ABŞ-da silahlı etirazlar gözlənilir - FTB-dən MƏLUMAT SIZDI

Baxış sayı:
850

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimi ərəfəsində ölkənin 50 ştatında konqres binalarında genişmiqyaslı, silahlı etirazlar gözlənilir.

“ABC News” xəbər verir ki, ölkənin Federal Təhlükəsizlik Bürosundan (FTB) bu barədə məlumat mətbuata sızıb. 

“16-20 yanvar tarixlərində 50 ştatın mərkəzində konqres binasında silahlı etirazlar planlaşdırılır. Vaşinqtondakı ABŞ Konqresində də silahlı etirazlar olacaq”, deyə FTB-nin məlumatında bildirilir.