Axtarış
The search found 105785 results in 0.034 seconds.
Search results
Rusiyada koronavirusun təhlükəli növü aşkarlandı
Rusiyada koronavirusun "Britaniya ştammı"na ilk yoluxma aşkarlanıb.
Bu barədə "RİA Novosti" agentliyi bildirib.
Məlumata görə, koronavirusun yeni ştammı ölkəyə Britaniyadan qayıdan vətəndaşda qeydə alınıb.
Qeyd edək ki, yeni ştamm ilk dəfə ötən il dekabrın ortalarında Britaniyada aşkarlanıb. Koronavirusun bu növü əvvəlki variantdan 70 faiz daha yoluxucudur. Buna görə də təhlükəli sayılır. Lakin yeni ştammdan ölüm halının qeydə alınması barədə məlumat yoxdur.
Muxalifet2 - 10-01-2021
Bidzina İvanişvili siyasətdən getdi - AÇIQ MƏKTUB YAYDI
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili ikinci dəfə siyasəti tərk edir.
Bu barədə o, yaydığı açıq məktubda bildirib.
B.İvanişvili missiyasının başa çatdığını vurğulayıb.
Qeyd edək ki, milyarder B.İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. O, 2013-cü ildə siyasətdən getsə də, 2018-ci ildə yenidən siyasətə qoşulub və həmin ilin mayından hakim partiyaya rəhbərlik edib./report
Muxalifet2 - 11-01-2021
İsa Həbibbəyli vəzifədən azad edilməsinə münasibət bildirdi
Akademik İsa Həbibbəyli AMEA-nın yanvarın 8-də keçirilən iclasında qəbul edilən qərarla birinci vitse-prezident vəzifəsindən azad edilməsinə münasibət bildirib.
İ.Həbibbəyli “Report”a açıqlamasında dünya akdemiyalarının böyük əksəriyyətində birinci vitse-prezident vəzifəsi üçün bir ştat müəyyən olunduğunu bildirib.
Onun sözlərinə görə, AMEA-da da birinci vitse-prezidentin bir nəfər müəyyən edilməsi dünya akdemiyalarında olan prosesə tamamilə uyğundur:
Muxalifet2 - 11-01-2021
Paşinyan Moskvaya yola düşdü - YOLUNU KƏSMİŞDİLƏR...
Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli görüş üçün Rusiyanın paytaxtı Moskvaya yola düşə bilib.
Bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.
Məlumata görə, etirazçıların “Zvartnots” hava limanına gedən yolu bağlamasına baxmayaraq, baş nazir aeroporta çatıb və Rusiya paytaxtına yola düşüb.
“Nikol Paşinyan legitim rəhbər deyil, o, Ermənistanı təmsil etmir. Onun adından imzalanan sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq”, - aksiya iştirakçısı söyləyib.
Muxalifet2 - 11-01-2021
Xəzər nefti üzrə dissertasiya yazan keçmiş kəşfiyyatçı Baydenin milli təhlükəsizlik komandasında - RUSİYA VƏ MƏRKƏZİ ASİYA İŞLƏRİNİ KURASİYA EDƏCƏK
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden və vitse-prezident Kamala Harris Ağ ev yanında Milli Təhlükəsizlik şurasının yeni üzvlərini elan ediblər. Baydenin mətbuat xidmətinin yaydığı məlumata görə, yeni əməkdaşlar arasında Andrea Kendall-Teylor da var. O, Rusiya və Mərkəzi Asiya işləri üzrə direktor vəzifəsinə təyin olunacaq.
Muxalifet2 - 11-01-2021
Aydınlar Partiyasında sədr seçkisi... - PARTİYANIN QURULTAYI OLUB
Aydınlar Partiyasının videokonfrans formatında növbəti qurultayı keçirilib.
Partiyadan verilən məlumata görə, açıq səsvermə yolu ilə Qulamhüseyn Əlibəyli yenidən Aydınlar Partiyasının sədri seçilib.
Partiyanın Ali Məclisinin tərkibi təsdiq olunub və Nəzarət Təftiş Komissiyası yaradılıb.
Muxalifet2 - 11-01-2021
Azərbaycanda 8 jurnalist koronavirusdan ölüb - 117 NƏFƏR DƏHŞƏTLİ VİRUSA YOLUXUB
Azərbaycanda monitorinqin nəticələrinə görə 117 nəfər jurnalist koronavirusa yoluxub, 8 nəfər jurnalist həyatını itirib.
Bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) Azərbaycan jurnalistlərinin 2020-ci il üzrə sosial durumlarına və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatında bildirilib.
Muxalifet2 - 11-01-2021
İvanişvilini bu şəxs əvəzləyəcək... - FOTO
İrakli Kobaxidzenin Gürcüstanın hakim Gürcü Arzusu Partiyasına sədr seçiləcəyi gözlənilir.
Bunu yerli mətbuat yazıb.
Qeyri-rəsmi məlumatlara əsasən, partiya rəhbərliyində sədrliyin icraçı katib olan İ.Kobaxidzeyə verilməsi barədə qərar artıq qəbul edilib.
Yeni sədrin yaxın günlərdə seçiləcəyi gözlənilir.
Muxalifet2 - 11-01-2021
Almaniyada şəhid, qazi ailələrinə yardım üçün xeyriyyə təşkilatı yaradılıb
Almaniyada ilk Azərbaycan xeyriyyə təşkilatı "Varliq-Fonds" e.V." (“Varlıq” Fondu) fəaliyyətə başlayıb.
“Report” xəbər verir ki, ötən gün fondun təsis yığıncağı keçirilib.
Almaniyada yaşayan azərbaycanlıların vahid təşəbbüsü ilə yaradılan "Varliq-Fonds” e.V." ictimai birliyinin ilk təsis toplantısı Qarabağ müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Şəhidlərimizin əbədi xatirəsinə dərin ehtiramın təcəssümü kimi yaradılan fondun əsas hədəflərindən biri şəhid və qazi ailələrinə yardım edilməsidir.
Muxalifet2 - 11-01-2021
Kəlbəcərin Keşdək kəndindən görüntülər - VİDEO
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Keşdək kəndindən videogörüntülər hazırlayıb.
Muxalifet.az həmin görüntüləri təqdim edir.
Muxalifet2 - 11-01-2021
RÜŞVƏT ÜSTÜNDƏ HƏBS OLUNAN MEMAR HAQQINDA MƏHKƏMƏ QƏRARI... - İcra Hakimiyyəti əməkdaşının həbs müddəti uzadıldı
Binəqədi rayon Məhkəməsində Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədovun barələrində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqdimatlar təmin edilib.
Hər iki şəxs barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb.
Muxalifet2 - 11-01-2021
Paşinyanın tənha müdafiəçisi onun yolunu kəsənlərə lənət yağdırır - VİDEO
Bu gün səhər saatlarında Yerevanda baş nazir Nikol Paşinyanın Moskvaya səfərini əngəlləmək üçün aerporta gedən yolu kəsən etirazçılarla onun tənha tərəfdarı arasında qarşılıqlı söyüş və lənətlərlə müşaiyət olunan qarşıdurma yaranıb.
Muxalifet2 - 11-01-2021
Müdafiə Nazirliyi tərxis olunan şəxslərə müraciət etdi - "BU CÜR VİDEOLARIN PAYLAŞILMASI..."
"Səfərbərlik üzrə hərbi xidmətə çağırılaraq Vətən müharibəsində iştirak etmiş şəxslər tərəfindən son zamanlar sosial şəbəkələr vasitəsilə müxtəlif məsələlər ilə bağlı videolar paylaşılır. Qeyd edək ki, bu cür videoların sosial şəbəkələrdə paylaşılması müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməklə yanaşı, düşmənlərimizin maraqlarına xidmət edir".
Bu barədə Müdafiyə Nazirliyindən bildirilib.
"Videolar vasitəsilə edilən müraciətlərin həll olunmasında yaranan çətinliklər isə həmin müraciətlərin anonim edilməsidir.
Muxalifet2 - 11-01-2021
"ƏBÜLFƏZ ELÇİBƏYİN KƏLƏKİ KƏNDİNƏ QAÇMASI..." - Əli Əhmədov da AXC hakimiyyətini ittiham etdi...
"İkinci Qarabağ müharibəsinin Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatması, işğal edilmiş torpaqlarımızın 30 ildən sonra geri qaytarılması xalqımızın tarixinin ən şərəfli anlarındandır. Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdə qətiyyəti sayəsində Azərbaycan məğlub ölkədən qalib ölkəyə çevrilib. Tam məsuliyyətlə demək olar ki, Qarabağ münaqişəsinin ədalətli həll olunması 2020-ci ilin başlıca hadisəsi kimi tarixə düşüb. Bütün dünya Azərbaycan dövlətinin gücünün, onun Silahlı Qüvvələrinin qüdrətinin, xalqımızın qəhrəmanlıq əzminin şahidi oldu".
Muxalifet2 - 11-01-2021
İspaniyanın 52 televiziya kanalında Azərbaycanla bağlı veriliş yayımlanacaq - VİDEO
İspaniya Azərbaycan Mədəniyyət və Ticarət Assosassiyasının (ACAE) prezidenti Fərid Mustafayev İspaniya televiziyalarına 30 dəqiqəlik müsahibə verib.
Muxalifet2 - 11-01-2021
İLHAM ƏLİYEVİN RUSİYAYA SƏFƏRİ BAŞLADI - Yenilənir
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın paytaxtı Moskvaya səfəri başlayıb.
TASS xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
“Azərbaycan Prezidenti Moskvaya çatıb, onu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya XİN və respublikanın Moskvadakı səfirliyinin nümayəndələri qarşılayıb. Hazırda Prezident İlham Əliyevin korteji Kremlə doğru yola düşüb”, - o qeyd edib.
Muxalifet2 - 11-01-2021
Saxta pul hazırlayanlar ələ keçdi - FOTOLAR
Yanvar ayının 9-da Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinə (RPİ) şəhər ərazisində fəaliyyət göstərən mağazalardan birinə saxta əsginas verilməsi ilə bağlı məlumat daxil olub.
Muxalifet2 - 11-01-2021
HÖKUMƏTİN SOSİAL PAKETİNDƏN MƏMURLAR YARARLANIR - İşsizlərə 190 manatlıq yardımın verilməsində “məşğulluq dələduzluğu”
Koronavirus epidemiyası dövründə işsiz kimi qeydiyyatda olan şəxslərin 190 manatlıq sosial yardımla təmin edilməsi dövlətin və hökumətin sosial siyasətinin əsaslarından sayılır. Yardımın verilməsinə məsul edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məqsədlə nə az, nə çox, düz 600 min vətəndaş müəyyən edib və hər ay büdcədən ayrılan toplam 114 milyon manatı sözügedən şəxslərə ödəyir. Yardımdan qıraqda qalan şəxslərə isə elə əsassız arqumentlərlə imtina edilir ki, necə deyərlər, əlin üzündə qalır.
Muxalifet2 - 11-01-2021
İCRA BAŞÇISI KÖHNƏ KÖRPÜNÜ SÖKÜB, MATERİALLARINI SATDI... - Beton borunun üzərinə torpaq tökdürüb, yeni "körpü" inşa etdirdi / PREZİDENTƏ ŞİKAYƏT
Göyçay rayonu, Şəhadət kəndinin bir qrup sakini tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. İcra başçısının fəaliyyətindən narazılıq edən sakinlərin məktubunu olduğu kimi dərc edirik:
“Göyçay rayon İcra Hakimiyytinin başçısı Mehdi Səlimzadənin yarıtmaz fəaliyyəti nəticəsində kəndin içindən keçən kanalın üzərindəki körpü yararsız halda, başdan sovdu tikildiyi üçün həyat və sağlamlığımız təhlükə qarşısındadır. Baxmayaraq ki, bu barədə icra başçısına şəxsən məlumat verilib, özü əraziyə baxış keçirib, ancaq heç bir tədbir görmək istəmir.Muxalifet2 - 11-01-2021
UCARDA “QAZ TERRORÇULARI” - Gecə qazı söndürüb, səhər açırlar… / SAKINLƏRDƏN PREZİDENTƏ MÜRACİƏT
“Ucar Qaz İdarəsinin qəza xidməti rəisi Seymur Məmmədov hallı olduğu üçün qazı yüksək təzyiqlə verdiyindən, 2 nəfərin evi yanıb külə dönüb, çoxlu sayda evlərdə qaz cihazları sıradan çıxıb”
Muxalifet2 - 11-01-2021