Axtarış

The search found 105785 results in 0.044 seconds.

Search results

  1. Almaniya jurnalında erməni barbarlığı haqda barədə məqalə dərc olunub - AĞDAMIN DAĞIDILMASI VƏ...

    Almaniyanın nüfuzlu “Spiegel” jurnalında jurnalist Andre Vidmerin müəllifi olduğu “Dağıdılmış ərazilərə geri qayıdış” adlı məqalə dərc olunub.

    Muxalifet2 - 30-12-2020

  2. "4 milyonluq mənzili hansı pulla almısınız?" - SABİQ NAZİR JURNALİSTİN SUALLARINI CAVABLANDIRDI

    Xəbər verdiyimiz kimi, Azərbaycanın keçmiş xarici işlər naziri, 2020-ci ilin iyul ayında Ermənistanın Tovuz istiqamətində həyata keçirdiyi təcavüz zamanı vəzifəsinə səhlənkar yanaşdığı üçün publik qaydada tənqid olunan və işdən çıxarılan Elmar Məmmədyarov "Azadlıq radiosu"na müsahibə verib.

    Muxalifet2 - 30-12-2020

  3. “Koronavirus qarşıdakı 10 il müddətində bizimlə qalacaq” - PEYVƏNDİN YARADICISI

    Koronavirus ən azından 10 il boyunca insanların gündəmindən çıxmayacaq.
    Bu barədə "BioNTech"/"Pfizer" peyvəndinin yaradıcısı, professor Uğur Şahin həyatın nə vaxt normallaşacağına dair suala cavabında bildirib.
    “Koronavirus qarşıdakı 10 il müddətində bizimlə qalacaq”, - deyə U. Şahin vurğulayıb.

    Qeyd edək ki, U. Şahin bir müddət əvvəl peyvəndin İngiltərədə aşkarlanan koronavirusun mutasiyaya uğramış variantına qarşı da effektiv olacağını bildirib./apa

    Muxalifet2 - 30-12-2020

  4. “Müharibədən qaçmağın ancaq bir yolu vardı-torpaqları qaytarmaq və Dağlıq Qarabağın statusunu yaddan çıxarmaq...” - PAŞİNYANIN MÜXALİFƏTƏ CAVABI

    Ermənistanın baş naziri Nikol Paşinyan öznünün Facebook səhifəsində onu müharibənin qarşısını almaq üçün “çevik siyasət” yürütməməkdə günahandıran müxalifətə cavab yazıb. “Azadlıq” radiosunun erməni xidməti xəbər verir ki, Paşinyanın sözlərinə görə, müharibədən qaçmağın ancaq bir yolu vardı-əraziləri qaytarmaq və Dağlıq Qarabağın statusunu yaddan çıxarmaq.

    Muxalifet2 - 30-12-2020

  5. “Son OMON-çu getməyimi istəməyənədək prezident postunu tərk etməyəcəyəm” - LUKAŞENKO

    Son OMON-çu hakimiyyətdən getməyimi istəməyənədək prezident postunu tərk etməyəcəyəm.
    Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk şəhərinin Daxili İşlər İdarəsinin OMON dəstəsi ilə görüşündə bildirib.

    Muxalifet2 - 30-12-2020

  6. AZƏRBAYCANDA KORONAVİRUSDAN DAHA 34 NƏFƏR ÖLDÜ - Yoluxma sayı azalır..

    Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 052 yeni yoluxma faktı qeydə alınıb, 4 067 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 34 nəfər COVID-19-dan vəfat edib.

    Muxalifet2 - 30-12-2020

  7. Saxta yolla 974 nəfəri icazə portalında qeydiyyatdan keçirən MMC rəhbəri saxlanıldı - FOTO

    Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyinin (DİN)  əməkdaşları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.

    DİN-dən virtualaz.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan şəxslər saxlanılıblar.

    Muxalifet2 - 30-12-2020

  8. Kamal Abdulla, Mənsum İbrahimov və Nailə Vəlixanlı “Şərəf” ordeni ilə təltif ediliblər - SƏRƏNCAM

    İlham Əliyev bir qrup şəxsi “Şərəf” ordeni ilə təltif edib.

    AZƏRTAC məlumat verir ki, bununla bağlı Prezident Sərəncam imzalayıb.

    Sərəncama əsasən, elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev, milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Mənsum İsrafil oğlu İbrahimov və elmin inkişafında böyük xidmətlərinə görə Nailə Məmmədəli qızı Vəlixanlı “Şərəf” ordeni ilə təltif ediliblər.

    Muxalifet2 - 30-12-2020

  9. Bir qrup şəxs “Şöhrət” ordeni ilə təltif edildi - YENİLƏNİB

    Azərbaycan Prezidenti İlham Əliyev bir qrup şəxsin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    AZƏRTAC-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Teymur Əkbər oğlu Əhmədov, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Əziz oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif ediliblər.

    Muxalifet2 - 30-12-2020

  10. Maksim Şevçenko ermənini belə döydü - CANLI YAYIMDA DAVA / Video

    Rusiyanın tanınmış jurnalisti, siyasi ekspert Maksim Şevçenko canlı yayımda Azərbaycan ordusuna "terrorçu" deyən Gürcüstan ermənisi Nikolay Sevanidzeni döyüb.

    Muxalifet.az xəbər verir ki, hadisə radio verilişlərinin birində baş verib.

    Belə ki, N.Sevanidzen verilişdə ermənilərin tərəfini tutaraq, Azərbaycan Ordusunu terrorçu adlandırıb. M.Şevçenko isə onu saxtakarlıqda, yalan danışmaqda ittiham edib. N.Sevanidzeni bundan qəzəblənərək onun üzərinə hücum edib və nəticədə canlı yayımda dava düşüb.

    Daha ətraflı videodan izləyin:

    Muxalifet2 - 30-12-2020

  11. London Türkiyə dronlarından vəcdə gəlir – “Ankara və Bakı güc balansını dəyişir”

    Türkiyədə istehsal olunmuş «Bayraktar TB2» pilotsuz uçan döyüş aparatları (PUA) «Qarabağda Ermənistan üzərində Azərbaycanın həlledici qələbəsindən sonra, bölgədə hərbi balansı sürətlə dəyişdirir. 

    Bu barədə Britaniyanın «The Guardian» qəzeti «Böyük Britaniya Azərbaycanın uğurundan sonra yeni döyüş dronları istəyir» başlığı altında yazır.

    Muxalifet2 - 31-12-2020

  12. Azərbaycanda 5 günlük tətil başladı

    Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayıb.

    Muxalifet.az xəbər verir ki, bu gün - dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramıdır.

    Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən yanvarın 4-ü də istirahət günüdür. Eyni zamanda yanvarın 3-ü bazar günüdür.

    Muxalifet2 - 31-12-2020

  13. Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

    Bu gün, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

    Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

    Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib.

    Muxalifet2 - 31-12-2020

  14. YAP-ın Biləsuvar rayon təşkilatının sədri koronavirusdan vəfat edib

    Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri vəfat edib.

    “Report”un Muğan bürosu xəbər verir ki, Kamil Səfər oğlu Mirzəyev bu gün koronavirusdan dünyasını dəyişib.

    Qeyd edək ki, o, həmçinin “Cənubi Muğan” Kanalı İstismar idarəsinin rəisi olub.

    Muxalifet2 - 30-12-2020

  15. NATO-da mühüm post Türkiyəyə TƏHVİL VERİLİR

    NATO daxilində "Çox Yüksək Hazırlıq Səviyyəli Birgə İşçi Qüvvəsi" nin komandanlığı Polşadan Türkiyəyə ötürüləcək.

    Bu barədə "TRT Haber" məlumat yayıb.

    Bildirilir ki, 1 yanvar 2021-ci ildə başlayacaq missiya bir il davam edəcək.

    Güc tərkibinə Albaniya, Macarıstan, İtaliya, Latviya, Çernoqoriya, Polşa, Rumıniya, Slovakiya, İspaniya, İngiltərə və ABŞ hərbi birliklərinin iştirakı ilə 6400 hərbi qulluqçu daxil olacaq.

    Muxalifet2 - 31-12-2020

  16. Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ - FOTO

    Sabah - yanvarın 2-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

    Bu barədə paytaxtın kommunal strukturlarının yaydığı məlumatda qeyd olunub.

    Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

     

    Muxalifet2 - 1-01-2021

  17. MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayır

    Azərbaycanda yanvarın 1-dən etibarən Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2020-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayır.

    “Report” xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

    MSK isə hesabat verməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

    Muxalifet2 - 1-01-2021

  18. Məşhur “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə boyandı - VİDEO

    Birləşmiş Ərəb Əmirliklərindəki ən hündür tikili Azərbaycan bayrağının rənglərinə boyanıb.

    Ötən gecə Dubaydakı məşhur “Bürc-Xəlifə” binasının üzərində Azərbaycan dilində “Yeni iliniz mübarək” yazısı qeyd olunub.

    Binanın üzərində üçrəngli Azərbaycan bayrağı işıqlarla əksini tapıb. 

    Muxalifet2 - 1-01-2021

  19. Bu gündən daha 36 şəhər və rayonda icbari tibbi sığortanın tətbiqinə başlanılır

    Bu gündən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanılır.

    Belə ki, 2021-ci ilin yanvarın 1-dən ölkənin daha 36 şəhər və rayonu - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul icbari tibbi sığorta sisteminə qoşulub.

    Muxalifet2 - 1-01-2021

  20. Azərbaycanda polietilen torbaların satışı qadağan edildi

    Bu gündən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.

    Bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” qanuna edilmiş dəyişikliklər qüvvəyə minib.

    Sənəd ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb.

    Muxalifet2 - 1-01-2021

Pages