Axtarış
The search found 105785 results in 0.099 seconds.
Search results
DTX-nın həbs etdiyi icra başçısının oğluna vəzifə verildi
Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Prokurorluq orqanlarında yeni təyinat alıb.
Muxalifet2 - 13-01-2021
Türkiyə və Pakistandan Azərbaycana növbəti dəstək- BƏYANNAMƏ
Türkiyə və Pakistan Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi məsələsində Azərbaycana növbəti dəfə dəstək veriblər.
Muxalifet2 - 13-01-2021
Azərbaycan, Pakistan və Türkiyə XİN başçılarının görüşü keçirildi - Bəyannamə imzalandı / FOTOLAR
13 yanvar 2021-ci il tarixdə İslamabadda Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşinin dəvəti və Türkiyə Respublikasının xarici işlər naziri cənab Mevlüt Çavuşoğlu və Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli dialoqunun ikinci görüşü keçirildi.
Görüşün nəticəsi olaraq Azərbaycan, Pakistan və Türkiyə XİN başçıları bəyannamə imzalayıb. Bəyannamədə deyilir:
Nazirlər,
Muxalifet2 - 13-01-2021
Türkiyə məktəbliləri Azərbaycan əsgərinə məktublar yazıblar - FOTOLAR/VİDEO
Muxalifet2 - 13-01-2021
Türkiyənin səhiyyə naziri canlı yayımda peyvənd edildi - FOTO
Türkiyənin səhiyyə naziri Fahrettin Kocaya canlı yayımda koronavirus vaksini vurulub.
NTV xəbər verir ki, bu addım Türkiyənin Dərman və Tibbi Ləvazimat Təşkilatının Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksininin tətbiqinə icazə verməsindən sonra atılıb.
Qeyd edək ki, sabahdan etibarən bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılacaq.
Muxalifet2 - 13-01-2021
ABŞ-da GƏRGİN SAATLAR - Nümayəndələr Palatasında Trampın impiçmenti məsələsinə baxılır
ABŞ Konqresinin Nümayəndələr Palatasında Prezident Donald Trampın impiçmenti məsələsinə baxılır.
“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, D. Tramp üsyana təhrikdə və digər ağır cinayətlərdə günahlandırılır.
Sənəddə D. Trampın impiçmenti və onun gələcəkdə seçki yolu ilə istənilən vəzifəni tutmağa qadağa nəzərdə tutulur.
Muxalifet2 - 13-01-2021
Respublikaçılar Trampın impiçmenti üçün Senata toplaşmaqdan imtina etdilər
Respublikaçılar Partiyasının Senatdakı lideri Mitç Makkonnell Co Baydenin andiçmə mərasimindən əvvəl Donald Trampın impiçmenti məsələsini nəzərdən keçirmək üçün Konqresin yuxarı palatasını çağırmaqdan imtina edib.
Bu barədə “Washington Post” nəşri məlumat yayıb.
Nəşr Makkonnelin nümayəndələrinə istinadən bildirib ki, o, "cümə günü və ümumiyyətlə 19 yanvara qədər" yuxarı palatanın üzvlərini yığmaqdan imtina edib.
Yanvarın 19-da, Co Baydenin vəzifə səlahiyyətinin icrasına başlamasından bir gün əvvəl isə Senat tətilə gedəcək.
Muxalifet2 - 13-01-2021
ABŞ İranın daha 16 təşkilatına qarşı sanksiya tətbiq edib
Vaşinqton İranın daha 16 təşkilatına qarşı sanksiyalar paketini təsdiq edib.
Bu barədə “RİA Novosti” ABŞ-ın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Sanksiyalar siyahısına iki İran vətəndaşı da daxil edilib.
İraq vətəndaşı Əbdül Əziz əl-Məhəmmədəvi isə Birləşmiş Ştatların axtardığı terrorçular siyahısına daxil edilib və onun axtarışları istiqamətində iş aparıldığı bildirilir.
Muxalifet2 - 13-01-2021
Trampa impiçment elan etdilər - YENİLƏNİB
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampın impiçmentinə səs verib.
TASS bildirir ki, səsvermə hələ davam edir, lakin təşəbbüs artıq təsdiqlənməsi üçün lazımi sayda səs qazanıb.
İmpiçment bir maddə üzrə elan edilib - qiyama təhriketmə. Qətnamədə deyilir ki, Trampın hərəkətləri Konstitusiyanın prezidentin impiçmentinə gətirib çıxara bilən "ağır cinayətlər və səhv hərəkətlər" ifadəsinə uyğundur.
Muxalifet2 - 14-01-2021
Daha bir sosial şəbəkə Trampın hesabını bağladı
ABŞ-da yanvarın 6-da Konqres binasına hücumlardan sonra sosial media şirkətləri hadisələrin cavabdehi olduğu hesab edilən ölkə Prezidenti Donald Trampın hesablarını bloklamağa davam edir.
Xarici KİV-lər bildirir ki, “Snapchat” sosial media platforması keçən həftə Trampın dondurulmuş hesabı ilə bağlı son qərarını verib.
Şirkətdən verilən yazılı açıqlamada ABŞ başçısının hesabının araşdırıldığı qeyd edilir:
Muxalifet2 - 14-01-2021
“BU BÖLGƏDƏ HEÇ BİR PROBLEM TÜRKİYƏSİZ HƏLL OLUNAN DEYİL...” - "Ermənistan bu iki məsələni qəbul edərsə, iqtisadi əlaqələrə baxıla bilər...”
Vahid Əhmədov: "Laçın dəhlizində bizim sərhədçilərimiz və gömrükçülərimiz olmalıdır ki, əraziyə hansı şəxslərin və yüklərin gəldiyini bilək"
Məlum olduğu kimi, yanvarın 11-də Moskvada baş tutan Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin görüşü nəticəsində qəbul olunan sənəd əsas etibarilə kommunikasiya xətlərinin və iqtisadi əlaqələrin bərpasını nəzərdə tutur. Hazırda bu görüşün nəticələri hər iki ölkədə ən çox müzakirə olunan mövzudur.
Muxalifet2 - 14-01-2021
Baydenin komandasından olan qadın seçki fırıldaqçılığı iddiasıyla həbs edildi
ABŞ-ın Texas ştatında demokrat Co Baydenin komandasından olan qadın seçki saxtakarlığı və qanunsuz səsvermə iddiasıyla həbs edilib.
“Haber Global” bu barədə ştatın Baş Prokuroru Ken Pakstonun açıqlamasına istinadən məlumat yayıb.
Onu sözlərinə görə, San-Antonioda Rakel Rodriqezin 2020-ci il seçkilərindən əvvəl səs toplaması ilə bağlı videosu görülüb və həmin şəxs bu hərəkətinin qanuna uyğun olmadığını etiraf edib.
Muxalifet2 - 14-01-2021
“Azərxalça”nın həbs edilən sədri dövlətin 50 milyonluq proyektini batırıb - İDDİA
“Azərxalça”nın rəhbəri Vidadi Muradovun qurumda baş verən korrupsiyaya görə həbsindən sonra onun digər qanunsuz əməllərinə dair də informasiyalar, iddialar yayılmaqda davam edir.Muradovun adı Sumqayıtda tikilən yeni fabriklə bağlı qanunsuzluqlarda da hallanır.
Bildirilir ki, Sumqayıtda inşa olunan Yunəyirici-Boyaq Fabrikinin tikintisi zamanı böyük yeyintilərə yol verilib. Nəticədə fabrikin fəaliyyəti iflic duruma düşüb.
Muxalifet2 - 14-01-2021
Tramp impiçment elanından sonra bəyanatla çıxış etdi
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Nümayəndələr Palatasının impiçment elan etməsindən sonra bəyanatla çıxış edib.
Bəyanat Ağ Evin “Twitter” hesabında yayımlanıb.
Müraciətində D.Tramp ötən həftə Kapitolidə baş vermiş zorakılığı tənqid edib.
“Mənim əsl tərəfdarlarımdan heç kim siyasi zorakılığın iştirakçısı ola bilməz, mənim əsl tərəfdarlarımdan heç kim hüquq mühafizə orqanlarına və ya böyük ABŞ bayrağına hörmətsizliyi dəstəkləyə bilməz. Mənim əsl tərəfdarlarımdan heç kim öz vətəndaşlarını incidə bilməz”, - deyə D.Tramp qeyd edib.
Muxalifet2 - 14-01-2021
“Azərbaycan bizim "Elçibəy"dən istifadə etdi...” - VAZGEN MANUKYAN BELƏ DEYİR
Ermənistanda müxalifətin baş nazir postuna vahid namizədi (aralıq fiqur kimi), bədnam “Qarabağ” komitəsinin qurucularından biri Vazgen Manukyan baş nazir Nikol Paşinyanı Azərbaycanın keçmiş prezidenti və AXC lideri Əbülfəz Elçibəylə müqayisə edib.
RBK agentliyinə müsahibəsində Manukyan Paşinyanın Qarabağda döyüşlər gedərkən cəbhədə nə baş verdiyini yaxşı dərk edə bilmədiyini, ona görə də müharibəni vaxtında dayandırmadığını və beləliklə də əsas mövqeləri saxlamaq şansını əldən verdiyini deyib.
Muxalifet2 - 14-01-2021
“Laçına hücum görüntüsü yaradıb Şuşaya real zərbə endirmək çox parlaq əməliyyat idi...” - KONSTANTİN MAKİYENKONUN DÜZ ÇIXAN PROQNOZLARI
2018-ci ildə, təxminən 2 il yarım əvvəl Rusiyanın düşüncə mərkəzlərindən birinin-strategiyaların və texnologiyaların analizi Mərkəzinin direktor müavini Konstantin Makiyenko “Moskovskiy Komsomolets” qəzetinə müsahibəsində Qarabağda müharibənin qaçılmaz olduğunu proqnozlaşdırmışdı. Və bu müharibədə Azərbaycanın qalib gələcəyini demişdi.
Muxalifet2 - 14-01-2021
ƏLİ HƏSƏNOVDAN SƏFƏRLİNİN HƏBSİNƏ REAKSİYA - "Mən bu barədə..."
"Mən Vüqar Səfərlinin saxlanılması haqqında danışmaq istəmirəm. Bu barədə açıqlama vermək niyyətim yoxdur".
Bunu Prezidentin keçmiş köməkçisi, prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri Əli Həsənov bildirib.
Muxalifet2 - 14-01-2021
VÜQAR SƏFƏRLİ HƏBS EDİLDİ - Milyonların mənimsənilməsində ittiham olunur
Ölkəmizdə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq demokratik cəmiyyətin əsas atributlarından olan kütləvi informasiya vasitələrinin inkişafı da daim diqqət mərkəzində saxlanılır.
Bununla yanaşı, bu mühüm sahə üzrə dövlətin dəstək siyasətinə öz qanunsuz əməlləri ilə kölgə salan vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunması istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.
Muxalifet2 - 14-01-2021
"MƏCBURİ KÖÇKÜNLƏRİN XANKƏNDİNƏ KÖÇÜRÜLMƏSİ SUVERENLİYİMİZİN AÇARIDIR" - "Proseslər heç də Rusiyanın planladığı kimi getməyəcək"
Yanvarın 11-də Moskva Rusiya, Azərbaycan, Ermənistan liderlərinin keçirilən üçtərəfli görusundə Qarabağdaki erməni hərbiçilərinin çıxarılması, Azərbaycanın suverenliyinin bərpası, Azərbaycan üçün Şuşa, Kəlbəcər kommunikasiyalarının açılması məsələləri muzakirə edilmədi.
Bu məsələlərin taleyi necə olacaq? Azərbaycan nə etməlidir?
Muxalifet2 - 15-01-2021
PREZİDENT İLHAM ƏLİYEV ŞUŞAYA YOLA DÜŞÜB - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Şuşa şəhərinə səfərə yola düşüblər.
Bununla bağlı M.Əliyeva rəsmi "İnstagram" səhifəsində video paylaşım edib.
"Səhər tezdən yola çıxmışıq, istiqamət Şuşa şəhəri", - Prezident İlham Əliyev bildirib.
Həmin paylaşımı təqdim edirik.
Muxalifet2 - 15-01-2021