Axtarış

The search found 105785 results in 0.036 seconds.

Search results

  1. Paşinyanın arvadının Xankəndindəki bayram çadırları söküldü - VİDEO

    Bu gün Xankəndi şəhərində aparılan bayram hazırlıqları Ermənistanda qalmaqala səbəb olub.

    Azvision.az xəbər verir ki, erməni KİV-ləri müharibədə uduzan və xeyli sayda itki ilə üz-üzə qalan bir xalqın nümayəndələrinin bu cür davranmasını qınayıblar: “Dekabrın 25-də Xankəndində mehmanxanalardan birinin həyətində bayram çadırları və şam ağacı quraşdırılıb. Hadisəni görüb lentə alaraq etirazını bildirən Xankəndi sakini şam ağacının yığışdırılmasına nail olub”.

    Muxalifet2 - 25-12-2020

  2. ​“Nar+” tətbiqi ilə müştəri xidməti cibinizdə!

    Ölkədə tətbiq edilən sərt karantin rejimi müddətində “Nar” abunəçiləri evdən çıxmadan mobil hesablarını “Nar+” tətbiqi ilə müstəqil idarə edə bilərlər. Belə ki, tətbiq vasitəsilə abunəçilər izahlı qaiməni dərhal ve rahatlıqla əldə edə, balansını artıra və yoxlaya, hesabına nəzarət edə, ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə bilərlər. Tətbiq eyni anda vahid platforma üzərindən bir kliklə 5-dək hesabı idarə etməyə də imkan verir.

    Muxalifet2 - 25-12-2020

  3. XANKƏNDİNDƏKİ 250 RUS HƏRBÇİSİ KİMİ KİMDƏN QORUYUR? - Şəhərin ətrafının minalardan təmizlənməsi xəbəri inandırıcıdırmı?

    Rusiya sülhməramlılarının mühəndis birləşmələri Qarabağın ermənilər yaşayan ərazilərində, xüsusilə Xankəndi ətrafında mina axtarmaq işini davam etdirirlər. Son məlumata görə, Dağlıq Qarabağda 280 hektardan çox ərazi minalardan təmizlənib və 9 mindən çox partlayıcı qurğu zərərsizləşdirib.

    Rusiya Müdafiə Nazirliyinin saytı xəbər verir ki, sülhməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətraflarının minalardan təmizlənməsi işini tamamlayıb. 

    Muxalifet2 - 25-12-2020

  4. DYP zabiti koronavirusdan vəfat edib - FOTO

    Azərbaycanda daha bir polis əməkdaşı koronavirusdan vəfat edib.

    "BakuPost" xəbər verir ki, Qazax Rayon Polis Şöbəsinin Yol Polisi bölməsinin rəis müavini, 32 yaşlı polis kapitanı Əliyev Fərid Koroğlu bu xəstəlikdən dünyasını dəyişib.

    Muxalifet2 - 25-12-2020

  5. “Bayraktar”lar Ermənistanla sərhəd boyu fasiləsiz uçuşlar həyata keçirir - ERMƏNİLƏRİN KABUSUNA ÇEVRİLƏN PUA GÖYDƏN ENMİR...

    Türkiyə Silahlı Qüvvələrinin “Bayraktar TB2” pilotsuz təyyarələri Ermənistanla sərhəd boyu fasiləsiz uçuşlar həyata keçirir. Virtualaz.org xəbər verir ki, bu haqda “Yeni Şafak” qəzeti yazıb.

    Xatırladılır ki, sentyabrın sonlarında Ermənistanın Azərbaycana qarşı hücum cəhdindən sonra Türkiyə “Bayraktar TB2” döyüş pilotsuz aparatlarını Ermənistanla sərhədə göndərmişdi. Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibə ərzində Türkiyə “Bayraktar”ları Ermənistan sərhədi boyu fasiləsiz uçuşlar həyata keçirib və indi də göy üzündən enmir.

    Muxalifet2 - 25-12-2020

  6. Xarici universitetlərin diplomlarının tanınmasına görə ödəniləcək məbləğ müəyyənləşdi - SİYAHI

    Baş nazir Əli Əsədov “Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nin təsdiq edilməsi barədə qərar imzalayıb.

    Muxalifet2 - 25-12-2020

  7. Zelenski gələn il üçün gözləntilərini paylaşdı: “İdeyalar çoxdur...”

    Ukrayna Prezidenti Vladimir Zelenski 2021-ci il üçün gözləntilərindən bəhs edib.

    “Focus”a verdiyi müsahibəsində o bildirib ki, gələn il bu il qədər çətin olmayacaq, insanlar özlərini daha yaxşı hiss edəcəklər:

    Muxalifet2 - 25-12-2020

  8. Paşinyan istefa verə biləcəyini açıqladı

    Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə mövcud olan siyasi qüvvələri 2021-ci ildə növbədən kənar parlament seçkilərinin keçirilməsi üçün məsləhətləşmələrə çağırıb.

    Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

    Paşinyan həmçinin insanların istəyi ilə baş naziri postundan istefa verə biləcəyini də açıqlayıb.

    Muxalifet2 - 25-12-2020

  9. AzTV-nin binasında uçqun olub - Dağıntılar altında qalan əməkdaş həyatını itirib / YENİLƏNDİ

    “Xəbər verdiyimiz kimi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

    QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanının çökməsi nəticəsində Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev ölüb”.

    Bu barədə qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

    ***

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

    Muxalifet2 - 25-12-2020

  10. COVİD-in yeni mutasiyası daha çox bu yaş qrupu arasında yayılır - AVROPANIN DAHA 8 ÖLKƏSİNDƏ AŞKARLANDI

    Koronavirusun yeni mutasiyası Avropanın daha 8 ölkəsində aşkarlanıb.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional bürosunun rəhbəri Hans Klyuqe bildirib.

    “Avropa regionunda səkkiz ölkədə COVİD-19-un yeni versiyası - VOC-202012/01-ə rast gəlinib. Mövcud qoruyucu tədbirləri gücləndirmək həyati əhəmiyyət daşıyır. Bunun üçün sosial məsafəni gözləmək, tibbi maskadan istifadə etmək, məhdudlaşdırıcı tədbirlərə riayət etmək lazımdır”.

    Muxalifet2 - 26-12-2020

  11. Niyaz Niftiyevin işi məhkəməyə göndərildi

    Binəqədi qəsəbə bələdiyyəsinin vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.

    Muxalifet2 - 26-12-2020

  12. Azərbaycanda ictimai nəqliyyat iki gün işləməyəcək

    Bu gündən dekabrın 28-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

    Qərara əsasən, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

    Muxalifet2 - 26-12-2020

  13. TÜRKİYƏ KLUBUNUN PREZİDENTİ QARABAĞDAN DANIŞARKƏN CANLI YAYIMDA AĞLADI - VİDEO

    “CBC Sport” kanalında efirə gedən “Türkiyədən futbol” verilişində qonaq olan Super Liqa təmsilçisi “Çaykur Rizəspor” klubunun prezidenti Hasan Kartal Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə münasibətilə xalqımıza təbriklərini çatdırarkən göz yaşlarına hakim ola bilməyib.

    Klub prezidenti deyib ki, Qarabağ mövzusu sadəcə Azərbaycanın deyil, hər bir türkü maraqlandıran məsələdir:

    Muxalifet2 - 26-12-2020

  14. FRANSA NƏŞRİ AZƏRBAYCAN ORDUSUNUN MİSLİ GÖRÜNMƏMİŞ DÖYÜŞÜ HAQDA - “Təcrübəli erməni ordusu cəmi bir neçə gün sonra qaçmağa başladı...”

    Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olmuş kiçik Dağlıq Qarabağ regionu son vaxtlara qədər ancaq bir ovuc ekspertin diqqətini cəlb edirdi və sonda geosiyasət radarlarından itdi. Çünki onu SSRİ-nin dağılmasından sonra meydana çıxan və dondurulmuş münaqişələr siyahısına daxil etmişdilər. Lakin 1994-cü ildə əldə edilmiş atəşkəsdən 26 il sonra  bu dağlıq regionda yenidən münaqişə alovlandı, bu müharibənin  intensivliyi və xarakteristikası hərbi ekspertləri düşünməyə məcbur edir.

    Muxalifet2 - 26-12-2020

  15. Berlində atışma: Yaralılar var

    Almaniyanın Berlin şəhərində atışma zamanı azı dörd nəfər yaralanıb.
     
    “Bild” qəzeti bu barədə yerli polisə istinadla xəbər yayıb.
     
    Kreuzberq rayonunda baş verən hadisədə yaralananlardan üçü Almaniya Sosial Demokrat Partiyasının qərargahının yaxınlığında tapılıb. Digər zərərçəkən isə yaxınlıqdakı kanalda olub.
     
    Hadisənin səbəbləri hələ polisə məlum deyil, cinayətkarların axtarışı davam edir.

    Muxalifet2 - 26-12-2020

  16. Mərkəzi Bankdan “qara bazar”ın fəaliyyəti ilə bağlı AÇIQLAMA

    Mərkəzi Bank ölkədə “qara bazar”ın fəaliyyəti bağlı açıqlama yayıb.
    Bu barədə qurumdan məlumat verilib.

    Muxalifet2 - 26-12-2020

  17. Gürcüstanda mutasiyaya uğrayan koronavirusun yayıldığı ehtimal olunur

    Gürcüstanda koronavirusun yeni ştammının mövcudluğu istisna edilmir.

    Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

    Muxalifet2 - 26-12-2020

  18. Sabiq icra başçısı hakim qarşısına çıxarılır - MİLYONLUQ YEYİNTİ FAKTLARI...

    Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun cinayət işinin ibtidai istintaqı başa çatıb.

    Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Rəşid Hüseynovun icraatına verilib.

    Muxalifet2 - 26-12-2020

  19. Avropadan daha 10 azərbaycanlı deportasiya olunub

    Almaniya və Belçikadan 10 azərbaycanlı deport olunub.

    Bunlardan 6-sı Belçikadan, 4-ü isə Almaniyadandır.

    Muxalifet2 - 26-12-2020

  20. 2021-ci ilin bu günlərində Azərbaycanda ictimai nəqliyyat işləməyəcək - BAŞ NAZİR QƏRARINDA DƏYİŞİKLİK ETDİ

    Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarında dəyişiklik edilib.

    Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

    Azərbaycanda yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alaraq qəbul edilən qərara əsasən 2021-ci ilin aşağadakı günlərində bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

    - 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;

    - 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;

    Muxalifet2 - 26-12-2020

Pages