Axtarış

The search found 105785 results in 0.033 seconds.

Search results

  1. "Mən erməni əhalisinin yaşadığı ərazilərə bir hərbi dəstə göndərə bilərdim..." - PREZİDENT

    "Söhbət bizim ərazimizdən keçən yollardan və azad edilmiş torpaqlardan gedir, - erməni vətəndaşlar Qubadlı rayonundan keçən yoldan istifadə etsinlər. Bunu gərək onlar qiymətləndirsin, yoxsa yox. Bu, bizim torpağımızdır".

    AzərTac xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda deyib.

    Muxalifet2 - 7-01-2021

  2. 5 MİLYON MANATLIQ DƏLƏDUZLUQ... - "Zaminbank”ın Müşahidə Şurası sədrinin cinayət işi məhkəməyə göndərildi

    2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə şurasının sədri vəzifəsində işləmiş İsmayılov Nadir Əmir oğlunun qanunsuz əməlləri ilə əlaqədar hazırda ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

    Muxalifet2 - 7-01-2021

  3. AZƏRBAYCANDA DAHA 27 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində 685 nəfər virusa yoluxub

    Azərbaycanda son sutkada koronavirus infeksiyasına 685 yeni yoluxma faktı qeydə alınıb, 1 931 nəfər müalicə olunaraq sağalıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Son sutkada 27 nəfər COVID-19-dan vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 222 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 203 527 nəfər müalicə olunaraq sağalıb, 2 845 nəfər vəfat edib. Hazırda 16 513 aktiv xəstə var.

    Muxalifet2 - 7-01-2021

  4. Almaniya hökuməti federal əyalətləri lokdaunla hədələdi

    Federal əyalətlər razılaşdırılmış tədbirlərə 31 yanvar tarixinə qədər əməl etməyəcəyi təqdirdə lokdaun müddəti daha da uzadılacaq.

    “Bild”in məlumatına görə, bu barədə təhdidlər Almaniya kanslerliyindən səsləndirilib.

    Hədələrin səslənməsinə səbəb isə Aşağı Saksoniya və Baden Vyurtemberqdə yanvarın ortalarından etibarən ibtidai məktəblərin açılmasının planlaşdırılmasıdır.

    Qeyd edək ki, Almaniyada koronavirusun yayılması ilə əlaqədar sərt məhdudlaşdırıcı tədbirlər yanvarın 31-dək uzadılıb.

    Muxalifet2 - 7-01-2021

  5. "Uranı 90%-ə qədər zənginləşdirə biləcək qədər irəliləyiş əldə etmişik” - İRANDAN ŞOK AÇIQLAMA

    Uranı 90%-ə qədər zənginləşdirə bilərik.
    Bunu İran Atom Enerjisi Qurumunun sözçüsü Bəhruz Kamalvəndi deyib.
    O bildirib ki, uranı 20%-dən çox zənginləşdirmək ehtiyacı ətrafında müzakirələr aparılıb və bu faizin 90-a çıxarılması iqtidarında olduqları qənaətinə gəlinib.
    “Ölkə bu gün bu potensiala sahibdir, yəni bu gün uranı 20 faizdən çox zənginləşdirməyə qərar verəndə bunu rahatlıqla həyata keçirə bilərik. Uranı 90%-ə qədər müxtəlif səviyyələrdə asanlıqla zənginləşdirə biləcək qədər irəliləyiş əldə etmişik”, - Kamalvəndi qeyd edib.

    Muxalifet2 - 7-01-2021

  6. Ölkə ərazisində hava şəriaiti pisləşəcək - XƏBƏRDARLIQ

    Ölkə ərazisində hava şəriaiti pisləşəcək.
     
    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 8-i gündüzdən 9-u gündüzədək cənub-qərb küləyi 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcək.
     
    Yanvarın 8-i gündüzdən 10-dək Azərbaycanın bəzi rayonlarında qərb küləyinin 15-20 m/s, əsasən dağlıq ərazilərdə isə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

    Muxalifet2 - 7-01-2021

  7. Prezident Samir Şərifovdan əsassız xərclərə son qoyulmasını tələb etdi

    “Xərclərə nəzarət gücləndirilməlidir. Xüsusilə dövlət xətti ilə alınan mallara çox ciddi nəzarət olmalıdır”.

    Müxalifet.az  bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə maliyyə naziri Samir Şərifovun çıxışından sonra deyib.

    Muxalifet2 - 7-01-2021

  8. “Qarabağın əvəzində Azərbaycana Zəngəzurdan ərazi veriləcək” - ŞOK AÇIQLAMA

    Ermənistan prezidenti Armen Sarkisyanın xəstələnməsi barədə barədə xəbər yayılmışdı.

    Hətta onun həyat yoldaşının da yoluxmaya məruz qaldığı bildirilirdi. Amma Ermənistanda Sarkisyanın hamını aldatdığını düşünənlər var.

    Yenisabah.az xəbər verir ki, “Milli təhlükəsizlik” partiyasının rəhbəri Qarnik İsaqulyan mətbuat konfransında prezidentin yalan danışdığını deyib. Müxalifətçi Sarkisyanı məsuliyyətdən yayınmaqda qınayıb. İsaqulyan prezidentin bilərəkdən ortadan çəkildiyini bildirib.

    Muxalifet2 - 7-01-2021

  9. Avropanın 22 ölkəsində koronavirusun yeni növü qeydə alınıb

    Avropanın 22 ölkəsində yeni növ koronavirusun mutasiyaya uğramış variantı olan SARS CoV-2 (VOC) aşkar olunub.

    Yenisabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin direktoru Hans Kluqe mətbuat brifinqində bildirib.

    “Bütün viruslar kimi, zamanla COVID-19 virusu da dəyişdi. SARS CoV-2 (VOC) variantının potensial təsiri barədə narahatlığı anlayıram. ÜST-ün Avropa regionu üzrə ofisi virusun yeni variantını 22 ölkədə aşkar edib”, - deyə o vurğulayıb.

    Muxalifet2 - 7-01-2021

  10. İtkin düşdüyü bildirilən iki hərbçimiz şəhid olub

    Qusar rayonundan olan və iki aydır axtarılan hərbiçilərin şəhid olma xəbəri gəlib. Müxalifet.az ın  verdiyi məlumata görə, 44 günlük Vətən Müharibəsində itkin kimi axtarışda olan hərbi qulluqçuların şəhid olduğu məlum olub.
     Ramazanov Rail Arif oğlu rayonun Hil, Şahbazov Sərvan Əliməhəmməd oğlu isə Gündüzqala kəndinin sakinidirlər.Şəhidlərin cənazəsi bu gün rayon ictimaiyyətinin nümayəndələri və sakinləri tərəfindən izdihamla qarşılanıb və dəfn edilib.

    Allah rəhmət eləsin!

    Muxalifet2 - 7-01-2021

  11. DEMOKRATİYANIN HASARLAMA MODELİ... - ABŞ hakimiyyəti Konqresin binasını hasara alacaq

    ABŞ hakimiyyəti Konqresin binasının yerləşdiyi Kapitoli təpəsinin ətrafını 2 metrdən hündür hasarla hasarlayacaq.

    Bu barədə ABŞ Quru Qoşunları naziri Rayan Makkartini Vaşinqton meri Muriel Bouzer ilə keçirdiyi mətbuat konfransında açıqlayıb.

    "Bu gün səhər saat 9-da hündürlüyü 2,1 m olan hasar tikməyə başladıq. Hasar Kapitolinin ətrafındakı Konstitusyuşn küçəsindən İndependens küçəsinə, 1-ci küçədən gölməçə yaxınlığındakı küçəyə (3-cü küçə) qədər uzanacaq. Bu təhlükəsizlik tədbirləri ən azı 30 gün ərzində qüvvədə olacaq" - Makkarti bildirib.

    Muxalifet2 - 8-01-2021

  12. ÇAVUŞOĞLUNDAN ERMƏNİSTANA XƏBƏRDARLIQ - "Atəşkəs pozulacağı halda Ağdamdakı mərkəz hərəkətə keçəcək..." / VİDEO

    Portuqaliyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Virtualaz.org türk KİV-lərinə istinadən bildirir ki, Çavuşoğluna Qarabağda Rusiya-Türkiyə rəqabəti və atəşkəsə nəzarət üzrə birgə fəaliyyət istiqaməti sahəsində anlaşmanın olub-olmadığı barədə sual ünvanlanıb.

    M.Çavuşoğlu bildirib ki, Türkiyə Azərbaycanı yalnız bir millət iki dövlət olduğu üçün deyil, ilk növbədə Azərbyacanın beynəlxalq qanunlar çərçivəsində haqlı olduğu üçün dəstəkləyib.

    Muxalifet2 - 8-01-2021

  13. Tramp 12 saatlıq qadağadan sonra ilk paylaşımını etdi - "HAKİMİYYƏTİN BAYDENƏ ÖTÜRÜLMƏSİ..."

    ABŞ prezidenti Donald Tramp on iki saatlıq qadağadan sonra “Twitter” hesabında ilk paylaşımını edib.
    TASS xəbər verir ki, Tramp öz səhifəsində Vaşinqtondakı iğtişaşları pisləyən bir videomüraciət paylaşıb və diqqətini yaxın gələcəkdə hakimiyyətin Cozef Baydenə ötürülməsi prosesinə yönəldəcəyini bildirib.

    Muxalifet2 - 8-01-2021

  14. “Pfizer” peyvəndi vurulan həkim öldü

    ABŞ-da “Pfizer” peyvəndi vurulan həkim iki həftədən sonra ölüb.

    “Daily Mail” bu barədə xəbər yayır.

    Mərhumun həyat yoldaşı Haidi Nekelmanın sözlərinə görə, 56 yaşlı əri Qreqori Maykl 18 dekabrda peyvənd edilib və 16 gün sonra həyatını itirib:

    “Məncə, onun ölümü 100 faiz peyvəndlə əlaqəli idi. Bunun başqa bir açıqlaması yoxdur”.

    O deyib ki, Mayklın aktiv həyat tərzi olub, siqaret çəkməyib, yalnız arada spirtli içki qəbul edib.

    Bundan əlavə, peyvənddən əvvəl müayinədən keçən Mayklda heç bir xəstəlik aşkar olunmayıb.

    Muxalifet2 - 8-01-2021

  15. “Microsoft” ölülərlə ünsiyyətə imkan verən cihaz yaradacaq

    ABŞ-ın “Microsoft” şirkəti insanların vəfat etmiş qohumları ilə ünsiyyət qurmasına imkan verən süni intellektlə təchiz edilmiş cihaz icad etməyə qərar verib.

    “Ladbible” xəbər verir ki, bu cihaza bənzər bir şey məşhur elmi fantastik ABŞ ekran işinin “Qara güzgü” (Black mirror) seriyalarının birində ortaya çıxmışdı.

    Muxalifet2 - 8-01-2021

  16. DAHA BİR NAZİR TRAMPDAN İMTİNA ETDİ... - ABŞ-da siyasi böhran

    ABŞ-da Konqresə hücumdan sonra Ağ Evdə baş verən istefaların ardınca Nazirlər Kabinetindən ikinci istefa xəbəri gəlib.

    Belə ki, nəqliyyat naziri Eleyn Çaodan sonra təhsil naziri Betsi Devos da Trampa göndərdiyi istefa məktubunu yayımlayıb.

    Devos ABŞ prezidentini gərginliyi artırmaqda və insanları Konqresə hücum üçün təhrik etməkdə ittiham edib: “Hadisələrin inkişafında sizin çıxışınızın təsirli olması məsələsində şübhəm yoxdur və bu mənim üçün partlayış nöqtəsi oldu”.

    Muxalifet2 - 8-01-2021

  17. Almaniyada koronavirusdan ölüm sayında REKORD!

    Almaniyada son sutka ərzində 32 minə yaxın şəxs yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
    APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.
    Bildirilib ki, son 24 saat ərzində ölkədə 31 849 yeni yoluxma qeydə alınıb, 1 188 nəfər xəstəlikdən vəfat edib. 
    Bununla da Almaniyada indiyə qədər ümumilikdə 1 866 887 nəfər koronavirusa yoluxub, onlardan 38 795 nəfər ölüb.
    Koronavirusa yoluxanlardan 1.4 milyonu artıq sağalıb.

    Muxalifet2 - 8-01-2021

  18. Azərbaycan bayrağı Qafan aeroportunun yaxınlığında asıldı - ƏRAZİ BÜTÖVLÜYÜMÜZÜ TƏMİN EDİRİK...

    Yanvarın 6-da Azərbaycan bayrağı Qafan hava limanı yaxınlığında asıldı. 

    Bu haqda Qafan bələdiyyəsinin sədri Gevorg Parsyan erməni mediasına açıqlamasında deyib. 

    Erməni bələdiyyə sədri bildirib ki, azərbaycanlılar Qafan hava limanının yaxınlığında post qurublar. 

    "Azərbaycanlılar Qafan hava limanına tam nəzarət edə bilirlər",- deyə Gevorg Parsyan əlavə edib. 

    Muxalifet2 - 8-01-2021

  19. ABŞ Konqresini qoruyan polis rəisi istefa verdi

    ABŞ Konrqesinin binasına basqından sonra Kapitoli polisinin rəisi Stiven Sund istefa verib.

    “The Hill” bildirir ki, 7 aydır bu vəzifədə xidmət edən S.Sundun istefa qərarı yanvarın 16-da qüvvəyə minəcək.

    Muxalifet2 - 8-01-2021

  20. “Birliyimizi poza biləcək narazılıqları bir tərəfə qoymalıyıq” - UFUK KAMAL

    “Bu gün, XXI yüzilin pəncərəsindən baxdığımız zaman dünyanın nə qədər kiçildiyini, bir yerdən başqa yerə fiziki baxımdan yetişməyin nə qədər asan olduğunu çoxlarımız bilir. İnsanlarımız  fərqli səbəblər üzündən ya keçici, ya da daimi olaraq ölkəmizi tərk edib, başqa ölkələrin gerçəkliklərilə qarşılaşıblar”.

    Muxalifet2 - 8-01-2021

Pages