Türk ordusu 8 terrorçunu məhv etdi - VİDEO

Baxış sayı:
899

Türkiyə ordusunun Hərbi Hava Qüvvələri İraqda PKK terror qruplaşmasının 8 silahlısını zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitterdəki səhifəsində bildirilir.

“İraqın şimalındakı Avaşin Basyan bölgəsində kəşfiyyat və müşahidə ilə müəyyənləşdirilən PKK-nın 8 terrorçusu hərbi hava əməliyyatı ilə zərərsizləşdirildi. Əməliyyatlar sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam etdiriləcək”, - nazirliyin açıqlamasında bildirilir.