Axtarış

The search found 105785 results in 0.031 seconds.

Search results

  1. “TÜRKLƏR RUSİYANI DAYANDIRMAĞIN YOLUNU TAPIBLAR” – “Sülh yoluyla həll edilmirsə, güc yoluyla həll etmək olar...”​

    Ukrayna prezidenti Vladimir Zelenskinin hərbi səfərbərlik barəsində bəyanatı bir çoxları tərəfindən ölkənin mümkün müharibəyə hərtərəfli qaydada hazırlaşması kimi dəyərləndirilir. Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən sonra Ukrayna cəmiyyəti 5 il bundan əvvəlki ilə indiki vəziyyəti müqayisə edərək, belə qənaətə gəlib ki, onlar Donbas bölgəsini geri qaytara bilərlər. 

    Muxalifet4 - 29-12-2020

  2. NATO-nun toplantısında Azərbaycan ordusunun təcrübəsi təhlil edilib - Berlində məxfi toplantı olub

    Azərbaycan ordusunun Ermənistanın işğalı altında olan torpaqları azad etmək üçün Qarabağda apardığı 44 günlük müharibənin təcrübəsini təhlil etmə üçün NATO Berlində fövqəladə və məxfi toplantı keçirib. Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, toplantıya Pentaqonun yüksək vəzifəli şəxsləri qorunan internet kanalları üzərindən online qatılıb.

    Muxalifet4 - 29-12-2020

  3. "ŞƏHİDLƏRİMİZİN ÖLMƏZ RUHU QARŞISINDA BAŞ ƏYƏRƏK..." - Prezident dünya azərbaycanlılarını təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib.

    Prezidentin təbrik müraciətdində deyilir:

    "Əziz həmvətənlər!

    Hörmətli soydaşlar!

    Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə səmimi arzu və diləklərimi çatdırıram.

    Muxalifet2 - 29-12-2020

  4. "SÜLHMƏRAMLILAR ERMƏNİLƏRİN SİLAHLANMASINA BİRBAŞA ŞƏRAİT YARADIRLAR..." - Deputatdan Rusiyaya qarşı sərt ittihamlar

    "Dekabrın 27-də baş vermiş hadisə cinayətdir və onun məsuliyyəti Azərbaycana qarşı olan tərəfin üzərinə düşür".

    Muxalifet2 - 29-12-2020

  5. Azərbaycanda koronavirusa qarşı Çin peyvəndi bu tarixdə vurulacaq... - RƏSMİ AÇIQLAMA

    “Türkiyə və Azərbaycan vətəndaşları eyni anda koronavirusa qarşı peyvənd olunacaqlar. Azərbaycanda vaksinasiyanın gələn ilin yanvar ayının əvvəlindən etibarən başlanmasını gözləyirik”.

    Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

    O qeyd edib ki, Azərbaycanda peyvənd pulsuz vurulacaq.

    Qeyd edək ki, Çin istehsalı olan “Sinovac” peyvəndi dekabrın 30-da İstanbula, 31-də isə Ankaraya çatdırılacaq.

    Muxalifet2 - 29-12-2020

  6. "Xankəndi, Ağdərə, Xocavənd Lənkəranın statusunda olacaq" - SABİQ NAZİR

    Keçmiş xarici işlər naziri, vəzifəsindən qalmaqallı şəkildə çıxarılmış Elmar Məmmədyarov "Azadlıq" radiosuna geniş müsahibəsində həm müharibədən, 10 noyabr razılaşmasından sonra Dağlıq Qarabağda baş verən hadisələrdən danışıb, perspektiv barədə fikirlərini bölüşüb, həm də ABŞ-da 4.2 milyon dollara mənzil almasından danışıb.

    Muxalifet.az Elmar Məmmədyarovun müsahibəsini oxuculara təqdim edir:

    Muxalifet2 - 29-12-2020

  7. Azərbaycanda devalvasiya gözlənilir? - EKSPERTDƏN AÇIQLAMA

    Mərkəzi Bank (MB) 2021-ci il üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri barәdә Bәyanatını açıqlayıb. Bəyanatı şərh edən iqtisadçı ekspert Samir Əliyev bildirib ki, sənəddə əsas diqqəti cəlb edən məsələ MB-nin manatın məzənnəsinə münasibətdə hədsiz həsaslığıdır. 

    Onun sözlərinə görə, əks halda əvvəlki illərdən fərqli olaraq 2021-ci ildә pul siyasәtinin prioritet mәqsәdini milli valyutaya inamın başlıca zәmanәtçisi olan qiymәt sabitliyi tәşkil etməsini ayrıca qeyd etməzdi.

    Muxalifet2 - 29-12-2020

  8. Ermənilər əsir götürdüyü Azərbaycan hərbçisinin meyitini yandırıb / VİDEO(18+)

    Əsir götülmüş Azərbaycan hərbi qulluqçusunun cəsədinin erməni silahlı dəstələri tərəfindən yandırılması ilə bağlı sosial şəbəkə və digər informasiya mənbələrində videolar yayılıb.

    Bu barədə Ombudsman Aparatından məlumat verilib.

    Bildirilib ki, həmin görüntülərdə əsir götürülmüş Azərbaycan hərbçisinin cəsədi üzərinə yandırıcı maye tökülməklə od vurulduğu nümayiş olunur:

    Muxalifet2 - 29-12-2020

  9. Zəngilanda körpünün altından partlayıcı qurğu tapıldı - FOTOLAR / Yenilənib

    Dekbarın 29-u saat 10:00 radələrində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Zəngilan rayonu Rəzdərə kəndi ərazisində körpünün altına partlayıcı maddənin qoyulması barədə məlumat daxil olub. Bu barədə ANAMA-dan məlumat verilib.

    Muxalifet2 - 29-12-2020

  10. PUTİN NAVALNINI İNDİ DƏ DƏLƏDUZLUQDA İTTİHAM EDİR - Cinayət işi açdırdı

    Aleksey Navalnıya qarşı dələduzluqla bağlı cinayət işi açılıb.

    Bunu Rusiya İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko deyib.

    “Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsinə (xüsusilə böyük miqyasda dələduzluq) əsasən Aleksey Navalnı və digər şəxslərə qarşı cinayət işi başlanması üçün kifayət qədər məlumat toplayıb”, - Petrenko bildirib.

    Muxalifet2 - 29-12-2020

  11. “Rusların nəzarətində olan ərazilərin geri qaytarılması ağır və çətin olacaq”

    Ermənistan-Azərbaycan müharibəsinin nəticələri regional təhlükəsizlik sisteminin formalaşmasına və geosiyasi qüvvələr nisbətinə təsir göstərən başlıca amilə çevrildi. Rusiya və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin yekun nizamlanmasını bəyan etsələr də ekspert cameəsi münaqişənin siyasi-diplomatik döyüşlərə və informasiya müharibəsinə çevriləcəyini proqnozlaşdırır.Bundan sonra nə olacaq? Paşinyan hakimiyyətdə qalacaqmı? Bu yaxınlardakı hərbi məğlubiyyət fonunda Ermənistan Azərbaycanla hərtərəfli sülhə hazırdırmı? Yaranmış yeni vəziyyətdə Rusiya özünü necə aparacaq?

    Muxalifet2 - 29-12-2020

  12. Rusiyada PUA-lara qarşı yeni lazer silahlar yaradılır

    “Rusiyada pilotsuz uçan aparatlarla (PUA) mübarizə çərçivəsində yeni lazer sistemləri yaradılır”.

    APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçko “Krasnaya Zvezda” qəzetinə müsahibədə bildirib.

    Muxalifet2 - 30-12-2020

  13. RAMİZ MEHDİYEV YENİ APARAT RƏHBƏRİ TƏYİN ETDİ - Qərar dünən elan edildi

    Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni təyinat olub.

    Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin dekabrın 29-da keçirilən iclasında elan edilib.

    Belə ki, müvafiq qərarla filologiya üzrə fəlsəfə doktoru Seyfəl Həsənov AMEA Rəyasət Heyəti Aparatının rəhbəri vəzifəsinə təyinat alıb.

    Muxalifet2 - 30-12-2020

  14. "Paşinyanla onun istefa şərtlərini müzakirə etdik" - PARTİYA LİDERİ

    “Baş nazir Nikol Paşinyanla görüşdə ona ölkənin indiki ağır vəziyyətdən çıxarılması məqsədilə istefası zərurəti haqqında bildirdim”.

    “News.am” xəbər verir ki, bunu Ermənistanın baş naziri ilə görüşdən sonra "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyan jurnalistlərə bildirib.

    Muxalifet2 - 30-12-2020

  15. Bayram günlərində marşrut avtobusları hansı qaydada işləyəcək? - RƏSMİ

    Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” müvafiq qərarına uyğun olaraq, ölkə ərazisində olduğu kimi Bakı şəhərində də ictimai nəqliyyatın fəaliyyəti 31 yanvar 2021-ci il tarixinədək yalnız hər həftənin şənbə və bazar günləri dayandırılır.
    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Yeni il tətili günlərdində də bu qərar əsas götürülməklə 2 yanvar gecə saat 00:00-dan 4 yanvar səhər saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

    Muxalifet2 - 30-12-2020

  16. Üç şəhid anası Azərbaycan vətəndaşlığına qəbul edildi - RƏSMİ AÇIQLAMA

    Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən bir neçə şəhid anasının müraciətlərinə müsbət yanaşılıb və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə onların hər biri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib.
    Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
    Həmin şəxslər aşağıdakılardır:

    Muxalifet2 - 30-12-2020

  17. Karantin postundan kənar yollarla keçməyə cəhd göstərənlər saxlanıldı

    Dekabrın 29-da saat 15:00 radələrində Bakı-Quba yolunun 52-ci kilometrliyində qurulmuş xüsusi karantin postunda Quba rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil saxlanılıb. Araşdırmalar zamanı sürücü Nəsimi Əliyevin müvafiq icazəsi olmadığından avtomobil Bakı şəhəri istiqamətinə geri qaytarılıb.
     
    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
     

    Muxalifet2 - 30-12-2020

  18. Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemləri - VİDEO

    Gürcüstanda yaşayan soydaşlarımız artıq uzan zamandır ki, təhsil sahəsində bir sıra problemlərlə qarşı-qarşıyadırlar.
     
    Belə ki, Azərbaycandilli məktəblərin direktorsuz olması, eləcə də məktəblərdə dərs deyən azərbaycanlı müəllimlərin Gürcüstan təhsil sistemində aparılmış islahatlardan geri qalması öz növbəsində böyük çətinliklər yaradır.
     

    Muxalifet2 - 30-12-2020

  19. DİN Bakıda yaşayan Naxçıvan sakinlərinə müraciət etdi

    Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

    Muxalifet2 - 30-12-2020

  20. "Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini xarabalığa çeviriblər" - İSVEÇRƏLİ JURNALİST

    Almaniyanın “Neues Deutschland” qəzetində jurnalist Andre Vidmerin müəllifi olduğu “Yandırılmış torpaq, yaralanmış ölkə” adlı məqalə dərc olunub.

    Jurnalist Azərbaycanın erməni işğalından azad edilmiş Füzuli rayonuna və Tərtərin Suqovuşan kəndinə səfərindən bəhs edir. Məqalədə boya-başa çatdığı əraziyə geri qayıdan Xaliq Hümbətovun təəssüratları da yer alıb.

    Muxalifet2 - 30-12-2020

Pages