Axtarış
The search found 105785 results in 0.187 seconds.
Search results
Rusiyada 60 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır
Rusiya Səhiyyə Nazirliyi 60 yaşdan yuxarı şəxslərə 28 dekabrdan COVID-19 vaksininin vurulmağa başlanacağını açıqlayıb.
Muxalifet.az xəbər verir ki, Rusiyanın bütün bölgələrində səhiyyə işçilərinin, müəllim və hərbçilərin peyvənd olunması ilə yanaşı, 18-60 yaş qrupundakı insanlara da vaksin tətbiq olunmağa davam edir.
Muxalifet2 - 27-12-2020
ABŞ səfiri Rusiyanın koronavirus peyvəndindən imtina etdi
ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə Rusiyada koronavirusa qarşı hazırlanmış “Sputnik V” vaksini ilə peyvənd olmaq tövsiyəsinə görə minnətdardır, lakin onu yerinə yetirməyəcək.
Bu barədə ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyinin mətbuat attaşesi Rebekka Ross tvitterdə yazıb.
“Səfir Sallivan peyvənd təklifinə görə Rusiya Xarici İşlər Nazirliyinə təşəkkür edir, lakin Rusiya vətəndaşı üçün nəzərdə tutulan “Sputnik V” dozasını qəbul etmək istəmir”, - deyə Rebekka Ross tvitterdə yazıb./report
Muxalifet2 - 27-12-2020
NATO-nun bu addımı Rusiyanı narahat etdi - ŞİMAL ALYANSINA XƏBƏRDARLIQ
“NATO-ya məxsus aviasiya və dəniz qüvvələrinin aktivliyinin artması ciddi insidentlərə səbəb ola bilər”.
Bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.
Muxalifet2 - 27-12-2020
ALMAN PİLOT VAKSİNLƏRLƏ BAĞLI DİQQƏTİ BELƏ CƏLB ETDİ - Səmada şpris rəsmini çəkdi
Almaniyadan olan pilot Semmi Kramer, insanlara yeni növ koronavirus infeksiyasına qarşı peyvənd kampaniyasının başlamasını xatırlatmaq üçün səmada etdiyi hərəkətlə nəhəng şpris çəkib.
Bu barədə “Sudkurier” qəzeti xəbər verib.
Qəzetin yazdığına görə, uçuş təxminən 1,5 saat davam edib. Göydə şpris təsvir etmək üçün Kramer 200 km yol qət edib.
Qeyd edək ki, Avropa Birliyi (AB) ölkələrində yeni növ koronavirus infeksiyasına qarşı əhalinin kütləvi peyvənd vurulmasına başlanılıb. Təkcə Almaniyada bunun üçün 422 məntəqə yaradılıb.
Muxalifet2 - 27-12-2020
Saakaşvilinin lideri olduğu partiyaya yeni sədr seçildi
Nika Meliya Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri seçilib.
Onun sədrliyi partiyanın bu gün keçirilən qurultayında təsdiqlənib.
Tədbirə partiyanın lideri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili də canlı videobağlantı ilə qatılıb.
Sədr seçkiləri elektron səsvermə yolu ilə keçirilib. N.Meliya prosesdə iştirak edən 20 779 nəfərin 64,9% səsini əldə edərək sədrliyə digər namizəd Levan Varşalomidzeni (35,1%) geridə qoyub.
Muxalifet2 - 27-12-2020
"HƏR KƏS AĞLINI BAŞINA YIĞSIN!" - “Türkiyə Azərbaycana dəstəyini əsirgəməyəcək” / Yenilənib
"Cinayətkar Xəlifə Haftar və tərəfdarları bilməlidirlər ki, türk hərbçilərinə qarşı hər hansı hücum olarsa, onlar qanuni hərbi hədəfə çevriləcəklər".
Bunu Liviyada səfərdə olan Türkiyə Müdafiə Naziri Hulusi Akar Liviya Vəzifə Qrup Komandirliyində çıxışı zamanı bildirib.
Nazir Yunanıstanın Cənubi Kipr və Şimali Kipr arasında yaratdığı münaqişə ilə əlaqədar da mesaj ünvanlayıb: “Adada həqiqi bir həll yolu tapılması üçün yunanlar inadkar davranışlarından əl çəkməli və türklərin varlığını qəbul etməlidirlər".
Muxalifet2 - 27-12-2020
QARABAĞDA YENİDƏN SAVAŞ BAŞLADI - Şəhidimiz var
Rus "sülhməramlı"larının himayəsi altında erməni terrorçuları diversiya müharibəsinə start verdilər
Bu gün Hadrut istiqamətində Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüd, çavuş Qəmbərov Elmir Rayil oğlu erməni diversantların hücumu nəticəsində şəhid olub.
Məlumata görə, "DQR" Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan bu gün qondarma qurumun İctimai Televiziyasına verdiyi müsahibədə yeni müharibə taktikasının anonsunu vermişdi.
Muxalifet2 - 27-12-2020
“Məğlubiyyətin səbəblərini başa düşmək lazımdır” - PAŞİNYAN
Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycan ilə müharibədə (İkinci Qarabağ müharibəsi – Red) erməni tərəfinin məğlubiyyətinin səbəblərini başa düşmək lazımdır.
Bu barədə Nikol Paşinyan Ermənistanın “İctimai” televiziyasında müsahibəsində bildirib.
“Bu məğlubiyyətin səbəblərini başa düşmək çox vacibdir. Müharibə ilə bağlı bütün həqiqəti ortaya qoymağı özümə borc bilirəm”- Paşinyan bildirib.
Muxalifet2 - 28-12-2020
"HEÇ BİR KLUBLA DANIŞIQLAR APARMIRAM" - Messi kariyerasını harda davam etdirəcəyinə aydınlıq gətirdi
İspaniyanın "Barselona" klubunun və Argentina millisinin futbolçusu Lionel Messi karyerası ilə bağlı gələcək planlarından danışıb.
"La Sexta" nəşrinə müsahibə verən 33 yaşlı hücumçu heç bir klubla danışıq aparmadığını bildirib.
Messi deyib ki, mövsümün sonuna qədər heç nə aydın deyil: "Gəlin görək bundan sonra nə olacaq. "Barselona"dan ayrılıb-ayrılmayacağımı bilmirəm. Bu barədə mövsümün sonunda danışacağıq. Ancaq karyeramı bitirdikdən sonra klubda qalacağıma ümid edirəm".
Muxalifet2 - 28-12-2020
PAŞİNYANIN İSTEFASI TƏLƏBİ İLƏ AKSİYALAR DAVAM EDİR - Ermənistan parlamentinin qarşısında etiraz
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edənlər yenidən paytaxt Yerevanda parlamentin qarşısına toplaşıblar.
Məlumatı “RİA Novosti” yayıb.
Polis parlamentin binasını mühasirəyə alıb. Hadisə yerinə əlavə canlı qüvvə cəlb edilib.
Aksiya iştirakçıları binanın tərk edən deputatlara “Ar olsun!” deyirlər, “Nikolsuz Ermənistan!” şüarı səsləndirirlər.Muxalifet2 - 28-12-2020
Ermənilər Xocavənddə Azərbaycan Ordusuna hücum edib, 1 əsgər şəhid olub, 1-i yaralanıb - RƏSMİ AÇIQLAMA
Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Muxalifet2 - 28-12-2020
PUTİNLƏ KOÇARYAN ARASINDA 1 SAATLIQ TELEFON DANIŞIĞI… - Kreml Paşinyanı yola salır?
Putinlə Koçaryan Ermənistandakı vəziyyəti müzakirə edibRobert Koçaryan və Vladimir Putin Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın keçmş prezidenti Robert Koçaryan arasında telefon danışığı olub.
Məlumatı “Novosti Armeniya” yayıb.
V.Putinlə R.Koçaryanın telefon danışığı bir saatadək sürüb. Onlar Ermənistandakı vəziyyəti müzakirə ediblər.Muxalifet2 - 28-12-2020
Rusiya əhalisi borc bataqlığındadır - 4,1 milyon vətəndaşın ölkədən çıxışına qadağa qoyulub
Rusiyada 1 milyon 300 min təqaüdçünün kredit borcu var. Bu ölkə üzrə təxminən 6 təqaüdçüdən birinin borclu olması demıkdir.
"Azadlıq" radiosu xəbər verir ki, Federal Məhkəmə İcraçıları Xidmətinin məlumatına görə, 1 noyabr tarixinə qədər kredit təşkilatları borcların yığılması ilə bağlı 7 milyon 800 min borclu ilə bağlı məhkəmə iddialarını udublar.
Bundan əvvəl rusiya vətəndaşlarının həm böyük banklardan, həm də mikromaliyyə təşkilatlarından götürdükləri 12 milyon 600 min kredit borcunun vaxtının keçmiş olduğu bildirilmişdi.Muxalifet2 - 28-12-2020
Almaniyanın məşhur bankı Azərbaycandakı nümayəndəliyini ləğv edir
Almaniyanın məşhur bankı "Kommersbank AG"nin Azərbaycandakı nümayəndəliyi ləğv edilir.
Bu barədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti xəbər verir.
Kreditorlar tələblərini 2 ay ərzində Baki şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A, (LANDMARK III, 13-cü Mərtəbə) ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Kommersbank AG" Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərir.
Muxalifet2 - 28-12-2020
"BU, VİRUSUN SONUNUN BAŞLANĞICIDIR" - Avropada vaksinlər vurulmağa başladı
Bazar günü Avropa Birliyi (AB) ölkələrində yeni bir koronavirus növünə qarşı əhalinin kütləvi immunlaşmaşına başlanılıb. 27 dekabra qədər qeydə alınan tək peyvənd Amerikanın Pfizer korporasiyasının dərmanı olub. İstehsalçılar bu vaksinin effektliyinin 95 faiz olduğunu bildirirlər.
Muxalifet2 - 28-12-2020
Hökumət ancaq "cib müxalifəti"ni maliyyələşdirəcək - MİLLİ MƏCLİS QƏRAR VERDİ
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Qanunun “Siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması” adlanan 17-1-ci maddəsinə dəyişikliklər təklif olunur.
Muxalifet2 - 28-12-2020
Azərbaycanda yaşayış minimumu 196 manat oldu - ÖTƏN İLLƏ MÜQAYİSƏDƏ 6 MANAT ÇOX...
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Belə ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində müəyyən edilib.
Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib
Muxalifet2 - 28-12-2020
TRAMP RUSİYAYA VƏ ÇİNƏ QARŞI 590 MİLYON DOLLAR AYIRDI - Hər iki ölkənin təsirini azaltmaq və...
ABŞ hakimiyyəti gələn il dünyada Rusiyanın təsir dairəsinə qarşı mübarizəyə 290 milyon dollar ayırıb.
TASS xəbər verir ki, bu, ABŞ Prezidenti Donald Trampın təsdiqlədiyi 2021-ci il üzrə dövlət büdcəsində əksini tapıb.
Muxalifet2 - 28-12-2020
Zəngilanın Birinci Ağalı kəndindən görüntülər - FOTO / VİDEO
Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Birinci Ağalı kəndindən videogörüntülər hazırlayıb.
Muxalifet.az həmin görüntüləri təqdim edir.
Muxalifet2 - 28-12-2020
VƏTƏN MÜHARİBƏSİNİN QƏHRƏMAN ŞAHİNİ - 600-dən artıq uçuş həyata keçirilib, cəmi bir təyyarə itirilib
Azərbaycan 44 günlük Vətən müharibəsində aviasiyalardan zərbə taktikasını açıqlayıb. Bu barədə AzərTAC dekabrın 25-də birinci xəbər yaydıqdan sonra Ukraynanın "Цензор.НЕТ" saytı məlumatı hərtərəfli təhlil edən maraqlı məqalə dərc edib. Bildirilir ki, qırıcı SU-25 Qağlıq Qarabağda hələ oktyabrın 4-də Cəbrayıl istiqamətində zenit qurğusu ilə vurulub. Təyyarəçi xilas ola bilərdi, amma ölümü seçib.
Muxalifet2 - 28-12-2020