Qarabağdakı Rusiya sülhməramlılarının peyvənd edilməsinə başlanıldı - FOTO

Baxış sayı:
922

Hərbi həkimlər Dağlıq Qarabağda Rusiya sülhməramlılarını koronavirusa qarşı peyvənd etməyə başlayıblar.

TASS bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat veriblər.

“Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri Dağlıq Qarabağda sülhməramlıları peyvənd etməyə başlayıblar. Bu günlərdə “Sputnik-V” peyvəndinin 2 minə yaxın dozası xüsusi termokonteynerlərdə gələcəkdə istifadə edilməsi üçün xüsusi təyinatlı tibb dəstəsinə gətirilib”, - qurumdan deyiblər.

Vaksinasiya iki mərhələli olacaq: peyvəndin birinci komponentini yanvar ayının sonuna qədər, ikincisini isə fevralın 21-dək bütün sülhməramlılara vuracaqlar. İlk olaraq sülhməramlı kontingentin komandanlığı və hərbi həkimlər peyvənd olunublar.