Artıq belə görünür ki, 36 075 doz alacağıq”, - deyə bəyanatda qeyd olunur.

    Muxalifet2 - 15-01-2021

  14. “OQY DESİNLƏR, KİMİN 18 YAŞLI OĞLUNUN HESABINA BUNU EDƏCƏKLƏR?" - Vitse-spiker Lena Nazaryan Qarabağda revanşa çağıranları pislədi

    Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan “ərazilərin geri qaytarılmasına”, yəni hərbi revanşa çağranları “ziyanlı və reqressiv” adlandırıb.

    Muxalifet2 - 15-01-2021

  15. Parisdən Ankaraya mətnində türkcə ifadələrin də yer aldığı məktub - MAKRON ƏRDOĞANLA BARIŞMAQ İSTƏYİR

    Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

    Virtualaz.org NTV-yə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

    Onun sözlərinə görə, məktubda Makron iki ölkə arasında münasibətləri inkişaf etdirmək istədiklərini, Türkiyəyə verdikləri əhəmiyyəti və qarşıdakı dövrdə Prezident Ərdoğanla görüşməyi arzu etdiyini bildirib.

    Muxalifet2 - 15-01-2021

  16. Azərbaycan qəhrəmanları haqqında məqalələr “Vikipediya”nın rusdilli seqmentindən çıxardılıb - FOTO

    “Vikipedia”nın rus dilli seqmentindən Zəngilan rayonunun Ağbənd kəndinin azad edilməsi uğrunda erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Xudayar Yusifzadəyə məxsus məqalə yoxa çıxıb.

    İkinci Qarabağ müharibəsinin qəhrəmanlıq simvollarından birinə çevrilən X.Yusifzadə haqqında material 31 dekabr 2020-ci ildə “Vikipediya”da dərc edilib, lakin yanvarın 13-də administratorlar səhifəni əhəmiyyətsiz hesab edərək silib.

    Muxalifet2 - 15-01-2021

  17. Əli Həsənov daha bir obyektini satışa çıxardı - 3 MİLYON MANATA...

    Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun ucuz qiymətə özəlləşdirdiyi keçmiş “Kitab passajı”nı neçəyə satışa təqdim etdiyi məlum olub.

    Bu barədə Axar.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Ə.Həsənov sözügedən obyekti 3 milyon manata təklif edib. Hazırda bəzi şəxslərlə bu iqtisamətdə danışıqlar getsə də, konkret alıcının hələlik olmadığı qeyd edilir.

    Muxalifet2 - 15-01-2021

  18. SON DƏQİQƏ! - Azərbaycanda sərt karantin rejimi yumşaldılır

    Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    NK-dan verilən məlumatda bildirilib ki, dünyada, ö cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilmişdir.

    Muxalifet2 - 16-01-2021

  19. Azərbaycanda "SMS" icazə ləğv olunur - QƏRAR

    Azərbaycanda "SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

    Muxalifet2 - 16-01-2021

  20. Rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunur - BU TARİXDƏN...

    Yanvarın 25-dən şəhərlərarası və rayonlararası hərəkətə icazə veriləcək.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarında bildirilib.

    Muxalifet2 - 16-01-2021

Pages