Almaniyada 234 Azərbaycan vətəndaşı tibb bacısı və xəstə baxıcısı kimi işləyəcək

Baxış sayı:
1067

Almaniyada tibb bacısı və xəstə baxıcısı kimi işləmək istəyən 15 mindən çox əcnəbinin diplomu tanınıb.

“Report”un Avropa bürosunun məlumatına görə, onlardan 234-ü Azərbaycan vətəndaşıdır.

Onlar Türkiyənin müxtəlif tibb kollejlərində tibb bacısı və xəstə baxıcısı kimi iki illik peşə təhsillərini tamamlayaraq, Almaniyada müvafiq xəstəxana və qocalar evlərində praktikadan keçiblər.

Almaniya Mədəniyyət və Təhsil Nazirliyinin məlumatına görə, əcnəbilərin diplomlarının tanınması 2016-cı ildən bəri təxminən üç dəfə artıb. Ən çox müraciət digər Avropa Birliyi ölkələri ilə yanaşı Filippin, Albaniya və Bosniya və Herseqovina kimi ölkələrdən olub.

Məlumatda bildirilir ki, Almaniyada 2020-ci ilin mart ayında miqrasiya qanununa edilən dəyişiklikdən sonra bu sahədə işləmək istəyən əcnəbi vətəndaşların müraciətləri daha da artıb. Ancaq onların çoxunun peşə təhsili ilə bağlı praktikası koronavirus pandemiyası ilə bağlı keçirilə bilməyib.