Axtarış

The search found 105785 results in 0.035 seconds.

Search results

  1. DİVERSİYA QRUPU, YOXSA ƏRAZİDƏ “İLİŞİB QALAN” SİLAHLILAR? – Xocavənddəki insident kimlərə sərf edir?

    Hələ müharibənin ilk günlərində Rusiya telekanalına açıqlama verən Azərbaycan Prezidenti dedi ki, biz onlara elə zərbə endirəcəyik ki, bir daha çevrilib bizim tərəfə baxmağı belə ağıllarına gətirməyəcəklər. Əslində, Azərbaycan Ordusu belə bir zərbəni endirdi və hazırda Ermənistanda əhalinin, cəmiyyətin, elə hökumətin də başı tamamilə başqa məsələlərə qarışıb. Qarabağda hansısa revanşist addımların atılması indi onların heç ağıllarına da gəlmir. Bəs belə olan halda, ötən gün Xocavənd (Hadrut) istiqamətində baş verənlər kimin əməlidir və nəyə xidmət edir?

    Muxalifet2 - 28-12-2020

  2. Qalmaqallı məktəb direktoru işdən çıxarıldı - YENİLƏNİB

    Bakı şəhəri 187 saylı məktəbin direktoru Nailə Məmmədova vəzifədən azad olunması üçün ərizə ilə Təhsil Nazirliyinin rəhbərliyinə müraciət edib.

    Bunu “Report”a açıqlamasında N.Məmmədova özü deyib.

    Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov isə bildirib ki, artıq N.Məmmədova vəzifəsindən azad edilib:

    Muxalifet2 - 28-12-2020

  3. “BÜTÜN TƏLİMATLAR MOSKVADAN VERİLİR...” – Qarabağda ermənilərin silahlı təxribatlarının pərdəarxası

    “Bu necə sülhməramlı qüvvələrdir, bölgəyə necə sülh gətirəcəklər ki, terrorçuları tərksilah etmirlər”

    “Azərbaycan Ordusunun mövqelərinə hücum edən erməni təxribatçı dəstələri əsir görürülmədən məhv edilməlidir”

    “Bu təxribatlarda Ermənistandakı rusiyapərəst qüvvələrə bağlı hərbi birliklərdən istifadə olunur

    Muxalifet2 - 28-12-2020

  4. SABİQ REKTORLA ERMƏNİ LOBBİSİ ARASINDA 60 MİLYON DOLLARLIQ ANLAŞMA…? - Elşad Abdullayev ABU-nun Moskva filialı yerləşən binanı ermənilərə satır... / SƏNƏDLƏR

    Rusiyanın Moskva vilayəti, Vidnoye şəhəri, Sovetski küçəsində yaşayan Rzayev Fuad Furudin oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına məktub daxil olub. Saytımız vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

    Muxalifet2 - 28-12-2020

  5. “BÜTÜN TƏLİMATLAR MOSKVADAN VERİLİR...” – Qarabağda ermənilərin silahlı təxribatlarının pərdəarxası

    Müdafiə Nazirliyinin yaydığı məlumata görə, dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

    Muxalifet2 - 28-12-2020

  6. SEPARATÇI REJİMİN BAYRAĞI RUSİYA MÜDAFİƏ NAZİRLİYİNİN SAYTINDA - "Bu, qəbuledilməzdir..."

    “Qarabağdakı qondarma rejimin bayrağının Rusiya Müdafiə Nazirliyinin saytında nümayiş olunması qəbuledilməzdir. Çünki atəşkəslə bağlı razılaşmada, heç bir sənəddə bu qondarma rejimin adı qeyd olunmayıb”.  Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov deyib.

    Muxalifet2 - 28-12-2020

  7. BİRİNCİ QARABAĞ SAVAŞININ DÖYÜŞÇÜLƏRİNDƏN PREZİDENTƏ MÜRACİƏT – “…Bu, vətənə, dövlətə xəyanətə bərabər bir cinayət hesab edilməlidir”

    Birinci Qarabağ müharibəsində iştirak edən döyüşçülər tərəfindən Muxalifet.az-ın redaksiyasına məktub daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən döyüşçülərin məktubunu olduğu kimi dərc edirik:
    “Hörmətli Ali Baş Komandan!

    Muxalifet2 - 28-12-2020

  8. İkinci Qarabağ savaşında şəhid olan hərbi qulluqçuların YENİ SİYAHISI

    Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 28-dək dəfn edilən 2 823 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş siyahı yayıb.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Muxalifet2 - 28-12-2020

  9. İCAZƏSİ OLANLAR DA POSTLARDAN BURAXILMAYACAQ... - DYP bayram günlərində rayonlara getmək istəyənlərə müraciət etdi

    Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bəzi şəhər və rayonlarda tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya “icaze.e-gov.az” portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirildiyindən son vaxtlar, xüsusilə Bakı

    Muxalifet2 - 28-12-2020

  10. VƏTƏN UĞRUNDA ANTİ-TERROR ƏMƏLİYYATI - Və ya təhlükəli son on gün...

    Muxalifet2 - 28-12-2020

  11. Türkiyəli general kəşfiyyatçı-mayorumuz haqda - “ONUN ŞƏHADƏTİ CİYƏRİMİZİ YAKTI...” / FOTOLAR

    ..Lənkəranın Boladi kəndində yaşayan İbadovlar ailəsində 4 oğul böyüyüb. Ailənin böyük oğlu Emil İbadov birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 

    Digər oğullar- polkovnik leytinant Məmmədhüseyn, gizir Cəmil və xüsusi təyinatlı dəstənin mayoru Aqşin isə indiki Vətən müharibəsində döyüşüblər. Aqşin oktyabrın 19-da Hadrutdan Xankəndi-Şuşa istiqamətinə gedən yolun təmizlənməsi zamanı gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

    Muxalifet2 - 29-12-2020

  12. AZƏRBAYCAN UNESCO-YA CİDDİ XƏBƏRDARLIQ ETDİ - “Bunlar siyasi riyakarlığın və ikili standartların bariz nümunəsidir”

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzərTAc-a müsahibə verib.

    Muxalifet2 - 29-12-2020

  13. Türk ordusu 8 terrorçunu məhv etdi - VİDEO

    Türkiyə ordusunun Hərbi Hava Qüvvələri İraqda PKK terror qruplaşmasının 8 silahlısını zərərsizləşdirib.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitterdəki səhifəsində bildirilir.

    “İraqın şimalındakı Avaşin Basyan bölgəsində kəşfiyyat və müşahidə ilə müəyyənləşdirilən PKK-nın 8 terrorçusu hərbi hava əməliyyatı ilə zərərsizləşdirildi. Əməliyyatlar sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam etdiriləcək”, - nazirliyin açıqlamasında bildirilir.

    Muxalifet2 - 29-12-2020

  14. Azərbaycan ən böyük səfirliyini Pekində tikir: Trilyonluq Naxçıvan dəhlizi

    Dağlıq Qarabağa iddia edən Ermənistanla Azərbaycan və Türkiyənin sərhədləri 30 ilə yaxındır ki, bağlıdır. Bakının neft və qaz kəmərləri Gürcüstan üzərindən Türkiyəyə, oradan isə Avropa və Yaxın Şərq bazarına çıxır. O cümlədən, 826 km uzunluğu olan Bakı-Tiflis-Qars dəmiryolu da Gürcüstandan keçir. Gürcüstan ilə Azərbaycan və Türkiyənin strateji xarakterli münasibətlərinin formalaşmasında beynəlxalq səviyyəli bu layihələrin ciddi rolu var.

    Muxalifet2 - 29-12-2020

  15. MAKRONUN SMS-i, PUTİNİN ZƏNGİ... - Fransa və Rusiya prezidentləri ermənilərin könlünü almaq yarışına çıxıblar, yoxsa...?

    Artıq xəbər verildiyi kimi, üçtərəfli razılaşmadan bir neçə gün sonra Emanuel Makron Fransa ermənilərilə görüşərək, onların Nikol Paşinyan haqqında fikirlərilə maraqlanıb, sonra isə erməni baş nazirin şəxsiyyəti və davranışı ilə bağlı öz rəyini bildirib. O, müharibə zamanı dəfələrlə Paşinyanla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta ona sms yazdığını bildirib.

    Deyib ki, doğrudur, Paşinyan sms-lərə tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.

    Muxalifet4 - 29-12-2020

  16. 2021-ci ildə COVID-19-un fərqli formaları peyda ola bilər - ÜST RƏHBƏRİNDƏN XƏBƏRDARLIQ

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreisus 2021-ci ildə dünyanın koronavirus da daxil olmaqla, yeni problemlərlə qarşılaşacağını açıqlayıb.

    “RİA Novosti” xəbər verir ki, bu barədə o, Cenevrədə keçirdiyi mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, yeni ildə yeni problemlər gözlənilir, məsələn, COVID-19-un fərqli formaları. Bundan başqa, o qeyd edib ki, pandemiyadan bezmiş insanlara yardım göstərilməlidir.

    ÜST rəhbəri dövlətləri BMT və digər ölkələrlə epidemioloji məlumat mübadiləsi aparmağa çağırıb.

    Muxalifet4 - 29-12-2020

  17. “Qarabağı kiçik düşməndən alıb, böyük düşmənin əlinə verdik” – SƏRDAR CƏLALOĞLU

    “Çox təəssüf ki, hərbi müstəvidə qələbələr qazanmağımıza baxmayaraq, siyasi müstəvidə qələbə qazana bilmədik”
     
    “Türkiyə və Pakistan qoşunları Azərbaycana dəvət edilməyənə, Dağlıq Qarabağda rusların olduğu yerlərə yerləşdirilməyənə qədər Azərbaycan dövləti və xalqı çox ciddi təhlükə altındadır”

    Muxalifet4 - 29-12-2020

  18. “PKK və FETÖ təbliğatı nəticəsində bizim gənclərin çoxu Azərbaycanı yox, Ermənistanı dəstəklədi...” - İRAQ KÜRD FƏALLARI BELƏ DEYİR

    Azərbaycanla Ermənistan arasında müharibə zamanı İraqın şimalında PKK və FETÖ terror təşkilatları birgə təbliğat apararaq yerli kürd gənclərini Azərbaycana qarşı vuruşmağa inandırıblar.

    Bu haqda İraq Kürdüstan bölgəsindən bu günlərdə Türkiyəyə səfər etmiş  bir qrup gənc fəal haber7.com portalının yazarı Ahmet Ayla görüşündə deyiblər.

    Muxalifet4 - 29-12-2020

  19. İlham Əliyev bir qrup hərbçini “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

    Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

    Muxalifet4 - 29-12-2020

  20. İran istehsal etdiyi koronavirus vaksininin təqdimatını keçirdi - “COVIRAN BAREKAT”

    İran koronavirusla əlaqədar “COVIran Barekat” vaksininin ilk versiyasının təqdimatını keçirib.

    Trend-in məlumatına görə, İranın istehsal etdiyi koronavirus vaksini bu gün İmam Xomeyninin Fərmanının İcrası komitəsinin sədrinin qızı Təyyibə Moxber və bir neçə nəfərə vurulub.

    Vaksinin vurulması ilə bağlı təşkil olunan mərasimə İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki və İranın vitse-prezidenti Sorena Səttari qatılıb.

    Muxalifet4 - 29-12-2020

Pages