Axtarış
The search found 105785 results in 0.046 seconds.
Search results
Azərbaycan, Ermənistan və Rusiyanın imza atdığı Bəyanatın DETALLARI
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Moskvada birgə bəyanat imzalayıblar.
Bəyanat dörd bənddən ibarətdir.
Muxalifet2 - 11-01-2021
Putin Qarabağla bağlı Moskva görüşündən danışıdı - "RAZILIĞA GƏLƏ BİLDİK..."
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağdakı vəziyyətin həlli ilə bağlı razılaşmalara əməl olunması ilə əlaqədar danışıqları vacib və faydalı adlandırıb.
Bu barədə TASS agentliyi məlumat yayıb.
“Mən bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki biz razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair ortaq bir bəyanat imzaladıq,” - deyə Rusiya lideri bildirib.
Muxalifet2 - 11-01-2021
DÖVLƏT RƏHBƏRLƏRİNİN ÜŞTƏRƏFLİ GÖRÜŞÜ BAŞA ÇATDI - Qarabağla bağlı yeni birgə bəyanat imzalandı
Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başa çatıb.
Görüş təxminən 4 saat davam edib.
Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüşün nəticəsi olaraq üç ölkə arasında Qarabağın inkişafı üzrə birgə bəyanat imzalanıb.
Bəyanatın tərcüməsini təqdim edəcəyik:
Muxalifet2 - 11-01-2021
ƏLİYEV VƏ PAŞİNYAN MƏTBUATA BƏYANATLA ÇIXIŞ ETDİ - VİDEO / Yenilənib
Muxalifet2 - 11-01-2021
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat yaydılar - TAM MƏTN
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.
Muxaıifet.az bildirir ki, Bəyanatda deyilir:
“Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:
Muxalifet2 - 11-01-2021
Trampın impiçmenti haqda qətnamənin mətni yayıldı - ÜSYANA ÇAĞIRIŞ
Bu gün CNN telekanalı ABŞ Prezidenti Donald Trampın impiçmenti haqqında qətnamənin mətnini dərc edib.
Virtualaz.org bildirir ki, telekanalın məlumatına görə, qətnamə ABŞ Konqresinin Nümayəndələr palatasının müzakirəsinə çıxarılacaq. Sənəd impiçment elan olunmasını, həmçinin Donald Trampın gələcəkdə hər hansı seçkili vəzifə tutmasına qadağa qoyulmasını tələb edir.
Muxalifet2 - 11-01-2021
BAKIDA METALƏRİTMƏ ZAVODUNDA PARTLAYIŞ... - Ölən var
Yanvarın 11-i saat 13 radələrində Qaradağ rayonu, Qobustan qəsəbə sakini Mustafayev Asif Qazbaba oğlunun işlədiyi yerdə xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Qaradağ Rayon Prokurorluğunundan məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Qobustan qəsəbəsində yerləşən metaləritmə zavodunda soba fəhləsi işləyən Asif Mustafayev qeyd edilən tarixdə metal əritmək üçün nəzərdə tutulan isti sobaya metal qırıntılarını atan zaman partlayış baş verməsi nəticəsində aldığı xəsarətlərdən ölüb.
Muxalifet2 - 12-01-2021
ADPU-nun dosenti vəfat etdi
Azərbaycan Dövlət Pedoqoji Univeristetinin Fizikanın tədrisi metodikası kafedrasının dosenti, Pedaqogika üzrə fəlsəfə doktoru Xəlil Padarov vəfat edib.
“Report”un xəbərinə görə, bu barədə mərhumun dostları məlumat verib.
Bildirilib ki, X.Padarov 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, X.Padarov 1950-ci il oktyabrın 7-də Azərbayacan Respublikası Balakən rayon Tülü kəndində anadan olub. 1966-cı ildə Balakən şəhər Nizami adına 1 saylı orta məktəbi bitirib. 1975-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU-nin) ÜTF və fizika fakultəsini bitirib.
Muxalifet2 - 12-01-2021
“BU İL KOLLEKTİV İMMUNİTETİN FORMALAŞMASI GÖZLƏNİLMİR...” - Ümumdünya Səhiyyə Təşkilatından bədbin bəyanat
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı peyvəndləmə prosesinin başlaması ilə infeksiyanın 2021-ci ildə həyatımızdan çıxacağına dair gözləntilərinin yüksək olmadığını açıqlayıb.
Türkiyə mətbuatı xəbər verir ki, ÜST bu ilin ilk virtual mətbuat konfransında indiyədək 90 milyon insanın yoluxmasına və 1 milyon insanın ölümünə səbəb olan COVİD-19 infeksiyası ilə bağlı son vəziyyətdən bəhs edib.
Muxalifet2 - 12-01-2021
“Oktyabrın 19-da Onik Qasparyan vəziyyəti ətraflı məruzə elədi, dedi biz məğlubiyyətə gedirik...” - KEÇMİŞ XÜSUSİ XİDMƏT DİREKTORUNUN ETİRAFLARI
Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük ikinci Qarabağ müharibəsinin qızğın vaxtında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra edən Mikael Ambarsumyan baş nazir Nikol Paşinyanı “müharibəni vaxtında dayandırmamaqda” günahlandırır.
Muxalifet2 - 12-01-2021
Bəy kostyumu bayraqla əvəzlənən şəhid Rüfət Əliyev - FOTO/VİDEO
44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan hərbçilərimizdən biri də Rüfət Əliyevdir.
Rüfət Füzuli oğlu Əliyev 1992-ci il dekabrın 6-da Bakıda anadan olub. Xətai rayonu 27 nömrəli tam orta məktəbi bitirib, 2010-2014 ci illərdə ali təhsilini Azərbaycan Kooperasiya Universitetində alıb. O, universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmət müddətində kəşfiyyatçı qrupunda olan R.Əliyev əsgərliyi bitirdikdən sonra 2015-ci ildə fəxri fərmanla təltif olunub.
Muxalifet2 - 12-01-2021
Bir ailədən müharibəyə gedən beş nəfər - FOTO
44 günlük Vətən müharibəsinə ailəliklə qatılan soyadlardan biri də Həşimovlardır. Lənkəran rayonunun Boladı kəndindən olan bu ailənin beş üzvünün qələbədə payı var.
Birinci Qarabağ müharibəsində də iştirak edən Fikrət və Araz Həşimovlara Vətən müharibəsində qardaşı oğlanları Qalib, Alim və Taleh Həşimovlar da qoşulub. Həşimovların dördü hərbi pilotdur, biri isə Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə sistemində xidmət edib.
Bu barədə “Qafqazinfo”ya ailə üzvlərini ön cəbhəyə yola salan Mirəsgər Həşimov danışıb:
Muxalifet2 - 12-01-2021
İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı - FOTO
Vətən müharibəsində sürücü kimi iştirak edən Süleymanov Kamal Ceyhun oğlu dekabrın 31-də Abşeron rayonunda yerləşən hərbi hissədən tərxis edildikdən sonra itkin düşüb. Süleymanovun yaxınları onun itkin düşməsi ilə bağlı polisə və mediaya bildirsələr də, K.Süleymanovu tapmaq mümkün olmamışdı.
Kamal Süleymanovun yaxınları Trend-ə bildiriblər ki, ötən gün 25 yaşlı gəncin meyiti tapılıb.
Vətən müharibəsinin iştirakçısının meyiti digər iki nəfərlə birlikdə Abşeron rayonunda kirayədə yaşadığı evdə aşkarlanıb. Hər üç şəxs dəm qazından boğularaq ölüb.
Muxalifet2 - 12-01-2021
Türk hərbi bazalarının Azərbaycana gəlişinə dirəniş… - MÜDAFİƏ NAZİRLİYİNDƏKİ "5-Cİ KOLON" ÜZVLƏRİNİN MÜQAVİMƏTİ ARTIR
Elxan Şahinoğlu: “Görünür, hakimiyyət içində yenə də “5-ci kolon” var ki, belə bəyanatlar meydana çıxır”
Muxalifet2 - 12-01-2021
ABŞ-da silahlı etirazlar gözlənilir - FTB-dən MƏLUMAT SIZDI
ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimi ərəfəsində ölkənin 50 ştatında konqres binalarında genişmiqyaslı, silahlı etirazlar gözlənilir.
“ABC News” xəbər verir ki, ölkənin Federal Təhlükəsizlik Bürosundan (FTB) bu barədə məlumat mətbuata sızıb.
“16-20 yanvar tarixlərində 50 ştatın mərkəzində konqres binasında silahlı etirazlar planlaşdırılır. Vaşinqtondakı ABŞ Konqresində də silahlı etirazlar olacaq”, deyə FTB-nin məlumatında bildirilir.
Muxalifet2 - 12-01-2021
TÜRKİYƏDƏ YÜKSƏK RÜTBƏLİ 6 MƏMUR HƏBS OLUNDU - Müdafiə sənayesinin sirlərini satıblar
Türkiyədə yerli müdafiə layihələri haqqında məlumatları xarici şirkətlərə ötürən bir qrup şəxs tutulub.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Ankara Prokurorluğundan verilən məlumata görə, həbs əməliyyatı Milli Kəşfiyyat Təşkilatı (MİT) və Böyükşəhər Polis İdarəsi tərəfindən birgə həyata keçirilib.
Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin keçmiş əməkdaşı da daxil olmaqla ümumilikdə altı nəfər saxlanılıb.
Prokurorluq bir qrup şəxsin hərəkətlərinin il boyu izlənildiyini qeyd edib.
Muxalifet2 - 12-01-2021
“Azərbaycanın qələbəsi epoxal hadisədir, regionda yeni siyasi və geosiyasi düzən formalaşdırır” - ABŞ MEDİASI
“2020-ci il Qafqaz üçün tarixi il oldu, orada başlayan müharibədə Azərbaycan 1990-cı illərdə ermənilərə uduzduğu əraziləri uğurla geri qaytardı. Bu, regionda yeni siyasi və geosiyasi düzəni formalaşdıran prosesləri başladan epoxal hadisə oldu. 2021-ci ildə biz bu prosesin davamını görəcəyik”.
Bu sətirlər ABŞ-ın “Eurasianet.org” nəşrinin Cənubi Qafqaz və Mərkəzi Asiya redaktorları Piter Leonardın və Coşua Kuçeranın 2021-ci ilə dair siyasi proqnozlar barədə məqaləsindən götürülüb.
Muxalifet2 - 12-01-2021
44 GÜNLÜK MÜHARİBƏ ERMƏNİLƏRƏ 38,4 MİLYARD DOLLARA BAŞA GƏLİB... - Manukyan açıqladı
Ermənistanda Azərbaycanın zəfəri və Qarabağın azad edilməsi ilə nəticələnən 44 günlük müharibədə verdikləri itkilərin maddi tərəfini hesablamağa çalışırlar. Erməni KİV-ləri xəbər verir ki, bu işə ilk dəfə “Hərbi qulluqçuların sığortalanması fondu”nun himayəçilər Şurasının üzvü, ekspert Mesrop Manukyan cəhd edib. Onun hesablamalarına görə, baş nazir Nikol Paşinyan Ermənistana və erməni xalqına cəmi 38.4 milyard dollar ziyan vurub.
Muxalifet2 - 12-01-2021
Almaniya bankı ABŞ prezidenti və onun şirkətləri ilə əməkdaşlığı dayandırır
Almaniyanın aparıcı bankı “Deutsche Bank” ABŞ-ın səlahiyyət müddəti başa çatmaqda olan Prezidenti Donald Tramp və onun şirkətləri ilə əməkdaşlığı dayandırmağa qərar verib.
"Report" xəbər verir ki, bank bu addımı dövlət başçısının tərəfdarlarının yanvarın 6-da ABŞ Konqresinin binasına hücumuna cavab olaraq atıb.
"Deutsche Bank” D.Trampın oğullarının idarə etdiyi “Trump Organization” şirkətinə təxminən 340 milyon ABŞ dolları borc verib. Bank şirkətin əsas tərəfdaşıdır.
Muxalifet2 - 12-01-2021
Koronavirus peyvəndi Azərbaycana gətirildi
SARS-CoV-2 koronavirus peyvəndinin ilk partiyası Azərbaycana daxil olub.
Xəbəri “Sputnik Azərbaycan” yayıb.
Nəşrin mənbəsinə görə, Çin istehsalçısı SinoVac-dan sifariş edilən peyvənd ölkəyə gətirilib.
O da bildirilir ki, ilk mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı vətəndaşlar koronavirus peyvəndi alacaqlar.
Muxalifet2 - 12-01-2021