Axtarış

The search found 105785 results in 0.065 seconds.

Search results

  1. “Haber Global” sülhməramlı adına ləkə gətirən hallar haqqında: Azərbaycan xalqının səbrinin həddi var - VİDEO

    Qarabağda sülhməramlı missiya yerinə yetirən rusiyalı hərbçilərin təxribatı Türkiyənin “Haber Global” telekanalında işıqlandırılıb.

    Telekanalın hazırladığı süjetdə rusiyalı sülhməramlıların missiyalarına uyğun olmayan bir çox davranışları göstərilib.

    Yeni il təbrikində sülhməramlı adına zidd şəkildə tərəf tutan və açıq şəkildə ermənilərə dəstək verən, Laçın şəhərinin adını “Berdzor” kimi qələmə verən, nəhayət erməni xalqını erməni dilində təbrik edən sülhməramlı kontingentin üzvü tabe olduğu birləşmənin Qarabağdakı varlığını sual altında qoyub.

    Muxalifet2 - 2-01-2021

  2. Türkiyə vətəndaşı qadına və özünə 10 bıçaq zərbəsi vurdu - BAKIDA

    Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

    Hadisə Nəsimi rayonunda qeydə alınıb.

    Türkiyə Cumhuriyyətinin vətəndaşı olan 1972-ci il təvəllüdlü Abdulhamid Ucqar ailə münaqişəsi zəminində tanışı, 1983-cü il təvəllüdlü Süleymanova Fidan Vaqif qızına çoxsaylı bıçaq zərbələri endirib.

    Muxalifet2 - 2-01-2021

  3. Azərbaycanda mutasiyaya uğrayan koronavirus aşkarlanıb? - TƏBİB AÇIQLADI

    “Koronavirus bir RNT virusu olduğu üçün daima mutasiya keçirən bir virusdur və bu mutasiyalar virusun genomunda müxtəlif bölgələrdə baş verir”.

    Muxalifet2 - 2-01-2021

  4. Əli Həsənovun oğlu ABŞ-a köçdü - PULLARINI DA ÖLKƏDƏN ÇIXARIR / Foto

    Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli ABŞ-a köçüb.

    Şamxal Həsənli ABŞ-da daşınmaz əmlak biznesinə başlayıb.

    O, artıq Azərbaycandakı biznes müəssisələrini də satışa qoyub və ölkədən külli miqdarda vəsaiti xaricə çıxarmağa çalışır.

    Əvəzində isə Şamxal Həsənli ABŞ-da yaşayan FETÖ-çu dostlarının köməyi ilə yeni biznes qurur.

    Muxalifet2 - 2-01-2021

  5. Azərbaycanın 2021-ci il üçün siyasi hədəfləri… – TURAN PARTİYASI TƏKLİFLƏRİNİ AÇIQLADI

    “Hər şey Qarabağ üçün!” devizi hər kəsin amalına çevrilib, bizləri Büöv Azərbaycana aparmalıdır. Odur ki, 2021-ci il üçün Azərbaycanın siyasi hədəfləri bunlar olmalıdır:
    1. Xankəndi daxil olmaqla, Qarabağın hər yerində Azərbaycan bayrağı dalğalanmalıdır;
    1.2 Rusya sülhməramlıların geri dönüşünə nail olunmalıdır;
    2. Türkiyə Azərbaycan Andı yasalarla rəsmləşməlidir;
    2.1 Ortaq Ordu yaradılmalıdır;
    2.2 Ortak bazar olmalıdır;
    2.3 İdxal rüsumları sıfırlanmalıdır;

    Muxalifet2 - 2-01-2021

  6. "Türkiyənin dünyada təsiri artıb"- Qazaxıstan prezidenti

    Dünya səhnəsində Türkiyənin təsiri artıb. 

    Bu fikri yanvarın 1-də Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı səsləndirib.

    «Dövlət başçısı qeyd edib ki, son illər beynəxlalq səhnədə Türkiyənin təsiri artıb, Dağlıq Qarabağ münaqişəsinin tənzilənməsi bunun göstəricisidir. Rəcəb Tayyib Ərdoğan isə belə qiymətə görə, öz minnətdarlığını bildirib» - Tokayevin mətbut xidməti xəbər verir.

    Muxalifet2 - 3-01-2021

  7. Əsirlikdən azad edilmiş Bayram Kərimov başına gələnlərdən danışdı - VİDEO

    Dekabrın 14-də Ermənistanın əsirliyindən azad edilmiş Bayram Kərimov əsirlikdə keçirdiyi günlərlə bağlı açıqlama verib. Bununla bağlı video sosial şəbəkələrdə yayılıb.

    O bildirib ki, yaşı çox olduğu üçün erməni hərbçilər onu zabit hesab ediblər və müəyyən sirlər öyrənmək istəyiblər: “Ancaq sonradan anladılar ki, mən peşəkar hərbçi deyiləm və orduya könüllü qoşulmuşam. Onlara sirr verməyəcəyimi anladıqdan sonra məndən əl çəkdilər”.

    Ətraflı videoda:

    Muxalifet2 - 3-01-2021

  8. Həkimlər pasiyentlərə vaksin əvəzinə “Tramp kokteyli” vurub

    ABŞ-ın Virciniya ştatının Bun dairəsində 42 nəfərə COVID-19 “Moderna” peyvəndi əvəzinə, təsadüfən ABŞ prezidenti Donald Trampın xəstəliyi zamanı istifadə olunan “Regeneron” koronavirusu üçün antitelləri olan “kokteyl” vurulub.

    Bu barədə CNN xəbər yayıb.

    Yerli səhiyyə şöbəsinin səlahiyyətliləri xəstələrin həyatı üçün təhlükə olmadığını bildirib. General-mayor Ceyms Hoyer hadisə məlum olduğu anda hər şeyi düzəltmək üçün dərhal addımlar atıldığını izah edib.

    Muxalifet2 - 3-01-2021

  9. Buz bağlayan göldən möhtəşəm görüntülər - FOTO

    Türkiyənin Ardahan vilayətində Çıldır gölünün donması sakinlərə maraqlı anlar bəxş edib.

    Bildirilir ki, bəziləri əllərinə bel-kürək alaraq balıq tutub, digərləri buzun üzərində xizəklə sürüşüb, kimi şəkil çəkdirib, hətta musiqinin müşayiəti altında yallı gedənlər də olub.

    DHA bununla bağlı rəngarəng görüntülər paylaşıb.

    Muxalifet2 - 3-01-2021

  10. Kosmosda Yeni il - FOTO/VİDEO

    Rusiya qəhrəmanı, kosmonavt Oleq Kotov və həmkarı bioloq Sergey Ryazanskiy Beynəlxalq Kosmik Stansiyada Yeni ili necə keçirdiklərindən danışıblar.

    Onların sözlərinə görə, hər şey Yerdəki kimi baş verir. Ancaq Milad ağacı qeyri-adi üsulla quraşdırılır.

    “Küknar vacibdir. O, stansiyada var və yaşı çoxdur. Adətən tavana bərkidilir”, - deyə Kotov bildirib.

     

    Muxalifet2 - 3-01-2021

  11. “QARABAĞ DAHA ERMƏNİSTAN DEYİL...” - General Qaramyan erməniləri yuxudan ayılmağa çağırır

    Qondarma “arsax qəhrəmanı”, 90-cı illərdə Əsgərandakı “Qarabulaq batalyonu” adlı erməni terrorçu birləşməsinin komandiri olan, Ağdam, Xocavənd, Şuşa, Laçın, Kəlbəcər və Füzulinin işğalında iştirak etmiş general Arşavir Qaramyan erməniləri “yuxudan ayılmağa” çağırıb və deyib: “Qarabağ daha Ermənistan deyil...”

    Muxalifet2 - 3-01-2021

  12. Bayram keçdi, Gürcüstanda 12 günlük tətil başladı

    Bu gündən Gürcüstanda koronavirus pandemiyası səbəbindən yanvarın 15-dək tətil günləri elan olunub.

    Belə ki, 12 gün ərzində banklar, strateji əhəmiyyətli müəssisə və xidmətlər istisna olmaqla bütün dövlət və özəl müəssisələr işləməyəcək.

    Bununla yanaşı, yeni il öncəsi fəaliyyətinə icazə verilən ticarət mərkəzləri və qeyri-ərzaq mağazaları yenidən bağlanıb.

    Muxalifet2 - 3-01-2021

  13. İŞİD-in partlayıcı vasitələr üzrə terrorçusu yaxalandı - ANKARADA ƏMƏLİYYAT

    İŞİD terror qruplaşmasının İraqdakı əməliyyatlarında yaxından iştirak edən terrorçularından biri Türkiyənin paytaxtı Ankarada yaxalanıb.

    “Habertürk” xəbər verir ki, şərti adı “İbrahim” olan terrorçu paytaxtda gizləndiyi evdə tutulub. O bir zamanlar avtomobillərə partlayıcı vasitələrin quraşdırılmasını həyata keçirib. Terrorçunun “Kalaşnikov” avtomatı və terrorçularla təlimlərini, habelə avtomobillərə partlayıcı qurğuların yerləşdirilməsini əks etdirən şəkilləri ələ keçirilib.

    Muxalifet2 - 3-01-2021

  14. Qarabağdan Yerevana hava dəhlizini gizlicə kimlər və necə açdı... - XOCALI AERPORTUNUN İLGİNC TARİXÇƏSİ, ZORİ BALAYAN VƏ DİGƏRLƏRİ

    Azərbaycanın ordusunun zəfəri, Qarabağın azad edilməsi ilə nəticələnən 44 günlük müharibə 10 noyabr üçtərəfli razılaşması və Rusiya sülhməramlı qüvvələrinin regiona yeridilməsi ilə başa çatdı. Virtualaz.org qeyd edir ki, Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda və laçın dəhlizi boyu yerləşdirilməsindən sonra Xocalı aeroportunun açılması məsələsini bəzi rus-erməni mənbələri yenidən gündəmə gətirməyə başladılar. Hətta Xankəndindəki qurama rejimin nümayəndələri aeroportun “tezliklə”, dekabrın 10-da, yaxud 25-də açılacağı, Rusiya hərbi-nəqliyyat təyyarələrinin ora enəcəyini, d

    Muxalifet2 - 3-01-2021

  15. Koronavirusla bağlı peyvənd olunacaq insanlara çip qoyulacaq? - VİDEO

    Dünyada koronavirus infeksiyası yayılmağa balşayandan bəri xəstəliyin vaksini ilə bərabər insanlara çip qoyulacağı ilə bağlı şayiələr geniş yayılıb.

    Məsələ ilə bağlı türkiyəli professor Zəfər Kurugöl bu iddialarla bağlı açıqlama verib.

    Daha ətraflı Baku TV-nin reportajında:

    Muxalifet2 - 3-01-2021

  16. "Noyabrın 10-dan sonra əsir düşən erməni yaraqlıları mühakimə olunmalıdır" - Tanınmış vəkil

    “Erməni hərbi əsirlər Ermənistana qaytarılmalıdır. Bu, dərhal və hər hansı bir ilkin şərt olmadan həyata keçirilməlidir. Onlar statusa görə hərbi əsirlərdır”, - Ermənistanın ombudsmanı Arman Tatoyan yanvarın 2-də Facebook səhifəsində yazıb.

    Onun fikrincə, Azərbaycan prezidenti İlham Əliyevin “erməni hərbçilərin çoxu hərbi əməliyyatlar dayandırılandan sonra həbs olunub və onları "hərbi əsirlər hesab etmək olmaz" bəyanatı humanitar prosesin və insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq tələblərin pozulmasıdır.

    Muxalifet2 - 3-01-2021

  17. PKK-dan dəhşətli terror aktı - ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR

    Suriyada terror aktı törədilib.

    “Anadolu” agentliyi xəbər verir ki, hadisə Afrində baş verib.

    İlkin məlumata görə, terrorçular Cinderes qəsəbəsində çörək sexinin yaxınlığında minalanmış avtomobili partladıblar. Nəticədə 1 nəfər həlak olub, daha 8 nəfər xəsarət alıb. Onların hamısı dinc sakinlərdir.

    Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Təhlükəsizlik orqanlarındakı mənbələr güman edir ki, terror aktını PKK terror qruplaşmasının Suriya qanadı törədib.

    Muxalifet2 - 3-01-2021

  18. "Sənin indiki maaşın çox böyükdür..." - PREZİDENTLİYƏ NAMİZƏD MESSİYƏ

    "Barselona" futbol klubunun prezidentliyinə namizəd Emili Russo Katalon klubunun hücumçusu Lionel Messinin gələcəyi haqqında fikirlərini bölüşüb.

    Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

    “Lionelin gözlərinə baxacam və deyəcəm: "Sənin indiki maaşın çox böyükdür, klub onu ödəyə bilmir. İndi isə icazə ver hazırladığımız idman layihəsindən danışaq. Biz səni gənc istedadlarla əhatəyə almağa hazırlaşırıq".

    Messi yayda "Barselona"dan getmək istəyirdi? Bunun səbəbi iqtisadi məsələ deyildi, idman layihəsinin yoxluğu idi", - Russo bildirib.

    Muxalifet2 - 3-01-2021

  19. Azərbaycanda daha 803 nəfər koronavirusa yoluxdu - SON SUTKA ƏRZİNDƏ 30 NƏFƏR ÖLÜB

    Azərbaycanda son sutkada koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 2 918 nəfər müalicə olunaraq sağalıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Son sutkada 30 nəfər COVID-19-dan vəfat edib.

    Muxalifet2 - 3-01-2021

  20. DÜŞMƏNİN PULEMYOTU İLƏ 23 ERMƏNİNİ MƏHV EDƏN ŞƏHİDİMİZ - Fotolar

    Bu gün şəhid baş çavuş Samiq Rəhmanovun doğum günüdür.

    “Report”un Cənub Mərkəzi xəbər verir ki, 44 günlük Vətən Müharibəsində xüsusi qəhrəmanlıq göstərən igidlərdən biri də Astaradan olan Samiq Rizvan oğlu Rəhmanovdur.

    Samiq Rəhmanov 1989-cu ildə Astaranın Səncərədi kəndində dünyaya gəlib.

    Orta məkəbi bitirdikdən sonra hərbi xidmətə gedən Samiq Rizvan oğlu Rəhmanov 2014-cü ildən müddətdən artıq hərbi xidmətə əsgər kimi başlayıb. Snayper kursunu keçdikdən sonra aprel döyüşlərində yaxından iştirak edib.

    Muxalifet2 - 3-01-2021

Pages