Axtarış
The search found 105785 results in 0.032 seconds.
Search results
Ermənistanda müxalifət erkən seçkilərin əleyhinə çıxdı - "XAİN GETMƏLİDİR!"
Erməni müxalifəti, baş nazir Nikol Paşinyanın bir gün əvvəl erkən seçkilərin keçirilməsi ilə balı etdiyi təklifi qəbuledilməz sayır.
Bunu “Sputnik-Armeniya” telegram kanalında yazıb.
Erməni müxalifətinin liderlərindən biri, “Daşnaksütyun” partiyasının təmsilçisi İşxan Saqatelyan bu variantın qəbul edilə bilməyəcəyini söyləyib.
“Bir yol var - xain vəzifəsindən getməlidir, bundan sonra erməni xalqına azad, ədalətli, şəffaf seçki keçirmək imkanı veriləcək”, - deyə o, Facebook-da yazıb.
Muxalifet4 - 26-12-2020
Gürcüstan Azərbaycan Ordusunun qələbəsinin ardınca “Bayraktar”lar sifariş verdi - ABXAZ SEPARATÇILARI QORXUYA DÜŞDÜ...
Azərbaycan Ordusunun o cümlədən döyüş və kəşfiyyat dronlarının kütləvi tətbiqi sayəsində Qarabağda qazandığı qələbədən sonra daha bir ölkə silahlanma konsepsiyasını dəyişib.
Muxalifet4 - 26-12-2020
AZƏRBAYCANDA DAHA 38 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ – Yoluxma sayı azalmaqda davam edir
Azərbaycanda koronavirus infeksiyasına 1 428 yeni yoluxma faktı qeydə alınıb, 4 255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 38 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 213 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 164 500 nəfər müalicə olunaraq sağalıb, 2 454 nəfər vəfat edib. Hazırda 46 238 aktiv xəstə var.
Muxalifet2 - 26-12-2020
DTX-nın həbs etdiyi XİN-in vəzifəli şəxsləri ev dustaqlığına buraxıldı
Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri - Fərhad Molla-zadə və Səlim Əlizadənin barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətlərə baxılıb.
Hakim Şəhla Süleymanovanın sədrlik etdiyi iclaslarda vəsatətlər təmin edilib.
Muxalifet2 - 26-12-2020
Azərbaycanda maskaya görə cərimələr artırıldı - PREZİDENT DƏYİŞİKLİKLƏRİ TƏSDİQLƏDİ
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
Dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılır.
Muxalifet2 - 26-12-2020
TÜRKİYƏ HƏRBÇİLƏRİ AZƏRBAYCANDA - Monitorinq Mərkəzi yanvardan fəaliyyətə başlayacaq / Yenilənib
Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə hərbçiləri Azərbaycana çatıblar. NTV xəbər verir ki, Rusiya və Türkiyənin qurduğu Ortaq Mərkəz yanvar ayının ilk həftəsində fəaliyyətə başlayır.
Telekanalın xəbərinə görə mərkəzin fəaliyyətində iştirak edəcək Türkiyə hərbi kontingenti briqada generalının (adı göstərilmir) komandanlığı altında Azərbaycana göndərilib.
Muxalifet2 - 26-12-2020
"MƏŞHUR "CANAVAR" POSTUNDA 18 YÜKSƏK RÜTBƏLİ DÜŞMƏNİ MƏHV ETDİK” - Xüsusi Təyinatlı qazimizlə MÜSAHİBƏ / FOTOLAR
İkinci Qarabağ Müharibəsində iştirak edən hərbçilər haqqında nə qədər danışılsa da, bu qəhrəmanlıq dastanı bitməz. Hər biri ayrı dastan, hər biri ayrı qəhrəmandır. Onların cəsarəti, şücaəti 10 milyonluq xalqın 30 ilə yaxın torpaq həsrətinə son verdi.
Bu dəfə sizə danışacağım igid isə məşhur “Canavar” postunu ələ keçirən qəhrəmanlardan biri, 18 erməni hərbçisini məhv edən qazi Nəbi Şükürovdur.
Muxalifet2 - 26-12-2020
Almaniyada ilk vaksini 101 yaşlı qadına vurdular
Almaniyada koronavirus əleyhinə ilk peyvəndi Saksoniya-Anhalt federal torpağında, qocalar evində yaşayan 101 yaşlı qadına vurublar.
Bu barədə BILD dərgisi yazıb.
Muxalifet2 - 26-12-2020
ABŞ-ın xüsusi xidmət orqanları “uçan adam”ı axtarır - VİDEO
ABŞ-da pilot təlim zamanı 900 metr hündürlükdə reaktiv mühərriklə uçan şəxsi telefonunun kamerası çəkib.
“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, görüntülər ictimailəşəndən sonra Federal Təhqiqatlar Bürosu bu şəxsi axtarmağa başlayıb.
Qeyd olunur ki, “uçan adam” adlandırılan bu şəxs artıq bir neçə dəfə oxşar təhlükəli uçuşlar həyata keçirib və onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
Muxalifet2 - 26-12-2020
Karantin koronavirusun özündən pisdir - Donald Tramp
ABŞ prezidenti Donald Tramp bildirib ki, COVID-19-a görə tətbiq edilmiş karantin qaydaları virusun özündən də pisdir.
Bu barədə Ağ Ev rəhbəri özünün tvitterdəki səhifəsində yazıb.
"Demokratlar tərəfindən idarə olunan ştatlarda karantin bir çox insanların həyatını tamamilə dağıdır. Bu, Çin virusunun vurduğu ziyandan da pisdir. Özünü təcridetməyə baxmayaraq, Kaliforniyada yoluxanların sayı artdı”, - o tvitterdəki hesabında yazıb.
Muxalifet2 - 27-12-2020
“ERMƏNİSTAN YARIDÖVLƏTƏ, ERMƏNİLƏR YARIXALQA ÇEVRİLİB...” - Rusiya Ermənistanı və Qarabağı necə görmək istəyir?
Ermənistanda daxili siyasi mübarizə, didişmə, hakimiyyətsizlik, bir sözlə milli iflas prosesi davam edir. Özlərini “ən qədim”, “ən dəyanətli”, “ən yenilməz” və s. xalq adlandıran ermənilər bütün bu epitetlərin nağıl olduğunu özləri də dərk etməyə başlayırlar.
Muxalifet2 - 27-12-2020
Bakı-İstanbul reysi ilə uçan təyyarə Ermənistanın hava məkanından keçdi - İLK DƏFƏ
Türkiyənin “Turkish Airlines” hava yolları şirkətinin Bakı-İstanbul reysi ilə uçan sərnişin təyyarəsi bir neçə saat əvvəl Ermənistanın hava məkanından keçib. Bu haqda flightradar.com-a istinadən avia.pro saytı bildirir. Bu da o mənanı verir ki, Ermənistan Türkiyə və Azərbaycana aid mülki təyyarələr üçün öz hava məkanını açıb.
İndiyədək Türkiyə və Azərbaycan sərnişin təyyarələri Gürcüstanın hava məkanından keçirdi, çünki Ermənistan öz hava məkanını bağlamışdı. Bu da təyyarələrin daha uzun məsafə qət etməsi demək idi.
Muxalifet2 - 27-12-2020
Məşhur həkim “buzlu şüşə” haqqında bilinməyənləri açdı
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev koronavirusun səbəb olduğu “buzlu şüşə”, “buzlaşma”, “kristallaşma”, “buz kristalları” sözlərinə aydınlıq gətirib.
Ekspert bu sözlərin hamısının xəstəlikdə istifadə olunmasının yanlış olduğunu qeyd edib. Həkim bildirib ki, KT müayinəsində aşkar edilən dəyişikliyin adı “buzlu şüşə mənzərəsi”dir:
Muxalifet2 - 27-12-2020
Kurtlar Vadisi Xaos" başlayır - Tarix AÇIQLANDI
“Kurtlar Vadisi Xaos” serialının yenidən başlayacağı ilə bağlı məlumatlar yayılıb.
Bu barədə “A Haber” məlumat yayıb.
Qeyd edilir ki, serial yeni – “Kurtlar Vadisi Xaos” adı ilə efirə gedəcək.
Yaxın vaxtlarda serialın ilk fraqmentlərinin yayımlanacağı bildirilir.
“Kurtlar Vadisi Xaos”un 2021-ci ilin fevral ayında efirdə olacağı ehtimal edilir.
Muxalifet2 - 27-12-2020
YENİLİKÇİ KOMANDANIN NÖVBƏTİ AYAQ SƏSLƏRİ... - Samir Cəfərovun yazısına sözardı
Yadınızdadırsa, 2014-cü ildə ölkə başçısının Sərəncamı ilə “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti adlı qurum yaradılmış və müəssisəyə Samir Dönməz oğlu Cəfərov adlı çoxlarımızın tanımadığı bir şəxs təyin olunmuşdu.
Muxalifet2 - 27-12-2020
Gəncədə karantin rejimini pozan kafe aşkarlandı - FOTOLAR
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
Muxalifet2 - 27-12-2020
AZƏRBAYCANDA DAHA 45 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ – Yoluxma sayında da artım qeydə alınıb
Azərbaycanda koronavirus infeksiyasına 1 519 yeni yoluxma faktı qeydə alınıb, 4 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 45 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 214 711 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 168 971 nəfər müalicə olunaraq sağalıb, 2 499 nəfər vəfat edib. Hazırda 43 241 aktiv xəstə var.
Muxalifet2 - 27-12-2020
Hərbçilər üçün modul tipli komplekslər quraşdırılır - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Muxalifet2 - 27-12-2020
“Caliber” Azərbaycan Ordusu vertolyotlarının hücumunun eksklüziv kadrlarını göstərdi - VİDEO
Azərbaycan Ordusu gününə həsr olunmuş hesabat xarakterli ənənəvi müsahibələrindən birində Müdafiə naziri Zakir Həsənov qeyd etmişdi ki, Aprel döyüşlərindən çıxan nəticə əsasında silahlı qüvvələrin arsenalına vertolyot raket sistemləri daxil edilib. Bu silahlar düşmənə onun hava hücumundan müdafiə zonasına daxil olmadan kifayət qədər ciddi məsafədən zərbə endirmək gücünə malikdir.
“Caliber” “Youtube” kanalının budəfəki buraxılışı Azərbaycan Ordusunun ən müasir hava hücumu silahları haqqındadır.
Muxalifet2 - 27-12-2020
"Qərbi Azərbaycandan sürgün olunanlar yurdlarına qaytarılsın" - Qafar Çaxmaqlıdan BMT baş katibinə MÜRACİƏT
İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı BMT baş katibinə müraciət edib.
Muxalifet.az həmin müraciəti olduğu kimi təqdim edir:
“BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ BAŞ KATİBİ ANTONİO QUTERREŞƏ
SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabr ayının 23-də qəbul etdiyi qərara əsasən azərbaycanlıların sürgünü/deportasiyası haqqında
MÜRACİƏT
CƏNAB ANTONİO QUTERREŞ!
Sizi salamlayır, möhkəm sağlamlıq və fəaliyyətinizdə uğurlar azulayırıq!Muxalifet3 - 27-12-2020