Axtarış

The search found 105785 results in 0.089 seconds.

Search results

  1. “AZƏRXALÇA”NIN RƏHBƏRİ NİYƏ HƏBS EDİLDİ? - Vidadi Muradovun qandallanmasını qaçılmaz edən səbəblər

    “Azərxalça”nın rəhbəri Vidadi Muradovun mənimsəməyə görə həbs edilməsində “xalçaaltı məsələlər”in olması ehtimalı var. Sosial şəbəkələrdə geniş müzakirə olunan həbsin gerçək səbəblərinin başqa olması ilə bağlı müxtəlif versiyalar, fikirlər dartışılır, iddialar səslənir.

    Vurğulanır ki, Azərbaycan gerçəkliyində onun “yediyi” vəsait elə də böyük məbləğ sayılmır. O baxımdan ki, əksər məmurların, vəzifəli şəxsin fəaliyyəti araşdırılsa, xeyli vəsait mənimsədikləri üzə çıxar.

    Muxalifet2 - 12-01-2021

  2. Azərbaycanda daha 519 nəfər koronavirusa yoluxdu - 15 NƏFƏR DƏ ÖLDÜ

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 519 yeni yoluxma faktı qeydə alınıb, 1276 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 225 346 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 210 798 nəfər müalicə olunaraq sağalıb, 2941 nəfər vəfat edib, aktiv xəstə sayı 11 607 nəfərdir.

    Muxalifet2 - 12-01-2021

  3. Türkiyədə 43 nəfərin ölümünə səbəb olan terrorçu saxlanıldı

    Türkiyədə daha bir İŞİD üzvü - Azzo Halaf Süleyman El Aggal həbs edilib.

    “Qafqazinfo” xəbər verir ki, saxlanılan terrorçunun Suruç ve Sultanahmet hücumları kimi  birçok kamikadze hücumlarının planlayıcısı Abu Bera Mahir El Aggal ilə birlikdə fəaliyyət göstərdiyi və Türkiyədə bəzi terror aktlarında istifadə olunan partlayıcıların tədarükü və daşınmasına  məsul olduğu müəyyənləşdirilib.

    Muxalifet2 - 12-01-2021

  4. Azərbaycan G20-nin zirvə görüşünə dəvət edildi

    Azərbaycan 37 ölkə ilə yanaşı, oktyabrın 30-31 tarixində Romada keçiriləcək “Böyük iyirmilik” (G20) ölkələrinin zirvə görüşünə dəvət edilib.

    IPS xəbər verir ki, tədbirə həmçinin BMT, Avropa İttifaqı, əsas beynəlxalq maliyyə təsisatları da dəvət alıb.

    Dünya əhalisinin 60 faizini, ÜDM-sinin isə 80 faizini əhatə edən G20 qrupu cari ildə İtaliyanın sədrliyində İnsanlar, Planet, Rifah deyə üç başlıqla ifadə olunan dayanıqlı və bərabər inkişaf, ətraf mühitin mühafizəsi, yeni təhlükələrin qarşısını almaq kimi hədəflər qarşıya qoyur.

    Muxalifet2 - 12-01-2021

  5. Azərbaycanda Medianın İnkişafı Agentliyi yaradıldı - SƏRƏNCAM

    Ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasında dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

    Muxalifet2 - 12-01-2021

  6. Külli miqdarda vergi borcu olan şirkət 1,2 milyonluq tenderin qalibi oldu - MÜƏMMA

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi Quba Dost Mərkəzində informasiya texnologiyaları infrastrukturun qurulması üçün lazımi avadanlıqlar və proqram təminatlarının alınaraq quraşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

    “Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Halal-P" MMC-dir.

    Qalib şirkətə 1 198,9 min manat ödəniləcək

    "Halal-P" 1999-cu ildə yaradılıb. Bu günə şirkətin 13 581 manat vergi borcu var.

    Muxalifet2 - 12-01-2021

  7. “Telegram”a “böyük köç”: Son 72 saat ərzində 25 milyon yeni qeydiyyat

    “Telegram” messencerinin istifadəçilərinin sayı son 72 saat ərzində 25 milyon artıb.

    Bu barədə sözügedən sosial şəbəkə proqramının yaradıcısı Pavel Durov məlumat yayıb.

    “Yalnız son 72 saat ərzində “Telegram”a 25 milyon yeni istifadəçi qatılıb”, - deyə P. Durov qeyd edib.

    O əlavə edib ki, son 72 saat ərində Asiyadan 38 faiz, Avropadan 27, Latın Amerikasından 21, Orta Şərq-Şimali Afrika ölkələrindən isə səkkiz faiz istifadəçi “Telegram”a qoşulub.

    Muxalifet2 - 12-01-2021

  8. “Facebook” və “Twitter” Trampı bloklayandan sonra 44 milyard dollar vəsaitdən məhrum olub

    “Facebook” və “Twitter” sosial şəbəkələri ABŞ prezidenti Donald Trampın hesablarının bloklanması səbəbindən 44 milyard dollar vəsait itirib. 

    REN TV xəbər verir ki, bunu NASDAQ birjasının məlumatlarına əsasən demək mümkündür.

    Qeyd edək ki, D.Trampın sosial şəbəkələrdəki hesablarının bloklanması, siyasətçinin minlərlə tərəfdarının Vaşinqtonda etiraz nümayişləri keçirməsindən sonra başladı.

    Etirazçıların bir hissəsi Konqresin ölkədəki prezident seçkilərinin nəticələrini təsdiq etdiyi Kapitoliyə binasına daxil olub.

    Muxalifet2 - 12-01-2021

  9. DTX-nın həbs etdiyi icra başçısı yenidən məhkəmə qarşısına çıxarılır

    Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun məhkəməsinin vaxtı məlum olub.

    APA xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yanvarın 21-ə təyin edilib.

    Muxalifet2 - 12-01-2021

  10. Prezident Əmək Məcəlləsinə dəyişikliyi təsdiqlədi: Zəfər Günü qeyri-iş günü olacaq

    Prezident İlham Əliyev Əmək Məcəlləsində edilən dəyişikliklə bağlı Qanunu təsdiqləyib.

    Təsdiqlənmiş dəyişikliklərə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr - Zəfər Günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir.

    Muxalifet2 - 12-01-2021

  11. Çin peyvəndi 50,4% təsirli çıxdı - 200 min nəfərin öldüyü ölkə pərişan oldu

    Türkiyədə də istifadəsinə başlanacaq Çinin "Sinovac Biontech" şirkətinin inkişaf etdirdiyi koronavirus peyvəndinin, Braziliyada aparılmış son mərhələ testlərdə 50.4% təsirli olduğu açıqlanıb.

    Marja xəbər verir ki, bu nisbət, rəsmi orqandan təsdiq almaq üçün kafi səfiyyə olan 50%-dən cüzü yüksəkdir.

    Koronavirusun 50,4% təsirli olması epidemiyada 200 mindən çox adamın ölüdüyü ölkədə məyusluq yaradıb.

    İlk mərhələ testlərində peyvəndin 78% təsirli olduğu təyin edilmişdi.

    Muxalifet2 - 13-01-2021

  12. “YouTube” da Trampın hesabını blokladı

    “YouTube” video xidməti ABŞ-ın hazırkı Prezidenti Donald Trampın hesabını azı bir həftəlik müddətə dondurub.

    Bu barədə CNN videohostinqin təmsilçisinə istinadən məlumat yayıb.

    Onun sözlərinə görə, bu yaxınlarda Trampın kanalında yerləşdirilən video şiddət tətbiqinə təhrik edib və bu səbəbdən də silinib. “YouTube” nümayəndəsi əlavə edib ki, hesabın açılması məsələsinə bir həftədən sonra yenidən baxılacaq.

    Muxalifet2 - 13-01-2021

  13. BİZİM QƏLƏBƏMİZ, ONLARIN CIĞALLIĞI...– 10 noyabr sazişinin pozulan bəndləri

    Hazırda üç ölkə başçısının 11 yanvar görüşü və onun nəticələri daha çox müzakirə olunsa da, müharibənin başa çatmasını fiksə edən 10 noyabr razılaşmasının şərtlərinin nə dərəcədə yerinə yetirilməsi mövzusu bir qədər diqqətdən kənarda qalır.

    Əslində, ilkin baza razılaşması olan bu sənədin bəndlərinin reallaşdırılması səviyyəsi bundan sonrakı siyasi prosesin effektivliyini şərtləndirən əsas amil rolunu oynamalıdır. 

    Muxalifet2 - 13-01-2021

  14. Ceyhun Bayramov Pakistana getdi - ÜÇTƏRƏFLİ GÖRÜŞ KEÇİRİLƏCƏK

    Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib.

    Bu barədə Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də yazıb.

    "Səfər çərçivəsində Azərbaycan - Pakistan - Türkiyə  XİN başçılarının ikinci üçtərəfli görüşü və həmçinin Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək", - deyə L.Abdullayeva qeyd edib.

    Muxalifet2 - 13-01-2021

  15. Çində koronavirusla bağlı yeni həyəcan - UHANDA SAĞALMIŞ HƏR 4 XƏSTƏDƏN 3-NÜN SƏHHƏTİNDƏ PROBLEM YARANIR

    Çin son 6 ayda ilk dəfə yenidən karantin qərarı alıb.

    Türkiyə mətbuatı xəbər verir ki, Çinin Hebei əyalətinin 4,9 milyon əhalisi olan Langfang şəhərində 1 həftəlik karantin elan edilib, şəhərə giriş-çıxış dayandırılıb. 12 kənddə 20 mindən çox çinli karantin mərkəzinə göndərilib. 

    Yanvarın 12-də açıqlanan göstəricilər son 6 ayın ən kritik nəticələri kimi dəyərləndirilib.

    Muxalifet2 - 13-01-2021

  16. Ermənistan prezidentinin vəziyyəti ağırlaşdı - RƏSMİ AÇIQLAMA

    Ermənistan prezidenti Armen Sarkisyanın səhhətindəki vəziyyət ağırlaşıb.

    Bunu Ermənistanın Prezident Aparatının Mətbuat xidməti açıqlayıb.

    “Koronavirusun yeni növünə yoluxan və evdə müalicə alan prezident Armen Sarkisyan xəstəxanaya yerləşdirilib. Prezident Sarkisyanın yüksək hərarət və ikitərəfli pnevmoniya da daxil olmaqla, xəstəliyə xas simptomları var”, - Mətbuat xidməti bildirib.

    Muxalifet2 - 13-01-2021

  17. Tramp bu gün impinçment edilə bilər - Bəzi respublikaçıların da prezidentin əleyhinə çıxdığı iddia edilir

    Yanvarın 13-də ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasında ötən həftə Kapitoliya basqının qızışdırılmasındakı roluna görə impiçment oluna bilər. Yaranmış siyasi böhran respublikaçı partiyasında ziddiyyətləri də dərinləşdirir.

    Vitse-prezident Mayk Pens yanvarın 12-də deyib ki, Konstitusiyaya 25-ci düzəlişə uyğun olaraq Trampı vəzifəsindən kənarlaşdırmayacaq. Bundan öncə demokratların nəzarətində olan Palata qətnamə qəbul edərək icraedici qanadı konstitusion gücündən istifadə etməyə, Trampı prezidentlikdən kənarlaşdırmağa çağırmışdı.

    Muxalifet2 - 13-01-2021

  18. Məktəblərdə dərslərin ənənəvi qaydada keçirilməsinə başlanılır? - Rəsmi açıqlama

    Təhsil Nazirliyi yaxın zamanlarda ümumtəhsil müəssisələrində dərslərin ənənəvi qaydada keçiriləcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

    Nazirliyin İctimiayyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlamasında bildirib ki, dərslərin mövcud pandemiya şəraitində ənənəvi qaydada keçirilməsi məsələsi ilə bağlı hər hansı qərar qəbul edilməyib:

    Muxalifet2 - 13-01-2021

  19. Əli Həsənovun şirkətləri ləğv olunur - 6 ŞİRKƏT HAQQINDA QƏRAR

    Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunduğunu elan edib.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti xəbər verir.

    Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanına bildirə bilərlər.

    Muxalifet2 - 13-01-2021

  20. Azərbaycanda daha 474 nəfər koronavirusa yoluxdu – 16 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda son sutkada koronavirus infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 16 nəfər COVID-19-dan vəfat edib.

    Muxalifet2 - 13-01-2021

Pages