Axtarış

The search found 105785 results in 0.039 seconds.

Search results

  1. İLANIN BAŞINI ƏZDİYİMİZİ DÜŞÜNÜRDÜK, AMMA... – Bir daha “rus sülhməramlıları”nın Qarabağa gəlməsi haqda...

    Azərbaycan vətəndaşları yaxşı bilir ki, Ermənistanın strateji müttəfiqi, havayı silah təminatçısı, tarixi torpaqlarımızda erməni və onun dövlətini əkən, yaratdığı Ermənistandan sonuncu 200 mindən çox soydaşımızı öz  yurdlarından qırğınla qovduran, 20 yanvar, Qaradağlı, Xocalı soyqırımı, Qarabağ işğalı törədən rus qoşunlarının 10.11.2020-ci il tarixdə Qarabağa qəfil yeridilməsini  ancaq  işğal və erməni terrorçularının açıq himayəçiliyi  kimi qəbul etmək olar, sülhməramlı olaraq yox.
     

    Muxalifet2 - 24-12-2020

  2. “SÜLHMƏRAMLILAR BÖLGƏDƏ HÖKM EDƏ BİLƏCƏK SƏLAHİYYƏTƏ MALİK DEYİLLƏR” – “Putinin belə fikirləri olur, ancaq…”

    Qabil Hüseynli: “Proseslər göstərir ki, aparıcı və müəyyənedici tərəf Azərbaycan və Türkiyədir”

    Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinə artıq başlanılıb. Ermənistan ordusu Zəngilan-Qubadlı istiqamətində öz sərhədlərinə doğru geri çəkilib. Bununla belə rus sülhməramlıları Xankəndi başda olmaqla ermənilərin yaşadığı bəzi ərazilərdə humanitar yardım, tibbi xidmət və təmir işlərini davam etdirir.

    Muxalifet2 - 24-12-2020

  3. Rusiyada onlayn iclasda nazir qadının geyiminə görə mübahisə düşdü - VİDEO

    Rusiya Federasiyasının Yakutiya Respublikasında onlayn keçirilən məclis iclasında Pyotr Ammosov adlı deputat Sahibkarlıq, Ticarət və Turizm naziri İrina Vısokixin məruzəsini dinlədikdən sonra dava salıb.

    “Bu gün sağlam bir kişi kimi sizin çıxışınıza yox, dekoltenizə baxdım. Bu heç də yaxşı deyil”, - deyə P.Ammosov bildirib.

    Bu barədə “Haber Global” məlumat yayır.

    Buna reaksiya verən Vısokix bu cür açıqlamaların qəbuledilməz olduğunu və qarderobundakı paltarları heç kimlə müzakirə etmək niyyətində olmadığını bildirib.

    Muxalifet2 - 24-12-2020

  4. Karantin rejimi ilə bağlı qərara dəyişiklik edildi

    Nazirlər Kabineti “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.
     
    Belə ki, sərtləşdirilmiş karantin rejimində hərbi xidmətçilərin hərəkətini tənzimləmək üçün Qərara əlavə edilib.
     

    Muxalifet2 - 24-12-2020

  5. ŞOK İDDİA: Ermənilər Azərbaycana nüvə bombası atmaq istəyib - VİDEO

    İkinci Qarabağ müharibəsində rəsmi İrəvana nüvə tullantılarından hazırlanmış "çirkli bombalardan" istifadə etməyin təklif olunduğu ilə bağlı məlumatlar ortaya çıxıb.

    Muxalifet.az redaktor.az-a istinadən xəbər verir ki, Ermənistanın sabiq Baş naziri Hrant Baqratyan, "Bu seçim dəfələrlə Paşinyana təklif edildi. Ancaq o, çirkli bomba fikrini qəbul etməkdənsə, müharibəni uduzmağı üstün tutdu" deyə bildirib.

    Daha ətraflı videodan izləyin.

    Muxalifet2 - 23-12-2020

  6. Qalmaqallı direktorun növbəti videosu yayıldı - BAŞINDA BAYRAQ, RƏQS EDİR...

    Xəbər verdiyimiz kimi 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova ötən gün karantin rejimini kobud şəkildə pozaraq özünə dəbdəbəli ad günü keçirib.Nailə Məmmədovanın ad gününü əks etdirən video sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb. Buna görə də Təhsil Nazirliyi tərəfindən adıçəkilən direktora şiddətli töhmət verildi.

    Muxalifet.az xəbər verir ki, töhmət alan məktəb direktorunun başında bayraqla rəqs edərkən çəkilən videosu da sosial şəbəkələrdə yayılıb. 

    Muxalifet2 - 24-12-2020

  7. ​Bayram Səfərovun vaxtı çatdı: Yola salınır / VİDEO

    Azərbaycanın qədim Şuşa şəhərinin işğalçılardan azad olunmasından xeyli zaman keçməsinə baxmayaraq, adıçəkilən rayonun Bakıda oturan rəhbəri Bayram Səfərov hələ də oraya gedə bilməyib.
    “Yeni Sabah” xəbər verir ki, mediaya açıqlamasında icra başçısı bunu Şuşa ərazilərinin minalanması ilə əlaqələndirib. Ölkənin ayrı-ayrı dövlət strukturlarının rəhbərləri , jurnalistlər belə Şuşaya gedib.
    Ona görə də Bayram Səfərovun bu açıqlaması qeyri-səmimi təəsürrat yaradıb.

    Muxalifet2 - 24-12-2020

  8. Qarabağda 10 mindən çox sülhməramlı olacaq? - VİDEO

    “Caliber” son günlər Dağlıq Qarabağda üçtərəfli bəyanatda razılaşdırılmış rəqəmdəm dəfələrlə çox, daha dəqiq desək 10 mindən artıq rusiyalı sülhməramlının yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan şayiələrə aydınlıq gətirib.

    Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalı paylaşım edib.

    Videoda sözügedən şayiənin əsassız olması məntiqi cəhətdən izah edilib.

    Muxalifet2 - 24-12-2020

  9. “BU, BİZİM ÜÇÜN ÇOX TƏHLÜKƏLİDİR...” – “Türkiyə hərbçilərinin bölgəyə gəlməsini tələb edirik”

    Vətən Müharibəsindən sonra Dağlıq Qarabağdakı proseslərin Azərbaycanın milli təhlükəszilik maraqları çərçivəsində inkişaf etdiyini söyləmək çətindir. 

    Rusiya sülhməramlılarının fəaliyyəti 10 noyabrda imzalanmış üçtərəfli razılaşmanın hüdudlarından kənara çıxır. Habelə, sənədə Azərbaycanın tələbi ilə salınmış bəzi maddələr yerinə yetirilmir. 

    Muxalifet2 - 25-12-2020

  10. SON ANDA TƏYYARƏSİNİ DÜŞMƏNİN ÇOXSAYLI QÜVVƏSİNƏ ÇIRPAN POLKOVNİKİMİZ - VİDEO

    44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının misilsiz xidmətləri olub. AZƏRTAC xəbər verir ki, Vətən müharibəsindən öncə düşmən öz silahlanmasına yeni nəsil hava hücumundan müdafiə vasitələri daxil edib.

    Muxalifet2 - 24-12-2020

  11. Prezident səfərbərliklə xidmətə çağırılanların tərxis olunması barədə sərəncam imzaladı

    Prezident İlham Əliyev Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında sərəncam imzalayıb.

    "Report" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər.

    Muxalifet2 - 25-12-2020

  12. Zeynəb Xanlarovanın bacısı oğlu tutuldu - İSTİNTAQDAN GİZLƏNİRDİ

    Sabiq deputat, xalq artisti Zeynəb Xanlarovanın istintaqdan qaçıb gizlənən bacısı oğlu Daşqın Nəsirov saxlanılıb.

    APA xəbər verir ki, D. Nəsirov hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində tutularaq istintaqa təhvil verilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

    Bildirlib ki, D. Nəsirov ötən gün saxlanılaraq, istintaqa təhvil verilib.

    Qeyd edək ki, Daşqın Nəsirov Türkan qəsəbəsində yaşayan 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını saxta sənədlərlə satıb.

    Muxalifet2 - 25-12-2020

  13. İlham Əliyev “İlin siyasətçisi” seçildi - NÜFUZLU RUSİYA NƏŞRİNİN TOP-REYTİNQİ

    Rusiyanın nüfuzlu “Vedomosti” qəzeti illik “İlin siyasətçisi” adlı xüsusi layihəsinin nəticələrini dərc edib.

    Azərbaycan Prezidenti İlham Əliyev nəşrin oxucularının seçimi ilə “İlin siyasətçisi” olub.

    Respondentlər yazıblar ki, "Azərbaycan liderini haqlı olaraq ordusu 2020-ci ildə inamlı bir hərbi qələbə qazanan yeganə lider adlandırmaq olar və bölgənin standartlarına görə bu, həqiqətən bir qələbə idi".

    Muxalifet2 - 25-12-2020

  14. Polkovnik Zaur Nudirəliyev Su-25 təyyarəsini son anda düşmənin çoxsaylı canlı qüvvəsinə çırpdı - QƏHRƏMANIN MİSİLSİZ TAKTİKASI VƏ İGİDLİYİ / VİDEO

    44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının misilsiz xidmətləri olub.  AZƏRTAC xəbər verir ki, Vətən müharibəsindən öncə düşmən öz silahlanmasına yeni nəsil hava hücumundan müdafiə vasitələri daxil edib.

    Muxalifet2 - 25-12-2020

  15. ERMƏNİSTAN SİLAHLILARI QARABAĞA NECƏ SIZIB? - "Rusiya quldur rejimin qorunması ilə məşğuldur"

    Muxalifet2 - 25-12-2020

  16. “BMT Təhlükəsizlik Şurasını səhlənkarlığa görə məhkəməyə verməliyik” - RUSPƏRƏST DEPUTATDAN QƏRİBƏ AÇIQLAMA

    “Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindən sonra hökuməti tənqid etmək düzgün olmaz, onları təbrik edirəm. Biz şəhid ailələrinə, qazilərə daha diqqətlə yanaşmalıyıq, bizə qələbəni qazandıran onlar oldu”.
    Bunu bu gün Milli Məclisin plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı parlamentin Hüqüq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

    Muxalifet2 - 25-12-2020

  17. Məhkəmə rüşvətlə həbs edilən TSEK sədri barədə qərar verdi

    Binəqədi Rayon Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) sədri Katib Məmmədovun barəsində seçilən həbs qətimkan tədbirinin müddətinni uzadılması ilə bağlı təqdimata baxılıb.

    Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Muxalifet2 - 25-12-2020

  18. Rüşvətə görə tutulan baş həkim hakim qarşısına çıxarılır - RƏSMİ AÇIQLAMA

    Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin vəzifəli şəxsi barəsində olan cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Muxalifet2 - 25-12-2020

  19. ​AZƏRBAYCANDA DAHA 36 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ – Yoluxma sayı azalmaqda davam edir

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1703 yeni yoluxma faktı qeydə alınıb, 4359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.
    İndiyədək ölkədə ümumilikdə 211 764 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 160 245 nəfər müalicə olunaraq sağalıb, 2416 nəfər vəfat edib, aktiv xəstə sayı 49 103 nəfərdir.

    Muxalifet2 - 25-12-2020

  20. "PUTİN SÖZÜBÜTÖV VƏ KİŞİ ADAMDIR" - Ərdoğandan maraqlı açıqlama...

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini dürüst və sözünə əməl edən bir insan kimi xarakterizə edib.

    Türkiyə KİV-ləri xəbər verir ki, Türkiyə lideri bu barədə cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

    Muxalifet2 - 25-12-2020

Pages