Axtarış

The search found 105785 results in 0.057 seconds.

Search results

  1. Korotçenko: “Erməni müxalifəti hakimiyyət dəyişikliyi üçün kütlə toplaya bilmədi”

    Erməni müxalifətinin ölkədə hakimiyyəti dəyişdirmək üçün xalqı toplamaq cəhdləri nəticəsiz qalıb.

    “Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko özünün “Telegram” kanalında xəbər verib.

    “Belə görünür ki, erməni müxalifəti havaya sovrulub. Yerevanda antipaşinyan mitinqləri mövcud hökuməti zorla yıxmağa hazır kritik həddə narazı kütlə toplaya bilmədi”, - deyə o bildirib.

    Muxalifet2 - 9-01-2021

  2. "Atəşkəsə əməl etməyə, təxribata son qoymağa çağırırıq" - AZƏRBAYCAN XİN ERMƏNİSTAN XİN-in BƏYANATINA CAVAB VERDİ

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin 9 yanvar 2021-ci il tarixli bəyanatını tamamilə əsassız hesab edir və həmin bəyanatda yer alan iddiaları rədd edir.

    Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

    Muxalifet2 - 9-01-2021

  3. “AZƏRXALÇA”NIN MİLYONLARI MƏNİMSƏYƏN RƏHBƏRİ HƏBS EDİLDİ - Prokurorluğun rəsmi məlumatı

    “Azərxalça” ASC-nin İdarə heyətinin sədrinin qanunsuz əməlləri ifşa edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq dövlət idarəçiliyində maliyyə şəffaflığının təmin edilməsi istiqamətində qarşıya çıxan korrupsiya hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.

    Muxalifet2 - 9-01-2021

  4. Qırğızıstanda növbədənkənar prezident seçkilərinə saatlar qaldı

    Yanvarın 10-da Qırğızıstanda növbədənkənar prezident seçkiləri və respublikada idarəçilik formasının müəyyənləşdirilməsi ilə bağlı referendum keçiriləcək.

    AzərTAc xəbər verir ki, ölkə prezidenti postu uğrunda 17 namizəd mübarizə aparacaq. Eyni zamanda, vətəndaşlar hansı idarəetmə formasına – prezident, yoxsa parlament üsul-idarəsinə üstünlük verdikləri barədə seçim edəcəklər. Seçki günü respublikada 2470, o cümlədən xaricdə 48 seçki məntəqəsi fəaliyyət göstərəcək.

    Muxalifet2 - 9-01-2021

  5. “Tank komandiri mənə baxıb gülümsədi, “qorxma, ölməyəcəyik” dedi və şəhid oldu...” - AYAQLARINI İTİRMİŞ İGİD TANKÇI TALEHİN DÖYÜŞ HEKAYƏTİ

    Tarixi Qələbəmizlə başa çatmış Vətən müharibəsinin qəhrəmanlarından biri də 21 yaşlı tankçı Taleh Musa oğlu Camalovdur.

    Taleh Camalov 28 sentyabr 1999-cu ildə Salyan rayonunun Xalac kəndində sadə bir ailədə anadan olub. Atası Musa kişi ailənin 3 övladını çətinliklə boya-başa çatdırıb. Anası Lalə xanım evdar qadındır.Taleh evin ortancıl övladıdır. O, uşaq vaxtından idmanın cüdo və karate növlərinə böyük həvəs göstərib. Məşqlərə gedib. Hətta bir neçə dəfə rayonlararası yarışlarda fəxri yer də tutub.

    Muxalifet2 - 9-01-2021

  6. DAHA BİR DÖYÜŞÇÜ İNTİHAR ETDİ - Müdafiə Nazirliyi: "Psixoloji gərginlik yaşayıb" / YENİLƏNİB

    “Əsgər Yunis Mənsurovun intihar etməsi ilə bağlı məlumatı təsdiq edirik”. 

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

    Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

    Baku TV intihar edən əsgər Yunis Mənsurov haqqında yeni məlumatlar əldə edib. Bildirilir ki, 44 günlük Vətən müharibəsindən sağ-salamat qayıdan Y.Mənsurov Sulutəpədə yerləşən Çiçək qəsəbəsinin sakini olub. Əslən Xızıdan olan 24 yaşlı əsgər dekabrın 30-da ordu sıralarından tərxis olunub.

    Muxalifet2 - 9-01-2021

  7. “Artıq bu işin köləsinə çevrilmişdi...” - Nazarbayev ilk dəfə nəvəsinin ölümünü şərh etdi

    Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev nəvəsi Aysultan Nazarbayevin ölümünü ilk dəfə şərh edib.

    “Tengrinews”un məlumatına görə, bu barədə o, “Ştrixi k portretu. Liçnoe” (“Portretə ştrixlər. Özəl”) sənədli filmində danışıb.

    “Təəssüf ki, bu il mənə çox oxşayan bir nəvəmizi itirdik. Bu qədər erkən yaşında həyatdan gedən nəvəm üçün çox təəssüf edirəm”, - deyə Nazarbayev bildirib.

    Muxalifet2 - 9-01-2021

  8. Qalmaqallı Nəsrəddin Ocaqverdiyevə 5.8 milyon dollar "atıblar"

    Rusiyanın Stavrapol vilayətinin Arbitraj məhkəməsinə Azərbaycanda un istehsalı ilə məşğul olan şirkətə qarşı 1 milyon dollar borcun ödənilməsinə dair iddia qaldırılıb.

    Muxalifet2 - 10-01-2021

  9. Vidadi Muradov “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi - PREZİDENTİN SƏRƏNCAMI

    Prezident İlham Əliyev Vidadi Muradovu “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edib.

    AZƏRTAC xəbər verir ki, ölkə başçısı bununla bağlı Sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Vidadi Aydın oğlu Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin”.

    Muxalifet2 - 10-01-2021

  10. Cinayətkar girov götürdüyü şəxsi və dörd polisi öldürdü - ABŞ-da ATIŞMA

    ABŞ-ın İllinoys ştatının Evanston şəhərində silahlı insident baş verib.

    Bu barədə “RİA Novosti” xəbər yayıb.

    Qeyd olunub ki, naməlum şəxs girov götürdüyü qadını güllələyib.

    Hadisə yerinə gələn polislərlə onun arasında atışma baş verib. Silahlı insident nəticəsində dörd polis ölüb.

    Cinayətkar yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

    Hazırda cinayətin baş vermə səbəbi araşdırılır.

    Muxalifet2 - 10-01-2021

  11. Almaniya erməni siyasətçinin qaçqın statusunu ləğv etdi

    2015-ci ildən Almaniyada qaçqın statusu ilə yaşayan erməni siyasətçi Kevork Almassiyan vətəndaşı olduğu Suriyaya deportasiya ediləcək.

    Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) məlumatındada deyilir ki, erməni siyasətçinin ölkəni könüllü olaraq tərk etməsi üçün bir ay vaxt verilib.

    Muxalifet2 - 10-01-2021

  12. “136 hərbçi Azərbaycan Ordusuna dəstək üçün göndərilib...” - TÜRKİYƏ MÜDAFİƏ NAZİRLİYİ

    Qəhrəman Azərbaycan Ordusunun 44 gündə böyük qələbə qazandığı Qarabağda ərazilərin minalardan təmizlənməsi işləri davam edir. Ermənistan ordusunun yerləşdirdiyi minalar öz ərazilərini işğaldan azad edən Azərbaycan Ordusu tərəfindən təmizlənir.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

    "Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə qruplarından 136 nəfər Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib", - deyə məlumatda qeyd olunub.

    Muxalifet2 - 10-01-2021

  13. ƏLİYEV SABAH PAŞİNYANLA GÖRÜŞƏCƏK - Putinin təşəbbüsü ilə

    11 yanvar bazar ertəsi günü Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq.

    Muxalifet2 - 10-01-2021

  14. Azərbaycanda daha 601 nəfər koronavirusa yoluxdu – 19 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda koronavirusa (COVID-19) 601 yeni yoluxma faktı qeydə alınıb, 1593 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 19 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 13061 nəfərə çatıb.

    Ölkədə son sutka ərzində 8368, hazırkı dövrədək isə 2267923 test aparılıb.

    Ümumi ölənlərin sayı 2909 nəfərdir.

    Ümumi yoluxanların sayı 224651 nəfər, ümumi sağalanların sayı 208681 nəfərdir.

    Muxalifet2 - 10-01-2021

  15. Makron Putinə erməniləri tapşırıb - Moskva görüşündən qabaq iki prezident müzakirə aparıblar

    Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

    Kremlin saytında  verilən  xəbərə görə, lidelər Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüş barədə müzakirə aparıblar.

    Makron Rusiyanın bu mövzuda səylərini dəstəklədiyini bəyan edib.

    Muxalifet2 - 10-01-2021

  16. Putin Dağlıq Qarabağla bağlı müşavirə keçirdi

    Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağla bağlı müşavirə keçirib.

    Müxalifət.az Trend-ə istinadən bildirir ki, bu barədə Kreml məlumat yayıb.

    Bildirilir ki, müşavirədə Dağlıq Qarabağda və Cənubi Qafqazda vəziyyətin nizamlanması üzrə məsələlər müzakirə edilib.

    Məlumata görə, müşavirədə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Serdey Narışkin iştirak ediblər.

    Muxalifet2 - 10-01-2021

  17. “Azərxalça”nın həbs edilən sədri - YAP üzvü, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli professor...

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradovu tutduğu vəzifədən azad edib.

    Vidadi Muradov artıq həbs edilib. Baş Prokurorluğun dünən yaydığı məlumata görə, V.Muradov “Azərxalça”ya məxsus bir neçə milyon manatı talan edərək mənimsəyib, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədib.

    Muxalifet2 - 10-01-2021

  18. Hindistanın 7 əyalətində quş qripi aşkarlandı

    Hindistanda quş qripi yayılmağa başlayır.

    Müxalifət.az xarici KİV-ə istinadla xəbər verir ki, Hindistan hökuməti 7 əyalətdə quş qripinin aşkarlanmasından sonra təhlükəsizlik tədbirlərini artırmağa başlayıb. Bu gündən etibarən canlı quş idxalına müvəqqəti qadağa qoyulub. Paytaxt Dehlidəki ən böyük quş bazarı isə 10 gün müddətinə bağlanıb.

    Muxalifet2 - 10-01-2021

  19. Koronavirusun daha bir təhlükəli növü aşkarlandı

    Yaponiyada koronavirusun yeni variantı aşkar edilib.

    Bu barədə Müxalifət.az xarici mətbuata istinadən xəbər verir.

    Ölkənin Yoluxucu Xəstəliklər Milli İnstitutunun mütəxəssisləri bildiriblər koronavirusun yeni mutasiyasını aşkarlayıblar.

    Qeyd edilir ki, yeni variant Böyük Britaniya və ya CAR-da yayılan ştamdan da sürətli yayılır.

    COVID-19-un yeni növü ölkəyə Braziliyadan ölkəyə gəlmiş dörd nəfərdə qeydə alınıb.

    Muxalifet2 - 10-01-2021

  20. Roma Papasının həkimi koronavirusdan öldü

    Roma Papası Fransiskin həkimi koronavirusdan vəfat edib. 

    78 yaşlı Fabrisio Soccorsi 2015-ci ildən Roma Papasının şəxsi həkimi kimi çalışırdı. 

    Qeyd edək ki, bu günlərdə Roma papası koronavirusdan peyvənd ediləcəyini vurğulamışdı. 

    Muxalifet2 - 10-01-2021

Pages