Axtarış
The search found 105785 results in 0.033 seconds.
Search results
TRAMPIN KOMANDASINDA "YARPAQ TÖKÜMÜ" - ABŞ Milli Təhlükəsizlik Şurasının daha 4 əməkdaşı istefa verdi
Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının (MTŞ) daha 4 yüksək vəzifəli məmuru yanvarın 6-da Vaşinqtonda baş vermiş iğtişaşlardan sonra vəzifələrini tərk edib.
Bu barədə ABŞ administrasiyasındakı mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Muxalifet2 - 8-01-2021
"Qaçqınkom" 4 700 mənzili nazirliyə təhvil verdi - ŞƏHİD AİLƏLƏRİNƏ PAYLANILACAQ
“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti keçən il məcburi köçkünlər üçün inşa edilən mənzillər və yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) balansına verilib. Həmin mənzillər şəhid ailələrinə veriləcək”.
Bunu Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib.
Muxalifet2 - 8-01-2021
GERİ QAYITMAQ İSTƏMƏYƏNLƏRƏ RƏSMİ XƏBƏRDARLIQ - "Məcburi köçkün statusunu itirəcəklər"
"Ola bilsin ki, hansısa məcburi köçkün işğaldan azad edilən yerə qayıtmasın və bu da onun şəxsi seçimidir. Mövcud qanunvericiliyə uyğun olaraq təbii ki, onun məcburi köçkün statusu ləğv ediləcək. Bunun da nəticəsində məcburi köçkün və onlara bərabər tutulanlara şamil edilən imtiyazlar öz qüvvəsini itirmiş olacaq".
Muxalifet2 - 8-01-2021
TÜRKİYƏ MEDİASINDAN İLGİNC İDDİA - Qardaş ölkə Azərbaycanın 3 şəhərində hərbi baza qurur
Türkiyə Azərbaycanın Gəncə, Lənkəran və Qəbələ şəhərlərində hərbi aviabazalar açacaq.
Bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Azərbaycan Suriya, Qətər, İraq, Sudan, Şimali Kipr Türk Respublikası kimi ölkələrdən sonra Türkiyə hərbi bazalarının yerləşdirildiyi növbəti ölkə ola bilər.
Türkiyənin hərbi bazası, yaxud hərbi missiyasının olduğu ölkələr:
Muxalifet2 - 8-01-2021
“WhatsApp” istifadəçilərin şəxsi məlumatlarını “Facebook”da paylaşacaq
“WhatsApp” messencerinin istifadəçi müqaviləsinə əlavə olunmuş yeni bəndə görə istifadəçi öz şəxsi məlumatlarını “Facebook” şirkətinə təqdim etməlidir.
Yeni bəndə görə “Facebook” şirkətinin bir parçası olan “WhatsApp” öz istifadəçilərinin zövqlərini, vərdişlərini təhlil etmək üçün onların şəxsi məlumatlarını şirkətin “bütün əlavələr ailəsi”lə paylaşacaq. Belə ki, həmin məlumatların hər istifadəçi üçün fərdi reklam zərfi seçmək, ona ən uyğun xidmətlər göstərmək üçün zəruri olduğu bildirilir.
Muxalifet2 - 8-01-2021
Həsən Həsənov səfir vəzifəsindən geri çağırıldı - YENİ SƏFİRİN ADI AÇIQLANDI / Yenilənib
Nərgiz Qurbanova Azərbaycanın Polşadakı səfiri təyin olunub
Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə N. Qurbanova Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Muxalifet2 - 8-01-2021
QAZİNİN ÖLÜMÜNDƏ SUÇLU OLANLAR... - Nə oldu, Vüqar Behbudov, yaralılara psixoloji dəstək veriləcəyini deyirdin?!
Azərbaycanın hərbi sahədə uğurlarına tibbi, sosial, maliyyə xidmətləri sektorunun kölgə salmasının apogeyi Qarabağ Vətən savaşında ağır baş beyin travması almış MAXE (müddətdən artıq xidmət edən) hərbi qulluqçu 35 yaşlı Qazi Vüsal Musayevin özünü öldürməsi oldu. Bu ölümün suçu bütövlükdə Azərbaycan hökumətinin, sosial-iqtisadi, tibbi sektorun üzərinə düşür. İndiyədək yaralı döyüşçülərə gərəkən sosial, psixoloji, tibb, maliyyə yardımları edilməyib. Yalnız ayrı-ayrı qurumlar şou xarakterli “coşqulu qarşılaşmalar”la özlərini reklam etməklə məşğuldurlar.
Muxalifet2 - 8-01-2021
AZƏRBAYCANDA DAHA 24 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində 532 yeni yoluxma faktı aşkarlanıb
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb, 1 879 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib.
Muxalifet2 - 8-01-2021
ERMƏNİLƏR ÖVLADLARININ QARABAĞA GÖNDƏRİLMƏSİNİ İSTƏMİRLƏR – İrəvanda aksiya
Ermənistanda əhalinin Qarbağdakı qanunsuz hərbi birləşmələrə münasibəti getdikcə daha da neqativ xarakter daşımağa başlayır. Müharibədəki acı məğlubiyyət erməniləri öz övladlarını Qarabağa hərbi xidmətə göndərməkdən çəkindirir.
Muxalifet2 - 8-01-2021
“İlham Əliyev Moskvada Nikol Paşinyana 8 tələb irəli sürəcək...” - Erməni mənbələri
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə yanvarın 11-də görüşün gözlənildiyi məlumdur. Hələlik bu görüşün baş tutacağı rəsmən təsdiqlənməyib və elan edilməyib, bununla belə Rusiya tərəfinin vasitəçiliyi ilə üçtərəfli danışıqlara hazırlıqların getdiyi müşahidə olunmaqdadır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların atıldığını deyib.
Muxalifet2 - 8-01-2021
“YƏQİN Kİ, NƏCMƏDDİN SADIKOV EV DUSTAQLIĞINDADIR” – Deputatdan sensasiyalı açıqlama
“Nəcməddin Sadıkov vəzifəsindən kənarlaşdırılıb. Özü də müharibə başlayan kimi kənarlaşdırılıb. Görünür, günahları var, ya nələrisə varsa, bunu yalnız dövlətin xüsusi xidmət orqanları, bir də Müdafiə Nazirliyi bilər ki, nəyə görə kənarlaşdırılıb. Ayrı kimsə bilə bilməz. Yəqin ki, Nəcməddin Sadıkov evində, villalarının birində ev dustağıdır”.
Muxalifet2 - 8-01-2021
TÜRK ORDUSUNUN GƏLİŞİNƏ DİRƏNİŞ, YOXSA... - Müdafiə Nazirliyi: "Azərbaycan öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır"
Bir sıra xarici media orqanlarında ölkəmizin üç şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə xəbərlər yayılıb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı "Report"a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır.
Muxalifet2 - 8-01-2021
Tramp Baydenin andiçməsinə qatılmayacaq
ABŞ-ın hazırkı prezidenti Donald Tramp yeni seçilən prezident Co Baydenin andiçmə mərasiminə qatılmayacaq.
Müxalifet.az ın xarici KİV-lərinə istinadən bildirir ki, bu barədə Tramp Tvitter hesabında paylaşım edib.
"Maraqlananlar üçün bildirim ki, 20 yanvarda baş tutacaq mərasimə qatılmayacağam”, - Tramp qeyd edib.
Qeyd edək ki, 20 yanvar 2021-cildə Vaşinqtonda Baydenin inauqurasiya mərasimi baş tutacaq.
Muxalifet2 - 8-01-2021
Angela Merkeli əvəzləyə biləcək şəxsin adı açıqlandı
Almaniya Kansleri Angela Merkeli səhiyyə naziri Yens Şpan əvəz edə bilər.
Bu barədə “Bild” Xristian Demokratlar İttifaqının (XDİ) rəhbərlərindən birinə istinadla xəbər verib.
Bildirilir ki, o, koronavirus pandemiyası zamanı ölkəsində böyük populyarlıq və etimad qazanıb.
Nəşrin məlumatına görə, Şpan artıq XDİ nümayəndələri ilə öz şansını müzakirə edib.
Muxalifet2 - 8-01-2021
COVİD-19 xəstəxanasında dəhşətli partlayış - FOTO
İtaliyanın Neapol şəhərində COVİD-19 virusuna yoluxmuş xəstələrin müalicə edildiyi Ponticelli Dəniz Xəstəxanasında güclü partlayış baş verib.
Müxalifet.az Publika.az-a istinadən xəbər verir ki, xəstəxananın təsərrüfat hissəsinin yerləşdiyi ərazidə yerin altında güclü partlayış olub və ətrafda zəlzələ effekti yaranıb. Partlayışdan sonra ərazidə 20 metr dərinliyində və 50 metr enində nəhəng çuxur yaranıb və ərazidəki avtomobillər və sair çuxura düşüb.
Muxalifet2 - 8-01-2021
Britaniya 3-cü peyvəndi də təsdiqlədi
Böyük Britaniya Amerikanın “Moderna” şirkəti tərəfindən istehsal olunan peyvəndin ölkədə koronavirusa qarşı istifadəsini təsdiqləyib.
Publika.az xəbər verir ki, bu, təsdiqlənən və istifadəsinə icazə verilən 3-cü peyvənddir.
Muxalifet2 - 8-01-2021
Tvitter ABŞ Prezidentinin hesabını birdəfəlik blokladı - TRAMPDAN SƏRT REAKSİYA
Tvitter sosial şəbəkəsi "zorakılığa təhrikçilik cəhdi ehtimalına" görə ABŞ-ın hazırkı Prezidenti Donald Trampın hesabına girişi bağlayıb.
Bu barədə sosial şəbəkənin administrasiyası məlumat yayıb.
"@realdonaldtrumpun və onu əhatə edən kontekstin bu yaxınlardakı paylaşımlarının dəqiq müzakirəsindən sonra biz hesabı zorakılığa sonrakı təhrikçilik cəhdi ehtimalına görə daimi əsasda dondurduq", - deyə administrasiyanın məlumatında bildirilir.
Muxalifet2 - 9-01-2021
"Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır" - BEYNƏLXALQ TƏDBİRDƏ MESAJ
Türkiyə parlamentinin sədri Mustafa Şentop Mərmərə Universitetində təşkil olunan “Cənubi Qafqazda güc balansları və Qarabağ problemi simpozium”unda Azərbaycanın Vətən müharibəsi və Türkiyənin Qarabağla bağlı siyasətinə münasibət bildirib.
Muxalifet2 - 9-01-2021
Paşinyan Türkiyə ilə sərhədlərin açılması şərtlərini müzakirə edir - İDDİA
“Məndə olan məlumata görə, Paşinyanın təmsilçiləri Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və diplomatik əlaqələr qurulması müqabilində imzalanması lazım olan sənədlər paketini müzakirə edirlər”.
Bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan "Telegram" kanalında yazıb.
Muxalifet2 - 9-01-2021
İspaniyada qar fırtınası: Bir neçə oyun təxirə salındı
Futbol üzrə İspaniya Primerasında XVIII turun "Elçe" - "Xetafe" oyunu və Sequndadakı bir neçə qarşılaşma təxirə salınıb.Müxalifət.az ın La Liqanın rəsmi saytına istinadən məlumatına görə, buna qar fırtınası səbəb olub.
Qərara əsasən, Sequndanın "Mirandes" - "Rayo Valyekano", "Alkorkon" - "Albasete" və "Leqanes" - "Almeriya" matçları qeyri-müəyyən tarixə ertələnib.
"Sportinq" - "Fuenlabrada" və "Elçe" - "Xetafe" görüşləri isə 10 yanvardan 11 yanvara keçirilib.
Muxalifet2 - 9-01-2021