Axtarış

The search found 105785 results in 0.037 seconds.

Search results

  1. Ərdoğanın qardaşı oğlu koronavirusdan vəfat etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşı oğlu Əhməd Ərdoğan koronavirusdan vəfat edib.

    Bu barədə “TRT Haber” məlumat yayıb.

    Əhməd Ərdoğan müalicə aldığı xəstəxanada həyatla vidalaşıb.

    Uzun müddətdir müalicə alan Ə.Ərdoğan 73 yaşında idi.

    Onun Rizedə dəfn ediləcəyi bildirilir.

    Muxalifet2 - 21-12-2020

  2. Rusiya Qarabağ müharibəsindən nəticə çıxarıb PUA-larla silahlanacaq

    Rusiya Federasiyasının Baş nazirinin müavini Yuri Borisov RBC-ya müsahibəsində Qarabağ müharibəsindən də söz açıb. 

    O bildirib ki, bu müharibə PUA-ların necə önəmli yenilik olduğunu nümayiş etdirdi.

    Borisov qeyd edib ki, Rusiyanın 2033-cü ilə qədər silahlanma proqramında PUA-lar xüsusi yer tutacaq.

    Muxalifet2 - 21-12-2020

  3. Biləsuvarda şəhid dəfn olundu - FOTO

    Biləsuvar rayonunda Vətən müharibəsində şəhid olmuş əsgər Qənbərli Vüsal İlkin oğlu dəfn edilib.

    “Report”un Muğan bürosunun məlumatına görə, əvvəlcə rayonun Günəşli kəndində şəhidlə vida mərasimi keçirilib.

    Sonra Vüsal Qənbərli doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, kənd sakinləri və rayon rəsmiləri iştirak ediblər. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.

    Muxalifet2 - 21-12-2020

  4. Türkiyədə onlayn qaydada elçilik... - VİDEO

    Karantin şərtləri bir çox məsələlərə alternativ yanaşma ortaya qoymağa məcbur edib. Türkiyənin Çankırı şəhərində onlayn formatda keçən elçilik mərasimi də bu qəbildəndir.

    Belə ki, bu şəhərdə yaşayan Özel və Özkan ailələri izdivacın ilk mərhələlərindən olan elçiliyi onlayn şəkildə keçiriblər.

    Elçilikdən olan kadrlar sosial mediada qısa müddətdə yayılaraq müzakirə mövzusuna çevrilib.

    Həmin görüntüləri təqdim edirik:

    Muxalifet2 - 21-12-2020

  5. "26 il öncə başqasının ölkəsinə girib, ağalıq edirdiniz" - Paşinyanın dostu

    “26 il öncə başqasının ölkəsinə girib, orada ağalıq edir, evlər tikir, mədən istismar edirdiniz. İndi torpağın sahibi gəlib deyir ki, çıxın, biz isə bunun razılaşmaya daxil olmadığını söyləyirik. Budur sizin səviyyəniz? Öz iş masamı sizin evə qoysam, xoşunuza gələr?”.

    Bunu məşhur erməni biznesmen Armen Martirosyan öz feysbuk profilində yazıb.

    Ermənilərin etiraz və hədələrindən sonra biznesmen paylaşımını silib, eyni zamanda profilini bağlayıb.

    Muxalifet2 - 21-12-2020

  6. Zəngəzurda qarşıdurma: Paşinyanın yolunu kəsməyə çağıran Gorus meri həbs edildi - SƏRHƏDLƏRİN DEMARKASİYASI DAVAM EDİR

    Zəngilan, Qubadlı və Laçın istiqamətində Azərbaycanın Ermənistanla sərhədlərinin demarkasiyası prosesi Zəngəzurda (indiki Sünik), həmsərhəd ərazilərdə yaşayan ermənilərin baş nazir Nikol Paşinyana qarşı sərt etirazları, qarşıdurmalarla müşaiyət olunur. Belə ki, dövlət sərhədlərinin bərpasını Zəngəzurun həmsərhəd kəndləri üçün təhlükə hesab edən erməni müxalifəti əhalini Paşinyana qarşı qaldırıb.

    Muxalifet2 - 21-12-2020

  7. Xankəndində ermənilər evləri kütləvi şəkildə satır - FOTO

    Xankəndinin (Stepanakert) erməni sakinləri evlərini və mənzillərini təcili satışa çıxarıblar - Erməni əmlak saytları bu cür elanlarla doludur.

    Əmlakı qısa müddətdə satmaq üçün qiymətlər elə də baha deyil.

    Maraqlısı odur ki, erməni "portal.am" portalında yerləşdirilən elanlarda evlərin və mənzillərin bütün əşyaları ilə birlikdə satılır.

    Muxalifet2 - 21-12-2020

  8. Polis mülki geyimdə də karantin rejiminin pozucularına qarşı tədbir görə bilər - RƏSMİ

    Mülki geyimli polis əməkdaşlarının karantin rejim qaydaları ilə bağlı inzibati tənbeh tədbirləri görməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılır. 

    İddia edilir ki, mülki geyimli polis əməkdaşları onları saxlayıb, barələrində tədbir görür. 

    Bununla bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, bununla bağlı hər hansı məhdudiyyət yoxdu: 

    Muxalifet2 - 21-12-2020

  9. Dövlət büdcəsindən KİV-ə ayrılacaq vəsaitin həcmi artırılır...

    2021-ci ilin dövlət büdcəsindən kütləvi informasiya vasitələrinə ayrılması nəzərdə tutulan vəsaitin həcmi məlum olub.
    Bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

    Muxalifet2 - 21-12-2020

  10. ​ZAMİRƏ HACIYEVANIN MİLYONLARI TƏHLÜKƏDƏ... - O, 22 milyon funt-sterlinq dəyərində əmlakını itirə bilər

    Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı, hazırda Londonda yaşayan Zamirə Hacıyeva 22 milyon funt-sterlinq dəyərində əmlakını itirə bilər.
    "Guardian"ın verdiyi xəbərə görə, Britaniya Ali Məhkəməsi bu gün Zamirə Hacıyevanın bu qədər pulu necə əldə etməsini açıqlamağı tələb edən Milli Cinayət Agentliyi tərəfindən ona qarşı açılan cinayət işinə qarşı apelyasiya şikayətini rədd edib.
    Daha öncə Apelyasiya məhkəməsi də 2018-ci ildə çıxarılmış qərarın ləğvi ilə bağlı verilmiş apelyasiya şikayətini ləğv etmişdi.

    Muxalifet2 - 21-12-2020

  11. Putin Narışkinin Azərbaycan Baş nazirinin müavini ilə dostluğu barədə məlumatla maraqlanmayıb - KREMLDƏN CAVAB

    Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Putinin Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Azərbaycan diasporası ilə əlaqələri barədə məlumatlara münasibətindən danışıb.

    Onun sözlərinə görə, Putin bu məlumatla maraqlanmayıb.

    Bundan əvvəl "Proekt" nəşri Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Dağlıq Qarabağdakı payız müharibəsi zamanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyubovun ailəsi ilə birgə Moskvada olduğunu iddia edilən araşdırma aparmışdı.

    Muxalifet2 - 21-12-2020

  12. AZƏRBAYCANDA KORONAVİRUSDAN DAHA 43 NƏFƏR ÖLDÜ - Son sutka ərzində 1505 nəfər virusa yoluxub

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 505 yeni yoluxma faktı qeydə alınıb, 3 028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 43 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 203 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 142 807 nəfər müalicə olunaraq sağalıb, 2 253 nəfər vəfat edib, aktiv xəstə sayı 58 533 olub.

    Muxalifet2 - 21-12-2020

  13. "Üzünü görə bilmədiyi qızının adını özü qoydu..." - ŞUŞA UĞRUNDA ŞƏHİD OLAN XÜSUSİ TƏYİNATLI ANARIN HƏYAT HEKAYƏSİ / FOTO, VİDEO

    Şərəf zirvəsi olan şəhidlərimiz haqqında Şuşanın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşən xüsusi təyinatlı döyüşçü Vəlizadə Anar Afət oğlu barədədir .

    Virtualaz.org bildirir ki, Anar Vəlizadə 1884-cü ildə Salyan rayonunun Cəngən kəndində sadə kəndli ailəsində anadan olub. Atası Afət sadə zəhmət adamıdır. Anası Zemfira xanım evdar qadındır. Ailədə 3 qardaşdırlar.

    Hər üçü də hərbçi olub

    Muxalifet2 - 21-12-2020

  14. Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların YENİ SİYAHISI

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2802 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunub.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.

    Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcək

    Muxalifet2 - 21-12-2020

  15. “Vaksinasiyanın başlanması ilə cinayətlər xeyli artacaq”- İnterpol rəhbəri

    İnterpolun baş katibi Yürgen Ştok koronavirusa qarşı peyvənd tədarükü zamanı cinayət fəaliyyətinin artacağını proqnozlaşdırıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə “Wirtschaftswoche” nəşrinə açıqlamasında bildirib.

    Muxalifet2 - 21-12-2020

  16. Sakinlərin Şuşaya köçürüləcəyi tarix açıqlandı

    “Güman edirəm ki, ən azından gələn ilin yayında bir qısım insanların Şuşaya köçürülməsi baş verəcək”.

    Bunu “Report”a açıqlamasında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı şəhərdə səfərdə olan Faiq İsmayılov deyib.

    Onun sözlərinə görə, hazırda Şuşanın tam su təchizatı ilə bağlı az iş qalıb, bu istiqamətdə işlər yekunlaşır:

    Muxalifet2 - 21-12-2020

  17. “"Bayraktar"la bağlı xəbərdarlıq etmişdik” - ERMƏNİSTANIN KEÇMİŞ BAŞ NAZİRİ

    “Serj Sarkisyan gözümün işığı deyil, amma pilotsuz təyyarələr 2018-2020-ci illərdə peyda oldu. "Bayraktar"lar Azərbaycan ordusuna bu ilin may-iyun aylarında daxil olub”.

    Bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan jurnalislərlə görüşü zamanı deyib.

    Onun sözlərinə görə, separatçı qüvvələrin müdafiə ordusunun keçmiş “komandan”ı ilə birgə bu istiqamətdə müəyyən xəbərdarlıqlar edib: “Samvel Babayanla mən xəbərdarlıq etmişdik ki, Azərbaycan ordusunda yeni nəsil pilotsuz təyyarələr tətbiq olunur”.

    Muxalifet2 - 21-12-2020

  18. Avropa İttifaqı “Pfizer” peyvəndinin istifadəsinə icazə verdi

    Avropa İttifaqının Dərman Vasitələri Agentliyi “Pfizer” və “BioNTech” şirkətlərinin hazırladığı peyvəndin ittifaq ərazisində istifadəsinə icazə verib.

    Bu barədə Gazeta.ru yazıb.

    Peyvənd müvəqqəti qeydiyyat icazəsi alıb və 16 yaşdan yuxarı şəxslər üçün istifadəsi tövsiyə olunub.

    Muxalifet2 - 21-12-2020

  19. "Türkiyə Qarabağla kifayətlənməyəcək..." - RUS GENERAL

    Ankara Osmanlı İmperiyasının keçmiş ərazilərində öz təsirini genişləndirir və Krıma keçmiş ərazisi kimi baxır.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı general-polkovnik Leonid İvaşov deyib. Onun sözlərinə görə, Türkiyə Krım məsələsində öz oyununu aparır:

    “Türkiyə təsirinin genişlənməsi Qarabağla yekunlaşmayacaq. Mərkəzi Asiyaya hərəkət və üçüncü səviyyədəki məmurlarla aktivlik nümayiş etdiriləcək”.

    Muxalifet2 - 21-12-2020

  20. Tovuzun Ermənistandakı kəndləri qaytarılır? - AÇIQLAMA

    Tavuş vilayətinin iki kəndinin Azərbaycana verilməsilə bağlı yayılan xəbərlər yalandır.

    Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

    “Müdafiə Nazirliyi Tavuş vilayətinin iki kəndindən hərbi hissələrin geri çəkilməsinə dair əmrin verildiyi və bu kəndlərin guya Azərbaycanın nəzarətinə keçəcəyi barədə yayılan məlumatları təkzib edir”, - məlumatda bildirilib.

    Qeyd edək ki, bu gün bir neçə Teleqram kanalında Ermənistanın Tavuş vilayətinin iki kəndinin Azərbaycana veriləcəyi ilə bağlı məlumatlar yayılmışdı./axar.az

    Muxalifet2 - 21-12-2020

Pages